Impera

XƏBƏR LENTİ
20:13"Sədərək"dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA19:47SON DƏQİQƏ: Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxdu, 4-ü öldü - RƏSMİ19:37Azərbaycanda 40 vəzifəli şəxs işdən çıxarıldı19:28Mingəçevirdə kirvələr hakimiyyəti - Qanunlar ayaqlar altında - FOTO19:17Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi – ”Qozbeli qəbir düzəldər” – Araşdırma11:45Şuşanın "Şöhrət" ordenli icra başçısının fantastik sərvəti - SİYAHI09:54Azərbaycanda koronavirusun İKİNCİ DALĞAsı başlayıb? - Rəsmi AÇIQLAMA14:31Prezident nazir müavinini işdən çıxardı – SƏRƏNCAM14:20SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu(VİDEO)12:10SON DƏQİQƏ! Baş prokuror müavinləri Rüstəm Usubov və Namiq Əsgərov işdən çıxarıldı23:21SON DƏQIQƏ: Azərbaycanda koronavirusa tutulan 41 nəfərin vəziyyəti ağırlaşdı,41 nəfər də vəfat edib17:33Yardımlı İcra Hakimiyyəti TƏKZİB ETDİ13:55Röyanın biabırçı hərəkəti - Xalq artisti sinəsini açıb ... nümayiş etdirdi(VİDEO)23:59Laçın sakinindən şok tələb: İcra başçısı bu məmurlarla əlbirdir, DTX gəlsin(VİDEOMÜRACİƏT)13:00Prezident Administrasiyasında da işini itirənlər var - Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən çıxarıldı(SİYAHİ)11:29Füzuli bu gün - Foto00:22Bakıda iki oğlanın nişanı oldu: üzük taxıb... - BİABIRÇILIQ00:01SON DƏQİQƏ! Nazirlər Kabineti bu dəqiqələrdə məlumat yaydı — LƏĞV EDİLDİ23:07Əbülfəs Qarayev istefa verdi – yeni Mədəniyyət və Turizim naziri bu məşhur xanım KİMDR?12:05Əli Kərimlidən antiazərbaycan qüvvələrinə mühüm tapşırıq - Keçmiş cəhbəçidən ŞOK YAZI21:05SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var14:18İmişli rayonunun yeni icra başçısı bəlli oldu - SON DƏQİQƏ13:02Prezidentin istefaya göndərdiyi bu şəxsi Elçin Quliyev DSX-də müşavir təyin etdi - SON DƏQİQƏ10:54SON DƏQİQƏ! İşdən çıxarılan icra başçısının evində QƏTL - ÖZÜNÜ GÜLLƏLƏDİ01:01Məhşur müğənninin çılpaq fotoları yayıldı - lüm-lüt eyvana çıxıb... FOTOLAR18:48Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI18:43Vilayət Eyvazov məşhur generalı işdən çıxardı — FOTO15:12Əli Həsənovun “tələbə klubu” - Mediaya yardım adı altında mənimsənilən milyardlar( ŞOK FAKTLAR)14:57SON DƏQİQƏ: Fövqəladə Hallar nazirliyinin 15 əməkdaşında koronavirus aşkarlandı14:41Sabirabad Regional Mədəniyyət İdarəsinin müammalı TENDERLƏRİ - SİYAHI11:44XƏBƏRDAR OL! Koronavirusun İKİNCİ DALĞASI ÖLDÜRÜCÜ OLACAQ - Bu tarixdən başlayır...00:30Kamran Əliyev 5 rayonun prokurorunu və idarə rəisini təqaüdə göndərdi - SİYAHI18:06SON DƏQİQƏ! DTX-dən şok əməliyyat: General həbs olundu12:48Bu şəxslərə ŞAD XƏBƏR - İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI12:40Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”12:14Bərdənin icra başçısı Vidadi İsayevin gözqamaşdıran sərvəti - SİYAHI11:02İcra başçısının Yardımlıdan İngiltərəyə qədər uzanan SƏRVƏTİ - SİYAHI10:51TƏCİLİ! Azərbaycan Ordusu 4 gün sonra HƏRƏKƏTƏ KEÇİR - 10 min hərbçi, yüzlərlə texnika və...10:47Vilayət Eyvazov rəis müavinini işdən çıxardı - YENİ TƏYİNAT10:41Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi - son dəqiqə20:24SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var12:44Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü — ŞAD XƏBƏR11:58Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşüb - FOTO11:03Gilanın QANLI ZEYTUN BAĞI - (VİDEO)10:18Daha dəhşətli bəla gəlir, yüzmilyonlarla insan öləcək – Tixanski10:13Alı Alıyev aztəminatlı ailələrə ərzaq yardımı edib - Foto10:11Prezident nazir müavinini təqaüdə göndərdi11:09Füzuli RİH-dən aztəminatlı ailələrə ərzaq yardımı davam edir FOTO12:13SON DƏQİQƏ! Prezident İlham Əliyevdən mühüm sərəncam10:42Füzuli RİH-nin başçısı 1, 3, 4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib20:07Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı19:05“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"13:28Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri10:25Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ10:20Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”10:09İlk qurban Rusiya olacaq - Dəhşətli böhran gəlir...10:02Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir - DƏHŞƏTLİ NƏTİCƏLƏR!09:48Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib12:32Valideynlərin nəzərinə! Övladlarınıza da pul yardımı veriləcək - RƏSMİ11:47Vilayət Eyvazov polkovnik-leytenant Müslüm Quliyevi işdən çıxardı10:58"Azərişıq"dan əhaliyə mühüm məlumat - VİDEO10:55ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq - Nazir müavini AÇIQLADI(VİDEO)10:48Qalmaqallı "tikinti kralı"nın oğlu karantini belə pozdu - TƏFƏRRÜAT10:46SON DƏQİQƏ! Elman Rüstəmovla bağlı qərar verildi10:49Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - ARAŞDIRMA09:50İcazə alanlara VACİB XƏBƏR - yeni funksiyalar işə düşdü — VİDEO17:26İlham Əliyevdən mühüm SƏRƏNCAM16:57SON DƏQİQƏ! Azərbaycanda koronovirusa xeyli sayda yoluxan və ölən var16:46SON DƏQİQƏ! Sumqayıtda 190 manata görə etiraz aksiyası - VİDEO13:40Azərbaycanlı əsir qız Ermənistandan məktub yazdı - VİDEO11:29Vilayət Eyvazovdan yeni QƏRAR11:20DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO18:06SON DƏQİQƏ! General Akif Çovdarov azadlığa çıxdı - Prezident onu da əfv etdi16:22Nizami İcra başçısı oğlunun dəbdəbəli həyatı ilə bağlı ŞOK MƏLUMATLAR YAYILDI - VİDEO+FOTO13:36LERİK TƏHSİLİNDƏ BİABIRÇILIQ! 11 sinif şagirdi rus dili müəllimindən hamilə qaldı - (18+)13:27Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR13:22İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi12:50Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR12:47“Zakir Fərəcov iqtidarı belə biabır edir” - İş adamlarından Prezidentə müraciət12:30SON DƏQİQƏ! Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü — Azərbaycanda12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı - Prezidentə Müraciət

08 fev 2019, 14:24   
Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı - Prezidentə MüraciətRedaksiyaya Mingəçevir şəhəri, Ərəş küçəsi 2, mənzil 3-də yaşayan jurnalist, ikinci qrup əlil, Rəsulov Yaşar Rəsul oğlu tərəfindən müraciət daxil olmuşdur. Jurnalist müraciətində bildirir ki, Ona qarşı Mingəçevir polis idarəsində haqsıslıq olub, cismani işgəncələrə məruz qalıb. Yaşar Rəsulov işgəncələrə məruz qaldığını təsdiq edən şəkilləri də müraciətlə birlikdə redaksiyaya təqdim edib. Onun sözlərinə görə, ona qarşı qaldırılan qondarma ittiham 2014-cü ildə olunan şikayət əsasında 2017-ci ildə müstəntiq tərəfindən icraata götürülür. Bu səbəbdən Yaşar Rəsulov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse Prezident xanım Mehriban Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova, Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və kütləvi İnformasiya vasitələrinə müraciət etmişdir. Həmçinin Yaşar Rəsulov Cənab Prezident İlham Əliyevdən, Birinci Vitse Prezident xanım Mehriban Əliyevadan və digər aidiyyatı qurumlardan xahiş edir ki, ona qarşı qaldırılan qondarma ittihamın ləğv edilməsinə, işgəncə verən polislərin qanunazidd əməllərinə hüquqi qiymət verilməsinə göstəriş verilsin . Müraciəti olduğu kimi sizə təqdim edirik.

MÜRACİƏT:

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində 120-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmiz BMT-nin və Avropa Şurasının tam və bərabər hüquqlu üzvüdür. Respublikamıza möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişlərinə əsasən möhkəm qanunvericilik bazası yaradılmışdır. Lakin bunlarla bərabər bəzi hüquq mühafizə orqanlarında insan hüquqlarının pozulması halları ilə rastlaşırıq. İkinci qrup əliləm, oğlum Qarabağ əlilidir. Mən jurnalist peşəmlə yanaşı, məhkəmə proseslərində insan hüquqlarının müdafiəçisi nümayəndə kimi mülki və cinayət işlərində zərərçəkmişin müdafiəçisi kimi iştirak edirdim. Təbii ki, hüquqlarını müdafiə etdiyim şəxslər notariat kontorlarında mənə etibarnamə verirdilər. Və bu etibarnamələrdə həmin şəxslər bütün hüquqlarını mənə verirdilər. Etibarnamə aldıqdan sonra vətəndaşla müqavilə bağlayırdım və müqavilələrdə onlardan aldığım xidmət haqqı göstərilirdi, mən və həmin şəxs müqaviləni imzalayırdı. Etibarnamə əsasında hüquqlarını müdafiə etdiyim bir neçə şəxs 2014-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək guya mən onlardan müqavilədə göstərilənlərdən çox pul almışam. Vətəndaşların ərizələri şöbənin müstəntiqi Tahir Şirinova verilmişdir. Tahir Şirinov isə həmin ildə hansı səbəbdənsə cinayət işi başlanması və xitam olmasına dair heç bir hərəkət etməmişdir. 09.01.2017-ci il tarixdə müstəntiq Tahir Şirinov mənə qarşı cinayət işi başlamışdır.
Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı-İddia
09.03.2017-ci il tarixdə mən hər gün Mingəçevir şəhər Məkhəməsində proseslərdə olsamda, işə Polis Şöbəsinin qarşısından gəlib-getsəmdə Tahir Şirinov mənim haqqımda axtarış vermişdir. Lakin müstəntiq hansı maraqdansa axtarışı icrasını ləngitmiş və 29.03.2017-ci il tarixdə saat 19:00 radələrində polis işçisi evimə gəlib mənə bildirmişdir ki, sizi müstəntiq Tahir Şirinov çağırır. Mən şöbəyə daxil olan kimi məni Tahir Şirinovun yanına yox, müvəqqəti saxlanma təcridxanasına apardılar.
Tahir Şirinov məni 48 saat təcridxanada saxladı və məni amansız, cismani cəzalara, işgəncələrə məruz qoydu. Mən ağır vəziyyətə düşmüşdüm, başımdan tutmuş ayağıma qədər bütün bədənim qançirlər, sıyrıq və qaralmalar idi. Bu 48 saat ərzində bir dəfə səhhətimlə əlaqədar üstümə təcili yardım çağırdılar. 31.03.2017-ci il tarixdə saat 19:00 radələrində Tahir Şirinov məni iş otağına gətizdirdi. Təbii ki, mən özüm öz gücümə hərəkət edə bilmirdim, taqətsiz və anlaqsız idim, mən polis nəfərlərinin köməyi ilə onun iş otağına gətirildim. Məni stola otuzdurdular, sonra Tahir Şirinov kiməsə zəng vurdu. Bir neçə dəqiqədən sonra Tahirin iş otağına şöbənin istintaq bölməsinin rəisi Rafiq Kərimov girdi. Onlar mənə hədə-qorxu gələrək bildirdilər ki, sən biz yazdığımız izahata imza etməlisən ki, hüquqlarını müdafiə etdiyim Bağırov Ağasalam adlı şəxsdən 11 000 manat pul almısan. Həmin pul sənə Rusiya Federasiyasından 2014-ci il tarixdə göndərilib və Zamin Bankın Mingəçevir filialından götürmüsən. Mən adıma belə bir məbləğdə pul gəlməməsini onlara dedikdə Tahir əlindəki açarla iki dəfə başıma vurdu. Bu vaxt mən huşumu itirərək stoldan yerə yıxıldım. Onlar təcili yardım çağırdılar. Təcili yardım həkimi otağa daxil olarkən Tahir həkimi koridora çıxartdı, bir neçə dəqiqədən sonra geri qayıtdılar. Həkim orada mənə 3 ampula iynə vurdu. Həkim getdikdən sonra huşsuz və anlaqsız vəziyyətdə yenidən mənimlə sorğu-sual başlandı. Təxminən 40 dəqiqəlik sorğu-sualdan sonra yenidən mən huşumu itirdim. Çünki başıma vurulan zərbələrdən bütün baş-sifət nahiyəm qançir idi, gözlərimin qapaqlarını əllərimlə qaldırırdım. Çarəsiz qalan müstəntiq yenidən təcili yardıma müraciət etdi. Həmin gecə saat 23:00 tamamadək mənimlə sorğu-sual aparıldı, bu müddət ərzində 3 dəfə təcili yardım həkimi Tahirin iş otağına gəldi və hətta həkimlərdən biri müstəntiqə bildirdi ki, belə vəziyyətdə bunu danışdırmaq olmaz. Tahir saat 23:00-dən sonra mənim qolumdan tutub bir neçə polis nəfəri ilə şöbənin qabağına çıxartdılar və taksiyə bir manat pul verib məni evimə aparmağı tapşırdılar. Mən evə girərkən evdəki ailə üzvlərim mənim sifətimi görüb şok keçirtdilər. Və bədənimdəki, baş və sifət nahiyəmdəki xəsarətlərin şəkillərini çəkdilər. Hal-hazırda həmin şəkillər özümdədir. Tələb olunan yerə təqdim edəcəyəm. 03.04.2017-ci il tarixdə Tahirin icraatında olan cinayət işi ondan alınıb şöbənin Rəşad adlı müstəntiqinə verildi. Cinayət işində Yusibov Aslanında nümayəndəsi olmuşam və iki mülki işində onun hüquqlarını müdafiə etmişəm. Aslan isə öz ərizəsində göstərir ki, guya mənə 8 000 manat pul verib. Əslində isə Aslan Yusibov şəhərdə 4 nəfərə böhtan ataraq onlardan pul almışdır. Və bu şəxsi şəhərdə böhtançı kimi tanıyırlar. İşdə adları göstərilən 18 nəfər şahidin heç birini tanımıram və mənimlə üzləşmələri aparılmayıb. Hətta şahidlərdən biri cəzaçəkmə müəssisəsində olduğu halda adından izahat yazılıb cinayət işinə əlavə olunmuşdur. Digər şahidlər isə söyləyirlər ki, biz Polis Şöbəsinə çağırılmamışıq. Vəkilim dəfələrlə müstəntiqlərə vəsadət versədə ki, Zamin Banka sorğu versinlər ki, mənim adıma Rusiya federasiyasından pul göndərilib ya yox? Müstəntiqlər isə vəkilimin vəsadətini təmin etməyiblər. Sonradan eşitmişəm ki, Rafiq Kərimov vəsadətin təmin olunmasına imkan vermir. Mən özüm Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdim və onlar Zamin bankdan mənə arayış alıb verdilər ki, 2014-cü il tarixdə Rusiya Federasiyasından mənim adıma heç bir pul vəsaiti göndərilməyib. Maraqlıdır hansı səbəbdən cinayət işi Tahir Şirinovdan alınıb Rəşada verildi? Rəşad isə cinayət işini başdan ayağa saxtakarlaşdırdı. Əslində mənə cinayət işi qaldırıla bilməzdi. Çünki ərizəçilər verdikləri etibarnamədə bütün hüquqlarını mənə vermişdilər.
Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı - Prezidentə MüraciətCinayət işi 2018-ci ildə tamamlanıb, baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərildi. Cinayət işini məhkəmənin hakimi Hüseyn Mirzəliyev icraatına qəbul etdi. Lakin mən, ağır xəstə olduğum üçün və Bakı şəhər Klinik Tibbi Mərkəzdə “Hepatit B” virusu ağır gedişli, “Hipertoniya”, “ağ ciyər vərəmi”, “kəskin ürək çatışmamazlığı”, “kəllə-beyin zədələri” diaqnozu ilə stasionar müalicədə olduğum üçün məhkəmə prosesinin keçirilməsi mümkün olmamışdır. Dəfələrlə məhkəmənin hakimi Hüseyn Mirzəliyev Klinik Tibbi Mərkəzə sorğular göndərmiş, həkim komissiyası isə göndərdiyi arayış və tibbi rəylərdə göstərmişdir ki, Rəsulov Yaşar səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməz. Bununla razılaşmayan hakim Hüseyn Mirzəliyev yerim bəlli ola-ola 31.01.2019-cu il tarixdə haqqımda heç bir hüquqi əsası olmayan qərar çıxarmışdır. Belə ki, haqqımda axtarış-həbs və icraatın dayandırılması haqqında qərarlar qəbul etmişdir. Bu qərar o şəxslərə çıxarıla bilər ki, məhkəmə proseslərindən qaçıb gizlənir və gizləndiyi yer məlum deyil. Maraqlı orasıdır ki, hakim çıxardığı qərarda göstərir ki, mən Klinik Tibbi Mərkəzdə müalicədəyəm. Bəs mənim yerim bəlli olduğu halda hakim hansı maraqdan mənim haqqımda belə qərarlar qəbul edir? Konstitusiyanın 99-cu maddəsinə əsasən icraatında işi olan şəxsləri hakim qəbul edə bilməz. Ancaq Hüseyn Mirzəliyev günün 1-2 saatını işimdə “zərərçəkmiş” kimi tanınan şəxslərlə keçirir. Hüseyn Mirzəliyev Mingəçevir şəhər Məhkəməsində işdə yol verdiyi ciddi nöqsanlara görə məhkəmə hüquq şurasında dəfələrlə inzibati tənbeh almışdır.
Mənim bu günə kimi Mingəçevir şəhər Polis Şöbəsində verilən işgəncələrlə əlaqədar susmağımın əsas səbəbi ağır xəstəliklərim və prokurorluqda mənə bildirmişdilər ki, bu cür iki işə tərəfimizdən xitam verildiyi üçün tənbeh almışıq. Sizin bu işə Mingəçevir şəhər Məhkəməsində bəraət veriləcək. Mingəçevir şəhər Məhkəməsinin hakimi haqqımdakı çıxardığı qərar düzgündürmü? Xəstəxanada stasionar müalicədə olan ağır xəstə məcburi surətdə həbs olunaraq məhkəməyə gətirilə bilərmi? Haqqımda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmışdır. Hal-hazırda ağır xəstəyəm.
Mənə verilən işgəncələr və Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevin mənə qarşı çıxardığı qanunsuz qərarlarla və haqqımda qaldırılmış heç bir hüquqi əsası olmayan cinayət işinə bəraət veriıməsi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər dövlət və hökumət qurumlarına müraciət edirəm. Haqqımda heç bir hüquqi əsası olmayan cinayət işinə bəraət verilməsinə Mingəçevir şəhər Polis Şöbəsinin müstəntiqləri Tahir Şirinov və Rəşad haqqında qanunvericilik çərçivəsində tədbir görülməsinə və Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevin haqqımda çıxardığı qərarlara hüquqi qiymət verilməsinə göstəriş verəsiniz və köməklik göstərəsiniz.

Rəsulov Yaşar Rəsul oğlu

Tarix:06.02.2019-cu il
Redaksiyadan; Mətbuat haqqında qanunu əldə rəhbər tutaraq qarşıtərəflə əlaqə saxladıq. Məsələyə yetkililərdən kimsə münasibət bildirmədi.
Aybəniz Abdulova
OXŞAR MÖVZULAR