Impera

XƏBƏR LENTİ
15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK13:03Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? - VİDEO12:59İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:52Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub11:48Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:42İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində11:38ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR11:32“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”11:27“Azərenerji” qışa tam hazırdır - VİDEO09:21“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı09:18İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?09:14ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb - VİDEO08:50Almaniyada saxlanılanlar arasında Əlövsət Əliyev də var21:55Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VIDEO21:43“Get, məşq et, Ramil” - VİDEO21:34Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb21:25Ağdaşın deputatı ilə bağlı şok iddialar...21:21İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları...21:02Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə20:15Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq...20:06Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ20:03Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”19:59Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı14:45Qüdrət Qurbanovun sertifikat biznesi14:41Azərbaycan bazarında paradoks: ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb14:36Bakı metrosunda qatarlar yenə gecikdi14:32Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO14:29Avtobusun qəza anı kameraya düşdü - VİDEO14:26İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO14:22Sabahın havası: yağış, duman, külək14:18Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?14:14Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi14:09İlham Əliyev görüşlər keçirdi - FOTO14:05Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi10:21Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid — VİDEO10:15Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - Foto10:02Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO09:56Hüquqşünas QHT sədri seçilib09:49Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? (VİDEO)09:39Cəlilabadda məmur övladının qudurğanlığı09:29Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:21LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı09:07“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb09:05Dünya varlıları banklara güvənmirlər09:01“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”09:01Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir”08:56Yusifovların maliyyə maxinasiyaları - İki nazirliyi çökdürəcək "GƏNCƏ ZƏLZƏLƏSİ"19:10Paytaxtda bəylə gəlin piketə düşdü - VİDEO18:43Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO18:39Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO18:31Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız18:24İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!18:20İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır18:16Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - FOTO13:33Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI13:27“Google” gizli layihə həyata keçirəcək - İDDİA13:23Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək13:18Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ...13:08“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər13:02GƏNCƏ SƏHİYYƏSİNDƏ İLGİNC ÖZBAŞINALIQ – VİDEO12:58Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM12:54İlham Əliyev yeni icra başçısı təyin etdi12:51Nazir parlamentin iclasında əhalini sevindirəcək proqnozlar səsləndirdi12:48Mikayıl Cabbarov: Yeni inkişaf drayverləri işə salınmalıdır10:48Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq10:43Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ10:36İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO10:29Nazarbayev Putinlə Zelenskini görüşdürür10:26İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO10:23Banqladeşdə dəhşətli qəza: qatarların toqquşması kütləvi insan tələfatı ilə sonuclandı – VİDEO10:15Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO10:11Zaqatala sakinindən iddia : "Bələdiyyə sədri 55 min dollarımı mənimsəyib" - VİDEO10:07Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO08:47Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi08:44Azərbaycanda Konstitusiya Günüdür08:41İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir08:36Şirvanda həbs edilmiş sahibkar yeni PA rəhbərinə üz tutdu:“Sədaqət Qəhrəmanova və qohumları…” – VİDEO08:32Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır?09:31Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağından niyə imtina edildi?09:01Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik08:54Füzulidə Dövlət Bayrağı günü qeyd olundu20:41"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur"20:36Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO14:23İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gədəbəydə kartof zirzəmilərdə çürüyür, Bakı bazarlarında isə…

08 mar 2018, 17:14   
Gədəbəydə kartof zirzəmilərdə çürüyür, Bakı bazarlarında isə…














Bu ilin əvvəllərindən etibarən bazarlarda xarici ölkələrdən idxal edilmiş kartofun bollaşması Azərbaycanın yerli məhsulunu-Gədəbəy kartofunu piştaxtalardan sıxışdırıb

Virtualaz.org xəbər verir ki, Gədəbəydə kartofçuluqla məşğul olan kiçik fermerlər və fərdi təsərrüfat sahibləri becərdikləri məhsulun bir qisminin zirzəmilərdə qalıb çürüməsindən şikayətlənirlər. Çünki təxminən yanvarın ortalarından başlayaraq kəndlərdə onların məhsulunun alıcısı kəskin azalıb, yaxud ümumiyyətlə yoxa çıxıb. Paytaxt bazarlarına məhsulu çıxarıb satmaq isə kəndlilərə sərf eləmir.

Gədəbəyin Düzrəsullu kəndindən Tofiq adlı kəndli deyir ki, təxminən 6-7 ton kartofu zirzəmidə çürüyür. Çünki alıcı yoxdur. “Yanvarın ortalarına qədər alverçilər gəlirdi, maraqlanırdı, indi heç maraqlanan da yoxdur. Ötən həftə bir neçə ton kartof apardıq Tovuza, fikirləşdik ki, bəlkə toxum kimi alan ola. Kilosunu 10 qəpiyə istədilər, qaytarıb gətirdik. Heyvan yemi kimi istifadə eləmək bu qiymətə satmaqdan daha sərfəlidir”-kəndli deyir.

Rayonun digər kəndlərində də məhsulu qalıb çürüyənlər çoxdur. Gədəbəy kartofuna tələbatın bu cür kəskin azalması isə daxili bazarda İran, Pakistan, Ukrayna kimi ölkələrdən idxal edilən, qiyməti daha ucuz olan kartofun bollaşması ilə əlaqəlidir.

Kəndlilər deyirlər ki, onların məhsulunu kəndlərdə kilosunu əvvəllər 40-50 qəpiyə alırdılar. “Məhsulu Bakı bazarlarına çıxarmağa imkanımız yoxdur. Çünki əlavə xərc tələb edir. Düzdür, Bakı bazarlarında Gədəbəy kartofunun kilosunu 80 qəpiyə, 1 manata alıcılara təklif edirlər. Amma biz məhsulu yerində heç 30 qəpiyə də sata bilmirik”-kəndlilər deyir.

Gəbəyədə soyuducu anbar tikilib, amma istifadəsizdir. Çünki kəndlilərə məhsulu anbarda saxlamaq da sərf eləmir. Bu, əlavə xərc deməkdir.

İlin əvvəllərindən xaricdən Azərbaycana nə qədər kartof idxal edildiyinə dair statistik məlumatları əldə edə bilmədik. Amma bazarlarda apardığımız müşahidələr göstərir ki, “İran kartofu” adı ilə satılan idxal məhsul həqiqətən bollaşıb. Qiyməti isə 50-60 qəpikdir. Satıcılar deyirlər ki, idxal kartofu satmaq daha sərfəlidir. Çünki qiymət ucuz olduğuna görə tələbat daha çoxdur. Gədəbəy kartofu isə baha olduğundan az satılır.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, dövlət kartofçuluqla məşğul olan fermerlərə güzəştlər edir, yanacaq və sürtkü yağlarına görə subsidiyalar verilir. Amma fermerlər məhsulunu özü satmalıdır. Nazirlik fermerlərə yalnız həftəsonları və bayramqabağı keçirilən yarmarkalarda yer ayıra bilər.

“Bazarlar özəl müəssisə olduğundan onlara müdaxilə etmək səlahiyyətimiz yoxdur. Biz yalnız bazara keyfiyyətli məhsul çıxarılmasına nəzarət edə bilərik. Eləcə də sahibkardan xaricdən məhsul gətirməməsini, yalnız yerli məhsul alıb satmasını tələb edə bilmərik. Bazarda Gədəbəy kartofuna təlabat böyükdür. Təklif edirik ki, məhsullarını kənd təsərrüfatı yarmarkalarına çıxarsınlar. Məsələn, bayramqabağı 4 gün yarmarka olacaq”, -nazirlikdən əlavə ediblər.

Nazirlik fermerlərə anbar tapmaqda da köməklik göstərmir. Çünki anbarlar özəl şirkətlərə məxsusdur, qiymətləri onlar özləri müəyyən edir.

Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələ şöbəsinin müdiri Nicat Nəsirli isə bildirib ki, dövlət tərəfindən alınan ərzaq məhsullarının, o cümlədən kartofun qiyməti müəyyənləşdirilib və qiymətlər internet portalında yerləşdirilib. Qaydalara görə, dövlət tərəfindən təsdiqlənmiş məbləğə və ya ondan ucuz məhsul alına bilər. Bəzən isə fermer məhsulunu ucuz satmaq istəmir.

Nəsirli deyib ki, səhmdar cəmiyyəti 2 minə yaxın dövlət müəssisələrinin təlabatına uyğun məhsul alır. Məsələn, uşaq bağçası və ya məktəblərin ərzağa olan illik təlabatı öyrənilir, təlabata uyğun ərzaq alınır. “Buna baxmayaraq fermerlərə köməklik göstərilir. Məhsulunu sata bilməyən fermer bizim “çarğı mərkəzi”nə müraciət edə bilər. Biz həmin fermerləri maşınla təmin edə bilərik. Bundan əlavə, cəmiyyətin ayrıca yarmarkası var, fermerlər məhsullarını yarmarkalara çıxara bilərlər. Fermerlərlə iri ticarət mərkəzləri arasında vasitəçi ola bilərik. Məsələn, fermer bizə məhsulunu təqdim etdi, biz isə ticarət şəbəkəsi ilə danışdıq. Nəticədə onlar fermerə sərf edən qiymətə məhsulunu aldılar”, -şöbə müdiri əlavə edib.

N.Nəsirli onu da qeyd edib ki, fermerlərə məhsulunu saxlamaq üçün anbar tapmaqda köməklik edə bilmirlər. Çünki Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin anbarları yalnız dövlət müəssisələri üçün alınan məhsulları saxlamaq üçündür. Buna baxmayaraq fermerlər çarğı mərkəzinə müraciət etdikləri halda hərtərəfli araşdıraraq yardımçı olacaqları vəd edilir.

Ekspertlər isə hesab edirlər ki, bazarda azad rəqabət yoxdur. Yerli məhsul daha keyfiyyətsiz idxal məhsullar tərəfindən qiymət baxımından bazarda sıxışdırılır. Yerli məhsulu qəpik-quruşa satmaq isə kəndliyə sərf eləmir. Çünki onu becərmək üçün xərc, əziyyət çəkir. Hədəf ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatını yerli istehsal hesabına ödənilməsidirsə, bu, fermerlərin bazara çıxışını asanlaşdırmadan mümkün deyil.

“Xaricdən məhsul gətirilməsinə qadağan qoyula bilməz. Amma yerli məhsul satanlara güzəştlər tətbiq edilə bilər, dövlət yerli məhsulun xarici bazarlara çıxışını da təşkil etməlidir”, -adını söyləmək istəməyən ekspert bildirib.

Habelə bölgələrdə kiçiktutumlu anbarların tikilməsinə ehtiyac var. Ekspert qeyd edib ki, böyüktutumlu anbarlarda 5-10 ton məhsul saxlanılması nə fermerə, nə də anbarın sahibinə sərf etmir. Çünki 5-10 ton məhsula görə 100 min tonluq anbarın işlədilməsi sərf etmir. Buna görə də kiçik tutumlu anbarlar tikilməlidir ki, məhsul saxlanılsın, təlabat yaranandan sonra satışa çıxarılsın.
OXŞAR MÖVZULAR
loading...