Impera

XƏBƏR LENTİ
12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏR

04 dek 2018, 03:45   
 “Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏRSon zamanlar həkim səhlənkarlığı ucbatından ölüm hallarının artması haqda iddialar çoxalıb. Düzdür, bu hadisələrə həm dövlət xəstəxanaları, həm də özəl klinikalarda rast gəlinir. Amma özəl klinikalarla bağlı məlumatlar daha çoxdur. Bu klinikalardakı hadisələr əsasən ölümlə nəticələnir. Yaxın dönəmdə bununla bağlı adı daha çox hallandırılan tibb müəsisəsi isə “Modern Hospital”dır. Ən yaxın keçmişimizdə bu klinika ilə bağlı bir neçə insidentin şahidi olmuşuq. Bu faktlara yenidən nəzər salmağa dəyər.

Arıqlamaq istəyirdi həyatını itirdi

2018-ci il iyul ayında mənim 1984-cü il təvəllüdlü oğlum Samir Dəmirov arıqlamaq üçün Bakıdakı “Modern Hospital”a müraciət edir. Xəstəxananın baş hakimi Taryel Ömərov aparılan müayinələrdən sonra yeganə çarənin cərrahi əməliyyat – mədənin rezeksiyası olduğunu bildirir. O, müayinələrin nəticələrinin Samirin əməliyyat olunmasına tam imkan verdiyini qeyd edir. İyul ayının 26-da Samir mədəsindən əməliyyat olunur. Sleeve-qastrektomiya əməliyyatını Taryel Ömərov özü aparır. Əməliyyatdan bir neçə gün sonra – avqustun 3-də xəstənin halı qəflətən pisləşir və yenidən xəstəxanaya götürülür. Düz 10 gün ərzində S.Dəmirov “Modern Hospital”da qarın boşluğunda baş qaldıran ağrılar içində qalır, aparılan konservativ müalicələr heç bir effekt vermir, təkrar cərrahi müdaxilə isə yubadılır.
Avqustun 13-də Taryel Ömərov professor Nuru Bayramovla birgə Samiri yenidən əməliyyat edir. Amma qarın boşluğunun sanasiya və təkrar drenaj olunması adı verilən bu əməliyyat da uğursuz alınır. Avqustun 16-da öz ayağı ilə “Modern Hospital”a gedən Samir avqustun 16-da oradan yarımcan vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya aparılır. Mərkəzi Klinikada aparılan müalicənin də heç bir xeyri olmurı. Çünki “Modern Hospital”da yol verilən səhv öz işini görmüşdü və Mərkəzi Klinika həkimlərinin böyük səylərinə baxmayaraq S.Dəmirovun həyatını xilas etmək mümkün olmur. Avqustun 30-da Samir həyatını itirir.

Xəstəni səhv müalicə etdilər, ayağı amputasiya olundu

8 avqust 2018-ci il tarixində “MODERN HOSPİTAL”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib. Şəki rayonun Baş Göynük kəndinini sakinini “Modern Hospital”da müalicə ediblər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşıb və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdiriblər. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum olub və dərhal ayağının amputasiya edilməsinə qərar verilib. Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə “Modern Hospital”ın rəhbərliyindən xahiş ediblər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə verməyiblər. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır.

Hamilə qadına yalnış diaqnoz

Bakı şəhər sakini Rahilə Məmmədli “Modern Hospital”ın həkimi Elmira Əhmədovanın pasiyenti olub. Bu ilin aprel ayında hamilə qalan xəstə klinikada analiz verib. Bildiriblər ki, qanda laxtalanma var. Bunun üçün xəstəyə kleksan 04 iynəsini həkim 15 gün vurdurmağı məsləhət görüb. Yenidən iyun ayında analiz verdikdə isə qan laxtalanmasının düşmək əvəzinə daha da artdığı məlum olub. Buna görə də hamiləliyin sonuna qədər həkim eyni iynəni vurdurmağı deyib. Bundan sonra xəstə “Sağlam Ailə” klinikasında və “Genlab”da yenidən analiz verib. Məlum olub ki, ümumiyyətlə, qan laxtalanması halı yoxdur. Analizin nəticəsini götürüb həkimin yanına gəldikdə həkim adıçəkilən klinikalarda analizin nəticələrinin normal olduğunu və köhnə analizlərdə “Modern Hospital” ın laboratoriyasının səhvə yol verdiyini deyib. Laboratoriya isə öz səhvini başa düşməyib. 20 həftə ərzində hamilə qadına utrogestan dərmanı içirdiblər.

Qanun da modern şəkildə unudulur

“Modern” Hospitalda Təcili Yardım xidmətinin qiyməti 50-70 manat arasında dəyişir. Elə hallar olur ki, gecənin bir vaxtı xəstənin halı pisləşir. Və xəstənin yaxınları onlara yaxın ərazidə yerləşən özəl klinikaların Təcili Yardım xidmətindən yararlanmağa çalışırlar. Yəni, belə hallarda özəllər nəinki xəstələri qəbul etməməlidir, əksinə onun vəzifə borcu pulsuz tibbi xidmət göstərməkdir. Özəl tibbi fəaliyyət haqqında” Qanunun 10-cü maddəsində deyilir ki, özəl tibbi müəssələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr, pasiyentin (yəni xəstənin) xeyrinə vətəndaşlarla müqavilələr əsasında həyata keçirilir və tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Buradan aydın olur ki, heç bir özəl tibbi müəssisə özbaşına qiymət müəyyən edə bilməz. Eyni zamanda həmin yerlərdə asılan bütün qiymət cədvəlləri qeyri- qanunidir, xəstələri kütləvi surətdə maddi ziyana salmaqla kommersiya maraqlarına” xidmət edir. Ancaq cumhuriyyet.az-a daxil olan məlumata görə, “Modern” Hospitalın rəhbərliyi şəkərli diabetdən əziyyət çəkən insanları tam müalicə etmək adıyla onlardan 8 -10 min manat pul alır. Nəticədə isə vətəndaş yenə də həmin xəstəlikdən əziyyət çəkir. Sadəcə vətəndaşın pulu gedir. Vətəndaşları elə tora salırlar ki, vətəndaş özü də bilmədən inanaraq onların tələsinə düşür. Lakin bu cür vasitələrlə xəstələrin ilk növbədə cibinə ziyan vururlar, daha sonra isə mənəvi deqradasiyaya uğramasına səbəb olurlar. Xəstə psixoloji olaraq bu xəstəlikdən yaxa qurtaracağına özünü inandırır. Lakin zaman keçir, xəstə hələ də xəstəlikdən can qurtara bilmir.
***
Bu yalnız son ayların faktlarıdır. “Modern Hospital”da son vaxtlar ictimaiyyətə məlum olan və olmayan faciələrin həkim səhvləri ucbatından baş verməsinə baxmayaraq heç kim hələlik cəzalanamır. Son vaxtlar “Modern Hospital”la bağlı mediada yer alan məlumatlar və redaksiyamıza daxil olan məlumatlarla bağlı apardığımız araşdırmalar nəticəsində ortaya çıxan bəzi məqamlarla bağlı suallarımızı kilinikanın direktoru Ravil Tağıyevə poçt və eloktron qaydada ünvanlamışıq. Ancaq təəssüflər olsun ki, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ünvanladığımız sorğuya heç bir cavab verilməyib. Suallar isə hələ də cavabsız qalır:

1. 2017-2018-ci illər ərzində rəhbəri olduğunuz tib müəsisəsində baş verən ölüm halları və onlarının səbəbləri;
2. Mikroskop vasitəsi ilə qulaqda əməliyyatda Hospitala edənilən ödənişlərin miqdarı və Türkiyədən gələn həkimlərlə rəsmi müqavilədə göstərilən məbləğlər;
3. Laporaskopik üsul və endoskopik cihazların bu günkü vəziyyəti və bəzi vətəndaşlara bu avadanlıqlardan istifadəyə qoyulan qadağaların səbəbləri;
4. Hospitalda çalışan bəzi texniki işçilərin əmək haqlarının rəsmi qaydada (kartla) ödənilməməsinin səbəbləri;
5. Hospitalin ötən il və cari ilin 9 ayı ərzində gəlirləri və rəsmi vergi ödənişi;
6. Sözügedən dövr- ötən il və cari ilin 9 ayı ərzində Hospitalda həyata keçirilən abort əməliyyatlarının qeydiyyatı;
7. Kənar klinika və xəstəxanaların həkimlərinin qeyri-rəsmi anlaşma əsasında Hospitalda apardığı cərrahiyyə əməlliyyatlarının icarə pulunun ödənişləri;
8. Hospitalın maliyyə məsələləri ilə və qara mühasibatlqla məşğul olan şəxsin kimliyi;
9. Cərrahiyyə Şöbəsinin Müdiri Proktoloq-Cərrah Dilarə Həsənovanın və Pediatriya şöbəsinin müdiri Soltan Süleymanovun bu vəzifələrə təyinatının səbəbləri
cumhuriyyet.net
file:///C:/Users/Toshiba/Downloads/_Qatil%20klinika_%20ad%C4%B1%20qazanan%20_Modern%20Hospital__%20yar%C4%B1m%20ilin%20qara%20statistikas%C4%B1%20_%20Cumhuriyy%C9%99t.html
http://www.cumhuriyyet.net/sonxeber/125108-qatil-klinika-adi-qazanan-modern-hospital-yarim-ilin-qara-statistikasi.html?fbclid=IwAR3LOoBblC56EOeQCEnMCNZmZqHtF170rJFw65noK-SYySmrznvTIAI3rio
OXŞAR MÖVZULAR
loading...