Impera

XƏBƏR LENTİ
12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA

28 fev 2020, 11:13   
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA

İranda yayılan koronavirusa görə cənub sərhədlərimizdə son vəziyyəti öyrənmək üçün reportaja getmişdik. Geri qayıdarkən, həmin epidemiya qədər zərərli olan rüşvət faktı ilə həbs edilmiş Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevdən sonra rayondakı prosesləri araşdırmaq qərarına gəldik.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə birgə həbs edilən 10 nəfər vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq olub. İcra hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.
Öyrəndik ki, indi Neftçala İH-də çalışanlar, o cümlədən bələdiyyə sədrləri, icra nümayəndələri təşviş içindədirlər. DTX-nın əməliyyatından sonra onların istintaqa cəlb olunduğu bildirilir.
Araşdırma zamanı məlumat aldıq ki, bələdiyyə sədrləri və icra nümayəndələri İsmayıl Vəliyevə verdikləri rüşvət iddiaları ilə bağlı şahid qismində ifadə verirlər, hazırda bu məsələlər araşdırılır.
İddialar səslənir ki, həbsindən bir müddət əvvəl icra başçısına qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub. İ.Vəliyevə deyilibmiş ki, şələ-şüləsini yığışdırsın, könüllü şəkildə istefa ərizəsini yazıb ölkə rəhbərliyinə təqdim eləsin. Amma Neftçalanın İH başçısı ismarışları qulaqardı edib, yerinə kimlərinsə göz dikdiyini fikirləşib və öz aləmində oyuna getməyəcəyini qərarlaşdırıb. Çünki İ.Vəliyev sonluğun belə olacağını gözləməyib və işinə davam edib. Nəticədə antikorrupsiya əməliyyatı ilə qandallanıb.
İndi Neftçala İH-də “lələ köçüb, yurdu qalıb...” Bildirilir ki, İH-də işləyənlərə və bələdiyyə sədrlərinə, o cümlədən İ.Vəliyevlə əlaqəsi olanlara rayonu tərk etməmək tapşırılıb. Deyilənə görə, icra başçısının aldığı rüşvətin ən böyük məbləği 3000-5000 manat imiş. Bu bölgə kasıb olduğu üçün elə də iri pullar dövr etmirdi.
Camaat isə tezliklə yeni icra başçısı təyin olunacağını gözləyir. Sakinlərin sözlərinə görə, bundan sonra Neftçalaya təyinat alacaq kadr istər-istəməz işləməyə, əhalini dinləməyə, problemlərini həll etməyə can atacaq.
İ.Vəliyevin dövründə isə Neftçala zərrə qədər inkişaf etməyib, abadlıq-quruculuq işləri aparılmayıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır.
Ümumiyyətlə, Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi bərbad gündədir. Bu illər ərzində İ.Vəliyev əlini ağdan qaraya vurub nə küçələri asfalt etdirib, nə su-kanalizasiya probleminə əncam çəkib. Sakinlər bildirirlər ki, Kürün sahilində yerləşən Neftçalada su probleminin olması tragikomediyadır: “Su problemi dəhşətdir. Kürün sahilində yaşayan rayon yayda susuzluqdan əziyyət çəkir. Təsəvvür edirsiniz bunu?
Çünki normal su xətləri yoxdur. İndi Şirvandan Salyan vasitəsi ilə Neftçalaya yeni su xətti çəkirlər. Görək, ondan sonra necə olacaq".
Əhali işsizlik probleminin də olduğunu söylədilər. Sakinlər deyirlər ki, yeni yaradılan sənaye məhəlləsindən başqa normal iş yeri yoxdur. Hətta Yod-brom zavodu da yarımçıq işləyir.
Sakinlər deyirlər ki, həbs edilən başçının dövründə Neftçalada heç bir rayonda olmayan məmur özbaşınalığı varıydı. Həm sahibkarları incidirdi, həm vətəndaşların müraciətlərinə baxılmırdı.
İ.Vəliyevi əhaliyə qarşı saymazlığı həm narazılıq yaradırdı, həm də rayona kosmetik olsa belə əl gəzdirilməmişdi. Yəni büdcə pulları mənimsənilib.
Elə ona görədir ki, icra başçısı özünə biznes kəhkəşanı qurmuşdu, hətta eşşək ferması açmışdı. Öyrəndik ki, ferma “gözdən uzaq, könüldən iraq”, Neftçalanın mərkəzindən xeyli aralıdakı “Xol yolu” deyilən ərazidə yerləşir. Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir. Deyilənə görə, həm də keçi ferması olub. Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib. Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib. Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq, icarəyə verib.
Beləliklə, Neftçalada Vəliyev dövranı bitdi, insanlar isə yüksək potensialı olan bu regiona dövlətin xüsusi diqqət ayıracağına inanır.
Xatırladaq ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verilib.
(“Yeni Müsavat”)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...