Impera

XƏBƏR LENTİ
23:27Azərbaycanda Respublika Günü qeyd edilir23:20İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO23:16Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet23:13Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başladı23:11İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO11:21Nazir oğlunun toyunda erməni mahnısı sifariş edib, gəlini və qudaları ilə belə oynadı - VİDEO23:33AXCP Nəzarət Təftiş Komissiyasının üzvündən Əli Kərimliyə SON XƏBƏRDARLIQ20:13"Sədərək"dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA19:47SON DƏQİQƏ: Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxdu, 4-ü öldü - RƏSMİ19:37Azərbaycanda 40 vəzifəli şəxs işdən çıxarıldı19:28Mingəçevirdə kirvələr hakimiyyəti - Qanunlar ayaqlar altında - FOTO19:17Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi – ”Qozbeli qəbir düzəldər” – Araşdırma11:45Şuşanın "Şöhrət" ordenli icra başçısının fantastik sərvəti - SİYAHI09:54Azərbaycanda koronavirusun İKİNCİ DALĞAsı başlayıb? - Rəsmi AÇIQLAMA14:31Prezident nazir müavinini işdən çıxardı – SƏRƏNCAM14:20SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu(VİDEO)12:10SON DƏQİQƏ! Baş prokuror müavinləri Rüstəm Usubov və Namiq Əsgərov işdən çıxarıldı23:21SON DƏQIQƏ: Azərbaycanda koronavirusa tutulan 41 nəfərin vəziyyəti ağırlaşdı,41 nəfər də vəfat edib17:33Yardımlı İcra Hakimiyyəti TƏKZİB ETDİ13:55Röyanın biabırçı hərəkəti - Xalq artisti sinəsini açıb ... nümayiş etdirdi(VİDEO)23:59Laçın sakinindən şok tələb: İcra başçısı bu məmurlarla əlbirdir, DTX gəlsin(VİDEOMÜRACİƏT)13:00Prezident Administrasiyasında da işini itirənlər var - Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən çıxarıldı(SİYAHİ)11:29Füzuli bu gün - Foto00:22Bakıda iki oğlanın nişanı oldu: üzük taxıb... - BİABIRÇILIQ00:01SON DƏQİQƏ! Nazirlər Kabineti bu dəqiqələrdə məlumat yaydı — LƏĞV EDİLDİ23:07Əbülfəs Qarayev istefa verdi – yeni Mədəniyyət və Turizim naziri bu məşhur xanım KİMDR?12:05Əli Kərimlidən antiazərbaycan qüvvələrinə mühüm tapşırıq - Keçmiş cəhbəçidən ŞOK YAZI21:05SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var14:18İmişli rayonunun yeni icra başçısı bəlli oldu - SON DƏQİQƏ13:02Prezidentin istefaya göndərdiyi bu şəxsi Elçin Quliyev DSX-də müşavir təyin etdi - SON DƏQİQƏ10:54SON DƏQİQƏ! İşdən çıxarılan icra başçısının evində QƏTL - ÖZÜNÜ GÜLLƏLƏDİ01:01Məhşur müğənninin çılpaq fotoları yayıldı - lüm-lüt eyvana çıxıb... FOTOLAR18:48Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI18:43Vilayət Eyvazov məşhur generalı işdən çıxardı — FOTO15:12Əli Həsənovun “tələbə klubu” - Mediaya yardım adı altında mənimsənilən milyardlar( ŞOK FAKTLAR)14:57SON DƏQİQƏ: Fövqəladə Hallar nazirliyinin 15 əməkdaşında koronavirus aşkarlandı14:41Sabirabad Regional Mədəniyyət İdarəsinin müammalı TENDERLƏRİ - SİYAHI11:44XƏBƏRDAR OL! Koronavirusun İKİNCİ DALĞASI ÖLDÜRÜCÜ OLACAQ - Bu tarixdən başlayır...00:30Kamran Əliyev 5 rayonun prokurorunu və idarə rəisini təqaüdə göndərdi - SİYAHI18:06SON DƏQİQƏ! DTX-dən şok əməliyyat: General həbs olundu12:48Bu şəxslərə ŞAD XƏBƏR - İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI12:40Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”12:14Bərdənin icra başçısı Vidadi İsayevin gözqamaşdıran sərvəti - SİYAHI11:02İcra başçısının Yardımlıdan İngiltərəyə qədər uzanan SƏRVƏTİ - SİYAHI10:51TƏCİLİ! Azərbaycan Ordusu 4 gün sonra HƏRƏKƏTƏ KEÇİR - 10 min hərbçi, yüzlərlə texnika və...10:47Vilayət Eyvazov rəis müavinini işdən çıxardı - YENİ TƏYİNAT10:41Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi - son dəqiqə20:24SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var12:44Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü — ŞAD XƏBƏR11:58Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşüb - FOTO11:03Gilanın QANLI ZEYTUN BAĞI - (VİDEO)10:18Daha dəhşətli bəla gəlir, yüzmilyonlarla insan öləcək – Tixanski10:13Alı Alıyev aztəminatlı ailələrə ərzaq yardımı edib - Foto10:11Prezident nazir müavinini təqaüdə göndərdi11:09Füzuli RİH-dən aztəminatlı ailələrə ərzaq yardımı davam edir FOTO12:13SON DƏQİQƏ! Prezident İlham Əliyevdən mühüm sərəncam10:42Füzuli RİH-nin başçısı 1, 3, 4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib20:07Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı19:05“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"13:28Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri10:25Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ10:20Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”10:09İlk qurban Rusiya olacaq - Dəhşətli böhran gəlir...10:02Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir - DƏHŞƏTLİ NƏTİCƏLƏR!09:48Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib12:32Valideynlərin nəzərinə! Övladlarınıza da pul yardımı veriləcək - RƏSMİ11:47Vilayət Eyvazov polkovnik-leytenant Müslüm Quliyevi işdən çıxardı10:58"Azərişıq"dan əhaliyə mühüm məlumat - VİDEO10:55ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq - Nazir müavini AÇIQLADI(VİDEO)10:48Qalmaqallı "tikinti kralı"nın oğlu karantini belə pozdu - TƏFƏRRÜAT10:46SON DƏQİQƏ! Elman Rüstəmovla bağlı qərar verildi10:49Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - ARAŞDIRMA09:50İcazə alanlara VACİB XƏBƏR - yeni funksiyalar işə düşdü — VİDEO17:26İlham Əliyevdən mühüm SƏRƏNCAM16:57SON DƏQİQƏ! Azərbaycanda koronovirusa xeyli sayda yoluxan və ölən var16:46SON DƏQİQƏ! Sumqayıtda 190 manata görə etiraz aksiyası - VİDEO13:40Azərbaycanlı əsir qız Ermənistandan məktub yazdı - VİDEO11:29Vilayət Eyvazovdan yeni QƏRAR11:20DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO18:06SON DƏQİQƏ! General Akif Çovdarov azadlığa çıxdı - Prezident onu da əfv etdi16:22Nizami İcra başçısı oğlunun dəbdəbəli həyatı ilə bağlı ŞOK MƏLUMATLAR YAYILDI - VİDEO+FOTO13:36LERİK TƏHSİLİNDƏ BİABIRÇILIQ! 11 sinif şagirdi rus dili müəllimindən hamilə qaldı - (18+)13:27Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR13:22İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi12:50Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR12:47“Zakir Fərəcov iqtidarı belə biabır edir” - İş adamlarından Prezidentə müraciət12:30SON DƏQİQƏ! Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü — Azərbaycanda12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
BÜTÜN XƏBƏRLƏR

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Füzuli bu gün - Foto

18 may 2020, 11:29   
Füzuli bu gün - FotoHeydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır, onun qurduğu, yaratdığı Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Haqqında söhbət açacağımız barlı bərəkətli torpaq – Füzuli torpağıdır. Göz gəzdirərkən gördüyümüz gözəl mənzərələr, bol məhsullu zəmilər, göz oxşayan yaşıllıqlar zəhmətkeş füzulilərin alın tərinin və bərəkətli, eyni zamanda müqəddəs vətən torpağının birgə məhsuludur.

Müqəddəs dedim... bəli, bu torpaq müqəddəsdir. Müqəddəsdir ona görə ki, vətən uğrunda canından keçməyi bacaran oğullar yetişdirdi bu torpaq.. Müqəddəsdir ona görə ki, qəhrəman, şəhid oğullarını doğma bağrına basıb, özünə qovuşdurdu bu torpaq... Düşmən tapdağına düşdü, yağı əsarətində qaldı, lakin itirmədi məğrurluğunu, yenilməzliyini və sadiqliyini.

1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun ilk mühüm qələbəsi—“Horadiz əməliyyatı” da Füzuli torpağında gerçəkləşdi. Bu qələbə nəticəsində Horadiz və 22 yaşayış məntəqəmiz düşməndən azad olundu. Doğma yurd yerlərimiz düşmən tapdağından azad olunarkən xarabalığı, viranəliyi xatırladırdı. Vəhşiliyin, vandalizmin, insanlığa nifrətin hər cür izlərini görmək olardı bu yerlərdə. Biz füzulilər məcburi köçkün olduq, doğma ev – eşiyimizdən , isti yuvamızdan uzaq düşdük, çadırlarda yaşadıq, lakin “ yaman günün ömrü az olar” deyib göydə Allaha , yerdə dövlətimizə olan inam və etibarımızı heç vaxt itirmədik. Və elə bu inam və etibara sığınıb qayıtdıq doğma yurd yerinə .

Dövlətimizin gücü , qayğısı və füzulilliərin zəhmətkeşliyi sayəsində indi bu torpaqlar gülüstana çevrilib. Yolların kənarında bir-birinə boy verən çinarlar bol- bərəkətli Füzuli torpağına xüsusi gözəllik verir. Yaşıl xalıya hörülmüş rəngbərəng, əlvan ilmələri xatırladan qızıl güllər Horadizi sanki çiçəklər şəhərinə çevirib. Abadlıq, təmizlik, səliqə səhman , yaşıllıq, gül-çiçək naxışına çevrilib doğma Füzulimizin. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək “ Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük”.
Ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət nəticəsində yeni-yeni uğurlara imza atan dövlətimiz və qüdrətli ordumuz 2016-cı ilin aprel ayında daha bir zəfər sevincini bizlərə bəxş etdi. Horadiz şəhərində Bayraq meydanında əzəmətlə dalğalanan üçrəngli bayrağımız , Lələtəpə zirvəsində məğrur – məğrur öz doğma yerini alan bayrağımızı salamladı.

Bu qələbə, bu zəfər camaatımıza yeni ruh, yeni nəfəs gətirdi. İndi füzulililər daha böyük istəklə torpağa can verməyə - əkməyə, biçməyə başladılar. Ölkə başçımız cənab İlham Əliyevin neftdən asılılığın minimuma endirilməsi, aqrar sektorun canlandırılması istiqamətində verdiyi dəyərli tapşırıq və tövsiyələr tarixən aqrar bölgə olan Füzuli rayonunda da öz müsbət nəticələrini verməyə başladı. Ənənəvi təsərrüfat sahələrimizdən olan taxılçılıq, pambıqçılıq, baranaçılıq füzulililərin başlıca məşğuliyyətinə çevrildi.

Son dövrlər koronavirus adlı kabus dünyanı lərzəyə gətirdi. Bu dəhşətli kabus qarşısında ən güclü dünya dövlətləri belə sarsıldılar. Ölkələrin başı üstünü epidemiya adlı qara bulud aldı. Qısa bir zamanda pandemiya həddinə çatan bu xəstəlik təəssüf ki, dünyanın bir parçası olan ölkəmizdən də yan keçmədi. Çətinliklərə, təhlükələrə baxmayaraq, ölkə başçımız cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva verdikləri hər bir qərarda, atdıqları hər bir addımda əhalinin sağlamlığını, təhlükəsizliyini və rifahını düşündülər.
“Biz birlikdə güclüyük!” devizi altında bizləri həqiqətən də bir yumruq kimi birləşdirməyi bacaran ölkə başçımız gördüyü qabaqlayıcı tədbirlər, vaxtında verdiyi qərarlar sayəsində xalqımızı bu bəladan da xilas etməkdədir.
Biz füzulililər bütün çətin vaxtlarda , təhlükəli dönəmlərdə olduğu kimi, bu dəfə də öz dövlətimizə və dövlət başçımıza arxalandıq, güvəndik. Gözəgörünməz düşmənə qarşı mübarizədə dövlət tərəfindən verilən bütün tapşırıq və göstərişlərə bütünlüklə əməl etdik. Təhlükəsizliyimiz naminə tətbiq edilən bütün karantin qaydalarına ciddi şəkildə riayət etdik. Yaşlılara, tənhalara, ehtiyacı olanlara dəstək olduq. Gecə gündüz oyaq qalan,sağlamlığımızın , asayişimizin keşiyində duran həkimlərimizə, polislərimizə mənəvi cəhətdən dəstək durduq.

Budur, artıq bu təhlükədən də -- koronavirus bəlasından da xilas olmaqdayıq.
Bizlər bir daha həm görünən, həm də görünməyən düşmənə qarşı mübarizədə gücümüzün birliyimizdə olduğunun şahidi olduq.
Və bir də onun şahidi olduq ki, xalqa, millətə bağlı olan, vətəndaşın məmnunluğunu, əhalinin rifahını, mənafeyini hər şeydən üstün tutan dövlət başçımızın xəyanətkarlara, məsuliyyətsizlərə qarşı mövqeyi həmişəki kimi sərt və dəyişməzdir. Ölkə başçımızın apardığı uğurlu kadr islahatlarının əsasını xalqın malına göz dikən, vəzifə səlahiyyətlərindən sui -istifadə edən , dövlətin siyasətinə kölgə salan məmurların qanun qarşısında cavab verməsi təşkil edir.
Bu gün müstəqil Azərbaycan dövlətində hər hansı bir məmurun istənilən formada xalqa və dövlətə xəyanəti bağışlanılmazdır. Ulu Öndər Heydər Əliyevin siyasi yoluna layiq şəkildə, dövlət başçımız cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin icraçısı olmaq, ölkə rəhbərinin çağırışlarına uyğun olaraq xalqa vicdanla xidmət etmək isə hər bir dövlət məmurunun borcu və şərəfidir. Füzulililər bu borcu və şərəfi daşımağı daim özlərinə fəxr bilirlər. Çünki, füzulililər dövlətimizin diqqətini, qayğısını həmişə yaxından hiss etmişlər. Məhz buna görə də düşmənlə göz-gözə yaşamağımıza baxmayaraq rahat yaşamaq və işləmək imkanımız var.

İndi Füzulidə gözəl bir yaz havası, təravərli, gül-çiçək qoxulu bahar nəfəsi var. Zəmilərdəki bol məhsul , həyətlərdəki bostan tərəvəz, yaşıl yamaclara yayılan qoyun quzu sürüləri torpağın kəndlidə, çörəyin çörək

çidə olduğunu, füzulililərin isə doğma yurd yerlərində olduqlarını təsdiqləyir.
Budur, həvəslə ipəkqurdu bəsləyən kümçü də, məhsulunu həvəslə toplayan kəndli də, çörəyini həvəslə bişirən çörəkçi də iş başındadır.

Çünki bizləri yaşamağa, işləməyə, çalışmağa, tikməyə , qurmağa həvəsləndirən böyük bir inam, sarsılmaz bir etibar var. Bu inam biz füzulililərin dövlətçiliyimizə və dövlətimizə olan sarsılmaz etibarımızdır.

Bizlər qəti əminik , əminik ki, tezliklə düşmən tapdağında olan yurd yerlərimiz də ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində işğaldan azad olunacaq və həmin torpaqlarımızda da Horadiz kimi gülüstanlar quracağıq. Əminik ki, bütün füzulililərin ruhunu oxşayan, düşmən gözü tökən Horadizimizin zəfər halayı olan “Horadiz halayı “ tezliklə “Qələbə halayı” na calanacaq. Axı biz birlikdə güclüyük.

Zülfüqar Əliyev
Rayon Ağsaqqallar Şürasının sədri

Tural Nəbiyev
Rayon gənclərinin nümayəndəsi


GUNinfi.az
OXŞAR MÖVZULAR