Impera

XƏBƏR LENTİ
16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı14:45Qüdrət Qurbanovun sertifikat biznesi14:41Azərbaycan bazarında paradoks: ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb14:36Bakı metrosunda qatarlar yenə gecikdi14:32Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO14:29Avtobusun qəza anı kameraya düşdü - VİDEO14:26İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO14:22Sabahın havası: yağış, duman, külək14:18Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?14:14Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi14:09İlham Əliyev görüşlər keçirdi - FOTO14:05Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi10:21Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid — VİDEO10:15Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - Foto10:02Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO09:56Hüquqşünas QHT sədri seçilib09:49Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? (VİDEO)09:39Cəlilabadda məmur övladının qudurğanlığı09:29Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:21LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı09:07“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb09:05Dünya varlıları banklara güvənmirlər09:01“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”09:01Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir”08:56Yusifovların maliyyə maxinasiyaları - İki nazirliyi çökdürəcək "GƏNCƏ ZƏLZƏLƏSİ"19:10Paytaxtda bəylə gəlin piketə düşdü - VİDEO18:43Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO18:39Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO18:31Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız18:24İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!18:20İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır18:16Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - FOTO13:33Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI13:27“Google” gizli layihə həyata keçirəcək - İDDİA13:23Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək13:18Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ...13:08“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər13:02GƏNCƏ SƏHİYYƏSİNDƏ İLGİNC ÖZBAŞINALIQ – VİDEO12:58Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM12:54İlham Əliyev yeni icra başçısı təyin etdi12:51Nazir parlamentin iclasında əhalini sevindirəcək proqnozlar səsləndirdi12:48Mikayıl Cabbarov: Yeni inkişaf drayverləri işə salınmalıdır10:48Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq10:43Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ10:36İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO10:29Nazarbayev Putinlə Zelenskini görüşdürür10:26İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO10:23Banqladeşdə dəhşətli qəza: qatarların toqquşması kütləvi insan tələfatı ilə sonuclandı – VİDEO10:15Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO10:11Zaqatala sakinindən iddia : "Bələdiyyə sədri 55 min dollarımı mənimsəyib" - VİDEO10:07Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO08:47Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi08:44Azərbaycanda Konstitusiya Günüdür08:41İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir08:36Şirvanda həbs edilmiş sahibkar yeni PA rəhbərinə üz tutdu:“Sədaqət Qəhrəmanova və qohumları…” – VİDEO08:32Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır?09:31Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağından niyə imtina edildi?09:01Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik08:54Füzulidə Dövlət Bayrağı günü qeyd olundu20:41"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur"20:36Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO14:23İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi07:06İranda zəlzələ - ölüən və ağır yaralılar var22:09Gəncədə "ağ xalat"ın ciblərini portmanatla çevirən baş həkimin Hippokrata lənəti - Şok Detallar11:42SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik11:08YAP-çı deputatdan “hakimiyyədaxili qruplar var” iddiasına cavab11:04Təhsil naziri İSTEFA VERDİ - SON DƏQİQƏ10:24Rövnəq Abdullayev: Neft Daşları Azərbaycanın strateji habına çevriləcək10:20Prezident İlham Əliyev Xalq şairinə ev hədiyyə etdi10:14Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Mollaməhərrəmli kəndində keçirilib - FOTO22:53Rusiyada xuliqanlıq edən azərbaycanlını təyyarədən belə düşürdülər - VİDEO22:47At yanğının içərisinə girib ailəsini xilas etdi - VİDEO22:37İstanbulda iki mobil telefon oğurlayan azərbaycanlı qadın saxlanıldı - VİDEO22:34Rusiyada xəstəxanada təmizlikçi xəstənin üzünü çirkli bezlə sildi - VİDEO22:29Fədayə azadlığa çıxmasını belə qeyd etdi - VİDEO22:22Bu görüntülər Azərbaycan həbsxanasında çəkilib – VİDEODAKI Erməni kəşfiyyatçısıdır22:19"Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov şəhid ailəsinə zülm edir.." - VIDEO19:00SƏHİYYƏ DEMƏYİN, «SƏHİYYƏ KOSKASI» – Bu sferada xilafi-həkimlər meydan sulayırlar!18:57Müstəqiı araşdırmaçı jurnalist, deputat Adil Əliyevə cavab verdi18:42Taleh Qaraşovun adamının rüşvət videosu18:33SOCAR AÇG və BTC-yə yeni səhmdarın daxil olmasını müsbət qarşılayır18:31Mikayıl Cabbarov: Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir18:29Prezident “Azərxalça”ya iki milyon manat ayırdı18:19Prezidentin irad bildirdiyi məktəbdə söküntü başladı - FOTO12:12Türkiyə daha bir şəhid verdi – Çavuş minaya düşdü12:08Ceyhun Bayramovdan müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması barədə - ƏMR12:04Sabahın havası: tutqun səma, duman12:01Parlamentdə 25 milyard manatlıq sənədin müzakirəsi başlanılır11:38Bu da bizim ən mədəni səfirimiz: Polad Bülbüloğludan şok "diplomatik kəlamlar” – Video-fakt11:15Moskvada biznesmeni qarət edən dəstə ələ keçdi: aralarında azərbaycanlı da var - VİDEO11:12“Facebook” yeni loqotipini təqdim etdi11:09Azərbaycanlı milyarder fəhlələrin pulunu vermir - VİDEO11:03Kərəm Həsənovun qara günləri başlayır10:58Vilayət Eyvazovdan yeni - TƏYİNAT10:56Namiq Zeynalovun Prezidentin beş gün qabaqkı çıxışandan Cəlilabadda çıxardığı nəticə
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda 100 deputat mandatsız qalacaq - parlament seçkisində

01 noy 2019, 09:28   
Azərbaycanda 100 deputat mandatsız qalacaq - parlament seçkisindəAzərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı "gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.

Artıq Azərbaycan hökumətinin yaşlılarla sağollaşmaq fikrində qətiyyətli olduğu son günlərdə bir neçə qərarda özünü büruzə verdi. Hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yaşlı namizədlər irəli sürməyəcəyi iddia edilir. Əslində bu seçkilərlə bağlı da müəyyən söz-söhbətlər dolaşır. Seçkilərin vaxtından əvvəl, gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur. Bu proseslərdə parlamentin tərkibinin hətta 90 faiz (ən azı 100 deputat yeri) dəyişə biləcəyi vurğulanır. "Lal”, qocaman, məmurlara yaxın mandat sahibləri üçün qanunverici orqanın qapılarının bağlanacağı barədə fikirlər də səslənir. Tərkibdə orta və gənc nəslin daha çox təmsil olunacağı deyilir. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev təyinatlarda parlament deputatlarına üstünlük vermişdi, yəni onları yüksək vəzifələrə təyin etmişdi.

Müxalifətlə bağlı da müəyyən fikirlər dolaşır. Parlament partiyalarının bəzilərinin bu dəfə qanunverici orqandan kənar qalacağı ehtimal edilir. Onları başqa siyasi qurumların əvəzləyəcəyi bildirilir. Milli Məclisdə təmsil olunan partiyaların sayının da artırılacağı söylənilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Milli Məclisin yenilənməsini arzu edir: "Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil - deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır" prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir".

Sabiq dövlət müşaviri Qabil Hüseynli parlamentin tərkibinin yenilənməsinin vacibliyinə toxunub: "Kadr siyasətinin mahiyyətinə parlamentin deputatları da daxil olmalıdır. Düzdür, onlar seçkili orqanların nümayəndələridir. Bu gün durub desək ki, onların ən passivini, yaxud yaşlısını fəaliyyətindən kənarlaşdırmaq lazımdır, bu düzgün olmazdı. Biz parlamentin fəaliyyətinin son günlərini gözləməli, üzümüzə gələn seçkiləri nəzərdə tutub danışmalıyıq. Sözsüz ki, Milli Məclisə seçilən adamın yaşı çox əhəmiyyətlidir. Yaş 70-dən yuxarıdırsa, bu adamın ictimai-siyasi fəallığı aşağıdırsa, ictimai intellektinin kəsərliyi yaxud yüksəkliyi ilə fərqlənmirsə, fəal siyasətçi, ictimai-siyasi xadim deyilsə, belə şəxslərin parlamentə seçilməsinə hər bir partiya imkan verməməlidir. Düzdür, seçkilərdə əsas rol xalqa məxsusdur. Amma seçicilər də maarifləndirilməli və onlara izah edilməlidir ki, Milli Məclisə ictimai-siyasi fəallar, intelektuallar, dünya siyasətini yaxşı bilən hazırlıqlı insanlar seçilməlidir. Onların yaş meyarları da mütləq nəzərə alınmalıdır. Amma bunu mütləqləşdirməyin tərəfdarı deyiləm. Birinin yaşı 70-dən yuxarı ola bilər, amma onun intellektual göstəriciləri yuxarıdırsa, fəal ictimai-siyasi xadimdirsə, ona meydan vermək mümkündür. Çünki siyasətçilər adətən kamil çağlarına yaşlaşanda çatırlar. Burada çox böyük yaşı nəzərdə tutmuram. Gənc nəsillə yaşlı təbəqə arasında qırılmaz nəsil əlaqəsi yaradılmalıdır. Gənc deputat olmalıdır deyib parlamenti tam şəkildə gəncləşdirmək də olmaz. Burada kamil siyasətçilərə yer verilməlidir deyib, Milli Məclisin qapılarını onların üzünə tam açmaq da olmaz. O kəslər parlamentə namizədliklərini verməlidir ki, deputat kimi yüksək funksiyasının öhdəsindən gələ biləcəklərini anlasınlar.

Bu işə özlərini hazır hesab etdikdən sonra deputatlığa namizəd ola bilərlər. Xalqın onlara olan etimadını doğrulda biləcəklərinə də əmin olmalıdırlar. Əlbəttə, xalq da aldanmamalı, hər şeyi götür-qoy edib seçimini etməlidir. Seçki marafonu olur. Bu marafonda insanlara seçki platformasını təqdim etmək, onlar arasında təbliğat aparmaq, əhali ilə görüşmək, KİV-lər vasitəsilə özünü təqdim etmək kimi imkanlar açılır. Bununla da insanlar namizədin hansı keyfiyyətlərinin olduğunu öyrənmək imkanı qazanırlar. Xalqımız düşünüb, daşınıb gənc, enerjili, yüksək keyfiyyətlərə malik olan, vətənpərvər, səhəri gün onun hüquqları uğrunda mübarizə apara biləcək insanlara səs verməyi hədəfləməlidir. Parlament düşüncə parlamenti olmalıdır. Orada işləyən şəxslər təmsil olunmalıdır. Qanunlar hazırlayan, büdcənin hazırlanmasına töhfə verən insanlar mandat qazanmalıdır. Təsadüfi adamların, o qədər də cəlbedici göstəricilərə malik olmayan insanların heç bir halda deputat olmalarına yol vermək olmaz. Çünki qanunverici orqan hər bir hakimiyyət üçün böyük rol oynayan qurumdur. Bu orqanın yaxşı qanunlar hazırlaması, müsbət təşəbbüslərlə çıxış etməsi üçün oraya seçilən adamların mənəvi, əxlaqı keyfiyyətləri və digər insanı tərəfləri ciddi surətdə nəzərə alınmalıdır. Zənnimcə, belə olduqda parlament daha yüksək iş əmsalına sahib ola bilər”.

Mənbə: musavat.com
OXŞAR MÖVZULAR
loading...