Impera

XƏBƏR LENTİ
10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO12:24“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - VİDEO12:16“Novruz Məmmədov" Dadaşlinskidən iş istəyib - VİDEO12:14Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO12:10Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO12:07"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"12:04Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində...12:02Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar – VİDEO11:58Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı11:55Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq11:53SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək11:51İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTO11:45“Qobu Park-2” yaşayış kompleksinin açılışı olub - FOTO11:41Naxçıvanlı iş adamı Moskvada baltalandı - VİDEO11:10"Sən bu cəmiyyətə nə vermisən ki, yaltaqlanmaqdan başqa" - PARTİYA SƏDRİNDƏN SƏRT SÖZLƏR/VİDEO11:07Emmanuel Makron İlham Əliyevdən dəstək istədi11:05“Bizim günahımız nədir?” – Tolikdən Kəmaləddin Heydərova MÜRACİƏT11:01Qaradağ rayonunda Müdafiə Nazirliyinə məxsus tikilini kimlər sökür? - VİDEO22:25ABŞ ŞOKDA: Pakistan, Macarıstan, İspaniya, Qatar və Rusiya - “Barış Pınarı” əməliyyatlarında Türkiyəni dəstəklədi22:02DİQQƏT: Qarabağda müharibə yenidən başlayır
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“10 minədək kredit borclarının silinməsi... ” (MÜSAHİBƏ)

26 fev 2019, 01:01   
“10 minədək kredit borclarının silinməsi... ” (MÜSAHİBƏ)Azərbaycanda problemli kreditlərlə bağlı hökumət tərəfindən addımlar atılması gözlənilir. Deputatlar, ekspertlər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Bildirilir ki, hazırda vətəndaşların xarici valyutada olan kreditləri ilə bağlı məhkəmələrdə 200 minə yaxın iş var. Deputat Vahid Əhmədov və Əli Məsimlinin birgə hazırlayıb parlamentə təqdim etdiyi qanun layihəsində problemli kreditlərin dövlət, Mərkəzi Bank, vətəndaşlar və bank arasında bölüşdürülməsi nəzərdə tutulub.

Krediti olan vətəndaşlar kreditlərlə bağlı qərarı səbirsizliklə gözləsələr də, belə bir addım atılarsa, borcun silinməsi, yaxud güzəştin hansı kreditlərə aid olması isə məlum deyil.

Bu məsələlərlə bağlı suallarımızı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu cavablandırır.

– Qubad bəy, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı müxtəlif təkliflər var. Ümumiyyətlə, həlli təklif olunan problemli kreditlər dedikdə nə nəzərdə tutulur: Yalnız devalvasiyadan sonra xarici valyutada olan kreditlərin ödənməməsindən yarananlar, yoxsa ümumilikdə ödənməyən kreditlər?
– Yaxşı sualdır. Ona görə də mən təklif edirəm ki, ilk növbədə problemli kreditlərin araşdırılmasından başlamaq lazımdır. Yəni, "problemli kreditlər” ümumi bir ifadədir. Onun tərkibindəı sahibkarlıq subyektlərinin kreditləri, vətəndaşların götürdüyü istehlak kreditləri və s. var Bu kreditlərin bəziləri Azərbaycan manatı ilə, bəziləri xarici valyutada –xüsusilə ABŞ dolları ilə götürülüb. Həmçinin məbləğlə bağlı da fərqlər var: 5 min, yaxud 10 min manata qədər olan və daha yuxarı məbləğlərlə bağlı da təkliflər var. Həmçinin kreditlər müddətinə görə fərqlənirlər. Problemli kreditlərin arasında müddəti daha çox keçmiş ümidsiz borclar var, şübhəli kreditlər var. O baxımdan, mütləq bu kreditlərin tənzimlınməsi üzrə bir agentlik yaranmalıdır. Bu qurum ya Mərkəzi Bankın, ya da Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində ola bilər.

Həmin agentlik bütövükdə kreditlərin təhlili və təsnifatı ilı məşğul olmalıdır. Sonrakı mərhələdə, problemli kreditlərlə bağlı həmin təhlilə uyğun şəkildə müvafiq qərarlar qəbul edilməli və icraya yönəlməlidir. Əks halda, problemli kreditlərə ümumi yanaşma məsələnin həllinə heç bir müsbət effekt verməyəcək.

– Problemli kreditlərin həlli hansı qaydada mümkündür, problemli məbləğ kimin arasında bölüşdürülə bilər? Sizcə, hansı yanaşma daha ədalətlidir?
– Düşünürəm ki, problemin həlli üçün ilk növbədə kreditlərin hansı həcmdə ödənilməsinə baxmaq lazımdır. Əgər həqiqətən də vətəndaş əsas borcu qaytarıbsa, məbləğindən asılı olmayaraq, digər borcu ödəmək üçün vətəndaşa müddət vermək olar. Yaxud da digər ödəmələri dövlət tərəfindən qarşılamaq olar. Əsas məbləğin ödənilməsi o deməkdir ki, bank sahibkara və ya vətəndaşa verdiyi pulu geri alıb. Belə olan halda tərəflər arasındakı mübahisə faiz dərəcələri, gecikməyə görə peniya və cərimələrlə bağlıdır. Buna uyğun olaraq dövlət xərcləri qarşılaya bilər, banklara yardım edə bilər ki, banklar bu xərci itirməsinlər, müəyyən mənada kompensasiyası olsun. Burada artıq banklarla dövlət arasında xərclərin bölüşdürülməsi prosesi gedə bilər.

Devalvasiya xərcini birmənalı şəkildə çıxmaq lazımdır. Bu xərcin vətəndaşın boynuna qoyulması ədalətsizlikdir. Ona görə də ikinci yanaşma ondan ibarıtdir ki, kreditlərdə devalvasiya xərcini hesablayırıq və bu xərclər artıq hökumətlə banklar arasında bölüşdürülür. Ola bilər ki, çox hissəsini hökumət ödəsin, bir hissəsini banklar, yerdə qalan məbləği isə krediti götürənlər ödəyə bilər.

Üçüncü yanaşma ondan ibarətdir ki, burada aztəminatlıq məsələsi, krediti ödəmə qabiliyyəti əsas götürülməlidir. Bu, xüsusilə də aşağı məbləğli kreditlərə tətbiq olunmalıdır. Hesab edirəm ki, maksimum 10 minə qədər olan kreditlər üçün bu yanaşma daha effektli ola bilər. 10 minə qədər olan kreditlərdə aztəminatlı təbəqədən olan həqiqətən ödəmək qabiliyyətində deyilsə, müflisləşmə haqqında qanun qəbul olunarsa, buna istinad edərək məhkəmələr qərarlar verə bilərlər. Bu qərar kreditin ödənilməsinə möhlət də ola bilər, silisnməsi barədə də ola bilər. Bu prosesdə də dövlətlə banklar arasında xərclər bölüşdürülə bilər.

– Əgər problemli kreditlərin silinməsi mümkün olarsa, bu, hansı kreditlərə aid ola bilər? Yalnız istehlak kreditləri, yoxsa digərlərinə də? Məsələn, belə yanaşma var ki, kimsə dollar krediti götürüb bahalı telefon, yaxud bahalı maşın alıbsa, onun borcunun silinməsi dövlətin üzərinə atıla bilməz.
- Bu məsələdə fərqli yanaşma olmalıdır. Kimlərsə 100 minlərlə, hətta milyonlarla aşağı fazilərlə kredit götürərək biznes qurubsa, əmlak, mülk alıbsa, düşünürəm ki, onlarla bağlı yalnız devalvasiya xərci çıxıb, yerdə qalan məbləği qaytarmaq öhdəliyi qoyulmalıdır. Kiçik kreditlərlə bağlı isə, dediyimiz kimi, müflisləşmə ilə bağlı məhkəmənin qərarı olduqda mümkündür. Həmin şəxsin borcu silinsə belə, onun gələcək üçün zərələri var. Yəni yeni kreditlərə çıxış imkanı məhdudlaşır.

Ona görə də mən bütövlükdə kreditlərin silinməsinin əleyhinəyəm. Hesab edirəm ki, xüsuslə də, bank rəhbərlərinə, siyasi dairələrə yaxın adamların adına rəsmiləşdirilmiş aşağı faizli, yüksək məbləğli kreditlərin silinməsindən söhbət gedə bilməz. O kreditlərə belə dəstək ola bilərlər ki, orada devalvasiya xərci krediti götürən, bank və dövlət arasında bərabər hissələrdə bölüşdürülə bilər.

Aşağı məbləğli kreditlərin həlli yolu isə müfisləşmə haqqında qanunun qəbulundan keçir və problemin həlli məhkəmə müstəvisində mümkündür.

– Bəzi kredit götürənlər var ki, devalvasiyadan sonra kreditlərini yeni məzənnəyə uyğun olaraq qaydasında ödəyiblər. Bu isə onların ikiqatdan daha artıq, fazilərlə birlikdə az qala üçqat artıq ödəməsi ilə nəticələnib. Krediti ödəməynələrin borcu silinərsə, yaxud da müəyyən güzəştlər edilərsə, bu kreditini ödəyən şəxslərə yanaşmada ədalətsizlik sayıla bilərmi?
– Hesab etmirəm ki, bu, onlara münasibətdə ədalətsizlikdir Yəni kimlərsə krediti qaytarmaq iqtidarındadırsa və qaytarırsa, bunu normal hesab etmək olar. Amma gəlirlərinə və sosial vəziyyətinə görə krediti ödəmək qabiliyyətində olmayan şəxsləri də başa düşməli, onların da bu haqqını tanımalıyıq. İndi də gec deyil və problemi onun sosial vəziyyətinə və gəlirlərinə müvafiq şəkildə həll etmək olar.

– Hazırda banklar krediti manatla versələr də, müqavilə şərtlərində manatın məzənnəsi düşərsə, dolların qiymətinə uyğun indekləşdirmə aparılacağı ilə bağlı müddəa salıblar. Yəni dolların məzənnəsi bahalaşarsa, kreditin faizi də buna adekvat olaraq artacaq. Bu isə faktiki olaraq dollarla kredit verilməsi sayılır. Bu cür indeksləşdirmə qanunidirmi?
– Ümumiyyətlə, dollarla krediti yalnız xarici iqtisadi fəaliyyətin tərkib hissəsi olan şəxslərə, idxal-ixrac əməliyyatları həyata keçirən sahibkarlıq subyektlərinə verilməsi düzgündür. Birmənalı şəkildə istehlakçılara dollarla kredit verilməsinin əleyhinəyəm. O ki qaldı manatla götürülmüş kreditin müqavilə şərtlərində dolların məzənnəsinə uyğun indekləşdirilməsinə, hesab edirəm ki, bu da Azərbaycanın mövcud qanunvericiliyinə ziddir. Əgər dolların məzənnəsində dəyişiklik baş verərsə, yaranan xərci nəyə görə vətəndaş ödəmlidir? Bu, sadəcə olaarq bankların riskləri sığortalamaq siyasətinin tərkib hissəsidir. Öz mənafelərinə uyğun olaraq risklərini aşağı salmaq məqsədilə həyata keçirilir. Belə müqavilələrin hazırlanması, kredit şərtlərini dolların cari kursu ilə tənzimlənməsi manatla bağlanan kreditlərə tətbiq oluna bilməz.

– Yeni müqavilərdə bu cür indeksləşmə manatın ucuzlaşacağı təqdirdə risk faktorunun yenə də vətəndaşın üzərində qaması və bununla da yeni problemli kreditlər yaranacağı demək deyilmi?
– Təbii ki, bu cür müqavilələr vətəndaşlar üçün yeni risklər yaradır. Bu, əvvəlcədən müştərilərin üzərinə öhdəliklərin qoyulması deməkdir. Ümumiyyətlə, bu məsələni qanunamüvafiq hesab etmirəm.

– Problemli kreditlərin yaranmasında əsas səbəblərdən biri də Azərbaycanda bank faizlərinin digər ölkələrlə müqayisədə həddindən artıq yüksək olması ilə bağlıdır. Vətəndaşlara kreditlər daha yüksək – 22-28, hətta digər xərclər də daxil edilməklə 30 faizlə verilir. Bank fazilərinin bu qədər yüksək olması nədən qaynaqlanır?
– Bəli, Azərbaycanda dollarla götürülən kreditlərdə vaxtı keçmiş kreditlərin yaranmasının əsas səbəbi devalvasiyadıra, manatla götürülən kreditlərdə əsas səbəb banklarda faizlərinin yüksək olmasıdır. Faiz dərəcələrinin yüksək olması Azərbaycan Mərkəzi Bankının tənzimləmə vasitələrinin işləməməsinin, ümumiyyətlə faiz bazarına təsir etməməsinin göstəricisidir. Bu, eyni zamanda riskləri asan idarə etmək siyasətinin tərkib hissəsidir. Onlar, verdikləri vəsaiti bəri başdan geri almaq niyyətində olurlar və buna da bir çox halalrda nail olurlar. O baxımdan hesab edirəm ki, faiz dərəcələrinin yüksək olması Azərbaycanda güclü infilyasiyanın mövcudluğunun təzahür formasıdır.(bizimyol.info)
OXŞAR MÖVZULAR
loading...