Impera

XƏBƏR LENTİ
18:36Nazir şəhid övladlarının əllərindən öpdü - VİDEO18:19"Oksigen"də əməliyyat olundu, sonu faciə ilə bitdi18:10Sabah qar yağacaq18:05MSK növbədənkənar parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiqlədi - FOTO17:59Azərbaycanda "İvanovka malları" fırıldağı...17:53Abbas Səhhətin nəvəsi kirayədə yaşayır - VİDEO17:50Qaşıq, çəngəl, bıçaq dəstində narkotik keçirmək istədi - VİDEO17:44“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA11:52Deputat Mikayıl Cabbarovun Ermənistan rəsmisinə cavabını yüksək qiymətləndirdi11:12Bu gün MSK-nın iclası keçiriləcək11:07Füzuli icra başçısından ağacəkmə kampaniyasına qeyri-ciddi yanaşma:“Nəsimi“yə musiqi sədaları altında ağac əkdirdi10:49Füzuli rayonunun məktəbəqədər müəsissələrində saxta diplomlular10:42Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA09:47Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub09:42Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - VİDEO09:39Bazarda dözülməz şərait: - ucuz mallar bahalı dərmanlara çevrilir09:31Yevda Abramov vəfat etdi09:28Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO15:50Mehriban Əliyevanın təşəbbüsünə Füzulililər böyük coşqu ilə qoşulublar - FOTOLAR12:48Nigeriyada neft kəməri partladı - VİDEO12:44SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib12:39Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”12:14Azərbaycanlı müğənninin 3 ailə üzvü qəzada öldü - VİDEO12:10Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - VİDEO12:05İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər12:02Vüsal Novruzovla bağlı cinayət işinə xitam verilib?11:56Əli Əhmədov: Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik11:52Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək11:44İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda11:39PREZİDENTDƏN SEÇKİ MESAJI: "Biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik" - FOTO09:01Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Aşağı Yağlıvənd kəndində olub - FOTOLAR22:13Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq22:09"Sevgililərinin villasına keyfiyyətli, yollara isə keyfiyyətsiz boya vururlar" - VİDEO22:01Nazir polkovniki vəzifəsindən azad etdi21:52Prezident Şamaxı rayonuna səfər edib21:48İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib - FOTO21:40Ölkə başçısı Şamaxıda zəlzələdən zərər görmüş ailələr üçün yeni tikilmiş bina ilə tanış olub - FOTO21:35İlham Əliyev “Bakutel-2019” sərgisində “Rossiya-24” telekanalına müsahibə verib16:23Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM16:18“AAAF Park”da sakinlər etiraz aksiyasi keçirdi – VİDEO16:09Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı - VİDEO16:05"Parlamentdə bitərəf deputatlar olmamalıdır" - Qüdrət Həsənquliyev - VİDEO16:01İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi15:42Duman olacaq, qərb küləyi əsəcək15:40Vilayət Eyvazov onu əvvəlki vəzifəsinə qaytardı15:35Bakıda tikinti şirkətləri “cib ekspertləri”ni hər havaya oynadır - Hacı Əbdüldən onlara TÖVBƏ ÇAĞIRIŞI15:28Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO15:25Türkiyə XİN rəhbərindən Qarabağ açıqlaması10:55Bakıda "Siqaret çəkən kolbasa"lar satılır10:46Bayram Səfərov Mirzələr qış yatağını necə abadlaşdıracaq?10:39AZAL-ın inhisarı: Baha bilet, sərnişinsiz təyyarələr və... - NARAZILIQ10:30Gədəbəyin icra başçısı kimdir10:16Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İDDİA10:11İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal09:54Sumqayıt-Bakı qatarı ləğv edildi, sıxlıq yarandı09:50Mədət Quliyev generala vəzifə verdi21:22Nəsiminin icra başçısı da vəzifəsindən alınacaq21:11Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…19:14Kim Çen-In ağ atla çəkdirdiyi şəkilin mənasını AÇIQLADI - VIDEO18:44İlham Əliyev: Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar18:40Hacıbala Abutalıbov Bakını, oğulları isə İstanbul və Londonu sevir18:30Misir Mərdanov da deputat olmaq istəyir18:28GDU-da rektorun rüşvət piramidası18:23Kəmaləddin Heydərov üçün gerisayım başladı18:17Cavid Qurbanov necə “ən fəal” deputat oldu?17:59Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə - VİDEO17:40Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO17:36Hava buludlu olacaq17:27Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniri17:21DMX rəisi əcnəbilərlə işləyən Komissiyanın fəaliyyət qaydalarını dəyişdi16:48“Mənzil bazarında kəskin qiymət artımı gözlənilir” - Ekspert səbəbləri açıqladı - VİDEO16:33İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular - FOTO16:18Prezident türkiyəli naziri qəbul etdi16:10Milli Məclis növbədənkənar seçkilərə qədər fəaliyyət göstərəcək15:57Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ15:30Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub15:27İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO15:21Prezident yeni icra başçısı təyin etdi15:18İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT10:29“Əli Əliyevin qohumu şirkətimin sənədlərini oğurlayıb məni şantaj etdi, 1 milyon dollar istədi...”10:23Prezident Elmar Vəliyevin Tərtərdəki adamı ilə işləyəcəkmi? - VİDEO09:40Vilayət Eyvazov yeni rəis təyin etdi09:34Zakir Həsənov cəbhə xəttində - VİDEO20:42Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO20:35Goranboyda nə işlər çevrilir?..20:26İş adamlarını aldadıb pullarını necə talayırlar?20:22Uşaq bağçalarından pul toplayır - 270 min manatlıq maşında gəzir20:14Hadisə yerində dayanıb sığortanı və yol polisini gözləmək vacibdirmi? - VİDEO20:05Qaxdakı bu məscid uçub-dağılır - FOTO - VİDEO19:52Putinin gizli qatarı ilk dəfə görüntüləndi - VİDEO19:29Ermənilər AzTV-nin işçilərinə hücum çəkdi - VİDEO19:23Milli Məclis icbari tibbi sığorta ilə bağlı sənədə “nöqtə” qoydu19:20Sabah hava necə olacaq?19:15Nazir idarə rəisini işdən çıxardı19:08Milli Məclis deputatlarının xarici səfərləri ləğv edildi19:05Ermənistanın rəsmi nümayəndələri Bakıya gəlir19:03“Gözü yol çəkən” sənədlər: ümid VI çağırışadır - SİYAHI18:51Prezident Administrasiyasında daha bir - TƏYİNAT18:48Prezident beynəlxalq sərgi iştirakçılarına məktub ünvanladı18:42İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul etdi - FOTO
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

16 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?

18 noy 2019, 08:36   
16 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?

Əvvəllər adı paytaxt Bakının özünəməxsus ənənələri və uğurları ilə seçilən təhsil ocaqları sırasında qürurla çəkilən 16 saylı Texniki-Humanitar Liseydə son vaxtlar baş verənlər təəssüf doğurur. Rəhbər özbaşınalığı ucbatından bu təhsil ocağında yaranan arzuolunmaz mühit barədə ölkə mətbuatının yazılarında göstərilənlər, doğrudan da, yarandığı gündən onun qazandığı alqışalayiq uğurlara birbaşa kölgə salır.

Araz.az saytında dərc edilən "İntriqaçı direktor nə istəyir, onu da edir - 16 saylı Texniki-Humanitar Liseydəki rəhbər özbaşınalığı" sərlövhəli məqalə də, deyilənlərin daha bir təsdiqidir. Əməkdaşımız həmin yazısında ictimaiyyətin diqqətinə əsasən onu çatdırmaq istəyib ki, vaxtilə Lutvi-zadə kimi bir dahinin də oxuduğu bu təhsil ocağının indiki direktoru Aynurə Hacıyeva ilə, onun əlaltılarının birgə törətdikləri qanunsuz hərəkətlər, sözün həqiqi mənasında, məktəbin nüfuzlu adıyla heç cür uyğunlaşmır və əvvəllər qazanılmış uğurlara birbaşa xələl gətirir.
Müəllif xüsusi olaraq qeyd edir ki, əsası 1924-cü ildə qoyulan, 1930-cu ildən məktəb kimi fəaliyyətə başlayan, 2000-ci ildə həmin 16 saylı tam orta məktəbin bazasında yaradılan və adı qabaqcıl təhsil ocaqları sırasında həmişə qürurla çəkilən bu liseydə hazırda təhsil alan uşaqların hüquqlarının kobudcasına pozulması utancvericidir. Belə olmasaydı, yəqin ki, burada baş verənlərə dözməyən valideynlər də, öz uşaqlarını bu liseydən çıxarmaz, nəticədə, şagirdlərin sayı siniflərdə hədsiz dərəcədə azalmazdı.
Bir qrup valideyn tərəfindən redaksiyamıza ünvanlanan şikayət xarakterli növbəti müraciətdə göstərilənlər də, əvvəllər özünəməxsus ənənələri və təhsil uğurları ilə seçilən belə bir təhsil ocağının imicinə vurulan ziyandan başqa bir şey deyil. Şikayətçilərin bildirdiklərinə görə, lisey direktoru Aynurə Hacıyeva uşaqların təhsil haqqını qoruyan dövlət qanunlarımızın tələblərinə məhəl qoymaq istəmir:
"Halbuki hər bir rəhbər şəxsin uşaqların hüquq və mənafelərinin məhdudlaşdırılmasına yönələn istənilən hərəkəti bağışlanmaz cinayət əməli kimi qəbul edilməlidir. Di gəl ki, qanunlarımızda əsas meyar kimi götürülən uşaq mənafelərinin üstünlüyü belə, 16 saylı Texniki-Humanitar Liseyin direktoru ilə bərabər, onun əlaltılarının da veclərinə deyil.
Qeyd edək ki, Azərbaycan və rus bölmələrinin birgə fəaliyyət göstərdiyi bu liseyin direktoru vəzifəsinə gələndən az sonra, Aynurə Hacıyevanın fikri belə olub ki, rus bölməsini bağlasın və bu təhsil ocağının bazasında özəl liseyini yaratsın. Məqsədinə çatmaq üçün, o, hətta rus bölməsində oxuyan uşaqlarımızı sıxışdırmaqdan belə çəkinməyib. Bu, bu liseydə dərs deyən bəzi müəllimlərlə və uşaqları burada təhsil alan bir çox valideynlərlə direktorun münasibətlərində getdikcə daha kəskin xarakter alan intriqaların yaranmasına səbəb olub. Bütün bunlara baxmayaraq, direktor, hətta az qalıb ki, liseydəki rus bölməsini tamamilə bağlasın.
Bizim gündən-günə daha da artan etirazlarımız, ölkə başçısına və mətbuata çoxsaylı şikayətlərimiz, necə deyərlər, nəhayət öz bəhrəsini verib və direktor rus bölməsini bərpa etmək məcburiyyətində qalıb. Amma bizdən bunun heyfini çıxmaq üçün, indi, o, qəsdən, liseydə işləyən və özünə yaxın hesab etdiyi müəllimlərin vasitəsi ilə nə istəyir, onu da edir. Etdiyi bu özbaşınalıqlar isə, birbaşa, uşaqların hüquqlarının kobud şəkildə pozulmasına yönəlir.
Onun uşaqların birinci sinfə hazırlığa, eləcə də lisey şagirdlərinin dərsdən sonra əlavə məşğələlərə getmələrinə icazə verməməsi, müəllimələrin uşaqları digər yöndən hazırlaşdırmasına qadağalar qoyması qəti şəkildə başa düşülən deyil.
Direktorun göstərişləri ilə hərəkət edən lisey müəllimlərdən biri də, ingilis və alman dillərindən dərs deyən Sevil İsmayıl qızı Orucovadır. Bu müəllimənin uşaqlarımızla hədsiz dərəcədə kobud davranması xeyli vaxtdır davam edir.
Liseyin azərbaycan bölməsində oxuyan şagirdlər, artıq, onun əlindən bezdiklərini açıq şəkildə büruzə verir, hətta dərsə getmək istəmirlər.
Sevil Orucova şagirdlərini hər addımda təhqir etməkdən, onları söyməkdən belə çəkinmir. Öz nifrətini şagirdlərinə: "Sizdən zəhləm gedir!" - deməklə, çatdırır. Hər fürsətdə, direktora söz deməkdən çəkinməyən bizim kimi valideynlərdən, - burada oxuyan uşaqlarımıza yaxşı olmayan nəsə etməklə, - qisas almağa çalışır. O, dərsdən sonra əlavə məşğələlərə gedən şagirdlərə və onları hazırlaşdıran müəllimlərə qarşı açıq-aydın pataloji nifrət sərgiləyir.
Düşmən kimi rəftar etdiyi bu insanlara hədə-qorxu gəlməyi əlində "silaha çevirməkdən" belə çəkinmir. Belə şagirdlərin qiymətlərini kəsmək, onları mənəvi cəhətdən vurmaq, aşağılayıcı sözlərlə biabır etmək sanki onun gündəlik işinin bir hissəsidir. Onun bütün bu təhqirləri isə, kollektiv içində hər bir şagird üçün utancverici hala çevrilib.
Sevil Orucova başa düşmək istəmir ki, belə ağır dərs mühitində oxumağa məcbur olan şagirdlər, sonda buna dözməyərək, intihara, özlərinə qəsdə belə cəhd edirlər. Belə halların dəfələrlə şahid olmuşuq və unutmayaq ki, son dəfə, elə, Elina Hacıyevanın ölümünün səbəbi də, məhz, belə bir müəllim-şagird davranışının acı nəticəsiydi".
Şikayət müəllifləri məktublarının sonunda, liseydə yaranan belə xoşagəlməz problemlərlə bağlı Respublika Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdikləri çoxsaylı şikayətlərinə, indiyədək, həmin dövlət qurumları tərəfindən reaksiya verilmədiyindən təəssüfləndiklərini bildirirlər. Onu da qeyd edirlər ki, məcburiyyətdən, son ümid yeri olaraq, ölkə başçısına, eləcə də Birinci vitse-prezidentə kəskin şikayət xarakterli müraciətlərini ünvanlayıb, müəllimlər, valideynlər və uşaqlar arasında ayrı-seçkilik salmayacaq bir direktorla liseylərinin təmin edilməsini nəzarətə götürmələrini onlardan xahiş edəcəklərini nəzərdə tutublar.
"Sevil Orucovadan qorxan və dərsə getməkdən boyun qaçıran şagirdlərin valideynləri olaraq, bu barədə, hətta liseyin direktoruna və digər vəzifə sahiblərinə dəfələrlə şikayətlərimizi çatdırmışıq. Ancaq Aynurə Hacıyevanın heç nə vecinə olmayıb və buna qarşı bir tədbir də görməyib. Məcburiyyətdən, son anda, ölkə başçısına və Birinci Vitse-prezidentə müraciət etməyə qərar vermişik. İstəyirik ki, heç olmasa, onlar, uşaqlarımızı Sevil Orucova bəlasından və onları gözləyən bu təhlükədən qurtarmaqda bizə yardımçı olsunlar.
Axı, şəxsi ambisiyaları ucbatından, lisey rəhbəri və onun əlaltıları burada təhsil alan uşaqları və onların valideynlərini niyə incitməli, dərs deyən müəllimlərə nədən maneələr yaradıb, onların normal işləmələrinə imkan verməməlidirlər?! Bir də ki, hər çətinliyin bir sonu olmamalıdır?!", - uşaqları 16 saylı Texniki-Humanitar Liseydə təhsil alan bir qrup valideynin araz.az-a ünvanladıqları müraciət, bu təhsil ocağındakı hazırki xoşagəlməz durumdan doğan və hədsiz narahatlığın ifadəsinə çevrilən bu sözlərlə qurtarır.
Bir daha xatırladırıq ki, bu liseydəki özbaşınalıqlar barədə, araz.az saytında, yazı dərc olunub. Həmin yazıda qeyd olunanlar əsasən ona işarədir ki, 16 saylı Texniki-Humanitar Liseydə son vaxtlar törədilən qanunsuzluqlar, onun qürurverici əvvəlki uğurlarına birbaşa kölgə salır: "Halbuki qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi-zadənin də şagirdi olduğu bir təhsil ocağı kimi daha çox tanınan bu liseyin pedaqoji kollektivi, həmişə, tətbiqi riyaziyyatın və informatikanın inkişafına güclü təkan verib.
Yeri gəlmişkən, qeyd etməyi lazım bilirik ki, 2011-ci ildə əsaslı təmir olunaraq, maddi-texniki bazası günün tələbləri səviyyəsində qurulan bu lisey, 2012-ci ildə də, "İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Respublika Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə liseyə təyin edilən müəllimlər arasında "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qaliblərinin, tanınmış kitab və proqram müəlliflərinin, eləcə də lisey şagirdləri arasında hər il keçirilən müxtəlif müsabiqələrdə, beynəlxalq olimpiadalarda xüsusi fəallıq göstərənlərin, "Sabahın alimləri" layihəsində iştirak edib, uğurlu nəticələr qazananların, təhsilini qızıl medalla bitirib, qəbul imtahanlarındakı yüksək nəticələri ilə, ölkənin müxtəlif ali məktəblərinə girənlərin, həmin təhsil müəssisələrində də təhsillərini uğurla davam etdirənlərin, üstəlik, onların arasında Prezident təqaüdçüləri və dünyanın aparıcı universitetlərində təhsillərini uğurla davam etdirmək hüququ əldə edən lisey məzunlarının olması bu liseyin fəxr ediləsi göstəriciləri kimi tarixə düşüb. Göründüyü kimi, həmin məktəbin keçmişdən ötürülən xoş təhsil ənənələri, bu liseyin adına qazanılan nailiyyətlərlə uğurla davam etdirilib.
Konkret desək, qazandığı saysız-hesabsız nailiyyətləri ilə ad çıxaran bu təhsil ocağı haqqında yaxşı yöndən nə qədər istəsən danışmaq olar. Lakin son vaxtlar liseydə yaranmış arzuolunmaz mühit onun qazandığı alqışalayiq həmin uğurlara birbaşa kölgədir; Təsəvvür edin, liseyin xanım rəhbəri, xeyli əvvəl, öz şəxsi mənafeyi naminə, gizli sövdələşmələrdən belə çəkinməyərək, rus bölməsindəki 9-cu sinif şagirdlərinin hamısını 8 saylı orta ümumtəhsil məktəbinə keçirə bilib.
Lisey müəllimlərinin və valideynlərin gündən-günə daha da artan etirazları, onların ölkə başçısına, əlaqədar dövlət qurumlarına çoxsaylı şikayətləri, necə deyərlər, nəhayət öz bəhrəsini verib -- direktor rus bölməsini bərpa etmək məcburiyyətində qalıb! Amma etirazçılardan heyf çıxmaq üçün, o, qəsdən, bir sinfə üç fəndən dərs deməyə qadir müəllimlərin gəlməsinə də imkan verməyib. Yəni, xeyli müddət liseydə əsas fənn hesab olunan fizika, kimya və informatikadan belə dərs deyən müəllim tapılmayıb. Konkret desək, şagirdlərə bu dərslər keçilməyib. İndinin özündə belə, müəllim çatışmazlığı ucbatından, bu liseydə informatika dərsi tədris olunmur. Uşaqlar ibtidai siniflərdən başlayaraq, necə deyərlər, zədəli təhsil almalarını indiyədək davam etdirirlər. Üstəlik, direktorun, paytaxtın mərkəzi Nəsimi rayonunda yerləşən belə bir liseydə boş vakansiya yeri açmaq istəməməsi, yeni müəllimlər işə qəbul etməməsi, günahsız şagirdləri bu sarıdan da təhcizatsız qoyması heç bir məntiqə sığmır.
İbtidai sinifdə oxuyan uşaqların təhsil təməli, bəyəm, belə arzuolunmaz yöndən qoyulmalıdır?! Onların günahları nədir, burada şahidi olduqlarımız, həm də onlar üçün biabırçı hal deyilmi və bundan qurtulmaları tezliklə mümkün olacaqmı görəsən?! Paralel siniflərdə dərs deyən iki müəllimlə mübahisəsi yarandıqdan sonra, direktorun liseydəki rus bölməsinə belə bir aqressiv münasibət sərgiləməsi nə dərəcədə düzgün hesab edilməlidir?! Dövlət siyasətində multikultural və tolerant prinsiplərin əsas götürüldüyü bir ölkənin bir təhsil ocağının rəhbər şəxsinin rus bölməsindəki müəllimlərə və şagirdlərə belə bir münasibətinə nə ad vermək olar?!
İndi, bizi, yalnız bu qəliz sualların cavabını tapmaq daha çox düşündürür!". Göründüyü kimi, əvvəlki yazımızın da, xoş olmayan "notlarla" qurtarması, çox təəssüfləndiricidir.(araz.az)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...