Impera

XƏBƏR LENTİ
12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər

24 mar 2020, 14:15   
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər

Ölkə başçısı İlham Əliyevin 2 gün əvvəl bir illik maaşını Koronavirusla Mübarizə Fonduna bağışlamasından sonra səxavət yarışı başladı. Ölkənin bütün tanınmış iş adamları ölkə başçısının başlatdığı bu xeyirxah təşəbbüsə qoşuldular. Bu gün I vitse-prezident Mehriban Əliyeva da koronavirusa qarşı mübarizə məqsədilə 1 illik maaşından keçdi.

Ölkənin I və II şəxsləri tərəfindən atılan bu addımın iri məmurlarımız tərəfindən təkrarlanmaması insanlarımızın beynində bəzi sualların ortaya çıxmasına səbəb oldu. Sosial şəbəkələrdə bir sıra oliqarx məmurların bu “etinasızlıqları” eninə-boyuna müzakirə edildi. Bəziləri hətta bu vurdum-duymazlığı klanlararası rəqabətin nəticəsi kimi qələmə verdi və bu suala cavab axtardılar: Niyə bu ölkənin qaymağını yeyə-yeyə şişən Ziya Məmmədovlar, Fazil Məmmədovlar, Kəmaləddin Heydərovlar və s. kimi oliqarxlar məlum təşəbbüsə qoşulmurlar?
Doğrusu, Ziya və Fazil Məmmədovu və sairələri deyə bilmərik, amma insafən, Kəmaləddin Heydərov əlini daşın altına qoyan oliqarx məmurlardandır. Özü də təkcə əlini yox, həm də bütün vücudunu. Niyə bu iddiadayıq? Çünki…
Ovqat.com-un məlumatına görə, koronavirusla mübarizənin əsas xərcini “fövqəlnazir”in boynuna qoyublar. Onun digər məmurlardan fərqli olaraq, nəinki bir illik maaşı və ya qazancı, hətta bütün varidatı koronavirusun ümidinə qalıb. Azərbaycanda bu epidemiya nə qədər geniş şəkildə yayılsa, “fövqəlnazir” bir o qədər zəifləyəcək. Qarşısı tez alınsa, Kəmaləddin Heydərov da xeyli qabağa düşəcək.
“Fövqəlnazir”in köhnə dostlarından əldə etdiyimiz bu məlumatı təsdiqləyən rəsmi açıqlamalar da var. Bu rəsmi açıqlamalardan biri Kəmaləddin müəllimin əsas biznes sahəsi kimi tanınan “Gilan Holding” tərəfindən verilib. Holdinqin 3 gün öncə “Report”-a verdiyi açıqlamaya görə, şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növünü dəyişərək koronavirusla mübarizəyə cəlb edilib: “Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadə” olunur.
Məsələ bununla da bitmir. Ən böyük problem ondan qaynaqlanır ki, həmin otellərdə sərf olunacaq vəsait də Kəmaləddin Heydərovun cibindən çıxacaq. Holdinqin rəsmi açıqlamasında da bu xüsus açıq şəkildə etiraf edilir: “Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir”.
“Gilan Holding” bu xeyirxah təşəbbüsün vətənpərvərlik hissindən və Azərbaycan iqtisadiyyatına töhfə vermək niyyətindən fışqırdığına eyham vuraraq bildirir: “Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, “Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir”.

Töhfə, ha!..

Holdingin bu qəliz cümlərlərini oxuyanda sanki Azərbaycanda monopoliyaları ilk yaradanlardan birinin elə həmin Kəmaləddin Heydərov olmadığı qənaətinə varırsan. Təbii ki, Azərbaycan reallığından xəbərin yoxdursa. Reallıqlardan az-çox xəbəri olanların isə beynində dərhal bu fikirlər meydana gəlir: Əgər “Gilan Holding”in sahibi ölkə iqtisadiyyatı belə düşünən idisə, çox da uzaq olmayan tarixdə niyə inhisarlar yaradıb azad rəqabət mühitini sıradan çıxarır, onminlərlə iş yerini batırır, yüzminlərlə insanı çörəyə möhtac buraxırdı? Axı sir deyil ki, Azərbaycan iqtisadiyyatının bu gün neftdən asılı vəziyyətdə qalmasının ən böyük günahkarı elə həmin monopoliyalardır. Hansı ki, kiçik və orta biznesi sıradan çıxararaq Azərbaycan bazarını özlərindən asılı vəziyyətə salmış, idxala belə qadağalar qoyaraq özü üçün tamamilə rəqibsiz mühit yaratmışdı. Rəqabətsizlik mühitinin gətirdiyi arxayınçılıq sayəsində isə özünü inkişaf etdirə bilməyib tənəzzülün tam astanasında dayanmışdı.
İndi həmin şirkətlər qrupunun vətənpərvərlikdən dəm vurması, ölkə iqtisadiyyatına vermək istədiyi töhfədən danışması tamamilə absurd görünür. Monopolist düşüncəyə sahib şirkətlərin elə bir duyğusu olmur və onlar yalnız boyunlarına qoyulanda humanizmə, fədakarlığa, milliliyə və qeyri ülvi duyğulara meyllənirlər. Məhz bu məntiqə söykənərək biz də “Gilan Holding”in bu “fədakarlığını” boynuna qoyulmuş məsuliyyət kimi qiymətləndiririk.

Bəs, Kəmaləddin Heydərovun boynuna qoyulan fədakarlığın miqdarı nə qədər ola bilər?
Yuxarıda bu suala qismən cavab verdik: Hər şey koronavirusun Azərbaycan xalqına nə qədər acıyıb-acımayacağına bağlıdır. Əgər bu virusun qarşısı qısa zaman ərzində alınmasa, gedişat “fövqəl”-fəlakətlə də nəticələnə bilər. Məsələ burasındadır ki, “Gilan Holding”-in koronavirusun insafına buraxdığı otellərin sayı heç də az deyil. “Fövqəlnazir”in koronavirusla mübarizədə nə qədər “tərləyəcəyi”nin miqyasını anlamaq üçün bu otellərinin siyahısına ötəri nəzər salmaq kifayətdir.

QƏBƏLƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI,

GİLAN TURİZM,

QƏBƏLƏ OTELİ,

GİLAN OTEL,

YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ,

PULLMAN BAKU,

QAFQAZ BAKU CİTYHOTEL & RESİDENCES,

QAFQAZ PARK HOTEL,

QAFQAZ RESORT HOTEL,

QAFQAZ POİNT HOTEL,

QAFQAZ RİVERSİDE HOTEL,

QAFQAZ SPORT HOTEL,

QAFQAZ SAHİL HOTEL,

CRESCENT HOTEL.


Turizm sahəsində çalışan yoldaşlardan aldığımız məlumata görə, təkcə Qafqaz hotelləri bir gündə ən azı 10 min adamı ağırlaya bilir. Bunlar isə “Gilan”-ın ən böyük hotelləri də deyil. “Gilan”ın iri hotellərindən biri “PULLMAN BAKU-nun günlük qonaq potensialı 2 minə yaxındır. Bir sözlə, bütün “fövqəl”-otellərin qonaq tutumunu üst-üstə gəlsək, “Gilan” Şirkətlər Qrupu gündə 15-20 min insanı qəbul edə biləcək gücdədir. Hər koronavirus şübhəlisi isə “Gilan Holding”in ən azı 14 gün qonağı olacaq. Üstəlik, bu qonaqlar ənənəvi müştərilər kimi təkbaşına da qalmayacaqlar. Onlara baxan həkimlər, tibb bacıları, müalicə üçün istifadə olunan dərmanlar, tibbi ləvazimatlar, geyim-keçimlər və s. də var.
Ən əsası isə koronavirus bəlasının nə zaman bitəcəyi də bəlli deyil. Böyük Britaniya Səhiyyə Nazirliyindən “The Guardian”-a sızdırılan məxfi hesabata inansaq, bu virusun 2021-ci ilin yazına qədər at oynatmaq ehtimalı var. Bu ehtimal, sözsüz ki, bizim üçün də keçərlidir. Zira ingilislər Allahın lənətlədiyi, biz isə bacısı oğlu deyilik ki, Böyük Britaniyaya ayrı, Azərbaycana ayrı gözlə baxa.
Allah hər kəsə eyni gözlə baxdığından Azərbaycan da koronavirusla bu uzun və məşəqqətli mübarizə prosesində ən xırda səhlənkarlığa yol verə bilməz. Əks halda virus qaldığı yerdən fəaliyyətinə davam edər və ölkəni dəhşətli epidemiya bürüyər.
İri məmurların parazit kimi yeyə-yeyə zəif saldıqları Azərbaycanın isə bir dövlət kimi bu yükü təkbaşına çiyinlərinə götürmək şansı yoxdur. Zira epidemiya tuğyan etdikcə, tək gəlir qaynağımız olan neftin qiyməti də qalxmayacaq və ölkəmiz neft gəlirləriylə ayaqda durmağa bel bağlaya bilməyəcək. Görünür, bunun nəticəsidir ki, indiyədək hər şeyə hamıdan daha çox pul ayaran və ayırdığının böyük qismini iri məmurların cibinə getməsinə göz yuman Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizəyə çox dar büdcəylə başladı – hardasa, 590 min ABŞ dolları ilə. Halbuki digər dövlətlərin bu sahəyə ayırdığı pullar 100 milyardlarla ölçülür. Sözsüz ki, Azərbaycanın maliyyə resursları üçün 100 milyardlardan danışmaq absurd və kərəmət gücə bağlıdır, amma biz də heş olmasa bu məbləği milyard dolların üzərinə çıxara bilərdik. Amma çıxarmadıq, deməli, səxavətli davranmaq missiyasının Kəmaləddin Heydərov kimi bütün közləri öz qabağına çəkmiş iri məmurların öhdəsinə qoyulması planlaşdırılıb və qoyulub. Onlar bu vəzifə borclarından yayınsalar özləri də koronavirusun qurbanı ola bilərlər. Odur ki, bu virus Azərbaycan sərhədlərini tərk edənə qədər iri məmurlar da “tərləməlidirlər”.
Koronavirus isə “Gilan Holding”in zavallı fəhləsi deyil ki, başını ya az maaşla, ya da şirin vədlərlə aldadasan. Bu virus belə “fövqəl”zarafatlardan xoşlanmayacaq qədər “gönü qalın”dır və düşmənlərindən xeyli vəsait tələb edir.

Bəs hər xəstə üçün nə qədər?

Amerikanın dünyaca məşhur “The Wall Street Journal” qəzeti iki gün öncə dərc etdiyi “Koronavirusun testi və müalicəsi mənə neçəyə başa gəldi” sərlövhəli məqaləsində bu suala cavab verərək yazır: “Kaiser Ailə Fondu ağır koronavirus xəstələrinin ümumi xərcinin orta hesabla 20.000 dollardan çox olduğunu təxmin edir. Heç bir fəsad və narahatlıq olmasa da, orta xərc 9,763 dollardır”.
Belə çıxır ki, “Gilan Holding” ən yaxşı halda bir xəstə üçün 10 min ABŞ dollarından keçməli olacaq. Nəzərə alsaq ki, sözügedən şirkətlər qrupu hər 14 gün ərzində 15 min koronavirus xəstəsini yola verəcək, bu, hardasa 150 milyon dollar deməkdir. Ay hesabı götürsək, 300 milyon dollar. Kəmaləddin Heydərov nə qədər iri məmur olsa belə, bir aya 300 milyon dollarını itirmək onun üçün də ağır yükdür. Nədən ki, “fövqəlnazir”in ən iri şirkətlərindən biri “Gilan Tekstil” belə, təxminən bu məbləğin yarı qiymətinə başa gəlib. Bu hesabla koronavirus hər ay K.Heydərovun 2 böyük müəssisəni həzmi-rabedən keçirəcək. Üstəlik, həmin hotellərin işini dayandırdığı üçün “fövqəl” büdcəsinə vurduğu zərəri hesaba qatsaq, rəqəm daha da böyüyər. Bir də Allah eləməsin, Böyük Britaniyanın Səhiyyə Nazirliyinin məxfi hesabatında qeyd olunduğu kimi, koronavirus daha “gönüqalın” çıxsa, vay Kəmaləddin müəllimin halına, onun batmaması əsrin ən böyük möcüzəsi sayılacaq.
Vəziyyəti tündləşdirən əsas məsələlərdən biri isə “fövqəlnazirin” tənəzzül prosesinin çoxdan başlamasıdır. Təkcə ötən ilin ortalarında Vergilər Nazirliyinin apardığı audit yoxlaması nəticəsində “Gilan” holdinqin 3 müəssisəsinin qapısına qıfıl vuruldu. Bu müəssisələr “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC-lər idi. Jurnalist araşdırmaları nəticəsinsə hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovla K.Heydərovun xala oğlu və ən çox etibar etdiyi adamı olduğu ortaya çıxmışdı.
Bundan bir neçə ay sonra isə fövqəlnazirin oğlu Taleh Heydərovun da iflas xəbərləri yayıldı. Dövrü mətbuatın yazdığına görə, vaxtilə İngitərədə "GİLAN Holdinq"in biznes maraqlarını təmin edən bu şirkətin hazırda rəsmi veb-səhifəsi - "ueiholding.com" fəaliyyətini dayandırıb: “Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi "United Enterprises International" şirkətinə bağlı olan digər şirkətlərin də fəaliyyəti barədə məlumat yoxdur. Vaxtilə Avropada "GİLAN Holdinq"ə daxil olan "Qəbələ" Konserv Zavodunun istehsal etdiyi "Jalə" şirələrinin tanıtımını və satışını həyata keçirən "jalajuice.com" adlı sayt da artıq fəaliyyət göstərmir. Həmçinin şirkətə bağlı olan və nəşriyyat işi ilə məşğul olan "Turquoise Media Company"nin də fəaliyyətini dayandırıb”.
Elə həmin dövrlərdə Taleh Heydərova aid olan "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu "Avropa Azərbaycan Məktəbi" də ağır günlər keçirərək iflasın astanasına yaxınlaşmışdı. Daha sonra ölkəni tərk edən oğul Heydərovun bu cəlai-vətən olmasının səbəbi iflası ilə əlaqələndirilirdi.
Kəmaləddin Heydərovun qol-budağı üzərində budama əməliyyatlarının bu il də davam etdirildiyinə dair məlumatlar var. Bir müddət əvvəl Neftçalada aparılan korrupsiyaya qarşı mübarizə əməliyyatında zərərsizləşdirilən İsmayıl Vəliyevin Kəmaləddin Heydərovun ilk şəriklərindən olduğu məlumdur. Bunlar hələ rəsmən elan olunanlardır. Bir zamanlar “fövqəlnazirin” qanadı altına sığınan Vergilər Nazirliyində, Gömrük Komitəsində bir çox məmurların işdən çıxarılması və həbs edilməsi də ölkənin ən iri məmurunu zərərsizləşdirmək əməliyyatı kimi qiymətləndirilir. Dolayısıyla onun artıq “fövqəlnazir” deyil, sadəcə Fövqəladə Hallar Nazirliyinin adi yanğınları söndürə bilməyəcək qədər aciz rəhbəri olduğuna dair söyləntilər və bu söyləntiləri təsdiqləyən dəlillər var.
Uzun sözün kəsəsi, fövqəlnazir boynuna qoyulmuş koronavirusla mübarizə tədbirlərində öz köhnə komandasının yardımını ala bilməyəcək. Məcburən, öz yağında qovrulacaq. Bu isə lap Şimali Koreyanın cəza metoduna bənzəyir - cəzalandırılacaq şəxsin əlini-qolunu bağlayıb pirat balıqlarının qaynaşdığı hovuza atılmaq cəzasına. Kəmaləddin Heydərov da deyəsən eyni qaydada koronavirus hovuzuna atılıb. Allah axırını xeyrə calasın.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...