Impera

XƏBƏR LENTİ
00:02YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO23:56Binə qəsəbəsində sakinlərin yolu qanunsuz olaraq bağlanıb10:48Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu10:33Vilayət Eyvazovdan növbəti - TƏYİNAT10:25Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR15:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT15:22Dünyada polis icazəsiz aksiya keçirənləri belə cəzalandırır - VİDEOLAR15:10“Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət15:02Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Ərdoğandan hesabat tələb edir14:59“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb14:57Səfir Azərbaycanla bağlı Ukrayna telekanalına nə danışıb? - VİDEO13:39SON DƏQİQƏ: Səhiyyə naziri istefaya göndərildi? - Oqtay Şirəliyev İŞ OTAĞINI BOŞALTDI13:24Duman olacaq, külək əsəcək13:18Adam öldürən futbolçumuz Araz Abdullayev yenidən avtoşluq etdi - VİDEO12:28“Bizi təxribata çəkirlər” - “Arzu” Ticarət Mərkəzinin rəhbəri - VİDEO12:25ABŞ-da yaşayış evi qanla doldu – VİDEO12:16Elton Məmmədovun "avtoş" oğlu vətəndaşa necə "dəstək çıxır" ? – VİDEO10:53SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq10:45Bakıda kişi hamilə arvadını ütü ilə yandırdı - VİDEO10:35Samir Şərifovun adamı "casus" peşində...10:32Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”09:42Mehriban Əliyevadan Müstəqillik Günü təbriki09:26İlham Əliyev Xalq artistinə ev verdi09:21Azərbaycan Müstəqillik Gününü qeyd edir01:43Əli Kərimlinin məqsədi AÇIQLANDI - Səs yazısı YAYILDI - VİDEO20:53Əflatun Amaşovdan sensasion ETİRAF20:49“ARAZ” SUPERMARKETDƏ SATILAN XURMADAN QURD ÇIXDI20:42Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR20:34Cahandar Bayoğlu Türkiyə telekanalında Elçibəydən danışdı - VİDEO20:29“ Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI20:26“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” - VİDEO20:18Adil Vəliyevdən kütləvi narazılıq I Vitse Prezidentin nəzarətində20:14“Sən üzünü çox yaxşı göstərdin” – VİDEO20:11Azərbaycanda polis yanan maşını belə söndürdü - VİDEO20:09KABİNETİNİ CADU ETDİRƏN KEÇMİŞ “AZƏRİŞIQ” SƏDRİNİN DAHA BİR “SİRLİ” ƏMƏLİ – VİDEO20:03Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar19:37Taleh Qaraşov bağçadan haqq alır - VİDEO19:29Biznesmen məktəb direktoru19:23Tanınmış gəncdən Prezidentə müraciət: “Sizin gənclərlə bağlı verdiyiniz qərarlar sabotaj olunur”19:20Politoloq: “Xalqı qorxu və gərginlik içində saxlayanlar ... indi çıxış yolları axtarırlar”19:14Vilayət Eyvazov generalı İŞDƏN ÇIXARDI - FOTO19:10Azərbaycanda vəzifəli şəxs həbs olundu (RƏSMİ)19:08İlham Əliyev: Sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilsin19:06SON DƏQİQƏ: şiddətli döyüşlər gedir, çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı19:04DİN və Baş Prokurorluq Əli Kərimliyə sərt xəbərdarlıq etdi14:51Hava buludlu olacaq14:47SOCAR yeni istiqrazlar buraxacaq14:46Şəkidə yük avtomobili piyadanı vurdu - VİDEO12:14Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur12:08İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü12:04Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH11:583 GÜN ƏRZİNDƏ, ÜZDƏKİ BÜTÜN NÖV LƏKƏLƏRİ APARAN ƏN UCUZ VƏ ASAN MASKA!11:55Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi11:21Bu ərazilərdə qaz təchizatı dayandırılır11:20Şabranda nə baş verir?11:17Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi11:15Arzu Rəhimovun kadrının dəbdəbəli həyatı11:06AzTV-nin 2 milyonluq tenderi ləğv olunub?11:02Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – FOTO09:59“Hagibis” tufanından Yaponiyadakı azərbaycanlılardan xəsarət alan var? - VİDEO09:5713 saylı cəzaçəkmə müəssisəsində insanlıq dramı09:54Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” - FOTO21:08Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO21:04Prezident Mayıl Əhmədovu təltif etdi16:07Fuad Qəhrəmanlıya cinayət işi açıldı16:03İcra Hakimiyyətində yeni təyinatlar15:47"VAQİF ƏLİYEV VƏ QOHUMLARI" İŞİNDƏ ZƏRƏRÇƏKƏNLƏR PREZİDENTƏ VİDEOMÜRACİƏT EDİBLƏR15:44İnam Kərimov iki direktor təyin etdi15:41Hava yağmursuz olacaq11:36Vilayət Eyvazova ağır itki üz verdi11:26Prezidentin Zirvə Görüşündə Zəngəzur məsələsini qabartmasının səbəbi - ŞƏRH11:16Vilayət Eyvazov daha iki rəis təyin etdi10:35Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:33Maqsud Mahmudov haqda sensasion sənədlər yayıldı - Arvadının porno şəkillərini...10:29Bakıda oteldə dəhşət: 200 manat verdiyi qadın intim əlaqədən imtina etdi, sonra… – VİDEO02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

ŞƏKİ DYP-DƏKİ ÖZBAŞINALIQDAN PREZİDENTƏ ŞİKAYƏT

05 okt 2019, 20:47   
ŞƏKİ DYP-DƏKİ ÖZBAŞINALIQDAN PREZİDENTƏ ŞİKAYƏT

"Dedilər, ya 200 manat "hörmət etməliyəm" ki, sistemdən bu cəriməni silsinlər, ya da maşınımı aparmalıdırlar, üstəlik də "prava"m ləğv olunacaq"

"Təzadlar"a Şəki rayonunun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlunun (əlaqə telefonu: (050)-531- 18- 28) Azərbaycan Respublikasının prezidenti İ.Əliyevə, surəti Birinci vitse-prezident M.Əliyevaya, Baş prokuror Z.Qaralova, daxili işlər naziri V.Eyvazova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Ə.Nağıyevə, DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin rəisi R.Zeynalova və Şəki şəhər prokuroru E.Camalova ünvanlı müraciəti daxil olub.
S.Əbdürrəhimov özlərini Şəki DYP əməkdaşları kimi təqdim edən, lakin şəxsi «VAZ 2106» markalı, 10 DJ 106 nömrəli dövlət nömrə nişanlı avtomobillə gəlib ona məxsus 90 BX 213 dövlət nömrə nişanlı «Niva» markalı avtomobilini naməlum istiqamətə aparan naməlum şəxslərin qanunsuz hərəkələrindən şikayətçidir.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!


Öncə bildirmək istəyirəm ki, son vaxtlar Şəki Dövlət Yol Polisi əməkdaşlarının vətəndaşlara qarşı etdikləri qanunsuz hərəkətləri hamını boğaza yığıb. Bu qanunsuzluqladan biri ilə mən də üzləşmişəm.
Belə ki, bu il sentyabrın 23-də Qax şəhərinə çatmamış bort nömrəsi 822 olan DYP avtomobilini idarə edən yol polisi əməkdaşlarının göstərişi ilə naməlum DYP işçiləri idarə etdiyim şəxsi "NİVA" markalı 90 BX 213 dövlət nömrə nişanlı avtomobilimi saxlayaraq mənimlə mübahisəyə başladılar. Biri maşının qapısını açdı, digəri isə açarı əlimdan almaq istədi. Xeyli mübahisə etdikdən sonra təhlükəsizlik kəmərindən istifadə etməməyə görə protokol tərtib etdilər. Amma protokolun surətini mənə vermədilər.
Səhəri günü yenə gedib onlardan yazdıqları protokolun surətini tələb edib aldım. Gördüm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisə baş verməsi barədə məlumatlar qeydə alınıb. Halbuki mən Şəki-Qax yolunda saxlanılmışdım. Mən cəriməni protokol nömrəsinə görə ödəmək üçün sənədi onlardan alanda məlum oldu ki, həmin DYP işçiləri əslində koordinat üzrə Yevlax-Zaqatala yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin həmin yolda əsaslı tikinti-təmir işləri getdiyindən, bu şoseyə təhkim olunan bort nömrəsi 822 olan DYP avtomobilini idarə edən yol polisi əməkdaşları 90 km kənarda xidmət göstərməli olan digər DYP işçilərini gizli sövdələşmələr nəticəsində qanunsuz olaraq öz ərazilərinə dəvət ediblər ki, iş yoldaşları "ac qalmasınlar" və 822-nin ərazisinə daxil olub dolansınlar. Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə üzr istəyərək, yazdıqları 40 manat cəriməni özləri ödədilər.
Oktyabrın 3-də isə günortadan sonra bildirdilər ki, məni Şəki DYP əməkdaşları axtarır. Mən Aşağı Göynük kəndindəki "Göynük petrol" yanacaqdoldurma məntəqəsinin yanında avtomobilimi saxlayıb "VAZ 2106" markalı ağ rəngli 10 DJ 106 dövlət nömrə nişanlı avtomobildə əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü, digəri polis formasında idi. Dedilər ki, mənin 90 BX 213 dövlət nömrə nişanlı avtomobilimin 10 manat cəriməsi olub və onu ödəmədiyinə görə maşınımı aparmalıdırlar, sürücülük vəsiqəm də ləğv olunur. Bildirdim ki, nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, bu 10 manatı ödəyim. Dedilər, ya 200 manat "hörmət etməliyəm" ki, sistemdən bu cəriməni silsinlər, ya da maşınımı aparmalıdırlar, üstəlik də "prava"m ləğv olunacaq. Mən dərhal "902 qaynar xətti"nə zəng etdim. Bildirdilər ki, cəriməm olub və aktivdir, cəriməni ödəsəm, məslə bitir. Qaynar xətdəki kişi yanımda olan polislə də danışdı. O, özünü baş inspektor Ramil Adamov kimi təqdim etdi və bildirdi ki, cəriməm 16 manatdır. Mən yaxınlıqdakı aparata yaxınlaşıb cəriməni ödəyəndə özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri maşınıma oturub Şəki istiqamətində hərəkət etməyə başladı, digəri isə şəsxi "VAZ 2106" markalı avtomobillə onun arxasınca getdi…
Bu barədə dərhal DİN-nin "102 xidməti"nə zəng edib məlumat verdim. Məlumatım qeydə alındı. Ancaq hələ də şikayətlə bağlı heç bir tədbir görülmür.

Hörmətli cənab Prezident!

Onu da bildirmək istəyirəm ki, mən ailəmin çörəkpulunu zülmlə, əziyyət çəkib qazanıram. Mən həm də ermənilərin vaxtilə başına 3 milyon dollar qoyduğu şəhid Faiq Əbdürrəhimovun qardaşıyam. Sizdən xahiş edirəm, mülkü formada DYP əməkdaşı adı altında avtomobilimi aparan naməlum şəxslərin tapılıb cəzalandırılması və maşınımın geri qaytarılması barədə göstəriş verəsiniz".

***

P.S. Yazı çapa hazırlanarkən məsələ ilə bağlı bort nömrəsi 822 olan DYP avtomobilinin ekipajı ilə əlaqə saxlamaq məqsədlə internetdə axtarış verərkən belə bir faktla qarşılaşdıq. Məlum oldu ki, 2016-cı il avqustun 19-da Bakı-Şamaxı yolunda 99 YP 822 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Hadisə zamanı DYP maşınına xeyli maddi ziyan dəyib, polis əməkdaşlarından xəsarət alan olmayıb.

Şikayətlə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...