Impera

XƏBƏR LENTİ
09:36Oqtay Əsədovla islahat? - striptiz-klubdan quş biznesinədək...09:32BİABIRÇILIQ: İcra Hakimiyyətindən seçkiyə kobud müdaxilə – SƏS YAZI09:26Deputatlığa namizəd Abdullayeva Pərvanə Milli Qəhrəmanın evində olub - FOTOLAR09:20Cavid Qurbanov Hacı Salayevi necə geri oturtdu?09:17Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər: "Namizədliyini geri götür..."-VİDEO09:10Deputatlığa namizəddən kobud qanun pozuntuları-FOTO-VİDEO16:59Deputatlığa namizəd Əsmər Əliyeva şəhid ailələri ilə görüşdü - FOTO - VİDEO16:53Əsmər Əliyeva şəhidləri yad edib, ailələrinə başsağlığı verdi - FOTO16:48Deputatlığa namizəd Əsmər Əliyeva Qarabağ əlilləri, veteranları ilə görüşüb - FOTO - VİDEO16:43Kamaləddin Qafarov Məstəliyevlər ailəsinin qonağı olub16:20Azərbaycanda 19 dərəcə şaxta olub - FAKTİKİ HAVA16:17Şagirdlərin tətil günləri başladı16:14Şəkər zavodunun fəaliyyəti niyə dalana dirənib?16:08İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib16:05İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi haqqında tapşırıq verdi10:12Dünyanı fəlakət gözləyir - VİDEO10:09İcra başçısının növbəti səyyar qəbulu Əhmədbəyli kəndində olub - FOTO10:02Hərbçinin papağı yerə düşdü, Putin ona yaxınlaşdı və... – VİDEO09:56Mətbuat Şurasının “qara siyahı“sı ləğv olundu09:52Yağan qar xəstəxananın damını çökdürdü - VİDEO09:38Ərdoğan Merkeli belə sevindirdi - VİDEO09:02Şəmkirin başçısının məzlumlar üzərində qurduğu səltənət: Orucov ailəsi bu qışı sağ çıxmayacaq…08:57Şəhid oğlundan seçicilərlə görüşə gələn deputata etiraz - VİDEO08:54Bu dəqiqələrdə Türkyədə güclü zəlzələ:ölənlərin sayı 19, yaralananların sayı isə 782-ə çatıb - VİDEO08:50Rusiyadakı səfirliyimizdən şikayətlər bitmir - Nə baş verir? – ŞOK VİDEO17:55Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev17:45Şirvan camaatı yekdinliklə deputatlığa namizəd Əsmər Əliyevanı dəstəklədi - SORĞU15:03Qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA14:55​17 il sonra ana olan qadın: “Övladıma həkimin adını qoydum” - VİDEO14:43Gəncə Körpələr Evində biabırçılıq - Uşaqları bir-birinə bağladılar - VİDEO14:39Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - SƏS YAZISI14:33Vilayət Eyvazovdan yeni TƏYİNAT14:29"Azərenerji" ASC-nin prezidenti II qrup əlilə “buynuz göstərib”14:14Prezident Davosda görüş keçirdi11:47"Bu, niyə çıxıb getmir, qolundakı saatı satsa..." - Jurnalistlər İmamverdi İsmayılovu "topa tutdular"11:38Kamaləddin Qafarov rayonun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb08:51Milyonlara başa gələn və işə düşməmiş çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir08:49Onlar Fəzail Ağamalıya dəstək verdi – VİDEO08:41Saatlıda biabırçı seçki mənzərəsi08:37Xanım namizəd seçiciləri ilə görüşdü18:26İlham Əliyev görüş keçirdi18:21İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? - TƏHLİL18:17Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi başlayır18:13İlham Əliyev akademiki təltif etdi11:03Qaçqın statusu alanlara “Yol sənədi” VERİLƏCƏK10:5972 yaşlı milyonçu Əmiraslanov yenə necə deputat olur?10:56Lerikdə İqbal Məmmədova etirazlar – VİDEO10:52Fəzail Ağamalının seçicilərlə növbəti görüşü Yenikənd və Həsənli inzbati ərazilərində keçirildi - VİDEO10:38Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...10:21Şirvanda Əsmər Əliyeva “rüzgar“ı - Sabiq generalın qızı haqqında ilginc məlumatlar10:15İslahatlara müqavimət göstərən deputat: İmamverdi İsmayılov10:09Mingəçevir icra hakimiyyətindən şəhidlərə HÖRMƏTSİZLİK - FOTO09:23Ukrayna prezidenti Davosda Rövnəq Abdullayevlə görüşüb09:17Bu ərazidə qaz olmayacaq09:13“Prezidentlə görüşüb, razılığını almışam” – Azər Kərimli Qax idmançıları ilə görüşdə ölkə rəhbərliyinin adını hallandırıb09:11Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında şok iddia09:03Qarın ağrısına görə həkimə getdi, görün həkim ona nə dedi... - VİDEO08:54Kirayə mənzillər belə olacaq - VİDEO08:51Sərnişin təyyarəsinin içərisi bir anda tüstü ilə doldu - VİDEO08:43Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır- VİDEO08:39Namizədin posterini qoparan bələdiyyə sədri danışdı: “MONTAJDIR... amma ” - VİDEO08:34Prezident Mixail Qusmanı təbrik etdi22:28Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTO19:21Vilayət Eyvazov generalları topladı - FOTO18:49Ən iddialı namizədlərdən biri Elmir Qurbanov18:45İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO18:37Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub18:32İlham Əliyev regionda sabitlik və təhlükəsizliyin təminatını vacib hesab edir18:28Prezident: Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır18:22İlham Əliyev Putinlə görüşünü anons etdi18:20İlham Əliyev görüş keçirdi18:17İlham Əliyev Polşa Prezidenti ilə görüşdü18:09İlham Əliyev Monqolustan Prezidenti ilə danışıqlarda23:10Dilindən tələyə düşən “lal deputat”ın mandat iddiası22:58Sabiq nazir Səlim Müslümovun oğlunun FOTOLARI YAYILDI22:52Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb - FOTO - VİDEO22:44Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb19:46Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşüb19:28Seçiciləri 15 ilin spikerini tanımır – VİDEOFAKT19:23Qarabağ Qazilərindən Fəzail Ağamalıya dəstək - VİDEO19:20Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi19:05Hadi Rəcəbli fəhlə işlədiyi zavodu məscidə çevirib - VİDEO18:29İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşüb13:51Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir13:40Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" - VİDEO13:33Əfqanıstan İqtisadiyyat naziri: Əfqanıstan İqtisadiyyat naziri: "Lapis-Lazuli” layihəsinin üzərində işlər uğurla davam etdirilir" - VİDEO12:53Deputatlığa namizəd YAP-dan və deputatdan şikayətləndi12:48Rasim Balayev tanınmış həkim namizədlə bağlı çağırış etdi - VİDEO12:45Sabahın havası: Duman, külək12:42Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət - VİDEO12:39"Bazar Store"da biabırçı hadisə... - Satılan lokumdan qurd çıxdı - VİDEO12:36Mikayıl Cabbarov gənclərə səsləndi - VİDEO12:33Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı12:31Həftərin bu qərarı neft bazarında qiymətləri artırdı12:15İlham Əliyev İsveçrədə görüş keçirdi12:07Azərbaycan Prezidenti Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək11:04Prezidentin nazirlərlə birgə telefonla elçilik etməsi görüntüləri yayıldı - VİDEO10:54Polisləri daşıyan vertolyot yük maşını ilə toqquşdu - VİDEO10:50“Azərişıq” ASC şəffavlaşdırma istiqamətində nələr edib? - VİDEO10:45İcra başçısı maaşı ilə necə milyonçu olmaq olar?
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Maliyyə Naziri ilə icra başçısı oğlunun ittifaqı: Seçki qurbanı Samir Şərifov olacaq?

13 yan 2020, 10:24   
Maliyyə Naziri ilə icra başçısı oğlunun ittifaqı: Seçki qurbanı Samir Şərifov olacaq?

Beynəlxalq Bank ətrafında baş verənlərin üzərindən 3 ildən artıq vaxt keçsədə bu mövzu yenə də ara sıra xatırlanır.

Bu da səbəbsiz deyil. Son 3 ildə ölkənin bütün iqtisadi problemlərinin əsas baiskarı kimi məhz Beynəlxalq Bankın fəaliyyəti göstərilib və bu səbədən də bankın sabiq rəhbəri və onun ətrafı həbsə atılıb. Ardınca Cahangir Hacıyevin yerinə təyin olunan yeni sədr – Elmar Məmmədov belə, əyləşdiyi kürsüsündə çox duruş gətirə bilmədi və az sonra vəzifəsindən azad edildi. Əlbəttə, Beynəlxalq Bank ətrafında baş verənləri daha çox sadalamaq olar. Amma cumhuriyyet.az olaraq məqsədimiz isə bu zamana qədər deyilənləri təkrarlamaq deyil. Mövzuya yenidən qayıtmağımızın əsas səbəbi məlum olayların əsas iştirakçılarının yenidən siyasi-iqtisadi aktivlik göstərməsidir. Söhbət Samir Şərifov-Elmar Məmmədov birliyindən gedir. Maliyyə Naziri kifayət qədər tanınan sima olduğundan ilk olaraq

Elmar Məmmədov kimdir?

Sualına aydınlıq gətirək. Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb. Ailəlidir, bir övladı var. Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib. Onunla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar göstərir ki, isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan, hazırda Tovuz rayon icra başçısı Məmməd Məmmədovun oğludur. Onun eyni zamanda “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə quda olduğu da yayılan məlumatlar sırasındadır. Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov da bank sistemində çalışıb. Eyni zamanda E.Məmmədov Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır. Bəs

Samir Şərifovla Elmar Məmmədov ittifaqı necə yaranıb?

Samir Şərifov 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankında departament direktoru təyin edilib. Daha sonra baş direktor vəzifəsini icra edən Samir Şərifov 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə gətirilib. Bu vəzifəsində 5 il işləyən Samir Şərifov 2006-cı ildən isə indiki postuna – maliyyə naziri vəzifəsinə layiq görülüb. Sual oluna bilər: 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin məzunu olan Samir Şərifov öz ixtisası olmayan maliyyə sahəsində ən yüksək zirvəyə necə çıxa bilib? Bununla bağlı cumhuriyyet.az olaraq araşdırmamız zamanı media məlumatlarında bu mətləbə belə aydınlıq gətirilir: “90-cı illərdə indiki maliyə naziri Samir Şərifov Mərkəzi Bankın valyuta şöbəsinin rəisi təyin olunub. Həmin vaxt ölkədə yenicə özəl banklar yaranırdı və bu trend birbaşa Samir Şərifovun rəhbərlik etdiyi sahəyə aid idi. Heç bir özəl kapitala malik olmayan Samir Şərifov da əlindəki bu fürsətdən faydalanmağa çalışırdı. El arasında “Sığorta Mamed” kimi tanınan atası bir zamanlar Əmanət Bankının sədri olduğundan kifayət qədər imkanları ilə seçilən Elmar Məmmədovu Samir Şərifov yanına çağıraraq, onun dövlət orqanlarında himayəsini boynuna götürməklə şərikli bank açmağı təklif edir və sövdələşmə baş tutur. Açılan yeni bankın rəhbərliyinə isə Samir Şərifovla birgə Xarici İşlər Nazirliyində işləmiş, sonradan dələduzluğa görə ölkədən qaçan Rövşən Rəsulov təyin olunur. Bu şərikli bank sonralar Kapital Bankın Səbail filialının müdiri Bəşər Hacıyevlə büdcə pullarının müxtəlif sxemlərlə nəğdləşdirilməsi əməliyyatlarında iştirak etdiyinə görə bağlanır. Bəşər Haciyev isə həbs olunur”. Beləcə, diplomatiyadan bank sisteminə transfer edən Samir Şərifovun bu sahədə ilk uğurları başlayır. Məlumatdan belə qənaət yaranır ki, nazirin qazandığı bütün uğurlarda birgə özəl bank qurduğu Elmar Məmmədovun imkanlarının da ciddi rolu olub. Bu birgə fəaliyyət Elmar Məmmədovu daha imkanlı hala gətirdiyi kimi, Samir Şərifovu da xeyli ucaldıb və varlandırıb və beləcə məlum ittifaq möhkəmlənib.

Elmar Məmmədovun Beynəlxalq Banka rəhbər təyinatı

Məlum ittifaqın zirvə nöqtəsi idi. 2008-ci ildə başlayan qlobal böhran, dünyadakı bir çox bankların çökməsi də Samir Şərifovun işinə yarayırdı. Cahangir Hacıyevə qarşı ilk hücumlar da bu zaman özünü göstərirdi. Əslində isə Beynəlxalq Banka Müşahidə Şurasının sədri kimi maliyyə nazirinin özü birbaşa rəhbərlik edirdi. Ən yüksək səlahiyyətli birinin bankdakı problemlərlə bağlı özündən aşağı vəzifə tutmuşları günahlandırması absurd idi. Buna baxmayaraq, uzun illərdən bəri davam edən “qara piar” nəticə verdi. Cahangir Hacıyev Beynəlxalq Bankın sədrliyindən uzaqlaşdırıldı, daha sonra isə həbs olundu. Elə buradaca cumhuriyyet.az olaraq bir məqamı diqqətə çatdıraq ki, Cahangir Hacıyevin nüfuzdan salınmasının tarixi kimi göstərdiyi 2008-ci il qlobal böhrandan sonra Elmar Məmmədovun ulduzunun parlaması müşahidə edilirdi. Elmar Məmmədov 2009-cu ildən 2013-cü ilə qədər “Kapitalbank”a, 2014-2015-ci illərdə “Azərtürkbank”a, nəhayət, Cahangir Hacıyev həbsə atılıb tam zərərsizləşdiriləndən sonra, yəni 2015-ci ildən 2016-cı ilin son aylarına qədər Beynəlxalq Banka rəhbərlik edib. Əslində hələ “Kapitalbank”da işlədiyi dövrlərdə yaratdığı problemlər, itkilər, sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalar onun son vəzifəsinə təyinatını mümkünsüz etməliydi. Beynəlxalq Banka təyinatından sonra illərlə yaradılmış menecmenti dağıdaraq, yalnız şəxsi yaxınlıq prinsipləri ilə savadsız adamları işə götürməklə bu qurumu düşdüyü ağır vəziyyətdən çıxarmaq olmazdı. Bir sözlə, Daim öz maddi imkanları, yuxarı vəzifələrdəki yaxınları, onlara verdiyi 100 minlərlə dollarlıq saat hədiyyələri ilə hər kəsin yanında öyünən, intiriqaçı xüsusiyyəti ilə seçilən, insanları özündən asılı vəziyyətdə saxlamaqdan həzz alan bu şəxsin ölkənin ən böyük bankına sədr təyin olunması onu ölkə rəhbərliyinə təqdim edənlərə baş ucalığı gətirmirdi. Əslində Elmar Məmmədovun isə belə bir dərdi yox idi.

Elmar Məmmədovun əsas məqsədi

İllərlə arzuladığı vəzifəyə təyin olunmaq, Cahangir Hacıyevin ətrafını “vurmaq” üçün əlindən gələni etmək və Azərbaycanın bank bazarını tamamilə öz əlinə keçirmək idi. Bununla bağlı cumhuriyyet.az-ın məlumatına görə, Samir Şərifov – Cahangir Hacıyev rəqabətinin əsas katalizatoru kimi təqdim edilən Elmar Məmmədovun dövlət sərmayəsi ilə qurulan bank sistemində böyük bir şəbəkə yaradıb. Belə ki, bir vaxtlar atasının rəhbərlik etdiyi, 2009-ci ildən 2013-cü ilə qədər isə özünün sədri olduğu “Kapitalbank”da Elmar Məmmədovun çox ciddi şəbəkəsi var: “2014-cü ildə rəhbərlik etdiyi “Azərtürkbank”a isə faktiki olaraq, onun bu bankda yüksək vəzifə tutan qardaşı nəzarət edirdi. Beynəlxalq Bankda işlədiyi dövrlərdə qardaşı ilə əlbir olub qara bazarda valyuta satışını birgə təşkil edirdilər”. Elmar Məmmədovun Beynəlxalq Banka vurduğu ən böyük zərbə keçmiş sovet təcrübəsini yeni iş yerinə daşıması və həyata keçirdiyi uğursuz əməliyyatlar olub: “O, hələ keçmiş Əmanət Bankı dövründə illərlə atasından öyrəndiyi “şapka” prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrlik etdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipoteka kreditlərinə görə 15%, əmək haqqına verilən kreditlərə görə 15% “şapka” alındı. Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyuta ilə alınan kreditlər manata çevrilərək illik 8%-lə 15-20 illiyə Elmar Məmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatla alınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bu cür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığına çıxarırdı. Cahangir Hacıyevin dövründə özlərinin imza atdığı səhvləri şişirdərək, Beynəlxalq Bank rəhbərini günahlandıran Maliyyə Nazirliyinin bu talana laqeyd yanaşması prosesin Elmar Məmmədov tərəfindən deyil, birbaşa Samir Şərifov tərəfindən idarə olunması təəssüratı yaradırdı. Görünür, bu təəssüratın qarşısını almaq üçün Elmar Məmmədovun Beynəlxalq Bank sərgüzəşti uzun sürmədi. Onun 1 il 4 aydan sonra işdən kənarlaşdırılması Maliyyə Nazirliyinin özünüqoruma instiktindən başqa bir şey deyildi. Öz fəaliyyətini şəxsi maraq və Elmar Məmmədovun intiriqaları səviyyəsinə endirənlər Maliyyə Nazirliyini də bu illərdə alver məkanına çevirdilər”.

İstefa ilə canını qurtara bilmədi

Diqqətli oxucular xatırlamamış olmaz və o qədər də uzaq keçmiş deyil ki, Samir Şərifov parlamentdə baş nazirin əvəzinə hökumətin hesabatlarını təqdim edir, hökumətə ünvanlı suallara məhz o cavab verir və faktiki baş nazir postunu icra etməsi görüntüsü yaratmağa çalışırdı. Bu baxımdan yalnız bir məqamı qabartmağa lüzum görürük ki, bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi ki, bu da bir daha diqqətləri onun üzərinə cəmləmişdi. Bu və digər məqamların nəzərə alınması isə Samir Şərifov haqqında “ikinci Fərhad Əliyev” obrazının yaranması ilə nəticələnib. Hakim komanda daxilindəki islahatlardan sui istifadə edərək Elmar Məmmədovu yenidən önə çəkmək planları isə nazirin siyasi iddiaları ilə bağlı şübhələri gücləndirib. Bu obraz Samir Şərifova Qərbin siyasi dairələrində müəyyən üstünlüklər qazandırsa da, bu amilin onun sıxışdırılmasında ştrixlərdən biri olması da unudulmamalıdır. Samir Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz “MTN işi” prosesindən sonra start götürdü. Əldə etdiyimiz məlumata görə, Samir Şərifov ətrafında cərayan edən proseslərdən ciddi şəkildə narahatdır. Yalnız cüzi hissəsini bildiyimiz, əhəmiyyətli hissəsini isə bilmədiyimiz həmin qorxu səbəbindən isə maliyyə naziri “sudan quru çıxmaq” taktikasını seçib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hakimiyyətin daha üst yetkililərinə istefaya getməyə hazır olduğunu bəyan edən Samir Şərifov ən çox çəkindiyi “yox” cavabını alıb. Hazırda Samir Şərifov üçün ən yaxşı çıxış yolunun vəzifəsini itirməklə canını qurtarmaq olduğunu söyləyən mənbənin sözlərinə görə, ona başa salınıb ki, bu imkandan məhrumdur və onun fəaliyyətindəki bütün şübhəli məqamlar ciddi şəkildə araşdırılacaq.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...