Impera

XƏBƏR LENTİ
12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı

24 mar 2020, 08:35   
Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı

“Koronovirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur”.

Bu sözləri koronavirus infeksiyasının Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqqında Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bildirib ki, açıqlama verdiyi anadək dünyada 200 mindən artıq adamın koronavirusla xəstələnməsi hadisəsi aşkarlanıb: “Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox xəstələnmə halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir”.
Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı: “Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu”. C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:
"Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə bir metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.
Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir”.
Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edir.
Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır:
“Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda səkkiz, ən azı yeddi saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür”.
Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, bu virus digər pespirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir: “Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini bir yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir.
Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidir.
Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olubsa, qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır.
Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, rast gəlinəcək. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir”.
Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda olaraq xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar xarici valyuta almaq üçün banklara üz tutur, orada sıxlıq yaranır. Belə yerlərdə maska taxmaq məsləhət görülür.
C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.
Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə çıxacağımıza əminliyini ifadə edib.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...