Impera

XƏBƏR LENTİ
19:07Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi18:51Deputat: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib18:42Qoşunlar yerdəyişmə tapşırıqlarını icra etdi - VİDEO18:32"Whatsapp" bu istifadəçiləri bloklayacaq18:24İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi18:19İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK13:03Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? - VİDEO12:59İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:52Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub11:48Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:42İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində11:38ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR11:32“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”11:27“Azərenerji” qışa tam hazırdır - VİDEO09:21“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı09:18İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?09:14ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb - VİDEO08:50Almaniyada saxlanılanlar arasında Əlövsət Əliyev də var21:55Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VIDEO21:43“Get, məşq et, Ramil” - VİDEO21:34Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb21:25Ağdaşın deputatı ilə bağlı şok iddialar...21:21İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları...21:02Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə20:15Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq...20:06Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ20:03Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”19:59Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı14:45Qüdrət Qurbanovun sertifikat biznesi14:41Azərbaycan bazarında paradoks: ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb14:36Bakı metrosunda qatarlar yenə gecikdi14:32Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO14:29Avtobusun qəza anı kameraya düşdü - VİDEO14:26İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO14:22Sabahın havası: yağış, duman, külək14:18Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?14:14Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi14:09İlham Əliyev görüşlər keçirdi - FOTO14:05Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi10:21Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid — VİDEO10:15Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - Foto10:02Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO09:56Hüquqşünas QHT sədri seçilib09:49Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? (VİDEO)09:39Cəlilabadda məmur övladının qudurğanlığı09:29Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:21LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı09:07“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb09:05Dünya varlıları banklara güvənmirlər09:01“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”09:01Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir”08:56Yusifovların maliyyə maxinasiyaları - İki nazirliyi çökdürəcək "GƏNCƏ ZƏLZƏLƏSİ"19:10Paytaxtda bəylə gəlin piketə düşdü - VİDEO18:43Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO18:39Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO18:31Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız18:24İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!18:20İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır18:16Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - FOTO13:33Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI13:27“Google” gizli layihə həyata keçirəcək - İDDİA13:23Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək13:18Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ...13:08“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər13:02GƏNCƏ SƏHİYYƏSİNDƏ İLGİNC ÖZBAŞINALIQ – VİDEO12:58Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM12:54İlham Əliyev yeni icra başçısı təyin etdi12:51Nazir parlamentin iclasında əhalini sevindirəcək proqnozlar səsləndirdi12:48Mikayıl Cabbarov: Yeni inkişaf drayverləri işə salınmalıdır10:48Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq10:43Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ10:36İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO10:29Nazarbayev Putinlə Zelenskini görüşdürür10:26İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO10:23Banqladeşdə dəhşətli qəza: qatarların toqquşması kütləvi insan tələfatı ilə sonuclandı – VİDEO10:15Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO10:11Zaqatala sakinindən iddia : "Bələdiyyə sədri 55 min dollarımı mənimsəyib" - VİDEO10:07Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO08:47Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi08:44Azərbaycanda Konstitusiya Günüdür08:41İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir08:36Şirvanda həbs edilmiş sahibkar yeni PA rəhbərinə üz tutdu:“Sədaqət Qəhrəmanova və qohumları…” – VİDEO08:32Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır?
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vüsal Nəsirli:Azərbaycan Avropanın strateji partnyorudur.

16 noy 2016, 01:23   
http://guninfo.az/uploads/posts/2016-11/1479248796_mede2.jpg




Çox qədim və zəngin tarixə malik olan Azərbaycan mədəniyyətinin rəngarəngliyi bir də onunla əlamətdardır ki, bu mədəniyyət tarixin müxtəlif mərhələlərində nəinki coğrafi yaxın olan xalqların mədəniyyəti ilə əlaqədə olmuş, eyni zamanda, məsafəcə ondan çox-çox uzaqlarda yerləşən ölkə və xalqlarla mədəni inteqrasiyaya cəlb olunmuşdur. Uzaqda yaşayan xalqlar, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə maraq göstərmiş və bu mədəni inteqrasiyanın nəticəsində mədəni iqtibas, mübadilələr həyata keçirmişdi. Bütün tarixi çağlarda aparıcılığı özündə saxlamış Avropa ölkələrinin xalqları Azərbaycan mədəniyyətinə, incəsənətinə hörmətlə yanaşaraq bu mədəniyyətlə mübadilənin həyata keçirilməsinə maraq göstərmişlər. Düzdür, tarixin qədim, orta əsrlərindən başlayaraq, müasir dövrün ilk çağlarınadək Azərbaycanın Avropaya mədəni inteqrasiyasının dövlətlər səviyyəsində həyata keçirilməsi diplomatik münasibətlərin prioritetlərindən sayılmasa da, hər halda mədəni əlaqələrin təşəkkülü, formalaşması kimi tarixi-mədəni prosesin dinamikasında bunun çox böyük ictimai-bəşəri əhəmiyyəti vardır. Tədqiqatçıların fikrincə, Azərbaycanda da Avropa mədəniyyətinə maraq həmişə aktuallıq kəsb etmişdir. Çünki Avropa bütün dövrlərdə dünyada baş verən hadisələrdə xüsusi geosiyasi, iqtisadi, mədəni potensiala malik mərkəz rolunu oynamışdı. Avropanın geosiyasi mahiyyəti onun əraziləri, sərhədləri ilə dərk olunur. Bu mənada Avropanın ərazisi qədim Roma imperiyasının sərhədləri çərçivəsində müəyyən edilir. Coğrafi anlamda Avropa ərazisi bütün qitəni əhatə etsə də, ictimai fikirdə bunun Qərbi, Şərqi, Mərkəzi Avropa kimi başa düşülməsi qəbul edilmişdir. Azərbaycanla bu ərazilərdə mövcud mədəni əlaqələrə gəlincə bunu aşağıdakı ölkələrin timsalında görmək olar. Avropa Komissiyasının prezidenti X.M.Barrozu Berlində 2006-cı ildə keçirilən konfransın memorandumunda bir daha vurğulamışdır: "Avropa İttifaqı öz inkişafında elə mərhələni qət etmişdir ki, artıq mədəniyyət faktoruna biganə qala bilməz. Birliyimizin gələcəyi üçün mədəniyyəti hərəkətverici qüvvə kimi inkişaf etdirməliyik. Avropanı birləşdirən inteqrasiya prosesləinə yalnız zahiri, maddi irəliləyiş deyil, həm də mədəni-mənəvi tərəqqini, keyfiyyət yüksəlişini təmin etmək üçün ruh, qəlb gərəkdir. Gələcək üçün Avropanın mədəni enerjisi səfərbər edilməlidir. Bunsuz sabitliyə nail olmaq qeyri-mümkündür. Millət vəkili, fəlsəfə elmləri doktoru R.Aslanova yazır ki, tarixi təcrübənin heç vaxt təkrar olunmaması arzusu, faşizm kabusunun külə döndərdiyi xarabalıqlar üzərində bu gün ölkələrarası inteqrasiyanın unikal modelini - Avropa İttifaqını yaratmağı şərtləndirən ən mühüm amil olmuşdur. Avropa xalqları Böyük İdeyanı - inteqrasiya ideyasını həyata keçirərək minillərin arzusu kimi mövcud olan layihəni həyata keçirmək əzmini ortaya qoymuşdur. İkinci Dünya müharibəsindən sonra Qərbi Avropada gerçəkləşməyə başlayan inteqrasiya prosesləri ötən yüzilliyin sonlarında müasir dünyanın bütün regionlarına yayılmağa başladı. Nəinki Avropa bölgəsinin, hətta bütün dünyada inkişaf və qarşılıqlı əməkdaşlığın başlıca - qlobal meyillərindən birinə çevrildi. XXI əsrdə "Avropa Birləşmiş Ştatları" ideyasını həyata keçirəcəyi "Böyük Avropa"nın təşəkkül tapacağı perspektivləri artıq o qədər də şübhə doğurmurdu. Lakin Avropada inteqrasiya proseslərinin zirvə nöqtəsi, inteqrasiyanın simvolu olan vahid Avropa Konstitusiyasının qəbul edilməsi ilə bağlı olan proseslər bu modelin də hələlik optimal, universal model olmadığını gündəmə gətirdi. Ötən əlli il ərzində ilk baxışda nəzərə alınmayan, inteqrasiyanın həlledici istiqaməti kimi diqqət mərkəzində olmayan problemlər bütün ciddiliyi ilə ortaya çıxdı. "Dəmir pərdələri - Berlin divarlarını" yıxan insanların birlik ideyası, bu ideyanın təntənəsi olan vahid Avropa Konstitusiyasının qəbul edilməsinə necə mane ola bildi? Bu və buna bənzər suallar qloballaşmanın doğurduğu problemlərlə bağlı xüsusilə aktuallaşmışdır. Yarım əsrdən çox qət edilmiş yolun, tarixlə müqayisədə çox gənc, dünyada ilk təcrübə almaq baxımından çox böyük olan Avropa inteqrasiya modelinin, mövcud əməkdaşlıq mexanizminin əhatəli təhlili çox vacib məsələdir. Bu illər ərzində ilk əvvəl inteqrasiyanın iqtisadi, siyasi, hüquqi mexanizmləri həyata keçirilmişdir. Yeni yüzillikdə inteqrasiyanın Avropa modelinin ən önəmli istiqaməti - mədəni-mənəvi mexanizmlərin hərəkətə gətirilməsi, dünya ölkələri ilə vahid sosial-mədəni məkanın formalaşdırılması ən prioritet məsələ kimi irəli sürülmüşdür. İlk baxışda elə görünə bilər ki, bu problemlər yalnız bəhs edilən məkanla bağlıdır. Əlbəttə ki, yox. Məsələ burasındadır ki, iqtisadi, siyasi və hüquqi inteqrasiya sahəsində səmərəli təcrübəsini bütün dünyada tətbiq edilən hüquqi dövlət quruculuğunun, liberal bazar inteqrasiyanın qarşısında duran problemlər bu gün, ümumiyyətlə, Qərb demokratiyasının optimal model olduğunu, onun həyatiliyini sübut etmək üçün ən ciddi sınağa çevrilmişdir. Bir qədər dəqiq desək, iqtisadi və siyasi məkanların birliyi Avropada mexaniki mədəni-mənəvi məkanların da qovuşmasını təmin edə bilmişdir. Mövcud problemlərin həllinin sadalanan sahələrdə bütün mexanizmləri, infrastrukturu formalaşdırılsa da mədəniyyətin inteqral potensialı arxa planda qalmışdır. Nəticədə Avropa iyirminci yüzilliyin əvvəlində də, uzaq keçmişdə olduğu kimi, həqiqi birlik idealından hələlik çox uzaqda olduğunu dərk etmişdir. Bunu yalnız sosial-mədəni və mənəvi amillərdən qaynaqlanan kütləvi iğtişaş və qalmaqallar deyil, həm də ictimai rəy sorğuları aşkar göstərmişdir. Avropa sakinlərinin problemə münasibəti bədbin və nikbin mövqelərdə demək olar ki, bərabər bölünməsi inteqrasion modelin tənqidini gücləndirdi. Ziddiyyətlərin zahiri təzahürünü beynəlxalq hüquqla milli hüquq sistemləri arasındakı uğursuzluq şərtlənirdi. Böyük Avropa Konstitusiyası yaradıcıları tərəfindən, inteqrasiya prosesinin iştirakçısı olan bütün dövlətlərin milli qanunvericiliyində artıq mövcud olan demokratik prinsiplərin daha dolğun ifadəsi kimi səciyyələndirir. Ən başlıcası isə, rəsmi bəyanatlarda deyildiyi kimi, Avropanın insan hüquqları sahəsində əldə etdiyi əsas uğurlar burda tətbiq olunmuşdur. Qlobal iqtisadi, siyasi və s. təsirlərə qarşı duran səmərəli mexanizmlər sistemi yaradılmış, nəhayət, yeni şəraitin idarə olunması üçün zəruri olan əlaqələndirici institutlar təsis edilmişdi. Avropa Konstitusiyasının yaradılması üsulu doğrudan da spesifik haldır. Onun əsasında milli hüquq deyil, beynəlxalq müqavilələr və beynəlxalq hüquq durur. R.Aslanovanın fikrincə, kütləvi mədəniyyətin təşəkkül tapması cəmiyyətdə sosiallaşma proseslərinin məzmununu qlobal xarakterli fenomenlərlə zənginləşməsini şərtləndirdi. Mədəniyyətin kütləvi formaları müasir cəmiyyətlərin əksəriyyətində həyata vəsiqə almış, mədəni innovasiyaların yaranması və yayılması prosesinin ayrılmaz tərkib hissəsi olmuşdur. Qlobal mədəni prosesin streotip xarakter daşıması, təzahür və təbii formalarının cəlbediciliyi, dinamik intensivliyi bəşəriyyətin mədəni yaradıcılıq nümunələrinin geniş yayılmasına şərait yaradır. Məsələ burasındadır ki, bu imkanı- həm həqiqi mədəniyyət nümunələrinə, həm də bu dəyərləndirmədən çox uzaq olan proses və istiqamətlər də əldə edir. Həm müsbət, həm də mənfi təzahürlər eyni miqyas və həcmdə yayıla bilir. Beləliklə, müasir dünyanın mədəniyyət məkanında tarixən mövcud olan "ideallar" epoxasının "zövqlər və maraqlar" epoxası ilə əvəzlənməsi müşahidə olunur. Bunu qlobal mədəniyyətdə "avroatlantizmin, neoliberal layihənin" gerçəkləşdirilməsi kimi də izah edənlər vardır. Mədəni-sivilizasion parametrlərin struktur dəyişikliklərinə uğramasını sübut edən digər cəhəti "ekran inqilabi" adlandıran fenomenlə bağlıdır. Onun əhəmiyyəti, insanın tarixi inkişafında oynadığı rol baxımından əlifba və yazının kəşfinin əhəmiyyəti ilə müqayisə olunur. Reallığın "paralel" səviyyələrinin mövcudluğunu şərtləşdirən virtuallaşma prosesi, mədəniyyətin elektron əsrinin başlıca təzahürlərindəndir. Hər bir kəşfin sosial-mənəvi baxımdan pozitiv və neqativ tərəfləri mövcud olur. Daha doğrusu, onun hansı məqsəd və məramla tətbiq edilməsi bu nəticəni şərtləndirir. Bu baxımdan vritual reallığın verdiyi imkanlar da ambivalent - ikili təsirə malik olub, müvafiq məntiqi nəticə özünün güclü "neqativ kölgəsi" ilə müşayiət olunur. "XX əsrdə Azərbaycan öz qarşısında duran tarixi məqsədlərə nail olmağa hər vəchlə mane olan xarici və daxili maneələri dəf etmək kimi tarixi vəziyyətini, nəhayət, XX əsrin sonunda Azərbaycan tarix boyu can atdığı müstəqillik məqsədinə nail olmaq yolunda Ulu Öndər Heydər Əliyevin başçılığı ilə bu müqəddəs mübarizəyə əngəl olan bütün xarici və daxili maneələri dəf etmək kimi tarixi vəzifəni həyata keçirdi, gerçəkləşdirdi". Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə iyirmi birinci yüzilliyin yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətindən əlindən gələni etməkdədir. Qarşılıqlı inteqrasiyanın məhz uğurlara xidmət etməsini təmin etmək üçün Azərbaycanda hər bir vətəndaşın iki məsələyə dair aydın təsəvvürləri olmalıdır: birincisi, Avropa üçün əhəmiyyəti, rolu və mövqeyi nədən ibarətdir? İkincisi, Azərbaycanın Avropaya inteqrasiya Azərbaycanın müstəqilliyini, dünyada nüfuz və rolunun artması üçün nə kimi imkanlar və perspektivlər açır? Birinci sualı cavablandırmaq üçün deyə bilərik ki, regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edir. Həm regionda, həm də bütün dünyada sülhün və sabitliyin təmin olunması, təhlükə və təhdidlərə qarşı əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı bir cəbhədən çıxış etmək üçün Azərbaycan Avropaya lazımdır. Öz coğrafi mövqeyinə görə, dünyəvi dəyərlərinə malik olan tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın strateji partnyorudur.

Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli
OXŞAR MÖVZULAR
loading...