Impera

XƏBƏR LENTİ
10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO14:15Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər13:47Sabahın havası: 18 dərəcə isti olacaq13:33Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - VİDEO13:14Koronavirusdan sonra AB-ni nə gözləyir? – ŞƏRH
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Masallının məşhur milyonçuları - Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər

05 dek 2018, 19:59   
Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyərguninfo.az bildirir ki, azxeber.com "Bizim sahibkar” adlı rubrikaya start verib. Beləki, hər həftənin çərşənbə günü oxucuların görüşünə gələcək rubrikada hər dəfə bir rayon olmaqla əyalətlərimizdən çıxan milyonçulardan və onların keçdiyi həyat yolundan bəhs olunacaq.

Haqqında bəhs edəcəyimiz ilk rayon Masallı olacaq. Oxucular bu rayonda yetişən, boya-başa çatan milyonçuların keçdiyi həyat yolundan xəbər tutacaqlar.

Qısaca olaraq deyək ki, Masallı rayonu ölkəmizin cənubunda yerləşir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 721 kv.km, əhalisi 220 minə yaxındır. Rayonun 108 yaşayış məntəqəsi var.

"Palmali” Şirkətlər Qrupunun prezidenti, adı "Forbes”in milyarderlər siyahısında keçən Mübariz Mənsimov Masallı rayonunun Miyankü kəndindəndir.
Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
50 yaşlı biznesmen atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olur. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1 il 6 ay sonra gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

"Gülağa Qəmbərov Fondu”nun prezidenti Gülağa Qəmbərov Masallı rayonunun Ərkivan kəndindəndir.

Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
Əmək fəaliyyətinə Moskvanın tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Öz adına fond yaradan sahibkar çoxsaylı xeyriyyə aksiyalarına sponsorluq edib.

Hazırda Avropada sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenin tikinti şirkəti, qızıl mədənləri var. Dünyanın ilk üçlüyündə olan azərbaycanlı şahmatçı - Şəhriyar Məmmədyarovu "0-dan” maliyyələşdirib. Eyni zamanda Zeynəb və Türkan Məmmədyarova bacılarına sponsorluq edən G.Qəmbərov həm də şairdir və ədəbiyyatda "Təhna” imzası ilə məşhurdur.

"Viləş” Şirkətlər Qrupunun prezidenti Məşkur Qasımov da Masallı rayonunun Ərkivan kəndindəndir.

Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
Sankt-Peterburq şəhərinin nüfuzlu simalarından biri Məşkur Qasımov eyni zamanda bu böyük şəhərdə fəal diaspor nümayəndələrindəndir. Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini olan M.Qasımov həm də idmançı, SSRİ idman ustasıdır. Yunan-roma güləşi üzrə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə yığma komandanın prezidentdir.

Rəhbəri olduğu şirkət əsasən şərab məhsullarının istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi məhsullar nəinki Rusiya və postsovet məkanında, Avropada belə satışa çıxarılır. Məhsullar arasında Azərbaycan brendini daşıyan şərablar da mövcuddur. Eyni zamanda şirkət ağac emalı və digər sahələrdə fəaliyyət göstərir.

"Everest” şirkətinin prezidenti Niftulla Niftullayev Masallı rayonunun Oncəqala kəndindəndir.

Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
İxtisasca hüquqşünas olan Niftulla Niftullayev də fəal diaspor nümayəndələrindəndir. Kurqan vilayətində xeyriyyəçilik fəaliyyətinə görə, dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. "Ümumrusiya Azərbaycanlıları Konqresi”nin Kurqan vilayəti üzrə sədridir.

Əsas fəaliyyət sahəsi tikinti olan sahibkar eyni zamanda digər müəssisələrə də sahibdir. Yüzlərlə işçinin çalışdığı şirkətdə çoxlu sayda azərbaycanlılar da təmsil olunur. Onların arasında tikinti mütəxəssisləri də var.

"Embawood” şirkətinin prezidenti Məşhur Məmmədov Masallı rayonunun Yeddioymaq kəndindəndir.

Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
Uzun müddətdir fəaliyyət göstərən, nəinki Azərbaycanda, MDB ölkələrində də yaxşı satış göstəricilərinə malik "Embawood” şirkəti Azərbaycanda mebelə olan tələbatın yarıdan çoxunu ödəyir. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir.

Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda şirkətə Məşhur Məmmədov rəhbərlik edir. "Embawood”un minlərlə işçisi var. Təkcə ölkəmizdə yüzlərlə işçi bu şirkətdə çalışır. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var.

"Performans Center” şirkətinin prezidenti Qalib Məmmədov Masallı rayonunun Ərkivan kəndindəndir.

Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
Şirkət Azərbaycanda "General Motors” avtomobillərinin satışını həyata keçirir. Son dövrlər ölkəmizdə sürətlə populyarlaşan "Chevrolet” avtomobilləri münasib qiyməti ilə alıcılar üçün əlçatanadır. Yüzlərlə işçinin çalışdığı şirkətin regionlarda da nümayəndəlikləri fəaliyyət göstərir.

Paytaxtda "Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə "Melissa Park”, "Melissa Residence", "Melissa Azadlıq” layihələrini icra edən "Melissa Group” şirkəti də Qalib Məmmədova məxsusdur.

"Vefa İlaç” və "Pasha-k” şirkətlərinin prezidenti Xaləddin Quliyev Masallı rayonunun Gəyəçöl kəndindəndir.

Masallının məşhur milyonçuları -  Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər
"Vefa İlaç” şirkəti Türkiyənin İstanbul şəhərində yerləşir. 2012-ci ildə əsası qoyulan şirkət əczaçılıq məhsullarının istehsalı ilə məşğuldur. Dünyanın onlarla məşhur markaları ilə əməkdaşlıq edən şirkət onlarla adda dərman istehsal edir.

"Pasha-k” şirkəti isə Azərbaycanda fəaliyyət göstərir. Şirkətin tərkibinə ölkəyə idxal olunan əczaçılıq və kosmetik məhsulların satışı, apteklər şəbəkəsi və digər qurumlar daxildir. Azərbaycanın aparıcı əczaçılıq şirkətlərindən olan "Pasha-k” tərkibində "Europharm” şirkəti də daxildir.

Azər Niftiyev
OXŞAR MÖVZULAR
loading...