Impera

XƏBƏR LENTİ
11:34Xalq artisti Ağaxan Salmanlı vəfat etdi11:27Yunan əsgərlər Türkiyədən köç edən miqrantlara qaz bombası atdı - VİDEO11:21Türkiyə ordusu Əsədin kimyəvi silah anbarını məhv etdi - VİDEO11:18Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər11:08Martda 15 gün dincələcəyik11:06“Bakı Atatürk Liseyi”ndə nə baş verir? - QALMAQAL11:01İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”20:55Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb - VİDEO20:47Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ20:43Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı - SƏRƏNCAM20:40Prezident DTX-nin strukturunda dəyişiklik etdi - FƏRMAN20:02Səudiyyə Ərəbistanı Krallığı koronavirusa yoluxma halı qeydə almayıb - Səfir12:29İlham Əliyev Ərdoğana başsağlığı verdi12:00Çin Pakistana çəyirtkə yeyən 100 min ördək göndərəcək - VİDEO11:56Bəşər Əsəd qüvvələri Türkiyə ordusuna belə atəş açıb - VİDEO11:50Ölkəboyu koronavirus mərəkəsi: Şirəliyev və nazirlik mürgüləyir…11:45Peşə liseyinin keçmiş direktoru haqda ŞOK İTTİHAMLAR - VİDEO11:27Lənkəranda rüşvəti artıq qaranlıq otaqlarda alırlar...11:15Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə11:13Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA11:08Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT11:05SOCAR: “Qaz anbarlarının saxlama imkanları hasilat artdıqca genişləndiriləcək”11:02İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında10:17İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında - FOTO09:48Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il09:42Artur Rasi-zadə: “İnkişafdan səhərə kimi danışa bilərəm”20:20Prezidentdən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı FƏRMAN20:15Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO15:34İlham Əliyev Artur Rasi-zadəni qəbul etdi15:32Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı15:21Havanın temperaturu 19 dərəcəyə yüksələcək15:13Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO15:08Kəmaləddin Heydərov deputatın oğlunu işdən çıxardı - FOTO14:56Polis 6 yaşlı məktəblini saxladı - VİDEO14:47Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - VİDEO14:43Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılır14:39Belarus açıqladı: “Azərbaycandan neft nəqlinə hazırıq”14:37Ramiz Zeynalovun yeni “prava” rəisi kimdir?-Əhmədzadənin kürəkəni, obyektlər kralı və …14:33"MASKALI MƏMURLAR”ın İRANLA SƏRHƏDƏ TƏLƏSİK SƏFƏRİNİN PƏRDƏARXASI - Prezident kimləri danlayıb?14:30"Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi”14:17İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı14:14İlham Əliyev bu hərbçiləri təltif etdi - SƏRƏNCAM14:12Prezident Kəmaləddin Heydərovu bu komissiyanın tərkibinə daxil etdi12:37Vilayət Eyvazov qəbul keçirəcək - Vətəndaşların NƏZƏRİNƏ12:10Cavid Qurbanova YEYİNTİ İTTİHAMI... - Əgər bu faktlar araşdırılarsa...12:04Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? - AĞIR İTTİHAM11:53Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”11:50Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda koronavirus yoxdur ancaq…11:33İlham Əliyev görüş keçirdi - FOTO11:29“Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO11:25Tanınmış həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA - VİDEO11:21Koronoviruslu adam sərhəddi necə keçdi? –SƏHİYYƏ VƏ GÖMRÜK RƏHBƏRLİYİ İSTEFA VERMƏLİDİR10:15Oqtay Şirəliyev islahatları qəbul etmir - Onkoloji xəstələr Prezidentə müraciət hazırlayır10:07KİVDF yalanları: süni nəfəs aparatına qoşulan qəzetləri və maxinasiyaları...09:56Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK14:34Sabaha olan hava proqnozu açıqlandı14:26Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO14:22QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO14:14Leyla Əliyevanın Xocalıdan bəhs edən filmi İsveçin İctimai Televiziyasında - VİDEO14:08İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edərkən Ayaz Mütəllibovla görüşdü13:49Abşeronda sahibkar təhdid olunur – VİDEO13:43Oğlum törətmədiyi cinayət hadisəsinə görə həbs olunub - Yaşlı ananın prezidentə MÜRACİƏTİ12:44Vilayət Eyvazovdan YENİ TƏYİNAT12:40Zakir Qaralovdan daha bir yüksək vəzifəyə TƏYİNAT12:36İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul etdi12:34Xocalı soyqırımı Füzulidə silsilə anım tədbirləri ilə qeyd olunur - Fotolar12:27İlham Əliyev Ərdoğana zəng etdi11:55Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir? - VİDEO11:22Türkiyə səfiri: “Xocalı soyqırımı XX əsrin ən ağır hadisələrindən biridir”11:19TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR10:17Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO10:15SOCAR Ukraynada Xocalı soyqırımına dair məlumatlandırma aksiyası keçirir09:53İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib09:48İlham Əliyevdən Xocalı faciəsi ilə bağlı paylaşım - FOTO09:37Oqtay Şirəliyev maska çatışmazlığına görə İqtisadiyyat Nazirliyini ittiham etdi09:25Xocalı soyqırımından 28 il ötür20:34Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində olub - FOTO14:32Xaçmazda RƏZALƏT - hündümərtəbəli binanın damı örtüyü uçdu12:57"Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti - VİDEO12:53Arif Alışanov yenə sifariş verə biləcəkmi?12:50Bakıda uşaq bağçası YANDI - VİDEO12:41"Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir...12:35DTX-nın sorğuladığı xanım müavin vəzifəsindən AZAD OLUNDU12:32Tərtərin icra başçısı ondan torpaq istəyən qaziyə hörmətsizlik edib - İTTİHAM12:2826 Fevralın hava proqnozu12:23Bu ərazidə işıq olmayacaq12:19Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL12:13Ərdoğanın Bakı səfərinin təfərrüatı: Doqquz müqavilə imzalanacaq12:10“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”09:03Tibbi maska almaq üçün ucu-bucağı görünməyən növbə... - VİDEO08:49Azərbaycanda sünnət zamanı uşağın cinsiyyət orqanı kəsilib - VİDEO08:45İrandan Azərbaycana məhsul idxalı dayandırılır - VİDEO08:33Bu gün ilk çərşənbədir08:31Kağız vermədən pensiya aldılar08:26Ərdoğan bu gün Bakıya gəlir16:59"Kalima" İspaniyada uçuşların dayanmasına səbəb oldu - VİDEO16:51Sabah hava yağmursuz olacaq16:40Səudiyyə Ərəbistanı Azərbaycana növbəti qurban yardımı göndərib - 5000 qoyun cəmdəyi - Məcburi köçkünlərə paylanılıb - FOTO16:32Əsgərimiz şəhid oldu - VİDEO16:01Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Milli Oftalmologiya Mərkəzini "bazar"a kimlər çevirib?

12 fev 2020, 10:03   
Milli Oftalmologiya Mərkəzini "bazar"a kimlər çevirib?

"Gəncədən Bakıya 350 kilometr yol gedib Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müasir, nizam-intizamlı xəstəxana, qayğıkeş həkimlər əvəzinə "bazar"la rastlaşacağımı heç zaman xəyal etməzdim".

Bu sözlər Qlobala.az-a Gəncə şəhərindən göndərilən şikayət məktubunda deyilir.
Şikayətçi qeyd edir ki, orta məktəblərdə verilən tətildən istifadə edərək yanvar ayının 28-də övladını akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin uşaq bölməsinə müayinəyə gətirib. Övladının gözünün zəif gördüyündən şübhələnən valideyn üz tutduğu tibb müəssisəsində qarşılaşdığı ilk mənzərədən dəhşətə gəldiyini deyir.

"Qəbul otağı yoxsa "Bazar"?

"Səhər saat 9 radələrində Mərkəzin uşaq bölməsində qəbula düşdüm. İlk öncə girişdə dayanan mühafizəçi gənc məktub markaları boyda nömrələnmiş kağız parçası verərək bizi böyüklü-kiçikli, qadınlı-uşaqlı bir otağa yönləndirdi. Təxminən 80-90 kvadratmetrlik otaqda səs-küy əlindən qulaq tutulurdu. Otaqda havalandırma sisteminin olmaması, pəncərələrin açılmaması, üstəgəl bu boyda otağa 100-ə qədər uşaqlı-böyüklü adamın yığılması içəridə çox acınacaqlı durum yaratmışdı. Burada gərginliyi artıran digər səbəb isə bu qədər adamların mühafizəçi gəncin ixtiyarına verilməsidir. Heç bir həkimin və ya digər məsul şəxsin qəbul otağına gəlməməsi havasız otaqda növbədə qalan insanları daha da əsəbiləşdirirdi. Buradakı səsi eşidib, görməyən adam elə bilərdi ki, bura ya hansısa vağzal, ya da bazardı..."

"Növbə sistemi" pulu aparata salana kimidir...

"80-90 kvadratmetrlik qəbul otağında başqa bir problem otaracaqlarla bağlıdır. İnsanların böyük hissəsi ayaqüstə qalmağa məcburdu. Əksəriyyəti də qucağı körpəli analar. Biz siyahıda 54-cü adam idik. Uzun sürən məşəqqətdən sonra nəhayət ki, növbə bizə çatdı. İçəri girdik. Ödəniş aparatının yanında iki həkim əyləşnişdi. Uşağın problemini soruşdular. Elə bildim həkim bunlardır. Dedim ki, gözü zəif görür. Məndən 30 manat istəyib aparata saldılar. Aldığım çeklə yenidən başqa yerdə növbəyə dayandım. Uşağın gözünü aparata salacaqdılar. Burada heç bir növbə yox idi. Səs-küy, növbəsizlik...

Baş həkimin "oxrana"sı var?

Həkimlərdən baş həkimin yerini öyrənib 3-cü mərtəbəyə qəbuluna şikayətə getdim. Burada da qəbulda təxminən 15-20 nəfər var idi. Dedilər baş həkim harasa gedib. Hər 10 dəqiqədən bir bir ağxalatlı gəlib deyirdi ki, baş həkim əməliyyata gedib, gələcək. Təxminən 40 dəqiqə gözlədikdən sonra Səbinə adlı baş həkim gəlib kabinetinə keçdi. Bayaqdan qəbulda onu gözləyənlər ümidlənərək qalxıb həkimin otağına keçmək istəyəndə yaşı təxminən 50-55 yaşların bir şəxs bizim qarşımızı kəsib problemimizlə maraqlanmağa başladı. Ondan baş həkimin yanına gedib problemimizi deyəndə isə bizə problemi ona deməyimizi istədi. Ondan kimliyini soruşduq. Dedi ki, "oxrana"nı rəisidir...
Şikayətçi qeyd edir ki, klinikada "Qartal" firmasının əməkdaşları mühafizə xidməti yerinə yetirirlər. Ancaq baş həkimin qapısı ağzında "post" yaradan "oxrana rəisi" mülki geyimdə olub. Üzərində isə şəxsiyyət və vəzifəsini bildirən heç nə olmayıb.
Şikayətçi bu məktubu redaksiyamızın elektron ünvanına göndərərək qarşılaşdığı vəziyyətin işıqlandırılmasını istəyir. Ümid edir ki, bundan sonra Mərkəzdə belə neqativ hal yaşanmaz.
Məsələyə Milli Oftalmologiya Mərkəzindən münasibət bildirmədilər.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...