Impera

XƏBƏR LENTİ
00:02YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO23:56Binə qəsəbəsində sakinlərin yolu qanunsuz olaraq bağlanıb10:48Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu10:33Vilayət Eyvazovdan növbəti - TƏYİNAT10:25Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR15:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT15:22Dünyada polis icazəsiz aksiya keçirənləri belə cəzalandırır - VİDEOLAR15:10“Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət15:02Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Ərdoğandan hesabat tələb edir14:59“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb14:57Səfir Azərbaycanla bağlı Ukrayna telekanalına nə danışıb? - VİDEO13:39SON DƏQİQƏ: Səhiyyə naziri istefaya göndərildi? - Oqtay Şirəliyev İŞ OTAĞINI BOŞALTDI13:24Duman olacaq, külək əsəcək13:18Adam öldürən futbolçumuz Araz Abdullayev yenidən avtoşluq etdi - VİDEO12:28“Bizi təxribata çəkirlər” - “Arzu” Ticarət Mərkəzinin rəhbəri - VİDEO12:25ABŞ-da yaşayış evi qanla doldu – VİDEO12:16Elton Məmmədovun "avtoş" oğlu vətəndaşa necə "dəstək çıxır" ? – VİDEO10:53SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq10:45Bakıda kişi hamilə arvadını ütü ilə yandırdı - VİDEO10:35Samir Şərifovun adamı "casus" peşində...10:32Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”09:42Mehriban Əliyevadan Müstəqillik Günü təbriki09:26İlham Əliyev Xalq artistinə ev verdi09:21Azərbaycan Müstəqillik Gününü qeyd edir01:43Əli Kərimlinin məqsədi AÇIQLANDI - Səs yazısı YAYILDI - VİDEO20:53Əflatun Amaşovdan sensasion ETİRAF20:49“ARAZ” SUPERMARKETDƏ SATILAN XURMADAN QURD ÇIXDI20:42Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR20:34Cahandar Bayoğlu Türkiyə telekanalında Elçibəydən danışdı - VİDEO20:29“ Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI20:26“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” - VİDEO20:18Adil Vəliyevdən kütləvi narazılıq I Vitse Prezidentin nəzarətində20:14“Sən üzünü çox yaxşı göstərdin” – VİDEO20:11Azərbaycanda polis yanan maşını belə söndürdü - VİDEO20:09KABİNETİNİ CADU ETDİRƏN KEÇMİŞ “AZƏRİŞIQ” SƏDRİNİN DAHA BİR “SİRLİ” ƏMƏLİ – VİDEO20:03Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar19:37Taleh Qaraşov bağçadan haqq alır - VİDEO19:29Biznesmen məktəb direktoru19:23Tanınmış gəncdən Prezidentə müraciət: “Sizin gənclərlə bağlı verdiyiniz qərarlar sabotaj olunur”19:20Politoloq: “Xalqı qorxu və gərginlik içində saxlayanlar ... indi çıxış yolları axtarırlar”19:14Vilayət Eyvazov generalı İŞDƏN ÇIXARDI - FOTO19:10Azərbaycanda vəzifəli şəxs həbs olundu (RƏSMİ)19:08İlham Əliyev: Sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilsin19:06SON DƏQİQƏ: şiddətli döyüşlər gedir, çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı19:04DİN və Baş Prokurorluq Əli Kərimliyə sərt xəbərdarlıq etdi14:51Hava buludlu olacaq14:47SOCAR yeni istiqrazlar buraxacaq14:46Şəkidə yük avtomobili piyadanı vurdu - VİDEO12:14Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur12:08İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü12:04Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH11:583 GÜN ƏRZİNDƏ, ÜZDƏKİ BÜTÜN NÖV LƏKƏLƏRİ APARAN ƏN UCUZ VƏ ASAN MASKA!11:55Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi11:21Bu ərazilərdə qaz təchizatı dayandırılır11:20Şabranda nə baş verir?11:17Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi11:15Arzu Rəhimovun kadrının dəbdəbəli həyatı11:06AzTV-nin 2 milyonluq tenderi ləğv olunub?11:02Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – FOTO09:59“Hagibis” tufanından Yaponiyadakı azərbaycanlılardan xəsarət alan var? - VİDEO09:5713 saylı cəzaçəkmə müəssisəsində insanlıq dramı09:54Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” - FOTO21:08Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO21:04Prezident Mayıl Əhmədovu təltif etdi16:07Fuad Qəhrəmanlıya cinayət işi açıldı16:03İcra Hakimiyyətində yeni təyinatlar15:47"VAQİF ƏLİYEV VƏ QOHUMLARI" İŞİNDƏ ZƏRƏRÇƏKƏNLƏR PREZİDENTƏ VİDEOMÜRACİƏT EDİBLƏR15:44İnam Kərimov iki direktor təyin etdi15:41Hava yağmursuz olacaq11:36Vilayət Eyvazova ağır itki üz verdi11:26Prezidentin Zirvə Görüşündə Zəngəzur məsələsini qabartmasının səbəbi - ŞƏRH11:16Vilayət Eyvazov daha iki rəis təyin etdi10:35Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:33Maqsud Mahmudov haqda sensasion sənədlər yayıldı - Arvadının porno şəkillərini...10:29Bakıda oteldə dəhşət: 200 manat verdiyi qadın intim əlaqədən imtina etdi, sonra… – VİDEO02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qarabağla bağlı paylaşım etdikdə, “Facebook” bizi niyə bloklayır

08 okt 2019, 11:04   
Qarabağla bağlı paylaşım etdikdə, “Facebook” bizi niyə bloklayır

Osman Gündüz: “Qarabağla bağlı paylaşım çox şikayətə məruz qalsa, istifadəçi blok edilə bilər”

Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Statistik araşdırmalara əsasən, Azərbaycan da sosial şəbəkələrdən çox istifadə edən ölkələr içərisində yer alıb. Bu sosial şəbəkələr içərisində isə ən populiyar olanları “Facebook” , “İnstagram”, “Youtube”dir.
İldən-ilə “Facebook” istifadəçiləri artdıqca sosial şəbəkə rəhbərliyi istifadəçilərə müxtəlif qadağalar da tətbiq edir. Bunun istifadəçilərin hüquqlarının qorunması üçün edildiyi bildirilir.
Bəzi hallarda istifadəçilərin profilləri bloklana bilir. Hətta bu, ən çox izləyiciyə sahib olan istifadəçilər üçün də keçərlidir. İrqi, dini ayrı-seçkilik, zorakılıq aşılayan çağırışlar edənlərin, bu cür videolar yayanların səhifəsi müəyyən müddətə bloklanır. Hətta bəzi sözlər var ki, onları yazanda səhifə cəzalandırılır.
Belə iddialar da var ki, “Facebook”un Azərbaycan seqmentində profil sahibi olan şəxslər Qarabağ sözünü çox yazdıqda həmin kəsin profili, səhifəsi bloka salınır. “Facebook” istifadəçilərindən bir neçəsi bununla bağlı bildiriş aldığını da yazıb.
“Facebook”un istifadəçini bloklamaq üçün onlarla səbəbi olduğunu bildirən aktiv sosial şəbəkə istifadəçisi Məhəmməd Türkmən məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib.
O deyib ki, bloka atılan bəzi profilləri yenidən bərpa etmək olur, lakin bəzilərini etmək olmur: “Məsələn, ən həssas yanaşılan məsələ müəllif hüququnun pozulması ilə bağlı olan məsələdir. Bu zaman heç bir şəkildə blok edilən profil bərpa olunmur. ”Facebook" siyasi məsələlərə də həssas yanaşır. “Facebook” onsuz da link paylaşımlarını sevmir, bura “Youtube” daxil deyil. Paylaşılan xəbərlərdə qan, şiddət varsa, “Facebook” dərhal həmin saytın domenini spamlayır. Bu zaman rəsmi müraciət yazılır, səhv olduğunu bildirdikdən sonra bir həftə, on gün ərzində domen yenidən spamdan çıxır. “İnstagram”la “Facebook” eyni şəbəkə olduğu üçün artıq sən o spama düşmüş domenlə ikinci bir hesab yarada bilmirsən. Yəni məcbursan ki, o spamı qaldırasan".
Təhqirlərlə bağlı ciddi bir nəzarətin olmadığını qeyd edən sosial şəbəkə istifadəçisi bəzən, sadəcə, bildirişlər edildiyini qeyd etdi: “”"Facebook" özü buna nəzarət etmir. Sən kimisə təhqir edə bilərsən. O halda bu məsləyə baxıla bilər ki, bu təhqirə görə “Facebook”a şikayətlər daxil olsun. Bir ara minlərlə izləyicisi olan rusiyalı siyasətçilərin profilləri bağlanmışdı. “Facebook” səbəb kimi onu göstərdi ki, bu siyasətçilər cəmiyyətə siyasi baxımdan yalan məlumat ötürürlər. Burada belə bir məqamı da qeyd edim ki, hansısa profilin bərpası, açılması məsələsini konkret bir şəxs həyata keçirir, amma qapanma manual deyil, avtomatikdir, bu “Youtube”də də belədir".
Məhəmməd Türkmən Qarabağla bağlı edilən paylaşımlara görə profillərin bağlanılması ilə bağlı dedi ki, “Facebook”da hansısa bir ölkə, şəhər deyə bir məhdudiyyəti yoxdur: “Bu sosial platformanın son zamanlar apardığı siyasət yalan məlumat üzərinədir. Əgər bir paylaşım yalandırsa, yaxud bir çox istifadəçi bu barədə şikayət edirsə, ”Facebook" buna daha tez reaksiya verir. Məncə, “Qarabağla bağlı paylaşım etdim deyə profilim bağlandı” deyən insanlar düzgün yanaşmırlar. Profil o halda bağlana bilər ki, bu paylaşımla bağlı şikayətlər olsun. “Facebook”, ümumiyyətlə, bu cür mübahisəli məsələlərlə maraqlanmır".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bloklanma məsələsinin “Facebook”un avtomatlaşmış qaydalarına əsaslandığını qeyd etdi: “Bu, ”Facebook"un qaydalarında açıq-aşkar yazılıb. Aqressiya, dini, irqi, milli ayrı-seçkilik kimi məsələlər var. Orada alqoritmlər mövcuddur, onların yaddaşına müəyyən sözlər, qaydalar, kodlar daxil edilir. Bu proses də avtomatik həyata keçirilir. Orada ağıllı robotlar, süni intellekt işləyir, yəni düşünmürəm ki, xüsusi olaraq kimisə ayırıblar və həmin insan da qərəzlidir, istədiyi birini blok edir. Onların müəyyən qaydası var, bu qaydanı da rəqəmsallaşdırıblar, kodlaşdırıblar və bununla bağlı robot mexanizmi hazırlayıblar. Proses belə gedir".
Qarabağla bağlı paylaşımlarına görə blok edilən şəxslərə münasibət bildirən ekspert bildirdi ki, “Facebook” bu məsələlərə ümumi yanaşır: “”Facebook"un özündə bayaq dediyim kimi, dini, irqi, milli ayrıseçkiliklə bağlı məsələlər var. Burada hansısa bir əraziyə görə subyektiv yanaşma yoxdur. Ola bilsin, həmin şəxslərlə bağlı müəyyən qruplar, məsələn, ermənilər tərəfindən hədsiz sayda şikayətlər gedib. Yalnız bu halda “Facebook” bununla bağlı tədbir görər. Qarabağla bağlı paylaşım çox şikayətə məruz qalsa, istifadəçi blok edilə bilər".

Məleykə AĞASOY,
“Yeni Müsavat”


Güninfo.az
OXŞAR MÖVZULAR
loading...