Agcakənddə məskunlaşan Xocalı köckünləri SU deyə dad edirlər - VİDEO
Tarix: 15-06-2020, 18:56 | Bölmə: banner / Əyalət / Cəmiyyət / ust

Agcakənddə məskunlaşan Xocalı köckünləri SU deyə dad edirlər - VİDEOGUNinfo.az-ınn Demokratik.Az-a istinadən məlumatına görə, Xocalıdan olan bir qrup məcburi köçkün ötən gün ayaqlanaraq Ağcakənddə yerləşən Xocalı İcra Hakimiyyətinə doğru yürüş ediblər.

Polislər narazı kütləni dayandırmağa çalışsalar da, SU deyə dad edən, acıqlı kütlə Xocalı İcra Hakimiyyətinin binasının həyətinə girə biliblər.
Onların şikayəti icra başçısının onları dinləməməsi, dərdlərini eşitməməsi və qəsəbədəki bir sıra problemlərin uzun müddətdir həll edilməməsi olub.

Videoçəkilişdən aydın olur ki, Xocalılı şikayətçilər 20 ildir susuzluqla sınağa çəkiliblər, daha buna dözə bilmirlər.

Agcakənddə məskunlaşan Xocalı köckünləri SU deyə dad edirlər - VİDEO

Agcakənddə məskunlaşan Xocalı köckünləri SU deyə dad edirlər -Polislər şikayətçilərə karantin olduğunu xatırladaraq, onları kütləvi toplanmamağa çağırıb. Lakin, deyəsən qanuni tələblər də real nəticə verməyib, icra başçısının özü insanları elə kütləvi halda da qəbul etməyə məcbur qalıb.

Şikayətin nəticəsi barədə heç bir rəsmi məlumat yer almayıb.

Xocalı İHB-dən məsələyə münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz fayda vermədi...

GUNinfo.az




294 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər