Impera

XƏBƏR LENTİ
23:27Azərbaycanda Respublika Günü qeyd edilir23:20İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO23:16Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet23:13Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başladı23:11İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO11:21Nazir oğlunun toyunda erməni mahnısı sifariş edib, gəlini və qudaları ilə belə oynadı - VİDEO23:33AXCP Nəzarət Təftiş Komissiyasının üzvündən Əli Kərimliyə SON XƏBƏRDARLIQ20:13"Sədərək"dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA19:47SON DƏQİQƏ: Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxdu, 4-ü öldü - RƏSMİ19:37Azərbaycanda 40 vəzifəli şəxs işdən çıxarıldı19:28Mingəçevirdə kirvələr hakimiyyəti - Qanunlar ayaqlar altında - FOTO19:17Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi – ”Qozbeli qəbir düzəldər” – Araşdırma11:45Şuşanın "Şöhrət" ordenli icra başçısının fantastik sərvəti - SİYAHI09:54Azərbaycanda koronavirusun İKİNCİ DALĞAsı başlayıb? - Rəsmi AÇIQLAMA14:31Prezident nazir müavinini işdən çıxardı – SƏRƏNCAM14:20SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu(VİDEO)12:10SON DƏQİQƏ! Baş prokuror müavinləri Rüstəm Usubov və Namiq Əsgərov işdən çıxarıldı23:21SON DƏQIQƏ: Azərbaycanda koronavirusa tutulan 41 nəfərin vəziyyəti ağırlaşdı,41 nəfər də vəfat edib17:33Yardımlı İcra Hakimiyyəti TƏKZİB ETDİ13:55Röyanın biabırçı hərəkəti - Xalq artisti sinəsini açıb ... nümayiş etdirdi(VİDEO)23:59Laçın sakinindən şok tələb: İcra başçısı bu məmurlarla əlbirdir, DTX gəlsin(VİDEOMÜRACİƏT)13:00Prezident Administrasiyasında da işini itirənlər var - Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən çıxarıldı(SİYAHİ)11:29Füzuli bu gün - Foto00:22Bakıda iki oğlanın nişanı oldu: üzük taxıb... - BİABIRÇILIQ00:01SON DƏQİQƏ! Nazirlər Kabineti bu dəqiqələrdə məlumat yaydı — LƏĞV EDİLDİ23:07Əbülfəs Qarayev istefa verdi – yeni Mədəniyyət və Turizim naziri bu məşhur xanım KİMDR?12:05Əli Kərimlidən antiazərbaycan qüvvələrinə mühüm tapşırıq - Keçmiş cəhbəçidən ŞOK YAZI21:05SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var14:18İmişli rayonunun yeni icra başçısı bəlli oldu - SON DƏQİQƏ13:02Prezidentin istefaya göndərdiyi bu şəxsi Elçin Quliyev DSX-də müşavir təyin etdi - SON DƏQİQƏ10:54SON DƏQİQƏ! İşdən çıxarılan icra başçısının evində QƏTL - ÖZÜNÜ GÜLLƏLƏDİ01:01Məhşur müğənninin çılpaq fotoları yayıldı - lüm-lüt eyvana çıxıb... FOTOLAR18:48Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI18:43Vilayət Eyvazov məşhur generalı işdən çıxardı — FOTO15:12Əli Həsənovun “tələbə klubu” - Mediaya yardım adı altında mənimsənilən milyardlar( ŞOK FAKTLAR)14:57SON DƏQİQƏ: Fövqəladə Hallar nazirliyinin 15 əməkdaşında koronavirus aşkarlandı14:41Sabirabad Regional Mədəniyyət İdarəsinin müammalı TENDERLƏRİ - SİYAHI11:44XƏBƏRDAR OL! Koronavirusun İKİNCİ DALĞASI ÖLDÜRÜCÜ OLACAQ - Bu tarixdən başlayır...00:30Kamran Əliyev 5 rayonun prokurorunu və idarə rəisini təqaüdə göndərdi - SİYAHI18:06SON DƏQİQƏ! DTX-dən şok əməliyyat: General həbs olundu12:48Bu şəxslərə ŞAD XƏBƏR - İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI12:40Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”12:14Bərdənin icra başçısı Vidadi İsayevin gözqamaşdıran sərvəti - SİYAHI11:02İcra başçısının Yardımlıdan İngiltərəyə qədər uzanan SƏRVƏTİ - SİYAHI10:51TƏCİLİ! Azərbaycan Ordusu 4 gün sonra HƏRƏKƏTƏ KEÇİR - 10 min hərbçi, yüzlərlə texnika və...10:47Vilayət Eyvazov rəis müavinini işdən çıxardı - YENİ TƏYİNAT10:41Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi - son dəqiqə20:24SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var12:44Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü — ŞAD XƏBƏR11:58Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşüb - FOTO11:03Gilanın QANLI ZEYTUN BAĞI - (VİDEO)10:18Daha dəhşətli bəla gəlir, yüzmilyonlarla insan öləcək – Tixanski10:13Alı Alıyev aztəminatlı ailələrə ərzaq yardımı edib - Foto10:11Prezident nazir müavinini təqaüdə göndərdi11:09Füzuli RİH-dən aztəminatlı ailələrə ərzaq yardımı davam edir FOTO12:13SON DƏQİQƏ! Prezident İlham Əliyevdən mühüm sərəncam10:42Füzuli RİH-nin başçısı 1, 3, 4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib20:07Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı19:05“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"13:28Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri10:25Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ10:20Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”10:09İlk qurban Rusiya olacaq - Dəhşətli böhran gəlir...10:02Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir - DƏHŞƏTLİ NƏTİCƏLƏR!09:48Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib12:32Valideynlərin nəzərinə! Övladlarınıza da pul yardımı veriləcək - RƏSMİ11:47Vilayət Eyvazov polkovnik-leytenant Müslüm Quliyevi işdən çıxardı10:58"Azərişıq"dan əhaliyə mühüm məlumat - VİDEO10:55ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq - Nazir müavini AÇIQLADI(VİDEO)10:48Qalmaqallı "tikinti kralı"nın oğlu karantini belə pozdu - TƏFƏRRÜAT10:46SON DƏQİQƏ! Elman Rüstəmovla bağlı qərar verildi10:49Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - ARAŞDIRMA09:50İcazə alanlara VACİB XƏBƏR - yeni funksiyalar işə düşdü — VİDEO17:26İlham Əliyevdən mühüm SƏRƏNCAM16:57SON DƏQİQƏ! Azərbaycanda koronovirusa xeyli sayda yoluxan və ölən var16:46SON DƏQİQƏ! Sumqayıtda 190 manata görə etiraz aksiyası - VİDEO13:40Azərbaycanlı əsir qız Ermənistandan məktub yazdı - VİDEO11:29Vilayət Eyvazovdan yeni QƏRAR11:20DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO18:06SON DƏQİQƏ! General Akif Çovdarov azadlığa çıxdı - Prezident onu da əfv etdi16:22Nizami İcra başçısı oğlunun dəbdəbəli həyatı ilə bağlı ŞOK MƏLUMATLAR YAYILDI - VİDEO+FOTO13:36LERİK TƏHSİLİNDƏ BİABIRÇILIQ! 11 sinif şagirdi rus dili müəllimindən hamilə qaldı - (18+)13:27Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR13:22İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi12:50Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR12:47“Zakir Fərəcov iqtidarı belə biabır edir” - İş adamlarından Prezidentə müraciət12:30SON DƏQİQƏ! Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü — Azərbaycanda12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
BÜTÜN XƏBƏRLƏR

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR

06 apr 2020, 12:50   
Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLARSOCAR Sərmayələr İdarəsinin rəisi, şirkətin Türkiyə qoluna rəhbərlik edən Vaqif Əliyevin yaxın qohumlarının onlarla insana qarşı dələduzluq etməsinə dair məlumat vermişdik. Xatırladaq ki, V.Əliyevin baldızı oğlu Nicat Qarayev SOCAR-la Türkiyənin “Tekfen” şirkətinin ortaq müəssisəsi olan “Azfen”dəki mövqeyindən istifadə edərək, insanları aldadıb, külli miqdarda vəsaiti mənimsəyib.

GUNinfo.az bildirir ki, bununla bağlı AFN.az-a müraciət edən zərərçəkənlər “Azfen” Birgə Müəssisəsinin tamamilə V.Əliyevin patronajlığı altında olduğunu, müəssisədə bütün işlərə onun oğlu Orxan Əliyev və digər qohumlarının rəhbərlik etdiklərini bildirirlər.
Onu da qeyd edək ki, 1996-cı ildə yaradılan “Azfen” BM Azərbaycanda həyata keçirilən böyük neft-qaz layihələrində bir neçə milyard dollarlıq sifarişlər alıb. Bundan əlavə, həmin layihələr çərçivəsində Gürcüstanda görülən işlərə cəlb edilib. Eyni zamanda SOCAR-ın müxtəlif müəssisələrində həyata keçirilən çoxsaylı tikinti-yenidənqurma işlərini həyata keçirir. Belə layihələrdən biri Heydər Əliyev adına Neft Emalı Zavodunda bitum qurğusunun, LPG doldurma məntəqəsinin tikintisi və sahənin hazırlanmasını nəzərdə tutur. Maraqlıdır ki, bu layihə üzrə “Azfen”lə 2017-ci ildə bir müqavilə imzalanıb.
Birgə Müəssisənin 2017-ci il üzrə maliyyə hesabatında bu iş üzrə müqavilə çərçivəsində görülən işlərə görə “Azfen”in 23,9 milyon manat, 2018-ci il hesabatında isə 148,3 milyon milyon manat əldə etdiyi qeyd olunur. Qurğunun tikintisinə 2017-ci ilin aprelində başlanıb, 2018-ci ilin oktyabrında isə onun başa çatdığı elan edilib. Bununla bağlı yayılan rəsmi məlumatda 2016-cı ildə bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına NEZ arasında müqavilə imzalandığı bildirilir. Qeyd edilir ki, 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM tərəfindən ərazidə yeni Bitum qurğusunun inşasına başlanıb, tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu qurğu işlərin layihə qrafikinə uyğun – 18 ay müddətinə inşa edilərək başa çatdırılıb. Hətta qurğunun tamamlanması ilə əlaqədar “Azfen”in tikinti sahəsində xüsusi toplantı keçirdiyi də qeyd olunub. Dekabrda isə prezidentin iştirakı ilə qurğunun və LPG doldurma məntəqəsinin rəsmi açılış mərasimi də keçirilib. Lakin “Azfen”in 2018-ci il üzrə maliyyə hesabatında verilən məumatdan aydın olur ki, eyni iş üzrə NEZ-lə BM arasında yeni müqavilələr imzalanıb və işlərin 2019-cu ildə başa çatdırılması gözlənilir(!?)
2018-ci ilin 31 dekabrına “Azfen”in bu layihələr üzrə 22,1 milyon manat debitor borcu olub.

Gürcüstana qoyulan investisiyalar gizlədilir

Maraqlıdır ki, “Azfen” Gürcüstanda “Şahdəniz 2” layihəsi çərçivəsində, həmçinin “SOCAR Georgiya”nın podratçısı qismində tikinti işləri həyata keçirsə də, adı bu ölkənin əsas investorlarından biri kimi hallanır. Belə ki, Gürcüstanın “Business Media” nəşrinin hesabatına əsasən, “BP Azerbaijan” şirkəti və “Azfen” BM ötən il Gürcüstan iqtisadiyyatına böyük həcmdə birbaşa xarici investisiya qoyan qeyri-rezident sərmayədarların ilk onluğunda yer alıb. BM-in 2018-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında isə Gürcüstanda bp-yə tikinti, enerji sisteminin təmiri və sair xidmətlər göstərdiyi qeyd edilir. Yəni hesabatda “Azfen”in qonşu ölkəyə hər hansı sərmayə layihəsi qeyd olunmayıb.
“Azfen”ə faktiki rəhbərliyin Vaqif Əliyevə verilməsi haqda iddialar bir neçə səbəb üzündən doğrulmaqdadır. Belə ki, araşdırmalarımız göstərir ki, (bunu hətta idarə rəisi özü mediaya açıqlamasında da bildirmişdi) onun şirkətdə çoxlu sayda qohumları çalışır. Şirkətin müxtəlif layihələrinə rəhbərlik edən həmin qohumlar isə korrupsiyaya, yeyintiyə yol verməkdən çəkinmirlər. Nicat Qarayev nümunəsində bu məsələ artıq ən yüksək səviyyədə diqqətdədir. Sənəd üzərində “Azfen”in rəhbəri başqa adam olsa da, bütün proseslərin V.Əliyevin bilavasitə nəzarətində olduğunu artıq onun N.Qarayev işi ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılmış cinayət işi üzrə dindirilməsi də sübut edir. Qeyd edək ki, V.Əliyevin oğlu Orxan Əliyev də “Azfen”də böyük nüfuza və sözə sahibdir. Halbuki onun orada heç bir vəzifəsi yoxdur. V.Əliyevin digər baldızı oğlu Bəhruz “Azfen”in Gürcüstandakı layihələrindən birinə rəhbərlik edir.

Vaqif Əliyevin “Azfen”də fironluğu davam edir

Məhz “Azfen”də V.Əliyev küləkləri əsməyə başlayandan sonra BM üçün bir çox xidmətlər idarə rəisinin nəzarətində olan şirkətlərə verilib.
Bu xidmətlərdən olan yemək təqdimatını “Azfen”əəvvəlcə “Pronto Catering” MMC, onun ləğvindən sonra isə “Rusel Catering” MMC həyata keçirir. Bu MMC 2016-cı ilin martında yaradılıb. Hüquqi təmsilçisi Həsənov Fərman Hüseyn oğludur. Lakin şirkətə faktiki rəhbərliyi O.Əliyev həyata keçirir. Cəmi 3 il əvvəl yaradılmasına baxmayaraq, MMC “Azfen” BM, “Azneftmaş” ASC, “Rusel Construction”, ATA YARD (AMK TEKFEN AZFEN) və digər şirkətlərin yeməklə təchizatını əldə edə bilib. Aydın məsələdir ki, Azərbaycan reallığında arxası olmayan, sıradan bir şirkətin “Azfen”in yemək təchizatını əldə etməsi qeyri-mümkündür. Özü də yeməklə təchizat sahəsindəki ciddi rəqabət mühitində.
“Azfen”in maliyyə hesabatından aydın olur ki, 2017-ci ildən bəri yemək xərcləri böyük sürətlə artıb. Belə ki, 2018-ci ildə “Azfen”in yemək xərcləri 9 milyon 713 min 445 manat təşkil edib. 2017-ci ildə isə bu xərclər 5 milyon 508 min 224 manat olub. Maraqlıdır ki, 2017-ci ildə BM-in orta hesabla 6642, 2018-ci ildə isə 3613 işçisi olub. Bu isə adambaşına yemək xərcinin 1 ildə 3 dəfədən çox artması deməkdir.
Onu da qeyd edək ki, “Rusel Catering” MMC-nin hüquqi ünvanı “Rusel Plaza” göstərilir. Hansı ki, bu ofis mərkəzinin də Əliyevlərə məxsus olduğu deyilir.

Vaqif Əliyevin “Azfen” üzərindən talanı:

“Azfen”in nəqliyyat xərcləri də müxtəlif dövrlərdə mətbuatın diqqətini cəlb edib. Yayılan məlumatlara görə, BM-in nəqliyyat idarəsində işçiləri daşımaq üçün müxtəlif vaxtlarda 300-dən artıq müxtəlif tutumlu avtobusların hər birinə ayda 7-8 min manat icarə haqqı yazılır. Maliyyə hesabatından aydın olur ki, 2017-ci ildə “Azfen”in nəqliyyat xərcləri 29 milyon 642 min manat, 2018-ci ildə isə 14 milyon 525 min manat olub.

Ümumiyyətlə, BM-n nəqliyyat xərcləri 2016-ci ildən sürətlə artıb. Məsələ burasındadır ki, “Azfen”ə nəqliyyat xidmətlərini V.Əliyevin oğluna məxsus “ScanEX Enterprises Limited” şirkəti göstərir. Öz saytında verilən məlumata görə, şirkət “nəqliyyat xidmətləri sahəsində ən böyük şirkətlərdən biri olaraq pikapların, yük maşınlarının, avtobusların, ağır və tikinti texnikasının icarəsini, həmçinin avtomobillərin satışını təklif edir.

Bu xidmətlərdən biri də maşın-mexanizmlərin təqdimidir. “Azfen”in maşın-mexanizm xərcləri 2017-ci ildə 112 milyon 777 min manat, 2018-ci ildə isə 55 milyon 606 min manat təşkil edib. Bu vəsaitlərin bir hissəsinin, yoxsa hamısının O.Əliyevin şirkətinə verildiyi məlum deyil: “Azfen” belə xidmətləri heç bir açıq tender keçirmədən satın alır. Hətta tender keçirilirsə belə, geniş ictimaiyyətə bu barədə hansısa detallı məlumat açıqlanmır. Görünür, məhz Əliyevlərə bağlı şirkətlərin xidmətlərinə üstünlük verildiyi üçün cəmiyyətə məlumat verib hali etmək istəmirlər.

10 faizlik mənfəət vergisi?

“Azfen”in maliyyə hesabatlarında diqqəti cəlb edən daha bir məsələ ödənilən mənfəət vergisi ilə bağlıdır. İllər üzrə müəssisənin əldə etdiyi mənfəətin məbləği ilə ödənilən mənfəət vergisi arasında uyğunsuzluq var. Belə ki, Vergi Məcəlləsinə əsasən Azərbaycanda mənfəət vergisi mənfəətin (bütün xərclər çıxılandan sonra yerdə qalan xalis gəlir) 20 faizi həcmində ödənməlidir.

“Azfen” Azərbaycanda dövlət şirkəti olan SOCAR-ın pay üstünlüyü ilə yaradılan müəssisədir və normalda mənfəət vergisini 20 faizlə ödəməlidir. Lakin hesabatlardan aydın olur ki, 2017-ci ildə ödənilən mənfəət vergisi xalis gəlirin 18,3 faizi, 2018-ci ildə isə cəmi 10,8 faizi həcmində olub.

Hesabatı hazırlayan “Ernest &Young” audit şirkəti bununla bağlı xüsusi qeydində belə ödəməni Azərbaycanda hasilatın pay bölgüsü sazişləri üzrə fərqli vergi rejiminin olması ilə izah edir – “Azfen”in əsas sifarişləri bu layihələr çərçivəsindədir. Lakin məsələ burasındadır ki, bu iştirak əsas podratçı deyil, subpodratçı qismindədir. Yəni əksər hallarda “Azfen” işləri birbaşa layihə operatorundan deyil, podratçılardan alır. Bu halda onun mənfəət vergisini sazişdə nəzərdə tutulan rejimlə ödəməsi ciddi suallar yaradır. Hansı ki, auditorun rəyində də yerli vergi orqanları ilə bu məsələ ilə bağlı ziddiyyətlərin yaranması istisna olunmur.

Maliyyə hesabatından aydın olur ki, 3 nəfərdən ibarət rəhbərlik qrupuna əmək haqqı və qısamüddətli ödənişlər olaraq 2018-ci ildə 2 milyon 135 min manat ödənilib. Bu isə orta hesabla ayda 1 nəfərə 59 min manatdan yuxarı ödəniş olunduğu deməkdir. Azərbaycan kimi ölkə üçün bu, fantastik bir məbləğdir.
“Azfen”in maliyyə hesabatlılığı ilə bağlı bir maraqlı məsələ budur ki, şirkətin maliyyə fəaliyyətini 2017-cı ildən etibarən “Ernst&Young” şirkəti audit etməyə başlayıb. Həmin ilin iyulunda “Azfen”in 2014, 2015 və 2016-cı il üzrə fəaliyyəti şirkət tərəfindən audit olunaraq, əvvəlki auditorun ciddi nöqsanlar buraxdığı üzə çıxarılıb. Əvvəlki auditorun hansı şirkət olduğu isə açıqlanmır.
BM-in 2017-ci il üzrə auditor rəyi və hesabatı internet saytına kustar formada, qələmlə müxtəlif işarələnmələr aparılmış halda yerləşdirilib.

Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə yayılan məlumata görə, “Azfen” “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi Azəri”) tikinti və montaj işlərini həyata keçirəcək. Bu barədə “Tekfen Holding”n yaydığı məlumata görə, AÇG-nin operatoru “BP-Exploration” şirkəti ilə 486,3 milyon dollar dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən 16 936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Qeyd edilib ki, “Azfen” şirkətində ortaqlıq payına uyğun olaraq “Tekfen İnşaat”ın layihədə payı 194,5 milyon dollardır.
Ümid edirik ki, yuxarıda qeyd etdiyimiz faktlar istintaq orqanının diqqətindən yayınmayacaq.
OXŞAR MÖVZULAR