Impera

XƏBƏR LENTİ
19:07Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi18:51Deputat: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib18:42Qoşunlar yerdəyişmə tapşırıqlarını icra etdi - VİDEO18:32"Whatsapp" bu istifadəçiləri bloklayacaq18:24İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi18:19İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK13:03Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? - VİDEO12:59İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:52Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub11:48Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:42İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində11:38ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR11:32“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”11:27“Azərenerji” qışa tam hazırdır - VİDEO09:21“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı09:18İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?09:14ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb - VİDEO08:50Almaniyada saxlanılanlar arasında Əlövsət Əliyev də var21:55Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VIDEO21:43“Get, məşq et, Ramil” - VİDEO21:34Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb21:25Ağdaşın deputatı ilə bağlı şok iddialar...21:21İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları...21:02Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə20:15Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq...20:06Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ20:03Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”19:59Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı14:45Qüdrət Qurbanovun sertifikat biznesi14:41Azərbaycan bazarında paradoks: ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb14:36Bakı metrosunda qatarlar yenə gecikdi14:32Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO14:29Avtobusun qəza anı kameraya düşdü - VİDEO14:26İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO14:22Sabahın havası: yağış, duman, külək14:18Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?14:14Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi14:09İlham Əliyev görüşlər keçirdi - FOTO14:05Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi10:21Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid — VİDEO10:15Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - Foto10:02Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO09:56Hüquqşünas QHT sədri seçilib09:49Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? (VİDEO)09:39Cəlilabadda məmur övladının qudurğanlığı09:29Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:21LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı09:07“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb09:05Dünya varlıları banklara güvənmirlər09:01“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”09:01Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir”08:56Yusifovların maliyyə maxinasiyaları - İki nazirliyi çökdürəcək "GƏNCƏ ZƏLZƏLƏSİ"19:10Paytaxtda bəylə gəlin piketə düşdü - VİDEO18:43Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO18:39Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO18:31Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız18:24İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!18:20İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır18:16Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - FOTO13:33Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI13:27“Google” gizli layihə həyata keçirəcək - İDDİA13:23Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək13:18Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ...13:08“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər13:02GƏNCƏ SƏHİYYƏSİNDƏ İLGİNC ÖZBAŞINALIQ – VİDEO12:58Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM12:54İlham Əliyev yeni icra başçısı təyin etdi12:51Nazir parlamentin iclasında əhalini sevindirəcək proqnozlar səsləndirdi12:48Mikayıl Cabbarov: Yeni inkişaf drayverləri işə salınmalıdır10:48Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq10:43Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ10:36İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO10:29Nazarbayev Putinlə Zelenskini görüşdürür10:26İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO10:23Banqladeşdə dəhşətli qəza: qatarların toqquşması kütləvi insan tələfatı ilə sonuclandı – VİDEO10:15Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO10:11Zaqatala sakinindən iddia : "Bələdiyyə sədri 55 min dollarımı mənimsəyib" - VİDEO10:07Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO08:47Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi08:44Azərbaycanda Konstitusiya Günüdür08:41İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir08:36Şirvanda həbs edilmiş sahibkar yeni PA rəhbərinə üz tutdu:“Sədaqət Qəhrəmanova və qohumları…” – VİDEO08:32Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır?
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznesi - saysız hsabsız şirkətlər, MMC-lər, otellər və nələr..

01 okt 2018, 18:26   
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznesi - saysız hsabsız şirkətlər, MMC-lər, otellər və nələr..Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, hazırda Melirasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin 25 ildən artıq bir müddətdə ölkənin su təsərrüfatına rəhbərliyi öz əlində saxlaması və ailə üzvülərindən bir neçəsinin yüksək vəzifələr tutması haqqında “Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-Araşdırma” başlıqlı yazımızda geniş bəhs etmişdik. Yazı saytımızda yer alandan sonar yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil oldu. Məlumatlarda daha çox Əhmədzadələrin biznes şəbəkəsindən bəhs olunur.

Bu səbəbdən də oxuduğunuz yazıda Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Əhməd Əhmədzadənin yaxınlarının biznes imperiyasından bəhs etməyə çalışacağıq. Nazir statuslu bir şəxsin bəhs edəcəyimiz səltənətinin ölkə ictimaiyyəti üçün maraqlı olacağı şübhəsizdir. Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizədə yaxınlarını qurban vermiş, can sağlığını fəda etmiş, minlərlə vətəndaşın ən adi ehtiyaclar içərisində boğulduğu bir zamanda, istiqlalın əleyhinə səs vermiş bir şəxsin ailə üzvülərinin məhz bu müstəqillikdən necə bəhrələndiyini hər kəsin bilmə haqqı var...

Qax rayonu- şirkətlər diyarı

Xatırladaq ki, 73 yaşlı Əhməd Əhmədzadənin birisi oğlan, ikisi qız olmaqla üç övladı var. Məlum səbəblərdən yeganə oğlu Cuma Əhmədzadə haqqında açıq mənbələrdən əldə etdiyimiz məlumatları oxucularımızla bölüşməyi daha məqsədəuyğun hesab edirik.

Qeyd edək ki, Ə.Əhmədzadə 1979-cu il təvəllüdlü yeganə oğluna öz atasının adını qoyub. Ata-oğul Əhmədzadələr eyni ünvanda, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, 500-ci məhəllə, ev 9-da qeydiyyatdadırlar. Ancaq buna baxmayaraq oğul Əhmədzadəyə məxsus şirkətlərin əksəriyyətinin hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndində yerləşir. Məsələn, 2009-cu il iyun ayının 9-da dövlət qeydiyyatına alınmış, Cuma Əhməd oğlu Əhmədzadə tərədindən təsis olunmuş “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndi olub. İlk illərdə bu MMC-yə rəhbərlik Cuma Əhmədzadə tərəfindən həyata keçirilsə də, hazırda MMC-nin direktoru Abdulməcid Abdulhəmid oğlu Əminovdur. Maraqlıdır ki, hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndi, adında “Muğal” sözü olan başqa bir MMC-“Muğal-M” Məhdud Məsuliyyətli Cəmiyyəti-də mövcuddur. “Muğal-M” MMC-nin və hüquqi ünvanı Qax şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 36-da yerləşən və Oruc Teyyub oğlu Bilalov adlı şəxsin direktor olduğu “Qaxmuğal-İnşaat” MMC-nin Cuma Əhmədzadəyə nə dərəcədə bağlı olduğunu qarşıdakı günlərdə araşdırmağa çalışacağıq. Bu MMC-lərdən fərqli olaraq, hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndi olan, Rəsul Aydın oğlu Allahverdiyevin direktor olduğu “Uluyurd” MMC-nin Cuma Əhmədzadə tərəfindən 2009-cu ilin iyun ayının 9-da təsis edildiyi faktdır. Xatırladaq ki, “Muğal” MMC-i də məhz bu tarixdə dövlət qeydiyyatına alınıb...

uma Əhmədzadənin təsisçisi olduğu “Advisors CO.” MMC-i isə 2011-ci ilin yanvar ayının 28-də dövlət qeydiyyatına alınıb. Məmməd Ramiz oğlu Həsənli adlı şəxsin direktor olduğu “Advisors CO.” MMC-nin isə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, mənzil 26-dır. Cuma Əhmədzadənin Nadir Osman oğlu Umarov adlı şəxslə birgə təsis etdiyi “Proyekt” MMC-nin də hüquqi ünvanı Bakı şəhərində yerləşir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi ev 110 A-da yerləşən, 2011-ci ilin aprelin 4-də təsis edilmiş “Proyekt” MMC-yə rəhbərliyi də bu gün Nadir Umarov həyata keçirir.

Cuma Əhmədzadənin həyat yoldaşı olan Günel Rüstəmova Londonda yaşayır və “GYUNEL COUTURE” şirkətinin sahibidir. Rəssam və modelyer olan Günel Rüstəmovanın “GYUNEL COUTURE” şirkətini həyat yoldaşı Cuma Əhmədzadə ilə birlikdə təsis etməsi haqqında mətbuatda məlumatlar olsa da, şirkətin rəsmi saytında biznes strukturun kreativ direktor Günel xanım tərəfindən yaradıldığı öz əksini tapıb. Maraqlananlar “GYUNEL COUTURE” şirkəti və modelyer Günel Rüstəmovanın yaradıcı fəaliyyətini şirkətin rəsmi saytı (http://www.gyunel.com/the-house/) üzərindən izləyə bilərlər.

Cuma Əhmədzadəyə aid olduğu haqqında iddia edilən başqa bir şirkət isə “ALPS s.r.o” şirkətidir. Bu şirkətlə bağlı araşdırma aparmağa çalışacağıq. “GLOBALLY LTD” şirkətinin də Cuma Əhmədzadəyə məxsus olması ilə bağlı iddialar var. Əgər göstərilən veb səhifəyə nəzər salsanız bu məlumata (https://companycheck.co.uk/company/07875402/GLOBALLY-LTD/companies-house-data) –(Directors & Secretaries -For a full in-depth analysis on each of these directors, click any of the links below-Name-Role Date Of Birth Appointed Resigned MR JUMA AHMAD ZADA Director Nov 1979 08 Dec 2011) rast gələ bilərsiniz.
Oğul Əhmədzadənin bu şirkətlərdən əlavə otelllər və restoranlar şəbəkəsinin sahibi olduğu ilə bağlı da iddialar var. Onların arasında “El-Resort” oteli kimi bir neçı otel və restoran, şadlıq evinin adları yer alıb. Ancaq həmin məlumatları təsdiq edəcək rəsmi məlumatlar olmadığı kimi, Əhmədzadələr tərəfindən təkzib edilmədiyi üçün iddialar gündəmdə qalmaqda davam edir.

Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə kimi qardaşları, qardaşı oğlanları və digər qohumları da müstəqil dövlətin imkanlarından gen-bol yararlanıblar. Baxmayaraq ki, Əhməd Əhmədzadə bu müstəqilliyin əleyhinə olub, bu fakt onun qardaşı Mübariz Əhmədzadənin 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin başçısı, son 9 il ərzində isə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı olmasına mane olmayıb. Maraqlıdır ki, 01 sentyabr 2009-cu ildə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilən Mübariz Əhmədzadə 25 sentyabr 2009-cu ildə “Qax Avto” MMC-ni təsis edib(?) Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin təsis etdiyi “Qax Avto” MMC-nin hüquqi ünvanı isə Qax şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 15 olaraq göstərilib və direktoru Sərvər Babaş oğlu Hacıyevdir.

Bu ilin martında yaradılmış və bir milyon manat nizamnamə kapitalı olan “Qax Aqro” MMC-nin də Əhmədzadələrin biznes imperiyasına aid olması haqqında iddialar olsa da, təsdiqedəci rəsmi məlumat yoxdur. Amma, Mübariz Əhmədzadənin gömrük məmuru olan oğlu Coşqun Əhmədzadənin “Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etməsi haqqında rəsmi məlumatlar var. 23 yanvar 2012-ci ildə təsis edilmiş “Corasuni” MMC-nin qeydiyyata alındığı hüquqi ünvanla Coşqun Əhmədzadənin daimi pasport qeydiyyatında olduğu ünvan da eynidir. Belə ki, Coşqun Əhmədzadə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 68-də qeydiyyatdadır, “Corasuni” MMC-də həmin ünvanda yerləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilən Coşqun Əhmədzadə atası kimi dövlət idarəçiliyində yer aldığı kimi, biznes strukturlar da yaradır. Coşqun Əhmədzadə əmisi oğlu Cuma Əhmədzadənin şirkətlər yaratdığı Qax rayon, Qaxbaş kəndində bir neçə mülkə sahibdir. Bütün bu imkanları onlar Azərbaycan müstəqil dövlət oldqudan sonra əldə ediblər. Baxmayaraq ki, bu nəslin ağsaqqalı Əhməd Əhmədzadə 1991-ci ilin oktyabrın-19-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktının qəbul olunmasının əleyhinə səs verib. Yuxarıda qeyd olunan biznes strukturlar istiqlalın əleyhinə çıxmış bir şəxsin qohum-əqrabasının biznes imperiyasının üzə çıxarılmış hissəsi və ya aysberqin görünən tərəfidir.

Növbəti araşdırmalarımızda ictmaiyyətə bəlli olmayan digər faktları üzə çıxarmaqla yanaşı, Əhməd Əhmədzadənin 25 ildən artıq rəhbərlik etdiyi meliorasiya və su təsərrüfatındakı ağır durumu da araşdırmağa çalışacağıq.

Redaksiyadan: Təəssüf ki, əvvəllər olduğu kimi, bu dəfə də adları yazıda yer alan tərəflərlə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Əksər səlahiyyət sahibləri mediaya açıq olduğu halda Əhmədzadələrin mediaya ögey münasibəti başqa suallar doğurur.

"Yenixeber.org"-un araşdırma qrupu
OXŞAR MÖVZULAR
loading...