Patriot.az saytının 5 yaşı tamam olur
Tarix: 15-06-2020, 15:46 | Bölmə: Cəmiyyət / ust

Patriot.az saytının 5 yaşı tamam olurBu gün Azərbaycanın internet media məkanında uğurla fəaliyyət göstərən www.Patriot.az xəbər saytının 5 illik yubileyi qeyd olunur.

Jurnalist Arif Yusifovun rəhbərliyi ilə 2015-ci ildən fəaliyyət göstərən bu saytın yaradılmasında əsas məqsəd dünyada və ölkəmizdə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya müasir dizaynda tərtib olunan informasiya bloklarında fotoşəkil və videolarla təqdim etməkdir. Düzgün seçilmiş informasiya siyasəti nəticəsində bu gün Patriot.az xəbər saytı Azərbaycanın media məkanında öz layiqli yerini tutub və geniş oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Patriot.az saytının 5 yaşı tamam olurPatriot.az saytı 24 saat ərzində ölkəmizdə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, analitik məqalələr, foto və videolar hazırlayır. Həmçinin, Patriot.az xəbər saytı dövlət tədbirləri, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə gündəlik olaraq xəbərlər hazırlayır.

Beş yaşının tamam olması münasibətilə saytının təsisçisi və baş redaktoru Arif Yusifovu, onun rəhbərlik etdiyi kollektivi və oxucuları təbrik edirik!

GUNinfo.az




308 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər