Impera

XƏBƏR LENTİ
11:34Xalq artisti Ağaxan Salmanlı vəfat etdi11:27Yunan əsgərlər Türkiyədən köç edən miqrantlara qaz bombası atdı - VİDEO11:21Türkiyə ordusu Əsədin kimyəvi silah anbarını məhv etdi - VİDEO11:18Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər11:08Martda 15 gün dincələcəyik11:06“Bakı Atatürk Liseyi”ndə nə baş verir? - QALMAQAL11:01İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”20:55Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb - VİDEO20:47Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ20:43Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı - SƏRƏNCAM20:40Prezident DTX-nin strukturunda dəyişiklik etdi - FƏRMAN20:02Səudiyyə Ərəbistanı Krallığı koronavirusa yoluxma halı qeydə almayıb - Səfir12:29İlham Əliyev Ərdoğana başsağlığı verdi12:00Çin Pakistana çəyirtkə yeyən 100 min ördək göndərəcək - VİDEO11:56Bəşər Əsəd qüvvələri Türkiyə ordusuna belə atəş açıb - VİDEO11:50Ölkəboyu koronavirus mərəkəsi: Şirəliyev və nazirlik mürgüləyir…11:45Peşə liseyinin keçmiş direktoru haqda ŞOK İTTİHAMLAR - VİDEO11:27Lənkəranda rüşvəti artıq qaranlıq otaqlarda alırlar...11:15Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə11:13Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA11:08Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT11:05SOCAR: “Qaz anbarlarının saxlama imkanları hasilat artdıqca genişləndiriləcək”11:02İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında10:17İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında - FOTO09:48Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il09:42Artur Rasi-zadə: “İnkişafdan səhərə kimi danışa bilərəm”20:20Prezidentdən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı FƏRMAN20:15Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO15:34İlham Əliyev Artur Rasi-zadəni qəbul etdi15:32Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı15:21Havanın temperaturu 19 dərəcəyə yüksələcək15:13Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO15:08Kəmaləddin Heydərov deputatın oğlunu işdən çıxardı - FOTO14:56Polis 6 yaşlı məktəblini saxladı - VİDEO14:47Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - VİDEO14:43Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılır14:39Belarus açıqladı: “Azərbaycandan neft nəqlinə hazırıq”14:37Ramiz Zeynalovun yeni “prava” rəisi kimdir?-Əhmədzadənin kürəkəni, obyektlər kralı və …14:33"MASKALI MƏMURLAR”ın İRANLA SƏRHƏDƏ TƏLƏSİK SƏFƏRİNİN PƏRDƏARXASI - Prezident kimləri danlayıb?14:30"Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi”14:17İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı14:14İlham Əliyev bu hərbçiləri təltif etdi - SƏRƏNCAM14:12Prezident Kəmaləddin Heydərovu bu komissiyanın tərkibinə daxil etdi12:37Vilayət Eyvazov qəbul keçirəcək - Vətəndaşların NƏZƏRİNƏ12:10Cavid Qurbanova YEYİNTİ İTTİHAMI... - Əgər bu faktlar araşdırılarsa...12:04Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? - AĞIR İTTİHAM11:53Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”11:50Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda koronavirus yoxdur ancaq…11:33İlham Əliyev görüş keçirdi - FOTO11:29“Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO11:25Tanınmış həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA - VİDEO11:21Koronoviruslu adam sərhəddi necə keçdi? –SƏHİYYƏ VƏ GÖMRÜK RƏHBƏRLİYİ İSTEFA VERMƏLİDİR10:15Oqtay Şirəliyev islahatları qəbul etmir - Onkoloji xəstələr Prezidentə müraciət hazırlayır10:07KİVDF yalanları: süni nəfəs aparatına qoşulan qəzetləri və maxinasiyaları...09:56Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK14:34Sabaha olan hava proqnozu açıqlandı14:26Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO14:22QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO14:14Leyla Əliyevanın Xocalıdan bəhs edən filmi İsveçin İctimai Televiziyasında - VİDEO14:08İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edərkən Ayaz Mütəllibovla görüşdü13:49Abşeronda sahibkar təhdid olunur – VİDEO13:43Oğlum törətmədiyi cinayət hadisəsinə görə həbs olunub - Yaşlı ananın prezidentə MÜRACİƏTİ12:44Vilayət Eyvazovdan YENİ TƏYİNAT12:40Zakir Qaralovdan daha bir yüksək vəzifəyə TƏYİNAT12:36İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul etdi12:34Xocalı soyqırımı Füzulidə silsilə anım tədbirləri ilə qeyd olunur - Fotolar12:27İlham Əliyev Ərdoğana zəng etdi11:55Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir? - VİDEO11:22Türkiyə səfiri: “Xocalı soyqırımı XX əsrin ən ağır hadisələrindən biridir”11:19TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR10:17Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO10:15SOCAR Ukraynada Xocalı soyqırımına dair məlumatlandırma aksiyası keçirir09:53İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib09:48İlham Əliyevdən Xocalı faciəsi ilə bağlı paylaşım - FOTO09:37Oqtay Şirəliyev maska çatışmazlığına görə İqtisadiyyat Nazirliyini ittiham etdi09:25Xocalı soyqırımından 28 il ötür20:34Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində olub - FOTO14:32Xaçmazda RƏZALƏT - hündümərtəbəli binanın damı örtüyü uçdu12:57"Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti - VİDEO12:53Arif Alışanov yenə sifariş verə biləcəkmi?12:50Bakıda uşaq bağçası YANDI - VİDEO12:41"Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir...12:35DTX-nın sorğuladığı xanım müavin vəzifəsindən AZAD OLUNDU12:32Tərtərin icra başçısı ondan torpaq istəyən qaziyə hörmətsizlik edib - İTTİHAM12:2826 Fevralın hava proqnozu12:23Bu ərazidə işıq olmayacaq12:19Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL12:13Ərdoğanın Bakı səfərinin təfərrüatı: Doqquz müqavilə imzalanacaq12:10“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”09:03Tibbi maska almaq üçün ucu-bucağı görünməyən növbə... - VİDEO08:49Azərbaycanda sünnət zamanı uşağın cinsiyyət orqanı kəsilib - VİDEO08:45İrandan Azərbaycana məhsul idxalı dayandırılır - VİDEO08:33Bu gün ilk çərşənbədir08:31Kağız vermədən pensiya aldılar08:26Ərdoğan bu gün Bakıya gəlir16:59"Kalima" İspaniyada uçuşların dayanmasına səbəb oldu - VİDEO16:51Sabah hava yağmursuz olacaq16:40Səudiyyə Ərəbistanı Azərbaycana növbəti qurban yardımı göndərib - 5000 qoyun cəmdəyi - Məcburi köçkünlərə paylanılıb - FOTO16:32Əsgərimiz şəhid oldu - VİDEO16:01Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Yunus Səfərov Elmar Vəliyevi niyə güllələdiyini hər kəsin bilməsini istəyir

17 yan 2020, 10:13   
Yunus Səfərov Elmar Vəliyevi niyə güllələdiyini hər kəsin bilməsini istəyir

Müttəhim "prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir...

Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; əsas müttəhim "prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir.
Sabunçu Rayon Məhkəməsində Gəncənin icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin - Mahir Əzizov, Hamlet Abdullayev, Akif Əliyev, Cəfər Zalov, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un xəbərinə görə, prosesə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyev sədrlik edib. Prosesdə Y.Səfərovun müdafiəsinə vəkil Bəxtiyar Hacıyev qoşulub.
Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmənin şəffaf, obyektiv araşdırılması üçün video və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.
Y.Səfərov buna etirazını bildirib: "30 il ərzində Azərbaycanda ikinci belə bir fövqəladə hadisə baş verməyib ki, kimisə heç bir səbəb olmadan vurasan. Ona görə prosesin şəffaf keçirilməsini istəyirik. Qoy bütün ictimaiyyət hər şeyi bilsin".
Y.Səfərov həbs olunduğu gündən etibarən telefon danışıqlarına və yaxınları ilə görüşə məhdidiyyət qoyulduğunj bildirib: "1 il 5 aydır ki, telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulub. Mən mühakimə olunuram. Müdafiəmi qura bilmirəm. Əvvəl hüquqlarımı təmin edin, sonra mühakimə edin". Daha sonra təqsirlındirilən şəxslər və müdafiəçiləri məhkəmə tərkibinə etiraz ediblər.
Məhkəmə prosesi fevralın 17-də davam edəcək. Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önündə 10 nəfər dayanıb. İki nəfər - Ağa Sərxani və Anar Bağırov tutularkən öldürülüb. Həbs edilənlərə qarşı 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.
"Yeni Müsavat” bildirir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə bir neçə məhkəmə prosesi artıq yekunlaşıb.
Yunis Səfərov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.
Rəsmi ittihama görə, iyul ayının 3-də törədilən cinayətin icraçısı Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq istəyiblər.
Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçib və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.
Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, "Marqulin" markalı tapança isə Anar Bağırov da qalıb.
Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.
Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb. Daha sonra keçirilən əməliyyat nəticəsində bu cinayətin digər iştirakçıları həbs ediliblər.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...