Impera

XƏBƏR LENTİ
16:42Kəmaləddin Heydərovun türk xanım şəriki ölkədən qaçdı - TƏFƏRRÜAT16:36Azərbaycanda müəllim sinifdə “Məsti-xumar” mahnısına oynadı - VİDEO16:14"Putin verdiyi sözü tutmadı" - Ərdoğandan sərt AÇIQLAMA - VIDEO11:34Xalq artisti Ağaxan Salmanlı vəfat etdi11:27Yunan əsgərlər Türkiyədən köç edən miqrantlara qaz bombası atdı - VİDEO11:21Türkiyə ordusu Əsədin kimyəvi silah anbarını məhv etdi - VİDEO11:18Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər11:08Martda 15 gün dincələcəyik11:06“Bakı Atatürk Liseyi”ndə nə baş verir? - QALMAQAL11:01İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”20:55Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb - VİDEO20:47Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ20:43Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı - SƏRƏNCAM20:40Prezident DTX-nin strukturunda dəyişiklik etdi - FƏRMAN20:02Səudiyyə Ərəbistanı Krallığı koronavirusa yoluxma halı qeydə almayıb - Səfir12:29İlham Əliyev Ərdoğana başsağlığı verdi12:00Çin Pakistana çəyirtkə yeyən 100 min ördək göndərəcək - VİDEO11:56Bəşər Əsəd qüvvələri Türkiyə ordusuna belə atəş açıb - VİDEO11:50Ölkəboyu koronavirus mərəkəsi: Şirəliyev və nazirlik mürgüləyir…11:45Peşə liseyinin keçmiş direktoru haqda ŞOK İTTİHAMLAR - VİDEO11:27Lənkəranda rüşvəti artıq qaranlıq otaqlarda alırlar...11:15Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə11:13Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA11:08Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT11:05SOCAR: “Qaz anbarlarının saxlama imkanları hasilat artdıqca genişləndiriləcək”11:02İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında10:17İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında - FOTO09:48Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il09:42Artur Rasi-zadə: “İnkişafdan səhərə kimi danışa bilərəm”20:20Prezidentdən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı FƏRMAN20:15Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO15:34İlham Əliyev Artur Rasi-zadəni qəbul etdi15:32Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı15:21Havanın temperaturu 19 dərəcəyə yüksələcək15:13Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO15:08Kəmaləddin Heydərov deputatın oğlunu işdən çıxardı - FOTO14:56Polis 6 yaşlı məktəblini saxladı - VİDEO14:47Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - VİDEO14:43Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılır14:39Belarus açıqladı: “Azərbaycandan neft nəqlinə hazırıq”14:37Ramiz Zeynalovun yeni “prava” rəisi kimdir?-Əhmədzadənin kürəkəni, obyektlər kralı və …14:33"MASKALI MƏMURLAR”ın İRANLA SƏRHƏDƏ TƏLƏSİK SƏFƏRİNİN PƏRDƏARXASI - Prezident kimləri danlayıb?14:30"Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi”14:17İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı14:14İlham Əliyev bu hərbçiləri təltif etdi - SƏRƏNCAM14:12Prezident Kəmaləddin Heydərovu bu komissiyanın tərkibinə daxil etdi12:37Vilayət Eyvazov qəbul keçirəcək - Vətəndaşların NƏZƏRİNƏ12:10Cavid Qurbanova YEYİNTİ İTTİHAMI... - Əgər bu faktlar araşdırılarsa...12:04Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? - AĞIR İTTİHAM11:53Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”11:50Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda koronavirus yoxdur ancaq…11:33İlham Əliyev görüş keçirdi - FOTO11:29“Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO11:25Tanınmış həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA - VİDEO11:21Koronoviruslu adam sərhəddi necə keçdi? –SƏHİYYƏ VƏ GÖMRÜK RƏHBƏRLİYİ İSTEFA VERMƏLİDİR10:15Oqtay Şirəliyev islahatları qəbul etmir - Onkoloji xəstələr Prezidentə müraciət hazırlayır10:07KİVDF yalanları: süni nəfəs aparatına qoşulan qəzetləri və maxinasiyaları...09:56Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK14:34Sabaha olan hava proqnozu açıqlandı14:26Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO14:22QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO14:14Leyla Əliyevanın Xocalıdan bəhs edən filmi İsveçin İctimai Televiziyasında - VİDEO14:08İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edərkən Ayaz Mütəllibovla görüşdü13:49Abşeronda sahibkar təhdid olunur – VİDEO13:43Oğlum törətmədiyi cinayət hadisəsinə görə həbs olunub - Yaşlı ananın prezidentə MÜRACİƏTİ12:44Vilayət Eyvazovdan YENİ TƏYİNAT12:40Zakir Qaralovdan daha bir yüksək vəzifəyə TƏYİNAT12:36İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul etdi12:34Xocalı soyqırımı Füzulidə silsilə anım tədbirləri ilə qeyd olunur - Fotolar12:27İlham Əliyev Ərdoğana zəng etdi11:55Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir? - VİDEO11:22Türkiyə səfiri: “Xocalı soyqırımı XX əsrin ən ağır hadisələrindən biridir”11:19TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR10:17Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO10:15SOCAR Ukraynada Xocalı soyqırımına dair məlumatlandırma aksiyası keçirir09:53İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib09:48İlham Əliyevdən Xocalı faciəsi ilə bağlı paylaşım - FOTO09:37Oqtay Şirəliyev maska çatışmazlığına görə İqtisadiyyat Nazirliyini ittiham etdi09:25Xocalı soyqırımından 28 il ötür20:34Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində olub - FOTO14:32Xaçmazda RƏZALƏT - hündümərtəbəli binanın damı örtüyü uçdu12:57"Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti - VİDEO12:53Arif Alışanov yenə sifariş verə biləcəkmi?12:50Bakıda uşaq bağçası YANDI - VİDEO12:41"Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir...12:35DTX-nın sorğuladığı xanım müavin vəzifəsindən AZAD OLUNDU12:32Tərtərin icra başçısı ondan torpaq istəyən qaziyə hörmətsizlik edib - İTTİHAM12:2826 Fevralın hava proqnozu12:23Bu ərazidə işıq olmayacaq12:19Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL12:13Ərdoğanın Bakı səfərinin təfərrüatı: Doqquz müqavilə imzalanacaq12:10“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”09:03Tibbi maska almaq üçün ucu-bucağı görünməyən növbə... - VİDEO08:49Azərbaycanda sünnət zamanı uşağın cinsiyyət orqanı kəsilib - VİDEO08:45İrandan Azərbaycana məhsul idxalı dayandırılır - VİDEO08:33Bu gün ilk çərşənbədir08:31Kağız vermədən pensiya aldılar08:26Ərdoğan bu gün Bakıya gəlir16:59"Kalima" İspaniyada uçuşların dayanmasına səbəb oldu - VİDEO16:51Sabah hava yağmursuz olacaq
BÜTÜN XƏBƏRLƏR

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular - FOTO

16 yan 2020, 10:37   
Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTO

Son zamanlar Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı rüşvət, korrupsiya, zabitlərə evlər veriərkən qohumbazqlıq, qaydaların pozulması və digər ittihamların yer aldığı artmaqdadır. Polkovniklər Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmov sosial şəbəkələrdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Sİlahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun əleyhinə konkret ittiham səsləndiriblər.
Adları çəkilən polkovniklərin Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamların ciddiliyini nəzərə alaraq, həmin iddialarla bağlı geniş araşdırma apardıq. Polkovniklərin iddiasında bildirilirdi ki, Həsənov və Sadıkov Hərbi Dəniz Qüvvələrinin (HDQ) ləğv edilmiş anbarının ərazisində geniş ərazini əhatə edən “qəbir yerləri” götürüblər və oranı sözün əsl mənasında “qala”ya çeviriblər.

Məlum oldu ki, HDQ-nin balansında olan anbar bazası həqiqətən də, ləğv edilib. Yerində isə Şəhidlər Xiyabanı salınıb. Hazırda orada xidmət zamanı həlak olacaq hərbçilərin dəfn edilməsi üçün yerlər hazırlanır. Ərazidə olan zaman görülən işləri gözümüzlə gördük və maraqlanan hər kəs oradan keçərkən, bunu görə bilər. Həmin ərazinin bitişik hissəsində 40 sota yaxın ərazi zəbt edilib.Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTOHəmin ərazinin də müdafiə naziri və Baş Qərargahın rəisi tərəfindən ələ keçirildiyi bildirilir. Ərazi isə doğrudan da, qalanı xatırladır. Qəbir yerləri üçün nəzərdə tutulan ərazi hündürlüyü təqribən 4 metrə çatan hasarla əhatələnib. İçəridə isə mühafizə üçün növbətçi-istirahət otağı da tikilib. Biz ərazidə olarkən, bir nəfər mühafizəçinin həmin otaqda olduğunu müşahidə etdik. İçəridə olan iki qəbirdən birinin Sadıkovun yaxın qohumuna aid olduğu bildirilir. “Qurd Qapısı” deyilən ərazidəki qəbristanlıqda olan mollalardan bu hasarlanmış ərazinin kimə məxsus olduğunu öyrənməyə çalışdıq. Mollalar həmin ərazinin hərbçilərə məxsus olduğunu desələr də, konkret ad çəkməkdən yayınıblar.
Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTOHaqqında danışılan ərazi ilə bağlı yuxarıda qeyd olunan ittihamların müəlliflərindən biri, ehtiyatda olan polkovnik Qəhraman Mənsimzdə ilə əlaqə saxladıq və bu barədə onun mövqeyini öyrəndik. Polkovnik bildirdi ki, müharibə şəraitində olan ölkə üçün bu hal böyük ayıb sayılmalıdır: “Bizim Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Qarabağı işğaldan azad etmək əvəzinə gəlib, Bakının mərkəzində qəbir yerlərini zəbt edirlər. Təsəvvür edin ki, onlar şəhidlərə məxsus əraziyə də göz dikiblər. Onlar xalqdan o qədər qorxurlar ki, özlərinin yaxınlarının qəbirlərini də mühafizəsiz saxlaya bilmirlər. O ərazi şəhidlərə məxsusdur, ora göz tikən adamların mənəviyyatında problem var”.Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTO
Müşahidə apardığımız ərazini tərk edərək, Bakının “Şüşəli bazar” deyilən səmtinə yollandıq. Bilməyənlər üçün xatırladım ki, “Şüşəli bazar”ın arxasındakı ərazidə əvvələr Rabitə xidməti üzrə hərbi hissə olub. Hazırda isə orada MN-nin Mənzil-İstismar İdarəsi yerləşir. Ərazidə əvvələr 3 mərtəbəli kazarma yerləşib. Hərbi hissə ləğv edildikdən sonra hərbi hissəyə məxsus əsgər kazraması “qəzalı” elan edilib və özəlləşdirilib. Həmin bina dövlət hesabına tam təmir olunub, 30 mənzil isə Zakir Həsənov və Nəcməddin Sadıkovun qohumlarına, yaxın adamlarına hədiyyə edilib. Müdafiə Nazirliyinin rəhbərliyinə və onlara yaxın şəxslərə məxsus olduğu iddia olunan əmlakın sıyahısına diqqət edin:

1. Zakir Həsənovun “Şüşəli bazar”ın arxasındakı binada 6 otaqli mənzili, “Şüşəli bazar”ın arxasında 150 sot ərazidə içində qiyməti milyonlarla ölcülən villası, Badamdarda 200 sot ərazidə içində qiyməti milyonlarla ölcülən iki villa;

2. Zakir Həsənovun bacanağı, orduda cəmi 17 il xidmət etmiş polkovnik Elxan İbrahimov – “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil, Badamdarda 12 sot ərazidə qiyməti milyonlarla ölcülən villası;

3. Zakir Həsənovun bacanağının qardaşı, orduda cəmi 13 il xidmət keçmiş polkovnik Fuad İbrahimov, “Şüşəli bazar”ın arxasındakı binada 5 otaqlı mənzil;

4. Zakir Həsənovun şəxsi katibliyinin rəisi, öz yaxin qohumu, MN-də cəmi 5 ildir, xidmət edən polkovnik Şadiyyə Həsənova – “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil;

5. General (kecmiş gizir) Qədir Nəsibov – Gəncədə mənzili, “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil, Badamdarda 12 sot ərazidə qiyməti milyonlarla olan villa, “beşinci ploşadka” deyilən yerdə 4 otaqlı xidməti evi.

6. Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunlarda (DQ) fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə xidnmətdən qovulan, daha sonra ehtiyatdan xidmətə çağırılan general Füzuli Salahov – “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil;

7. General-polkovnik Nəcməddin Sadıkov – “Şüşəli bazar”ın arxasındakı binada 6 otaqlı mənzil, 150 sot ərazidə qiyməti milyonlarla ölcülən villa, Badamdarda villa, “Salyan kazarması” yaxınlığında villa;

8. MN-nin Mənzil-İstismar İdarəsinin rəisi, polkovnik Fikrət Mirzəyev – “Şüşəli bazar”ın arxasındakı 4 otaq mənzil, Badamdarda torpaq sahəsi;

9. Polkovnik-leytenant Tural Həmidov – “Şüşəli bazar”ın arxasındakı binada 3 otaqlı mənzil;

10. General Zahid Hüseynov – Badamdarda 12 sot torpaq sahəsində iki villa;

11. General Fuad Məmmədov – Badamdardakı hərbi şəhərcikdə 20 sot torpaq sahəsi; 12 Zakir Həsənovun sürücüsü Tofiq – Badamdarda 12 sot torpaq sahəsi.
Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTO

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilimsəinə yönəlik tədbirlər barəsində ölkə prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları evlə təmin edilsin. Ancaq həmin ərazidə verilmiş evlərin sahiblərinin heç biri bu kriteriyaya uyğun gəlmir.
Yəni göründüyü kimi, Prezidentin Fərmanı kobud şəkildə pozulub. Yəni “Şüşəli bazar”ın arxa hissəsində əvvələr hərbi hissə yerləşirdi. O ərazi təxminən 3 hektar sahəni əhatə edir. Həmin ərazinin yarısında Zakir Həsənov və Nəcməddin Sadıkovun villa tikdirdikləri deyilir. Nəzərə alaq ki, sözügedən ərazidə torpağın 1 sotu bazar qiyməti ilə təqribən 400-500 min manat dəyərindədir. 3 hektar ərazinin ümumi dəyərinin hansı məbləğlə ifadə olunduğunu müəyyənləşdirmək isə o qədər də çətin deyil. O ərazidəki villaların qiyməti milyonlarla manat dəyərindədir.
Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTO

Qəhrəman Mənsimzadə
Bu barədə Qəhraman Mənsimzdənin fikirləri ilə tanış olun:”2014-cü ildə Zakir Həsənov zabitlərlə görüşdə dedi ki, yaxın gələcəkdə zabitlərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə şəhərin mərkəzində olan hərbi hisələri köçürüb, onun yerində zabitlər üçün yaşayış kompleksi tikiləcək. Bununla da zabitlərin mənzil-məişət problemini əsasən, həll etmiş olacağıq. Nazir dediyinə qismən əməl edib. Belə ki, hərbi hissəni şəhərin mərkəzindən çıxarıb, ancaq həmin ərazidə zabitlər üçün yaşayış kompleksi tikmək əvəzinə, özünə villa ucaldıb. Şəxsən mən 27 il Azərbaycan Ordusunda qüsursuz xidmət etmişəm. Ümumilikdə xidmət müddətim 31 ildir. Mənə ev verilməli olduğu halda, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsində mənə məxsus olan ev əlimdən alınıraq, məndən sonra xidmətə gələn zabitə verilib. Yaxın günlərdə mənə Maliyyə Nazirlyindən məktub gəldi ki, mənə Hövsan qəsəbəsində 4 otaqlı, ümumi sahəsi 80 kvadrat metr olan mənzil vermək istəyirlər. Maraqlıdır ki, bu, dövlət tərəfindən tikilmiş sosial evlərdəki bir mənzildir. Zabitə sosial evlərdən mənzil vermək hansı məntiqə sığır, bunu anlamıram”.
O da iddia olunur ki, Badamdartda yeləşən artilleriya hərbi hissəsi ləğv edildikdən sonra Zakir Həsənov 2 hektar sahəsi olan həmin ərazidə özünə iki villa tikdirib. Bundan başqa, o ərazidə Zakir Həsənovun bacanağı Elxan İbrahimov və general Qədir Nəsibova məxsus villalarının yerləşdiyi də iddialar arasındadır. Həmin ərazini mühafizə etmək üçün MN-dən bir neçə maşın da ayrılıb və o “kavrtal” dövlət hesabına ora mühafizə edilir. Bu məqsədlə ayrılmış maşınlardan biri A140MN nömrəli “Niva” avtomobilidır. Həmin ərazinin və oradakı villaların da qiyməti milyonlarla manat dəyərindədir. Görədil və Mərdəkan sanatoriyaları ehtiyatda olan və xidmət keçən zabitlərin istirahəti üçün nəzərdə tutulsa, o məkanların Elxan İbrahimovun şəxsi nəzarətində olduğu bildirlir. O, həmin sanatoriyalara özünə yaxın və tanış adamların gedib istirahət etmələrinə şərait yaradır. Ümumiyyətlə, hazırda bir çox zabitlər demək olar, həmin istirahət məkanlarının varlığından xəbərsizdirlər. Bu məsələyə isə ehtiyatda olan polkovnik Qəhraman Mənsimzdə belə münasibət bildirib:Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTO
“Səfər Əbiyevin vaxtında hərbi qulluqçular göndrəiş götürərək, ailələri ilə orada istirahət edə bilirdilər. Ancaq indi isə Zakir Həsənovun bacanağı Elxan İbrahimov oraya ancaq özünə yaxın adamları buraxır”.
MN-nin rəhbərliyinə qarşı ittihamlar qeyd olunanlarla bitmir. Bir neçə ay öncə polkovnik Elxan Məcidov MOİK-ə rəhbər gətirilib. Hər zaman “pullu yer” sayılan MOİK-in “qiymət”i daha da bahalaşıb. Əvvələr oranın “qiymət”i 15-20 min manat olsa da, indi 30-35 min manatdan başladığı deyilir. Bu qiymətə saxta idman dərəcələri daxildir. Məsələ ondadır ki, 30-35 min manatdan əlavə orada xidmət edən şəxslər guya idman zallarına getmək adı ilə aylıq 2 min manat pul ödəyirlər. Hazırda MOİK-də 60-a yaxın əsgər xidmət edir. Onlardan təxminən 50 nəfərinin hərbi xidməti evlərində keçirdiyi deyilir. Bu barədə məlumatı isə adının çəkilməsini istəməyən əsgərlərdən birinin valideyini verib. Müdafiə Nazirliyinin hərbi nəşriyyatın yanında yerləşən kooperativi hərbçilər üçün 2 bina inşa edib. Həmin binadakı evlər hərbçilərə ipoteka formasında satılır. Həmin hərbi kooperativin qeyri-rəsmi rəhbəri isə Nəcməddin Sadıkova yaxınlığı ilə tanınan Elxan Məcidovdur.Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular  - FOTOƏldə etdiyimiz məlumata görə, həmin kooperativdən ev alan zabitlər ilkin ödənişdən əlavə, MN-nin Hüquq idarəsinə hər ay 700 manat da köçürürlər. İddiaya görə, həmin binadan hər zabit ev ala bilməz. Çünki MN rəhbərliyinin göstərişi ilə o binada yalnız özlərinə yaxın zabitlərə ev verilir. Maraqlıdır ki, həmin ərazidə evlərin 1 kvadrat metrinin qiyməti 2 min manat olduğu halda, niyə 700 manatdan hesablanır, bilinmir. Elxan Məcidovun həmin koopertivdəki binalardan birinin bir mərtəbəsini özünə götürdüyü də iddia olunur. Elxan İbrahimovun isə oradan minimum 3 mənzil aldığı deyilir. Müdafiə naziri Zakir Həsənovun əmrinə baxmayaraq, bəzi zabitlər hələ də AK əməliyyat nömrəli avtomobillərdən istifadə etməkdədirlər.
Qeyd edək ki, AK nömrəli maşınların özəlliklərindən biri də radarlara düşməməsidir. Maraqlıdır ki, mənbəmizin məlumatına görə, Qədir Nəsibov, Elxan Məcidov, Elxan İbrahimov hələ də AK nömrəli maşınlarda gəzirlər. MN-nin maşınlarına təmir və texniki qulluğunun göstərilməsi üçün 20 yanvar metrostansiyası yaxınlığındakı “Çevralet Center”lə müqavilə imzalandığı barədə məlumatlar var.
İddiaya görə, bu “işbirliyi”nə Qədir Nəsibovun oğlu rəhbərlik edir. Orada maşınlara təmir və texniki baxış şişirdilmiş qiymətlərlə göstərilir.
Qeyd edək ki, əvvələr maşınların təmiri və cari qulluq MN-də həyata keçirilirdi. Nə qədər təəccüblü olsa da, özlərini “hərbi ekspert” adlandıran bəzi şəxslər Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı konkret ittihamlarla çıxış edən keçmiş zabitlərə qarşı əməlli-başlı savaş açaraq, onların ailələrini təhqir etməkdən də çəkinmirlər. Öz növbəmizdə onu deyə bilərik ki, irəli sürülən ittihamlar həmin “hərbi ekspert”lərə yox, Müdafiə Nazirliyinin rəhbər şəxslərinə yönəlib və iddialara da sonuncuların özləri cavab verməli, son dərəcə ciddi ittihamlara münasibət bildirməlidirlər.(Bia.az)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...