Impera

XƏBƏR LENTİ
18:06Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO18:03Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO18:00Olqa Kazakova: Dil baryerinin olmaması Rusiya mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO17:57Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO17:55Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO13:51İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO13:36Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı (ARAŞDIRMA)13:30Xırdalandakı 1 saylı məktəbin direktoru ondan şikayət edən valideyni təhqir etdi13:26Tailandda itmiş it 4 il sahiblərinin yolunu gözləyib - VİDEO13:22İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq13:20BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO11:49Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO11:45Bakıda içkili qadın yolda yatdı - VİDEO11:41Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürdü - VİDEO11:13Silah anbarında PARTLAYIŞ - 4 hərbçi yaralandı11:08Vergilər nazirdən sensasiyalı açıqlama11:06SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi10:54Cəlilabad təhsil müdiri məktəblərində saxtakarlıqlara şərait yaradır - PREZİDENTƏ VƏ NAZİRƏ MÜRACİƏT00:08Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir00:05“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi23:57Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır23:50Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi23:44“Qalatasaray” qələbə qazandı - VİDEO23:42Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO17:27Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq - RƏSMİ17:22Tovuzdakı qətlin araşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb17:20Özbəkistan Türk Konseyinə qoşuldu – Prezidentdən TARİXİ QƏRAR17:11Xidmət rəisi viza rejiminin ləğvindən danışdı17:07Nazirdən əmr: küçədə piyadaları cərimələyən polislərin səlahiyyətlərinə xitam verildi16:59İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.16:56Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…16:54Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO16:51"Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm"16:42İlham Əliyev Bakıda peşə məktəbinin açılışında - FOTO16:40Xırdalanda intihar hadisəsi - őzűnű binanın 10- cu mərtəbəsindən atdı(FOTO)16:31Mehriban Əliyeva Kürdəxanıda 113 nömrəli məktəbdəki şəraitlə tanış oldu - FOTO16:25Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü16:22Ceyranbatan bələdiyyə sədri Cavanşir Zeynalov məndən 3 min manat rüşvət istədi - İsmayıl Sadıqovdan şok açıqlama16:18Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar16:17Deputatın "Porsche"si ilə adam öldürən şəxs bəraət istəyir16:12Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb?16:09Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək - VDEO16:06Sinoptiklər 28 dərəcə isti vəd edirlər15:33Fuad Cəbrayılovun I əməliyyatı: Keçmiş MTNçilərin Abşeron icra hakimiyyətindəki ÇETESİ13:07İlham Əliyev Bakıda açılışda - FOTO12:57"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..."12:54Yenilməz “Sədərək” imperiyası - VİDEO12:27Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO12:23Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir12:19Ramiz Zeynalovun qohumu tanınmış vəkili qətlə yetirdi12:15Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi - VİDEO11:44Yol polisi əməkdaşları rayondan paytaxta qaçırılan qızı xilas etdi - VİDEO11:38SON DƏQİQƏ! Məhkəmə Elinanın ölümündə təqsirləndirilən direktor barədə QƏRAR VERDİ11:35Misir Mərdanova VƏZİFƏ VERİLDİ11:31Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:29Xankəndinin icra başçısı Sərkisyan, Laçının icra başçısı Aleksanyan, Kəlbəcərin icra başçısı Çilingəryan oldu11:27İMİŞLİDƏ ƏHALİ ETİRAZ AKSİYASI KEÇİRDİ – VİDEO11:26"Torpağımı ermənilər, ondan sonrakı qazandıqlarımı Fərəh xanımla Ceyran xanım işğal etdilər" - VİDEO10:28SON DƏQİQƏ! Tanınmış vəkili güllələləyib öldürdülər - FOTO - YENİLƏNİB18:40Polisdən ƏMƏLİYYAT: “Leş Tofiq” və dəstəsi saxlanıldı18:37Prezident Şamaxıya iki milyon manat ayırdı18:35Samir Şərifova qarşı ŞOK İDDİA - "4 milyardın hesabını verir..."18:24Şamaxıda direktordan şəhidə hörmətsizlik – FOTO18:09Şərurulu İsfəndiyardan daha bir şikayət...18:04Sabunçuda MÜƏMMALI TORPAQ ALVERİ...18:00Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:55Sabahın havası: duman, şimşək, yağış17:53İcra başçısından şok addım17:50Qayda pozan yol polisinə ciddi xəbərdarlıq edildi - VİDEO17:46Putin vədinə 20 il sonra əməl etdi - VİDEO17:43Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ17:38Federasiya vitse-prezidenti nədə ittiham olunur?17:17İlham Əliyev AŞPA Prezidentini qəbul etdi - FOTO17:11Prezident Bakıda 101 nömrəli məktəbdəki vəziyyətlə tanış oldu - FOTO17:08Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO12:27Əli Həsənov: “Söz və mətbuat azadlığı dövlət siyasətimizin tərkib hissəsidir”12:20Prezident razılıq verdi: Azərbaycanda daha bir universitet...12:16Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar12:14Polis Mahir Emrelinin evini soyan şəxslərin kimliyini müəyyənləşdirdi - ÖZƏL12:13Həyat yoldaşı Afət Fərmanqızına ŞOK QADAĞA QOYDU - Hacı əsəbiləşdi və...12:11Əflatun Amaşov: "Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir"12:09İlham Əliyev “Xətai” metrostansiyasının açılışında - FOTO12:02SAKİNLƏR ELDAR ƏZİZOVDAN KÖMƏK İSTƏYİRLƏR...11:56Şimali Kiprdə SİLSİLƏ PARTLAYIŞLAR - VİDEO11:54Nazirin müşavirlərinin sayı 9-a çatdı11:27Sumqayıtda reklam şirkəti ilə vergi idarəsinin iş birliyi...11:24"Modern Məktəb"də biabırçı təhsil səviyyəsi... - VİDEO11:17Alı Alıyev məcburi köçkünlərlə görüşüb11:11Ərdoğanla İmamoğlu arasında maraqlı dialoq - VİDEO11:09Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:06Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – VİDEO11:03Gürcüstandan avtomobillə gəlib, cərimə olunanlara XƏBƏRDARLIQ! - VİDEO11:00Şahin Mustafayev möhtəkirlərin çətirinə çevrilib...10:55Bu qəsəbədə qaz təchizatı dayandırılacaq10:53Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı - VİDEO10:0083 yaşlı ŞƏHİD ANASI vəhşicəsinə döyüldü, təhqir edildi, xəstəxanalıq oldu. - Sabunçu rayon İcra Hakim iyyətində biganəlik VİDEO23:07İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...22:58Maqsud Mahmudov məmurları yıxıb-sürüdü: "Kəmaləddin Heydərovun vaxtında belə deyildi" - VİDEO22:54Mingəçevir xəstəxanasının cərrahı xəstəni belə ödürdü – ŞƏHƏR POLİSİ NİYƏ SUSUR? (TƏFƏRRÜAT)22:49Bakıda “Lukoil”dan oğurluq – VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Müştəri Nikoyl Bankdan götürdüyü pulu tam ödəsə də evi girovluqdan çıxarılmır

09 sen 2019, 18:01   
Müştəri Nikoyl Bankdan götürdüyü pulu tam ödəsə də evi girovluqdan çıxarılmır

Redaksiyamıza tanımadığımız bir vətəndaşdan şikayət məktubu daxil olub. Diqqətlə oxuduqdan sonra məktubu dərc etmək qərarına gəldik. Düşündük ki, Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva humanistlik edərək və şikayətçinin məktubunda qeyd edilənləri nəzərə alaraq onun yaşadığı evi Nikoyl Bankın girovluğundan çıxarılması üçün göstəriş verəcək.

Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezidenti xanım Mehriban Əliyevaya Nəsimi rayonu 4 M/R 20 yanvar küçəsi ev 23 mənzil 10-da yaşayan Şükürova Əsmər Əzizağa qızı tərəfindən (Əlaqə nömrəsi: (050) 698-20-99)


Ə R İ Z Ə

Cənab Prezidentimiz İlham Əliyev və Vitse Prezidentimiz Mehriban xanım Əliyeva ailəmizdə yaranan çox ciddi problemin həllinə görə məcburuyyətdən 22.12.2014-cü ildə Nikoyl Bankda evimizi girov qoymaqla 12.027 manat 78 qəpik kursu 15.300 dollar pul götürmüşdük. Ümumiyyətlə bizim 10.000 manata böyük ehtiyacımız olub bankın kredit mütəxəssisi adımızda Bank of Bakuda 1.200 manata qədər olan kreditin bağlanmasını və 850 manata qədər də bankın komissiya xidmətinə ödəyəcəyimizi tələb etdilər. Bunları nəğd ödəmək imkanımız olmadığına görə ehtiyacımız olan 10.000 manatın üstünə əlavə hesablanmasına razılaşdıq. Evimizi dəyərindən aşağı qiymətə manat ilə girova götürdülər. Rəsmi gəlirim haqqında arayışı manat ilə aldılar. Pulu kassadan manat ilə sayıb verdilər müqaviləni isə dollarla yazıblar. Bank işçilərinin maliyyə fırıldaqlarını başa düşməmişəm. Qarşılıqlı razılaşdığımıza inanıb təqdim etdikləri sənədləri imzaladım. Ödəniş cədvəlinin dollarla qurulduğunu görəndə bildirdim ki, mən sizdən dollar istəməmişəm. Kredit mütəxəssisi cavab olaraq bildirdi ki, narahat olmayın, bu bankın qaydasıdır. Pul sizə manat ilə veriləcək, siz də hər ay 362 manat ödəyəcəksiniz, deyib bizi inandırdı. Hətta dolların kursu ilə veriblərsə də 78 qəpik kursu ilə verdikləri krediti notariusda təsdiqlətdirdilər. Respublikada birinci devolvasiya yaranandan sonra məndən 1.05 qəpik kursu ilə ödəniş etməyə məcbur etdilər. Hər ay aldığım əmək haqqını banka ödəmək məcburiyyətində oldum. İkinci devolvasiyaya uyğun əmək haqqım olmasa da məndən 750 manat ödəməyimizi tələb etdilər. Buna mənim heç bir imkanım yol vermədiyi üçün qanunlarımızın aliliyinə sığınıb düşündüm ki, Qanun Şahdır, şah qanun deyil. Amma Ədalətsiz məmurlarımız üçün Şah qanundur. Məhkəmə ali qanunverici instansiya olduğuna gorə Nəsimi Rayon Məhkəməsinə götürdüyüm 78 qəpik kursu ilə ödəniş etməyim üçün müraciət etdim. Məhkəmənin hakimi Paşayev Azər İslah oğlu nə yoldaşımın xəstəliyinə görə əlilliyini, işsizliyini mənim yaş həddimi, nə evimizin manat ilə girova götürüldüyünü, əmək haqqında arayışın manat ilə verilməsini, pulun kassadan manat ilə sayılıb veriməsini, nə də mənim günün məzənnəsinə uyğun əmək haqqı almadığımı bilə-bilə hətta bankın nümayəndəsinin məhkəmə prossesinə gəlmədən birbaşa bankın xeyrinə qərar verdi. Ən azından ailə vəziyyətimizi nəzərə alıb bankın faizlərini dondurmalı idi, bunu da etmədi. Respublikada devolvasya hamı üçün gözlənilməz bir vəziyyət oldu.
Cənab Prezidentimiz, mən nə siyasətçi, nə iqtisadiyyatçı, nə maliyyəçi, nə hüquqşunas, nə kommersant, nə də biznesmen deyiləm, adi bir vətəndaşam. Yoldaşım xəstəliyinə görə əlildir, heç yerdə işləmir, əsəb xəstəsidir, asma və yüksək qan təzyiqindən əziyyət çəkir, demək olar ki, dərmanla yaşayır. Ailənin tək övladı olub hal-hazırda heç kimsəsi yoxdur. Evin bütün dolanışığı, iynə dərmanlarının pulu, kommunal xidmətlərin ödənişi, həm də kreditin ödənişləri tək mənim üstümdədir. 54 yaşım tamam olmaqdadır. Bundan sonra nə qədər ömrüm qalıb bilmirəm. Xəstə əlil saxlamaqla bankın köləsi vəziyyətində yaşamağa artıq gücüm çatmır. Dünyanın heç bir yerində ömürlük kredit ödənilmir. 22.12.2014-cü ildə 12.027 manat 78 qəpik kursu ilə 15.300 dollar pul götürmüşdüm. Bu günə qədər min bir çətinliklə bir qarın ac, bir qarın tox olub, hətta çörək puluna görə evin qab-qaşığını, süfrə, dəsmallarını satmışam. Kimisinin köhnə paltarlarını, geyinmişəm, kimisinin köhnə sumkasını götürmüşəm, kimisinin ayaqqabısını geyinmişəm. Bu günə qədər 19.678 manat 1.70 kursu ilə 11.575 dollar ödəmişəm. Evimizin Nikoyl Bankın girovunda olmasından Maliyyə Bazarı da istifadə edib, mənim birinci devolvasiya vaxtında 78, 1.05 qəpik kursu ilə ödədiyim ödənişlərimi, ümumiyyətlə bu günə qədər bütün ödədiyim ödənişlərimi 1.70 kursu ilə hesablayıb. Mənim boynuma 14.823 manat da bundan sonrakı vaxta əlavə borc qoyur. Bu da o deməkdir ki, evimi girov qoymağımdan istifadə edib öz evimi mənə satırlar. Bu, böyük haqsızlıqdır. Mən də bu respublikanın vətəndaşıyam. Hər iki devolvasiyadan əziyyət çəkmişəm. Siz sağ olun ki, böyük humanistlik göstərib Respublikada problemi kreditlərin həlli üçün dövlət büddəsi hesabından hər iki devolvasiyadan əziyyət çəkən vətəndaşlara görə kompensasiya ayırmısınız. Nikoyl Bank bizim problemli kredit müştərisi olduğumuza görə adımızı Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərmişdi. 15 aprel tarixinə qədər adımız palatada dəqiqləşdirmə mərhələsində oldu. 15 aprel tarixindən sonra palatada adımızı həmin siyahıdan çıxardılar. İstər bank işçiləri, istərsə də Maliyyə Bazarına Nəzarət palatası çox yaxşı bilir ki, mən bu günə qədər götürdüyüm pulu tam artıqlaması ilə ödəmişəm. Evimizin bankın girovunda olmasından istifadə edib Bankın haqsızcasına boynumuza qoyduğu borcları faiz məzənnəsini müdafiə edirlər. Bunu hamı bilir ki, Respublikada yaranan devolvasiyadan sonra Siz Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdınız ki, Bankların vətəndaşlara qarşı olan Ədalətsizliyinin qarşısını alsınlar. İqtisadçı ekspertlər də həmişə üçlük mexanizm yaradılıb, bu problemin aradan qaldırılmasını təklif edirdilər. Bir hissə dövlət tərəfindən yaranan vəziyyətə görə əhaliyə köməklik olunsun. Bir hissə bank tərəfindən, bir hissəsini də vətəndaş özü ödəsin. Yəni heç kim üçün çətinlik yaranmasın. Amma bizdə üçlük mexanizmi demək olar ki, tam əks formada yaradıldı. Ədalətsiz məmurlar tutduqları vəzifələrindən, əllərində olan imkanlardan istifadə edirlər. Banklar Maliyyə Bazarlarına Nəzarət Palatası və Məhkəmələr evləri, maşınları, qızıl, zinyət əşyaları girovda olanları təpiklərinin altına salıb sürüyürlər. Nə Sizin, nə də Mehriban xanım Əliyevanın adına yazılan məktubları da sizə vermirlər.
Cənab Prezidentimiz əgər mən məcburiyyətdən evimizi hər hansı bir sələmçiyə girov versəydim, indi sizi heç narahat etməzdim, mən məcburiyyətdən evimizi bankda girov qoyanda ilk öncə dövlətimizə güvəndim. Sonra da banka etibar etdim. Düşündüm ki, Bank nə qədər özəl olsa da dövlətin nəzarəti olan yerdə özbaşına ola blməz. Cənab prezidentimiz onu da qeyd edim ki, mənim yoldaşımın babası 1941-ci ildə könüllü müharibəyə gedib. 1943-cü ildə Novorossiyski şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun ailəsinə qara kağız deyilən məktub gəlib. Cəbhəçi ailəsi olublar, amma heç bir vaxt dövlətdən köməklik, yardım istəməyiblər. Mənim yoldaşım Abbasov Yusif Məşədi Mustafa oğlunun soy adını daşıyan yeganə oğul varisidir. Özü də xəstəliyinə görə əlil və işsizdir. Yeganə ümidi atasından ona qalan sığınacağı olan evidir. Sığınacağından başqa heç nəyi yoxdur, o da Nikoyl Bankın əsarətindədir.
Cənab Prezident başa düşürük, indi biz müharibə şəraitində yaşayırıq. Öz doğma Azərbaycan torpağımızın ayrılmaz bir hissəsi olan doğma Qarabağımızın azad olunmasına Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qan töküb, şəhid veririk. Amma məlumdur ki, 1941-1945-ci illərdə sinəsini nemesin topunun, tankının qabağına verən ataların, oğulların axıtdığı qanı üzərində bu günki müstəqil dövlətlər birliyi, Böyük Rusiya Fedorasiyası, Böyük Türk dövləti, müstəqil demokratik, güclü Azərbaycan dövləti yaranıb. İndi bizim cənab İlham Əliyev kimi Azərbaycan dövlətini bütün dünya dövlətlərinin içində nümunəvi, nüfuzlu dövlət kimi tanıdan Prezidentimiz var. Siz Azərbaycan xalqının görən gözləri, düşünən beyni, döyünən ürəyisiniz. Necə deyərlər ki, elin gözü tərəzidir. Siz Azərbaycan dövlətinin günü-gündən yüksək səviyyədə inkişaf etməsinə görə əlinizdən gələn bütün qüvvənizi sərf edirsiniz.

Haydı marş irəli, qalib müzəffər

Heydərin ardınca İlhamdır rəhbər

Allahın adıyla Allahu Əkbər

İlhamdır rəhbər, İlhamdır rəhbər


Cənab Prezidentimiz siz prezident seçilərkən “Mən hər bir vətəndaşın prezidentiyəm” ifadənizə söykənib, Sizin göstərdiyiniz humanistliyiniz sayəsində Respublikada problemli kreditlərin həlli üçün ayırdığınız kompensasiya hesabına bu günə qədər götürdüyüm pulu tam artıqlaması ilə qaytarmağımızı nəzərə alıb evimizin girovdan çıxarılmasına görə sizdən köməklik istəyirəm. Hər kəsdən köməklik istədim, heç kim bizə köməklik etmədiyinə görə sizi narahat etmək məcburiyyətində oldum. On milyonluq Azərbaycan vətəndaşlarının və dünya Azərbaycanlılarının qarşısında cənab prezidentimiz Sizdən və hamımızın əzizi olan güvəndiyimiz Mehriban xanım Əliyevadan qadın həmrəyliyinə sığınıb min bir çətinliklə götürdüyüm pulları tam qaytarmağımı və ailə vəziyyətimizin çox ağır və acınacaqlı vəziyyətdə olduğunu nəzərə alıb problemli kreditlərə görə ayrılan kompensasiya hesabına evimizin girovdan çıxarılmasına görə şəxsən göstəriş verməyinizi sizdən artıq dərəcədə rica edirəm.
Mən çox istərdim ki, sizin göstərişiniz ilə dövlət nümayəndələrindən gəlib bizim hansı şəraitdə yaşamağımızla və məcburiyyətdən hansı səbəbə görə evimizi Nikoyl Bankda girov qoyduğumuzla yaxından tanış olsunlar. Mənim krediti götürdüyüm gündən bu günə qədər min bir çətinliklə ödədiyim pulları evimizin bankın girovunda olmasından istifadə edib nə Nikoyl Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası ödəniş hesab etmir.
Bizim ümidimiz cənab Prezident yalnız Siz və Mehriban xanım Əliyevadır.

İmza: Şükürova Əsmər”.

P.S. Yazıda adları çəkilən təşkilatların rəsmi mövqeyini çap etməyə hazırıq. (aznews.az)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...