Impera

XƏBƏR LENTİ
15:25Sabah da intensiv yağış yağacaq15:22Bakıda pul paylayan aparat: Bu tələyə düşənlər çoxdur15:18Neft və Sənaye Universitetinin kafedrasının müdirinə İTTİHAM - VİDEO15:07ƏZİZ ƏZİZOV DƏYİŞİKLİKLƏRƏ BAŞLADI, ŞÖBƏ MÜDİRİNİN MÜAVİNİNİ VƏZİFƏSİNDƏN AZAD ETDİ15:04Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb15:00SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib12:12Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist on gündür aclıq aksiyası keçirir- VIDEO12:04Rus hərbiçilərdən yığılmış "ÇVK Vaqner"muzdlularının Suriyada vəhşilikləri haqda video meydana çıxdı - VİDEO11:56“Türk Hava Yolları”nın təyyarəsi Ukraynada qəzaya uğradı – VİDEO11:51Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?11:48Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI11:44Şirniyyat sexində iyrənc mənzərə - FOTO11:37Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi11:32Azərbaycanda sürücünün diri-diri yandığı dəhşətli hadisənin VİDEOSU YAYILDI09:28Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR09:23Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – FOTO22:04Xanım icra başçısı Ceyranbatanda görüş keçirdi - FOTO21:57Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq21:41"AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid Mahmudov21:23BNA-nın xərclədiyi 100 milyon hara gedib: Sistem nə vaxt diriləcək?21:19Yeni Ombudsman Səbinə Əliyeva olacaq!21:16Sulu qar yağacaq21:13Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq20:43Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb - FOTO19:03Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI19:01İlham Əliyev deputatı təltif etdi18:53Prezident Ədliyyə Nazirliyinin iki əməkdaşına ali rütbə verdi - SƏRƏNCAM18:47Prezidentin fərmanını kimlər icra etmir? – Maliyyə Nazirliyi, yoxsa yerli idarələr...18:41Tələbə qızlar "Suşi"dən zəhərlənibmiş...14:38İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı14:32Gənclər mentalitetdə nədən narazıdır? - VİDEO14:28Qırx milyonu neylədiniz ki, cənablar, liftimiz yenə işləmir? -«ŞÜKÜR» GETDİ, «XALİS» GƏLDİ .....14:23Nazirlik “Gilan Holding”i məhkəməyə verdi14:17İLHAM ƏLİYEV SUMQAYITDA ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT ETDİ14:14PREZİDENTİN ZAKİR FƏRƏCOVU TƏLTİF ETMƏMƏSİNİN PƏRDƏARXASI: İCRA BAŞÇISI YOLA SALINACAQ?13:55İcra başçılarımızın başına gələn qeyri-adi əhvalatlar...13:51“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla…” – VİDEO13:48Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb“11:13Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub11:07Elmira Süleymanova onu işdən çıxardı10:56SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq - VİDEO10:53“Ghosty” “Google Play store” və “App store”dan SİLİNDİ09:40Naxçıvanın Daxili İşlər naziri sələfinin qərarını ləğv etdi09:38"Biz heç kimdən qorxmuruq, çünki bizim Sahil Babayev kimi nazirimiz var..."09:34Beyləqanda Namiq Allahverdiyev adına 1 saylı məktəbin ərazisində tikilmiş obyektə pul alıb göz yumurlar – VİDEO09:28Ceyhun Bayramov belə kadrlarla işləyir...09:25Avropadan daha 1385 nəfər Azərbaycana deportasiya ediləcək - VİDEO21:44Binədəki 326 saylı orta məktəbin direktorundan şəhid ailəsinə hörmətsizlik…21:35Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO21:31Zahid Orucun rəhbərlik etdiyi Mərkəz Prezidentin fəaliyyəti barədə ictimai rəyi araşdırıb — VİDEO21:25İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi21:17Gəncənin təhsil şefi dövlətə qarşı21:10Azərbaycanlı aktyor “Çukur”da - VİDEO21:05Bakıda sevgilisi ilə birlikdə evdən qızıl oğurlayan qızın görüntüləri yayıldı - VİDEO20:52İsrail qırıcıları İran ordusunu BOMBALADI – VİDEO20:47Bakıda "gəlin maşını" belə YANDI - VİDEO20:41Şiraza PDM-lər yeridildi - VİDEO20:38İrandakı hadisələrin pərdəarxası: Şok detallar – VİDEO20:28Mehriban Əliyeva Rusiyaya rəsmi səfər edib - FOTO19:57Ağdamda dəhşət-Həkimin əli ilə dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi verilir - VİDEO19:00Oktyabr ayında İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞU18:27Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm - SƏRƏNCAM18:13İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI18:10Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi - SƏRƏNCAM18:07Prezident onlara fəxri adlar verdi - SİYAHI14:13FİZULİ MƏMMƏDOV AZƏRBAYCANDAN QOVULUB? – VİDEO13:31Sabahın havası: yağış, sulu qar, qar13:20“Müsavat”ın Almaniyaya “mühacir ixracı”: Yaxında on minlərlə azərbaycanlı Avropadan qovulacaq - VİDEO13:16Azərbaycan Dillər Universitetində yeni - TƏYİNAT13:12Nəsimidə intihara cəhd - “Aslan” MTK vətəndaşı aldadıb! - VİDEO13:04Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək13:01İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT12:59Prezident Masallının icra başçısını vəzifəsindən azad etdi10:59Vidadi İsayev hakimiyyətin Bərdədəki üz qarasına çevrilib10:55Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM10:49Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”09:13Bakının iki rayonunda qaz olmayacaq09:07Bakının İrəvana qarşı yəhudi “kartı” - düşmən təlaşda09:03Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu21:05Vilayət Eyvazov yeni rəisi şəxsi heyətə təqdim etdi21:01"Cavid Qurbanovu təyin edəndən sonra böyük irəliləyiş var" - VİDEO20:57Baş nazirdən yeni - TƏYİNAT20:53“SOCAR Georgia” gələn ay azərbaycanlıların sıx yaşadığı daha iki kəndə qaz verəcək20:50Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA20:47Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı14:18Bakıda yol qəzası törədərək avtomobilini aşıran sürücü hadisə yerindən uzaqlaşıb - VİDEO14:164 dəfə ona xəyanət edən arvadını bağışladı - VİDEO14:12Bakıda qalmaqal: Əyləncəyə milyonlar xərcləyən rəhbər... - VİDEO14:09Mübariz Mənsimov məhkəmə qərarını icra etmir14:08Bu ərazidə su olmayacaq14:07“XALIQ FAIQOĞLU”nun avtobusu sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO14:06Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər - VİDEO11:37Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi11:33İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında11:28İlham Əliyev “28 May”da ictimaiyyətlə görüşüb - VİDEO11:16Bakı sakinləri mobil operatorlardan niyə narazıdır? - VİDEO09:38Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - VİDEO09:31Deputatlar bu gün 21 məsələyə görə toplanır09:05Gədəbəyin icra başçısı kimdir08:58"Bizim borclarımızı ona görə ödəmirlər ki..." - VİDEOGİLEY
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Struktur islahatları - Səhiyyə ilə sosial müdafiə istiqamətində siyasət niyə birləşdirilməlidir?

28 okt 2019, 10:54   
Struktur islahatları - Səhiyyə ilə sosial müdafiə istiqamətində siyasət niyə birləşdirilməlidir?

Pərviz Heydərov yazır...

Azərbaycanda dövlət və iqtisadiyyatın idarə olunması mexanizmini təkmilləşdirməyə, başqa sözlə desəm, struktur islahatlarına böyük ehtiyac var. Bu, həm büdcə xərclərində səmərililiyi artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq baxımından vacibdir.
Ancaq struktur islahatları çox ağrılı prosesdir. Ona görə də bizdə bu sahədə həmişə kəskin ixtisarlardan, funksionallığın ilk vaxtlar çətin təmin olunacağı ehtimalından ehtiyat edilib. Düzdür, bu islahatlar müəyyən vaxtdan bir aparılıb və aparılır. Ancaq nəzərə alsaq ki, struktur islahatlarında məqsəd dövlət idarəçiliyini təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq, dövlət büdcəsi vəsaitindən səmərəli istifadə etməkdir, sadəcə olaraq, bu sahədə bir komplekslilik müşahidə olunmayıb.

İndi bax, məhz buna ehtiyac var.

Dövlət başçımızın Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019 tarixli İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqda Fərmanı bu mənada çox mühüm və böyük addım sayıldı.
Fərmanın girişində də yazılıb ki, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib.
Odur ki, hesab edirəm, digər nazirliklərlə komitələr üzrə də bu cür addımlar atmaq məqsədəuyğun olardı. Məsələn, Səhiyyə Nazirliyini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilmək üçün ortada kifayət qədər zəmin mövcuddur. Əlbəttə, bu, subyektiv fikrimdir. Lakin əsaslandırmağa çalışacam.
Əvvəla, məlum olduğu kimi, gələn ildən, yəni 2020-ci ildən ölkəmizdə icbari tibbi sığorta sistemi işə düşəcək ki, bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradılıb. Və Nazirlər Kabinetinin hələ bu ilin əvvəlindəki müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə təsis edilən məhz adıçəkilən quruma, yəni TƏBİB-ə verilib.
Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Bununla ölkəmizdə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasəti istiqamətində bir növ yeniliyə imza atılıb. Bu, səhiyyədə idarəetmənin təkmilləşdirilməsi kimi də qələmə verilə bilər.
Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət daşıdığından, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyırdı.
Təkrar edirəm: TƏBİB icbari tibbi sığorta sisteminin tətbiqi məqsədilə yaradılıb. Onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində təsis olunması da buna sübutdur.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar, habelə nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına reallaşdırılacaq ki, onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə aid tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Sözün qısası, ölkədə səhiyyə sahəsində islahatların mühüm istiqamətlərindən birini də əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlər təşkil etdiyindən, idarəetmə mütləq başqa ələ verilməli idi. Bu səbəbdən də Səhiyyə Nazirliyini, xəstəxanaları və ümumiyyətlə, müxtəlif xarakterli tibb müəssisələri, yəni belə demək mümkündürsə, təsərrüfat xarakterli işlərin icrası funksiyasından xilas etmək lazım idi.
Çünki bizdə, iqtisadiyyatda və ümumiyyətlə, əhaliyə xidmətdə bütün problemlərin kökündə məhz strateji siyasətlə təsərrüfatçılıq funksiyasının biri-birinə qarışması, başqa sözlə desəm, eyni qurum və yaxud bir əl tərəfindən həyata keçirilməsi dayanır. Energetika sektorunda, nəqliyyatda və sairədə bu vəziyyətdən xilas ola bilmişik. İcbari tibbi sığorta sisteminin tətbiqi isə səhiyyədə də bunu tələb edirdi.
Sözüm bunda deyil. İkinci bir məsələ isə ondan ibarətdir ki, səhiyyə xidməti özü sosial müdafiə siyasətinin tərkib hissəsidir. Və üstəlik, ƏƏSMN də əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya ilə yanaşı, həm də tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində də dövlət siyasəti həyata keçirir.
Başqa sözlə desəm, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkili üzrə tədbirləri də məhz adıçəkilən Nazirlik icra edir.
Ümumiyyətlə, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 38 sayda tibbi-sosial ekspert komissiyasından, 11 sayda əlillərin bərpa mərkəzindən, Bakı Protez Ortopedik Mərkəzi və sairədən ibarətdir ki, adıçəkilən xidmət tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirməyi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən etməklə, onların reabilitasiyasını həyata keçirir.
Odur ki, bütün bunlarla yanaşı, sual yaranır ki, həm səhiyyə müəssisələri TƏBİB-in tabeliyinə keçdikdən sonra, həm də tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası kimi məsələlər səhiyyə xidmətinə aid seqmentlər təşkil etdiyindən Səhiyyə Nazirliyini ƏƏSMN-ə birləşdirilmək məqsədəuyğun deyilmi?
Yuxarıda qeyd etdim ki, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ölkəmizdə səhiyyə xidmətində idarəetməni təkmilləşdirmək kimi qələmə verildi. Yəni siyasət icra işlərindən ayrıldı. Ancaq bu, bütövlükdə səhiyyə sistemində idarəetməni təkmilləşdirmək istiqamətində yalnız ilkin addım kimi dəyərləndirilə bilər. Belə ki, təkrar edirəm, səhiyyə sosial müdafiə siyasətinin tərkib hissəsi olduğundan bu sahədə kurs bir əldə cəmləşməli, idarəetmədə, inzibatçılıqda “bir pəncərə” sistemi hökm sürməlidir.
Və nəhayət, üçüncü əsaslandırmam isə ondan ibarətdir ki, səhiyyə sahəsində dövlət siyasətinin sosial müdafiə məsələlərinə cavabdeh olan qurum tərəfindən icrası xarici təcrübədə də mövcuddur.
Belə ki, Yaponiyada, qonşu Rusiyada və Gürcüstanda, o cümlədən, Cənubi Koreyada və sairədə səhiyyə ilə sosial müdafiə siyasəti bir qurum tərəfindən həyata keçirilir. Və effektliliyini də əyani büruzə verir.
Sonda isə bir məqama da toxunmaq istərdim. Bizdə səhiyyə üzrə xərclər dövlət büdcəmizin məxaricində 4-5% civarında təşkil edir. Dünya ölkələri sırasında səhiyyə xidmətindən istifadəyə görə həm əhali sarıdan, həm də dövlət tərəfindən ən çox vəsait xərclənilən ölkə Birləşmiş Ştatlardır.
2017-ci ilin statistikasına görə, hər orta səviyyəli amerikalının səhiyyə xidmətindən istifadəyə görə xərclədiyi vəsaitin həcmi 4 500 dollardan 8 300 dollaradək təşkil edib. Bu zaman dövlətin əhalinin rifahı üçün səhiyyəyə xərclədiyi vəsaitin həcmi isə 10 209 dollara bərabər olub.
Sonuncu rəqəm İsveçrədə 8009 dollar, Lüksemburqda 6475 dollar, Norveçdə 6351 dollar, Almaniyada 5728 dollar, İsveçdə 5511 dollar, İrlandiyada 5449 dollar, Avstriyada 5440 dollar, Hollandiyada 5386 dollar, Danimarkada isə 5183 dollar təşkil edib.
Göründüyü kimi, keyfiyyətli və geniş çeşiddə tibbi xidmət həm də iqtisadi inkişaf səviyyəsindən, başqa sözlə desəm, əhalinin maddi durumundan asılı məsələdir. Dövləti və əhalisi kasıb olan ölkədə yüksək səviyyəli tibbi xidmət praktik olaraq mümkün deyil.
Eyni zamanda, dövləti varlı, əhalisi isə qeyri-mütənasib maliyyə imkanlarına malik ölkədə də səhiyyədə tam mənada pulsuz xidmət müşkül məsələdir. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin mükəmməl çalışması əhalinin gəlirlərinə və iqtisadiyyata bağlı məsələdir.
Odur ki, səhiyyəmizdə islahatlara əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlarla birgə yanaşmalı və bunlar bir müstəvidə nəzərdən keçirilməlidir. Belə ki, səhiyyədə yüksək xidməti hədəfə alan dövlət və hökumət paralel olaraq vətəndaşların maddi rifahını yüksəltmək istiqamətindəki çabalarını da əsirgəməməli və hər iki istiqamətdə siyasət bir xətt üzrə həyata keçirilməlidir.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...