Impera

XƏBƏR LENTİ
18:06Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO18:03Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO18:00Olqa Kazakova: Dil baryerinin olmaması Rusiya mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO17:57Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO17:55Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO13:51İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO13:36Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı (ARAŞDIRMA)13:30Xırdalandakı 1 saylı məktəbin direktoru ondan şikayət edən valideyni təhqir etdi13:26Tailandda itmiş it 4 il sahiblərinin yolunu gözləyib - VİDEO13:22İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq13:20BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO11:49Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO11:45Bakıda içkili qadın yolda yatdı - VİDEO11:41Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürdü - VİDEO11:13Silah anbarında PARTLAYIŞ - 4 hərbçi yaralandı11:08Vergilər nazirdən sensasiyalı açıqlama11:06SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi10:54Cəlilabad təhsil müdiri məktəblərində saxtakarlıqlara şərait yaradır - PREZİDENTƏ VƏ NAZİRƏ MÜRACİƏT00:08Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir00:05“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi23:57Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır23:50Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi23:44“Qalatasaray” qələbə qazandı - VİDEO23:42Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO17:27Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq - RƏSMİ17:22Tovuzdakı qətlin araşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb17:20Özbəkistan Türk Konseyinə qoşuldu – Prezidentdən TARİXİ QƏRAR17:11Xidmət rəisi viza rejiminin ləğvindən danışdı17:07Nazirdən əmr: küçədə piyadaları cərimələyən polislərin səlahiyyətlərinə xitam verildi16:59İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.16:56Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…16:54Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO16:51"Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm"16:42İlham Əliyev Bakıda peşə məktəbinin açılışında - FOTO16:40Xırdalanda intihar hadisəsi - őzűnű binanın 10- cu mərtəbəsindən atdı(FOTO)16:31Mehriban Əliyeva Kürdəxanıda 113 nömrəli məktəbdəki şəraitlə tanış oldu - FOTO16:25Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü16:22Ceyranbatan bələdiyyə sədri Cavanşir Zeynalov məndən 3 min manat rüşvət istədi - İsmayıl Sadıqovdan şok açıqlama16:18Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar16:17Deputatın "Porsche"si ilə adam öldürən şəxs bəraət istəyir16:12Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb?16:09Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək - VDEO16:06Sinoptiklər 28 dərəcə isti vəd edirlər15:33Fuad Cəbrayılovun I əməliyyatı: Keçmiş MTNçilərin Abşeron icra hakimiyyətindəki ÇETESİ13:07İlham Əliyev Bakıda açılışda - FOTO12:57"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..."12:54Yenilməz “Sədərək” imperiyası - VİDEO12:27Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO12:23Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir12:19Ramiz Zeynalovun qohumu tanınmış vəkili qətlə yetirdi12:15Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi - VİDEO11:44Yol polisi əməkdaşları rayondan paytaxta qaçırılan qızı xilas etdi - VİDEO11:38SON DƏQİQƏ! Məhkəmə Elinanın ölümündə təqsirləndirilən direktor barədə QƏRAR VERDİ11:35Misir Mərdanova VƏZİFƏ VERİLDİ11:31Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:29Xankəndinin icra başçısı Sərkisyan, Laçının icra başçısı Aleksanyan, Kəlbəcərin icra başçısı Çilingəryan oldu11:27İMİŞLİDƏ ƏHALİ ETİRAZ AKSİYASI KEÇİRDİ – VİDEO11:26"Torpağımı ermənilər, ondan sonrakı qazandıqlarımı Fərəh xanımla Ceyran xanım işğal etdilər" - VİDEO10:28SON DƏQİQƏ! Tanınmış vəkili güllələləyib öldürdülər - FOTO - YENİLƏNİB18:40Polisdən ƏMƏLİYYAT: “Leş Tofiq” və dəstəsi saxlanıldı18:37Prezident Şamaxıya iki milyon manat ayırdı18:35Samir Şərifova qarşı ŞOK İDDİA - "4 milyardın hesabını verir..."18:24Şamaxıda direktordan şəhidə hörmətsizlik – FOTO18:09Şərurulu İsfəndiyardan daha bir şikayət...18:04Sabunçuda MÜƏMMALI TORPAQ ALVERİ...18:00Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:55Sabahın havası: duman, şimşək, yağış17:53İcra başçısından şok addım17:50Qayda pozan yol polisinə ciddi xəbərdarlıq edildi - VİDEO17:46Putin vədinə 20 il sonra əməl etdi - VİDEO17:43Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ17:38Federasiya vitse-prezidenti nədə ittiham olunur?17:17İlham Əliyev AŞPA Prezidentini qəbul etdi - FOTO17:11Prezident Bakıda 101 nömrəli məktəbdəki vəziyyətlə tanış oldu - FOTO17:08Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO12:27Əli Həsənov: “Söz və mətbuat azadlığı dövlət siyasətimizin tərkib hissəsidir”12:20Prezident razılıq verdi: Azərbaycanda daha bir universitet...12:16Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar12:14Polis Mahir Emrelinin evini soyan şəxslərin kimliyini müəyyənləşdirdi - ÖZƏL12:13Həyat yoldaşı Afət Fərmanqızına ŞOK QADAĞA QOYDU - Hacı əsəbiləşdi və...12:11Əflatun Amaşov: "Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir"12:09İlham Əliyev “Xətai” metrostansiyasının açılışında - FOTO12:02SAKİNLƏR ELDAR ƏZİZOVDAN KÖMƏK İSTƏYİRLƏR...11:56Şimali Kiprdə SİLSİLƏ PARTLAYIŞLAR - VİDEO11:54Nazirin müşavirlərinin sayı 9-a çatdı11:27Sumqayıtda reklam şirkəti ilə vergi idarəsinin iş birliyi...11:24"Modern Məktəb"də biabırçı təhsil səviyyəsi... - VİDEO11:17Alı Alıyev məcburi köçkünlərlə görüşüb11:11Ərdoğanla İmamoğlu arasında maraqlı dialoq - VİDEO11:09Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:06Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – VİDEO11:03Gürcüstandan avtomobillə gəlib, cərimə olunanlara XƏBƏRDARLIQ! - VİDEO11:00Şahin Mustafayev möhtəkirlərin çətirinə çevrilib...10:55Bu qəsəbədə qaz təchizatı dayandırılacaq10:53Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı - VİDEO10:0083 yaşlı ŞƏHİD ANASI vəhşicəsinə döyüldü, təhqir edildi, xəstəxanalıq oldu. - Sabunçu rayon İcra Hakim iyyətində biganəlik VİDEO23:07İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...22:58Maqsud Mahmudov məmurları yıxıb-sürüdü: "Kəmaləddin Heydərovun vaxtında belə deyildi" - VİDEO22:54Mingəçevir xəstəxanasının cərrahı xəstəni belə ödürdü – ŞƏHƏR POLİSİ NİYƏ SUSUR? (TƏFƏRRÜAT)22:49Bakıda “Lukoil”dan oğurluq – VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub – VİDEO

11 sen 2019, 12:18   
Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir.

Güninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirinə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıblar.
Yubiley mərasimi BDU tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirildiyi videokadrın nümayişi ilə başlanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək səviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Qonaqları universitetin 25 minlik böyük kollektivi adından salamlayan rektor ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən BDU-nun yubileyinin müxtəlif səviyyələrdə, o cümlədən UNESKO-nun iqamətgahında, dünyanın bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib.
Universitetin keçdiyi şərəfli yola qısa ekskurs edən Elçin Babayev vurğulayıb ki, bu tarixi inkişaf mərhələsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22 mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU bu gün iki elmi-tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, 125 kafedrası, 3 milyona yaxın kitab fondu olan böyük kitabxanası və digər üstünlükləri ilə tanınır.
Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrətli alimlər, siyasi xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarca məşhur sima bu şərəfli siyahıda yer tutur.
Universitetin bu günü haqqında danışarkən Elçin Babayev dünyanın tanınmış ictimai-siyasi xadimlərinin bu universitetin fəxri doktoru olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır: “Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar”. Çıxışının sonunda rektor Elçin Babayev Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri fərmanını təqdim edib.Tədbirin bədii hissəsində gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə “Xəzər virtuozları” kamera orkestri konsert proqramı təqdim edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər Cəmilə Qaraçaylı (skripka), Arslan Növrəsli (tar) və Etibar Əsədlinin (fortepiano) ifaları maraqla qarşılanıb.
Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. Mədəniyyət Mərkəzinin zallarında BDU-nun 100 illik fəaliyyəti haqqında tarixi və müasir fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Qeyd edilməlidir ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ilin noyabr ayında Bakı şəhərində tədbirlər silsiləsi keçiriləcək.

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub – VİDEO


Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub – VİDEO



OXŞAR MÖVZULAR
loading...