Impera

XƏBƏR LENTİ
11:52Deputat Mikayıl Cabbarovun Ermənistan rəsmisinə cavabını yüksək qiymətləndirdi11:12Bu gün MSK-nın iclası keçiriləcək11:07Füzuli icra başçısından ağacəkmə kampaniyasına qeyri-ciddi yanaşma:“Nəsimi“yə musiqi sədaları altında ağac əkdirdi10:49Füzuli rayonunun məktəbəqədər müəsissələrində saxta diplomlular10:42Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA09:47Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub09:42Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - VİDEO09:39Bazarda dözülməz şərait: - ucuz mallar bahalı dərmanlara çevrilir09:31Yevda Abramov vəfat etdi09:28Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO15:50Mehriban Əliyevanın təşəbbüsünə Füzulililər böyük coşqu ilə qoşulublar - FOTOLAR12:48Nigeriyada neft kəməri partladı - VİDEO12:44SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib12:39Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”12:14Azərbaycanlı müğənninin 3 ailə üzvü qəzada öldü - VİDEO12:10Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - VİDEO12:05İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər12:02Vüsal Novruzovla bağlı cinayət işinə xitam verilib?11:56Əli Əhmədov: Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik11:52Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək11:44İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda11:39PREZİDENTDƏN SEÇKİ MESAJI: "Biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik" - FOTO09:01Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Aşağı Yağlıvənd kəndində olub - FOTOLAR22:13Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq22:09"Sevgililərinin villasına keyfiyyətli, yollara isə keyfiyyətsiz boya vururlar" - VİDEO22:01Nazir polkovniki vəzifəsindən azad etdi21:52Prezident Şamaxı rayonuna səfər edib21:48İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib - FOTO21:40Ölkə başçısı Şamaxıda zəlzələdən zərər görmüş ailələr üçün yeni tikilmiş bina ilə tanış olub - FOTO21:35İlham Əliyev “Bakutel-2019” sərgisində “Rossiya-24” telekanalına müsahibə verib16:23Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM16:18“AAAF Park”da sakinlər etiraz aksiyasi keçirdi – VİDEO16:09Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı - VİDEO16:05"Parlamentdə bitərəf deputatlar olmamalıdır" - Qüdrət Həsənquliyev - VİDEO16:01İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi15:42Duman olacaq, qərb küləyi əsəcək15:40Vilayət Eyvazov onu əvvəlki vəzifəsinə qaytardı15:35Bakıda tikinti şirkətləri “cib ekspertləri”ni hər havaya oynadır - Hacı Əbdüldən onlara TÖVBƏ ÇAĞIRIŞI15:28Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO15:25Türkiyə XİN rəhbərindən Qarabağ açıqlaması10:55Bakıda "Siqaret çəkən kolbasa"lar satılır10:46Bayram Səfərov Mirzələr qış yatağını necə abadlaşdıracaq?10:39AZAL-ın inhisarı: Baha bilet, sərnişinsiz təyyarələr və... - NARAZILIQ10:30Gədəbəyin icra başçısı kimdir10:16Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İDDİA10:11İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal09:54Sumqayıt-Bakı qatarı ləğv edildi, sıxlıq yarandı09:50Mədət Quliyev generala vəzifə verdi21:22Nəsiminin icra başçısı da vəzifəsindən alınacaq21:11Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…19:14Kim Çen-In ağ atla çəkdirdiyi şəkilin mənasını AÇIQLADI - VIDEO18:44İlham Əliyev: Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar18:40Hacıbala Abutalıbov Bakını, oğulları isə İstanbul və Londonu sevir18:30Misir Mərdanov da deputat olmaq istəyir18:28GDU-da rektorun rüşvət piramidası18:23Kəmaləddin Heydərov üçün gerisayım başladı18:17Cavid Qurbanov necə “ən fəal” deputat oldu?17:59Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə - VİDEO17:40Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO17:36Hava buludlu olacaq17:27Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniri17:21DMX rəisi əcnəbilərlə işləyən Komissiyanın fəaliyyət qaydalarını dəyişdi16:48“Mənzil bazarında kəskin qiymət artımı gözlənilir” - Ekspert səbəbləri açıqladı - VİDEO16:33İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular - FOTO16:18Prezident türkiyəli naziri qəbul etdi16:10Milli Məclis növbədənkənar seçkilərə qədər fəaliyyət göstərəcək15:57Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ15:30Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub15:27İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO15:21Prezident yeni icra başçısı təyin etdi15:18İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT10:29“Əli Əliyevin qohumu şirkətimin sənədlərini oğurlayıb məni şantaj etdi, 1 milyon dollar istədi...”10:23Prezident Elmar Vəliyevin Tərtərdəki adamı ilə işləyəcəkmi? - VİDEO09:40Vilayət Eyvazov yeni rəis təyin etdi09:34Zakir Həsənov cəbhə xəttində - VİDEO20:42Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO20:35Goranboyda nə işlər çevrilir?..20:26İş adamlarını aldadıb pullarını necə talayırlar?20:22Uşaq bağçalarından pul toplayır - 270 min manatlıq maşında gəzir20:14Hadisə yerində dayanıb sığortanı və yol polisini gözləmək vacibdirmi? - VİDEO20:05Qaxdakı bu məscid uçub-dağılır - FOTO - VİDEO19:52Putinin gizli qatarı ilk dəfə görüntüləndi - VİDEO19:29Ermənilər AzTV-nin işçilərinə hücum çəkdi - VİDEO19:23Milli Məclis icbari tibbi sığorta ilə bağlı sənədə “nöqtə” qoydu19:20Sabah hava necə olacaq?19:15Nazir idarə rəisini işdən çıxardı19:08Milli Məclis deputatlarının xarici səfərləri ləğv edildi19:05Ermənistanın rəsmi nümayəndələri Bakıya gəlir19:03“Gözü yol çəkən” sənədlər: ümid VI çağırışadır - SİYAHI18:51Prezident Administrasiyasında daha bir - TƏYİNAT18:48Prezident beynəlxalq sərgi iştirakçılarına məktub ünvanladı18:42İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul etdi - FOTO18:40Prezident bu universitetin rektorunu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT10:43Parlament niyə buraxılmalıdır? - ŞƏRH10:10Nazirliklə sahibkar arasında 322 minlik borc qaımaqalı10:05Hakerlər 12 ölkənin hotellərinə hücum etdi: müştərilərin şəxsi məlumatları oğurlandı10:02Ata Abdullayev Amerikada qaradərili xanımla ailə həyatı qurdu - VİDEO09:56“Rüşvət vermədiyim üçün evimi tikən yoxdur” - VİDEO09:39Türkiyə ordusu Suriyada iki şəhid verdi09:33Şəmkirin icra başçs "təzə üsulla" işləyir...
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Baş həkimi Robert Əyyubovun adıyla aldadıb 100 min pul alıblar

15 noy 2019, 11:04   
Baş həkimi Robert Əyyubovun adıyla aldadıb 100 min pul alıblar

Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov xeyli vaxtdır Bakıya - məhkəmə iclaslarına gedib-gəlir.

O məhkəmədə baş həkimin 125 min manatından söhbət gedir. Baş həkim iddia edir ki, bu pulu ondan şəxsi həyatına aid videolarla şantaj edib alıblar. Ancaq bu işə görə həbs olunan adamlar deyir, yalandır, M.Zeynalov o pulu Sumqayıta baş həkim getməkdən ötrü vermişdi.
Məhkəmə önünə çıxarılan üç nəfər bunlardır: 58-yaşlı Rövşən Əliyev, 51-yaşlı Hətəmxan Çovanov və 41-yaşlı Elxan Hümbətov.
Məhkəmə araşdırmasından məlum olub ki, onlar baş həkimə özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) generalı, Prezidentin mühafizə xidmətini rəhbəri Bəylər Əyyubova yaxın adamlar kimi təqdim ediblər. Hətta Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun adından baş həkimlə telefonla da danışıblar.
M.Zeynalovun sözlərinə görə, «Robert» ona deyib ki, sürücüsünün telefonundan danışır.

100 min manatı «tapıb verib»

Baş həkimlə hazırda müttəhimlər kürsüsündə əyləşən üç nəfər arasında baş verənlərin kökü xəstəxananın Samir Rəcəbov adlı həkiminin işdən çıxarılma təhlükəsiylə üzləşməsiylə başlayıb.
S.Rəcəbov işini itirməmək üçün onu baş həkimə tapşıra biləcək adam axtarıb. Son nəticədə onu hazırda təqsirləndirilən şəxslər sırasında olan R.Əliyevin dayısı Ələkbər Həsənov baş həkimə tapşırıb. Rövşəngil də baş həkimi Ə.Həsənovun də iştirak etdiyi bir məclisdə tanıyıblar.
İkinci dəfə Samir həkimin işdən çıxarılma təhlükəsi yarananda Rövşəngilin məsələyə qarışdığı bildirilir. Baş həkim deyir, Rövşən ona zəng edərək özünü R.Əyyubovun sürücü kimi təqdim edib.
«Dedi ki, «səndən şikayətlər var. Samiri işdən niyə çıxarırsan? Bütün bunlar gedib generala çatıb. Sənə problem lazımdır? Samirin məsələsini yoluna qoy». Mən də bu söhbətlərdən qorxdum. Generalın adını çəkirdi, özünü Robertin sürücüsü kimi təqdim edirdi. Hətta bir dəfə mənimlə Robertin adıyla da danışmışdı. Bu söhbətlər gedirdi. Günlərin birində Rövşən Elxanı gətirdi, dedi ki, özü də generaldır, həm də generalın adamıdır. İkinci dəfə Elxan gələndə dedi ki, guya mənim məsələmi (şikayətlərin qarşısının alınması-red.) cənab generala məruzə eləyiblər, həll olunacaq. Sonra Rövşən məndən işimi həll eləyən generala vermək adıyla 10 min pul aldı», - baş həkim danışır.
M.Zeynalovun sözlərinə görə, bir müddət sonra Rövşəngil ona yenə zəng edərək şəxsi həyatıyla bağlı videogörüntülərin olduğunu söyləyiblər. Deyiblər ki, generaldan onun xahişini etdikləri bir vaxtda belə görüntülərin yayılması biabırçılıq olacaq. Baş həkim 100 min manatı tapıb verdiyini söyləyir.

125 min manatı və iPhone-u qaytarıb

«Bundan bir müddət sonra bunlar məni bir məclisə çağırdılar. Rövşən dedi ki, «oğlumun ad günüdür, bir hədiyyə alıb gələrsən». Mən də «Robertin sürücüsü»nün - Rövşənin oğluna 1500 manata bir iPhone alıb getdim. Orada Rövşən məni kənara çəkib dedi ki, «Robertin sürücüsü deyiləm, DTX-da polkovnikəm». Bir neçə gün sonra da Hətəmxan zəng vurub dedi ki, «Rövşəngil sənin işini həll eləməyib, səni aldadıblar, onlar heç kimin tanışı deyil, onlardan şikayət yaz, özüm sənin işini həll eləyəcəm». 15 min də Hərəmxana verdim», – baş həkim ifadəsində danışır.
Təqsirləndirilən şəxslərdən R.Əliyev baş həkimdən alınmış 125 min manatı və iPhone-u qaytarıb. M.Zeynalov məhkəmədə deyib ki, müttəhimlərdən şikayət və tələbi yoxdur.
Təqsirləndirilən şəxslər ondan pul aldıqlarını etiraf edirlər. Amma onun şantaj olunması barədə dediklərinin uydurma olduğunu bildirirlər.
«Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən haradan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burada yalan danışır. 125 min manatı özü rüşvət vermişdi, indi məsuliyyətdən yayınmağa çalışır», – R.Əliyev belə deyir.
Onlar CM-in 182.3.2 (hədə-qorxu ilə tələbetmə - zərərçəkmişə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

(Azadlıq Radiosu)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...