Impera

XƏBƏR LENTİ
02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yol üstündə olan Şərifov nə ilə yadda qalacaq? - uğursuz nazir, maliyyə təxribatı və…

12 fev 2018, 11:38   
Yol üstündə olan Şərifov nə ilə yadda qalacaq? - uğursuz nazir, maliyyə təxribatı və…
















Son illərdə "yuxarıların" birmənalı şəkildə hədəfində olmasa da, müxtəlif siyasi qanadların nişangahına gələnlərdən biri maliyyə naziri Samir Şərifov olub. Amma hazırki situasiya fərqlidir. İndi S.Şərifov papağını göyə ataraq bayram etməkdədir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız təhlillər göstərir ki, bu gün Şərifova mətbuatda və sosial şəbəkələrdə ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valuya siyasəti yürütməsi barədə tənqidlər arı sancması qədər adidən adidir. Nazir üç ölkənin agenti ittihamından və sorğu-sualından MTN işi hesabına “Böyük qardaş”a xidmət etməklə qurtula bildi. Hətta naziri narahat etmir ki, manat barəsində ona ünvanlanan tənqidlər hər hansı problem yarada bilər. Üstəlik, iqtisadi proseslərin gedişindən çox şey asılıdır və Şərifovun rolu epizodikdir.
Baş nazirlik iddiasından “portfelsiz nazir” durumunadək?
Samir Şərifovun gözlənilmədən hakimiyyət üçün “arzuolunmaz şəxs” statusu qazanmasının səbəbi yalnız iqtisadi amillərlə bağlı deyil. Mövzuyla bağlı əldə cumhuriyyet.az olaraq əldə etdiyimiz informasiyaların təlilini və olayla bağlı ehtimallar onu göstərir ki, əslində Samir Şərifovun “vurulma” kampaniyası “gözlənilməz” effekti yaratsa da proses gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Samir Şərifov üst qatda özünü nə qədər “sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi. Özü haqda “islahatçı nazir”, “qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.
Hazırki vəziyyətdə də hakimiyyətin iqtisadi imicinə ciddi zərbə vuran olaylarla bağlı maliyyə nazirinin məsuliyyətinun unudulduğunu düşünmək olmaz. Hər halda baş verənlər çox yaxın tarixin hadisələridir və nəzərə alsaq ki qarşıdan gələn prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklər olacağı gözlənilir, o zaman maliyyə nazirinin siyasi durumunun kövrək olduğu aydınlaşar. Əslində, elə indinin özündə də S.Şərifovu “portfelsiz nazir” adlandırmaq olar. Məlumata görə, hazırda S.Şərifovun bank sektoruna nəzarətdən tam kənarlaşdırılıb və bu işi Banklara Nəzarət Palatası həyata keçirir. Onun təkcə bank sektorundan deyil, iri maliyyə vəsaitlərinin bölüşdürülməsindən də kənarda saxlanıldığı barədə iddialar var. Bu isə S.Şərifovun da Z.Məmmədov kimi hakimiyyətdə etimad limitini itirdiyinə işarədir. Sirr deyil ki, son il yatımda yalnız prezident İlham Əliyevin iqtisadi komandasının (köməkçilərinin) fəaliyyəti sayəsində ölkənin maliyyə bazarında sabitlik yaratmaq mümkün olub.
İstefa ilə canını qurtara bilmədi
Diqqətli oxucular xatırlamamış olmaz və o qədər də uzaq keçmiş deyil ki, Samir Şərifov parlamentdə baş nazirin əvəzinə hökumətin hesabatlarını təqdim edir, hökumətə ünvanlı suallara məhz o cavab verir və faktiki baş nazir postunu icra etməsi görüntüsü yaratmağa çalışırdı. Bu baxımdan yalnız bir məqamı qabartmağa lüzum görürük ki, bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi ki, bu da bir daha diqqətləri onun üzərinə cəmləmişdi.
Bu və digər məqamların nəzərə alınması isə Samir Şərifov haqqında “ikinci Fərhad Əliyev” obrazının yaranması ilə nəticələnib. Bu obraz Samir Şərifova Qərbin siyasi dairələrində müəyyən üstünlüklər qazandırsa da, bu amilin onun sıxışdırılmasında ştrixlərdən biri olması da unudulmamalıdır. Samir Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz “MTN işi” prosesindən sonra start götürdü. Əldə etdiyimiz məlumata görə, Samir Şərifov ətrafında cərayan edən proseslərdən ciddi şəkildə narahatdır. Yalnız cüzi hissəsini bildiyimiz, əhəmiyyətli hissəsini isə bilmədiyimiz həmin qorxu səbəbindən isə maliyyə naziri “sudan quru çıxmaq” taktikasını seçib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hakimiyyətin daha üst yetkililərinə istefaya getməyə hazır olduğunu bəyan edən Samir Şərifov ən çox çəkindiyi “yox” cavabını alıb. Hazırda Samir Şərifov üçün ən yaxşı çıxış yolunun vəzifəsini itirməklə canını qurtarmaq olduğunu söyləyən mənbənin sözlərinə görə, ona başa salınıb ki, bu imkandan məhrumdur və onun fəaliyyətindəki bütün şübhəli məqamlar ciddi şəkildə araşdırılacaq. Araşdırılacaq isə çox məqamlar var və cumhuriyyet.az olaraq bu yazımızda həmin məqamların bəzilərinin üzərində dayanacağıq.
Nazirin əli “qara bazar”ın cibindən çıxdı
Bir neçə il öncə, ölkədə dollar qıtlığı yarandığı bir ərəfədə S.Şərifovun daha bir “ÇP”-si üzə çıxdı. Məlum oldu ki, S.Şərifovun nəzarətində olan “Azər Türk Bank” “qara bazar”ın əsas təminatçısı olub. Bankda bütün rəhbər heyəti tələm-tələsik dəyişən maliyyə naziri daha bir cəncələ düşdü. Bu dəfə Samir Şərifovun Beynəlxalq Bankın rəhbərliyinə “Azər Türk Bank”dan cəmi bir neçə ay əvvəl sədr gətirdiyi Elmar Məmmədov gözlənilmədən istefaya göndərildi. Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddi səbəblərin olduğu şübhə doğurmurdu. Bildirilirdi ki, Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətini araşdıran komissiya onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi “əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyini müəyyənləşdirib. Bu məbləğ təxminən 170 milyon manat təşkil edib. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin “qara bazar”a birbaşa rəhbərlik etməsi ilə bağlı hakimiyyət strukturlarında ciddi məlumatlar olub. Bunun üstü Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən açılandan sonra əsas sorumlu kimi yenə maliyyə naziri olub. Manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə əvvəllər də yetərincə məlumatlar var idi. S.Şərifovun nəzarəti altında olan iki bankda üzə çıxanlar və rəhbərlikdə gözlənilməz dəyişikliklər bu məlumatların əsassız olmadığını sübut etdi.
Səriştəsiz və qeyri-peşəkar fəaliyyət
Samir Şərifov haqda gizli bəzən isə açıq şəkildə “peşəkar”, “yenilikçi”, “dünya standartları”na meyilli nazir obrazı formalaşdırmaq üçün təbliğat aparılır. Faktlara diqqətlə nəzər yetirsək bunun tam əksinin şahidi olarıq. Bununla bağlı cumhuriyyet.az olaraq da apardığımız araşdırmalarda maraqlı məqamlar üzə çıxıb. Nazirin peşəkar fəaliyyətinə nəzər salanda görürük ki, bəli, onun heç bir iqtisadi, maliyyə-bank təhsili yoxdur, AMB-da (Mərkəzi Bankda) işləyərkən yalnız bir layihənin müəllifi olmuşdur – banklararası ödəniş AZİPS sisteminin. Bu ödəniş sisteminə əsasən, ölkə daxilində manat ödənişləri, nədənsə, Beynəlxalq SWİFT sistemi üzərindən aparılırdı. SWIFT isə bəzi xarici mətbuatda səsləndirildiyi kimi, xarici kəşfiyyatın nəzarətindədir. Təsəvvürünüzə gətirin ki, Azərbaycan bank ödəyicilərinin məbləğindən asılı olmayaraq (hətta 10 manat belə), banka yatırdığı pullar xaricə gedib qayıdırdı. Və yalnız bankların etirazı nəticəsində milli təhlükəsizliyə zidd, banklara və ödəyicilərə daha bahalı, ümumiyyətlə absurd olan SWIFT-ə alternativ kimi xırda ödənişlər üçün XÖNKS adlanan sistem yaradıldı. O vaxtdan bütün ödənişlər məhz ikinci sistem üzərindən həyata keçirilir. Müəllifi Samir Şərifov olan birinci sistem isə istifadəsiz qalıb.
Aydındır ki, manatın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik isə Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Bu fəaliyyət isə göründüyü kimi, orda yoxdur. Devalvasiya nəticəsində 20-yə yaxın bank bağlanıb. Beynəlxalq maliyyə strukturlarının ölkə banklarına etimad indeksini endirib. Samir Şərifovun ətrafının isə bundan istifadə edərək böyük pullar qazanması faktının üzə çıxması nazirin mövqelərinə sarsıdıcı zərbə vurdu. Beynəlxalq Bank vasitəsilə milyardlarla dollar vəsaitin talanmasının qarşısını ala bilməməsi bir yana, yaxın adamlarının yenidən bu talanda iştirak etməsi maliyyə nazirini “pat” vəziyyətə salıb.
Onu kimlər və necə qoruyur?
Bəs bu qədər səriştəsizliyinə rəğmən, cənab S.Şərifov hələ də nazir postunu necə qoruya bilir? Bu yerdə yada vaxtilə baş nazir iddiaçıları sırasında olan S.Şərifovu “hansı dövlət dəstəkləyir” kimi iddialar yada düşür. Həmçinin Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsin maliyyə nazirini “Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarının agenti” adlandırması da… Onun müsahibəsindən yalnız bir sitatı xatırladırıq: “Əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb”. Maliyyə nazirinin hansı ölkənin casusu olub-olmaması müvafiq orqanların araşdırma mövzusudur. SSRİ DTK-nin keçmiş əməkdaşının verdiyi müsahibəsində kankret faktlar, şirkət adları, bank əməliyyatları göstərilir. Yəqin ki, indiyə qədər bu faktları araşdırıb ictimaiyyətə açıqlama vermək olardı. İnternet və informasiya erasında belə araşdırmaları jurnalistlər də aparır.
Təxribat, yoxsa savadsızlıq?
Maliyyə nazirinin Neft Fondundakı fəaliyyəti zamanı da xarici banklarla şübhəli əməliyyatlar apardığı barədə məlumatlar sızmışdı. Onun şübhəli əməlləri vaxtilə ölkə daxilində də qeyri-rəsmi araşdırma mövzusu olmuşdu. Maraqlıdır ki, yalnız Neft Fondunun yeni rəhbəri gəldikdən sonra Fond bu safədə səffaflıq üzrə beynəlxalq mükafata layiq görüldü. Samir Şərifovun Maliyyə naziri kimi fəaliyyəti dövründə də Kapital Bankda “məharətlə” həyata keçirdiyi Əmanət Bankdakı əmanətlərin qaytarılması əməliyyatı, ABB-ni iflas vəziyyətinə salınması, ölkə rəhbərliyinə yalan rəqəmlər verməklə dövlətdən milyardlarla dollar vəsaitin sovrulması, “qara bazarın” bərpa olunmasındakı rolu, sığorta sektorunda inhisarçılığın yaranması və s. əməlləri geniş müzakirə edilib.
Hazırda belə, necə ola bilər ki, Azərbaycanın reytinqi (proqnozu neqativ) Ermənistanın reytinqindən pisdir. Axı, Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyət göstəriciləriylə Ermənistan iqtisadiyyatından qat-qat üstündür. Ölkənin suveren reytinqinə məhz Maliyyə Nazirliyi cavabdehdir. Bu, ən azı, beynəlxalq reytinq agentlikləriylə danışıqların qeyri-peşəkarlığına dəlalət edir. Biz bu yazımızda yalnız rəqəmlərə və faktlara istinad etdik və bütün bunlardan sonra ortaya tək bir sual çıxır:, Samir Şərifovun bu əməllərinin adı nədir – təxribat, savadsızlıq, yoxsa hər ikisi?
OXŞAR MÖVZULAR
loading...