Azərbaycanın bu rayonunda güclü yanğın başladı - Hadisə yerinə helikopterlər göndərildi
Tarix: 31-07-2020, 14:47 | Bölmə: Əyalət

Azərbaycanın bu rayonunda  güclü yanğın başladı - Hadisə yerinə helikopterlər göndərildiFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.




214 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər