Impera

XƏBƏR LENTİ
10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO12:24“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - VİDEO12:16“Novruz Məmmədov" Dadaşlinskidən iş istəyib - VİDEO12:14Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO12:10Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO12:07"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"12:04Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində...12:02Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar – VİDEO11:58Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı11:55Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq11:53SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək11:51İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTO11:45“Qobu Park-2” yaşayış kompleksinin açılışı olub - FOTO11:41Naxçıvanlı iş adamı Moskvada baltalandı - VİDEO11:10"Sən bu cəmiyyətə nə vermisən ki, yaltaqlanmaqdan başqa" - PARTİYA SƏDRİNDƏN SƏRT SÖZLƏR/VİDEO11:07Emmanuel Makron İlham Əliyevdən dəstək istədi11:05“Bizim günahımız nədir?” – Tolikdən Kəmaləddin Heydərova MÜRACİƏT11:01Qaradağ rayonunda Müdafiə Nazirliyinə məxsus tikilini kimlər sökür? - VİDEO22:25ABŞ ŞOKDA: Pakistan, Macarıstan, İspaniya, Qatar və Rusiya - “Barış Pınarı” əməliyyatlarında Türkiyəni dəstəklədi22:02DİQQƏT: Qarabağda müharibə yenidən başlayır21:58Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…

16 sen 2019, 11:16   
“EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…

Ötən həftə “EGE” hospitalda növbəti ölüm hadisəsi baş verdi və klinika tərəfindən susqunluqla qarşılandı.

“EGE” rəhbərliyi izaha vermədi ki, hospitalda müalicə alan Sabirabad sakini, 20 yaşlı Şamxal Məmmədov niyə vəfat edib.
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılsa da, hələlik heç bir versiya açıqlanmayıb. Amma bu, “EGE”də ilk belə ölüm deyil.
Reportyor.info xatırladır ki, cəmi 3-4 ay qabaq, iyunun 10-da Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko hospitalda dünyasını dəyişmişdi.
Görünür ki, klinikanın adının və personalının dəyişməsi heç nəyi həll etməyib. Əvvəl “Grand” hospital kimi fəaliyyət göstərən klinikada ardıcıl ölüm faktları adının “EGE” ilə əvəzlənməsinə səbəb oldu. Hətta elan olundu ki, rəhbərlik dəyişib, Türkiyədən yeni personal gəlib, azərbaycanlı həkimlər isə ixtisar olduqlarına görə şikayətlənmişdilər.
Lakin ad və kadr dəyişiklikləri ilə heç nə düzəlməyib. İyun və sentyabrda ölüm hadisələri hospitalda vəziyyətin ürəkaçan olmadığını göstərir. Bundan öncə yayılan xəbərləri də gözardı etmək olmaz. Məsələn, Türkiyədən doktor Aytəkin Başarğan dəvət olunub. Onun öz ölkəsində 53 yaşlı bir xəstənin başına açdığı oyunlardan agah olmaq kifayətdir.
53 yaşlı Gülümsər Kalabalık adlı Türkiyə vətəndaşını zobuna görə əməliyyat edərkən yanlışlıqla qida borusunu kəsib. Vəziyyəti getdikcə pisləşən qadını yenidən həyata qaytarmaq üçün əməliyyata daha sonra başqa bir həkim girib və əməliyyat masasında yarımcan halda qalan xəstənin mədəsini 20 santimetr yuxarı çəkərək, birbaşa qırtlağına birləşdirmək məcburiyyətində qalıb. Bu əməliyyatın ardından 53 yaşlı qadın daha 3 əməliyyat keçirsə də, əvvəlki sağlamlığına qovuşa bilməyib.
Bəs, Türkiyədən gətirilən neyrocərrah Özkan Tehli haqda nə demək olar? 65 yaşlı Həsən Qurbanovun qızı deyir ki, atası beyin qanaması keçirib. Reklama inanıb “EGE” hospitala gediblər, Özkan Tehlinin yanında olublar. Uzun sözün qısası, kişinin gözünü şikəst edib, özü də yoxa çıxıb.
“Buna qədər “EGE” hospitala 20 min manatdan artıq ödəmişdik. Atamı evə çıxardıq, lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq. Məlum oldu ki, atam “EGE”də yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra “EGE”dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu”, – deyə qızı bildirib.
Son xəbərlərə görə, türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıb. Bir il əvvəl böyük ümidlərlə adını dəyişən və demək olar, bütün yerli kollektivi qalmaqallı şəkildə işdən qovaraq xəstəxanaya türkiyəli mütəxəssisləri dəvət edən rəhbərlik, reklam kampaniyalarına böyük büdcələr ayırsa da, gözlədikləri nəticələri ala bilməyiblər.
Türkiyəli həkimlərin ölkələrinə qayıtmaqlarının bir səbəbi kimi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsi göstərilir. Bildirilir ki, xəstəxananın rəhbərliyi həkimlərə yüksək maaşlar vəd edib Azərbaycana dəvət etsə də, bir müddət sonra bu vədlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıblar.
Reportyor.info xəbər verir ki, müğənni Əbdül Xalidin xalası oğlu 37 yaşlı Ramin Ələsgərovun, 20 yaşlı Ayşən Mirzəyevanın, 56 yaşlı Nurağa Qasımovun və saysız-hesabsız “həkim qurbanı” olan ölülərin siyahısı ilə rekord qıran “Grand” ləkələnmiş imicini ad dəyişməklə – yəni “rebrendinq”lə ört-basdır etməyə çalışdı.Amma göründüyü kimi, hospitalda müalicə alan 20 yaşlı Şamxal Məmmədovun ölümü bu siyasəti alt-üst etdi. Axı 20 yaşlı cavan niyə ölməlidir, səbəbi varsa klinika açıqlama verməlidir, həkim danışmalıdır. Ancaq hadisədən neçə gündür ki, keçib və “EGE” səsini çıxarmır. Hər iki adı ilə ölüm faktları qeydə alınan klinika sanki bir morq, qəssabxanadır.
Artıq cəmiyyətdə bu hospitala heç bir etibar, inam qalmayıb. İnsanlar güvənmir deyə “EGE”dən yan qaçırlar, yaxınlarına da ora müraciət etməyi məsləhət görmürlər. Üstəlik, qiymətlər baha…
Bir müddət əvvəl işdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, vergiyə görə təcili adı dəyişiblər. Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.
MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.
Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı. Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir. Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...