Impera

XƏBƏR LENTİ
17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO14:15Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər13:47Sabahın havası: 18 dərəcə isti olacaq13:33Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - VİDEO13:14Koronavirusdan sonra AB-ni nə gözləyir? – ŞƏRH13:05Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA12:57Vəkillər koronavirusa qarşı mübarizəni dəstəkləyir12:16Adil Qeybulla Operativ Qərargaha MÜRACİƏT ETDİ12:11Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR11:45Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb11:41Neftin qiyməti artır11:33Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq - RƏSMİ10:21İctimai iaşə müəssisələrində bu sahələr dezinfeksiya edilməlidir - SİYAHI10:08Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır08:4065 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək08:35Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı08:28Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq21:53“İxtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görüləcək” - Mikayıl Cabbarov - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO

26 fev 2020, 14:22   
QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO

İş məhkəməlikdir: Professor Rüstəm Məmmədovla 9 min manat pulunu alıb ölümünə səbəb olduğu xəstənin yaxınları arasında çəkişmə böyüyür

ATU- nun Tədris Cərrahiyyə Klinikasinda 9000 (doqquz min) manatı alınan xəstənin ölümünə səbəbkar olan ümumi cərrah Rüstəm Məmmədovun səhlənkarlığı və (və ya) tamahkarlığı barədə saytımızda dərc olunan məqalədə ehtiva olunan məsələyə – mərhumun oğlunun boşuna xərclədiyi pulları geri tələb etməsinə münasibətini bildirməsi üçün həkimin özünə zəng vurduq. “Professor” Rüstəm Məmmədov bizi klinikaya dəvət edib ətraflı izah verəcəyini vəd etdi. Lakin əməkdaşımız tibb müəssisəsinə daxil olandan sonra hələ dəhlizdə ikən R.Məmmədovun onu qəbul etməyə heç də həvəsli olmadığını aşkarlamışdır. Belə ki, ilk əvvəl doktor R.Məmmədov baş həkim Ramiz Poluxovla görüşüb icazə almağın vacibliyini deyib. Əməkdaşımız xeyli səy göstərəndən sonra professor Poluxovla əlaqə saxlayıb. Baş həkim öz növbəsində R.Məmmədovla görüşməkdə heç bir maneənin olmadığını deyib. Rüstəm Məmmədov isə bildirdi ki, yenidən onun qəbuluna düşmək üçün qəbul şöbəsində qeydiyyata düşməliyik.Biz qeydiyyat şöbəsinə yaxınlaşanda isə bildirdilər ki,30 manat ödəməlisiniz.Nəhayət, R.Məmmədovun işlədiyi şöbəyə qalxmağa nail olan əməkdaşımız bir neçə həkimin domino oynadığının, üçüncüsünün – R.Məmmədovun isə onların hesabını yazdığının şahidi olub.
Söhbət əsnasında əməkdaşımızla həmsöhbəti ortaq məxrəcə gəliblər ki, mərhum Bayram Fərəcullayevin oğlu Sabirlə telefon əlaqəsi yaradıb səsini ucadanışanla dinləsinlər. Sabir Fərəcullayev dəstəyin o başından həkimə qarşı irəli sürdüyü ittihamı yenidən səsləndirib. Rüstəm həkimə bir daha xatırladıb ki, o, analiz nəticəsində metastaz (xərçəngin yayılması) aşkarlanan xəstənin əvvəlcə mədəsində, sonra da qaraciyərində cərrahi əməliyyat (xərçəngli şişlərin götürülməsi) aparmamalıydı, onu kimya terapiyasına ehtiyaclı olduğu üçün Milli Onkologiya Mərkəzinə göndərməliydi. Bildirib ki, həmkəndli olduqlarına görə etibar edib onun yanına gəliblərmiş, inanırmışlar ki, xəstənin taleyinə həssas yanaşacaq, səmimi olacaq, daha başqa üzdəniraq həmkarları kimi nəyin bahasına olursa-olsun özünün və işlədiyi müəssisənin gəlirini artırmaq naminə tanıdığı xəstə yiyəsini lüzumsuz xərclərə salmayacaq. O isə əksinə, etimaddan sui-istifadə edib, xəstənin adamlarına guya baş vermiş tomoqrafiya səhvindən danışıb, onları qorxudub ki, xəstə təcili əməliyyat olunmasa, 90 faiz ölüm riski var. Yersiz müdaxiləsinin axırı da letal sonluqla nəticələnib. Bunu eşidən doktor Məmmədov telefon bağlantısında S.Fərəcullayevlə razılaşmayaraq onun boynuna qoymağa çalışıb ki, mərhumun qardaşı və qızı guya onun metastazlı vəziyyətində üzərində cərrahi əməliyyat aparılmasına razılıq veriblərmiş. S.Fərəcullayev də öz növbəsində deyib ki, hətta o cür ağır vəziyyətdə olan xəstənin yaxınları razılıq vermiş olsaydılar da, həkimin elə qərar verməyə ixtiyarı yox idi, çünki o, ümumi cərrahdır, cərrah-onkoloq deyil. Bu zaman Məmmədov özündənrazı halda bildirmişdir ki, Milli Onkologiya Mərkəzinin cərrah-onkoloqları onun tələbələri olub, onları özü öyrədib. Əlavə edib ki, S.Fərəcullayev əgər mərhum atasının ölümündə onu təqsirkar hesab edirsə, Səhiyyə Nazirliyinə, məhkəməyə, ümumiyyətlə, hara istəyir şikayət edə bilər.
«Əhalinin sağlamlığının qorunması haqqında» AR Qanununun 25-ci maddəsində Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ təsbit olunub: «Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur…»
Əgər ATU-nun Tədris-Cərrahiyyə Klinikasının vəzifəli şəxsləri (bizim misalda doktor R.Məmmədov) Qanunun tələblərinə tam riayət edərək: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmişlərsə; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmişlərsə; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə səhih məlumat vermişlərsə və üzərlərinə düşən digər vəzifələri yerinə yetirmişlərsə, demək, həkim R.Məmmədovun qeyd etdiyi “tomoqrafiya səhvi” də həmin rəsmi sənədlərdə öz əksini tapmalıydı. Amma bizim tanmıdığımız (artıq tanıdığımız) doktor R.Məmmədovun dilində dediyi sözləri kağız üzərində imzası ilə təsdiqləyəcəyi ağlabatan görünmür. Hərçənd, iş məhkəməlik olsa, bu yazıda istinad etdiyimiz məlum telefon danışığını təqdim etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
(Deryaz.az)

Güninfo.az

OXŞAR MÖVZULAR
loading...