Impera

XƏBƏR LENTİ
18:37Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” – VİDEO18:22Füzulidə yeni korrupsioner şəbəkə18:19Polis əlil yeniyetməyə işgəncə verdi - VİDEO18:15Dəbdəbəli toylarla gündəmə gələn məmurlar18:07Hökumət deputatların büdcə təkliflərini nəzərə alacaq17:58“Türkiye” qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO17:53İlham Əliyev Vasif Talıbovu qəbul etdi17:36Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - VİDEO17:30Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ13:39Bakı Ali Neft Məktəbinə - YENİ TƏYİNAT13:35Generalın maaş kartı girov qoyulub13:25Sərbəst güləş millimiz Dağıstanda belə hazırlaşır - VİDEO13:11Türkiyə AVRO-2020-nin seçmə mərhələsini qələbə ilə başa vurdu - VİDEO13:06Sabahın havası: duman, yağış, külək13:05Beren Saat niyə gündəm oldu? - VİDEO12:07İlham Əliyev yeni səfirləri qəbul edib12:04Hacıqabulda I qrup əlilin torpağı zəbt olunub – VİDEO11:55Nazir Oqtay Şirəliyev TSEK-ə forma -88 göndərilməsini qadağan edib? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın növbəti özbaşınalığı11:31Bu ərazilərdə işıq olmayacaq11:21Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO11:13Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” adlı kitabı çap olunub - FOTO11:03Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi10:58KOMİSSARLARIN SAVAŞI - Namiq Şirinov, şöbə rəisini DƏLƏDUZLUQDA İTTİHAM EDİR10:49Kəmaləddin Heydərovun başı dərddə - "BOSNİYA JALƏSİ" NİYƏ QICQIRIR?09:34Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar.08:44İraq Milli Bankının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir - FOTO08:3616 saylı Texniki-Humanitar Liseyinin direktoru bəzi müəllimləri özünün əlaltısına çevirib?15:18Elcan Əliyev Mehriban xanıma müraciəti - "Ağdam icra başçısı ailəmizlə maraqlanmır"22:48Balaca çempion Aydın Əzizov problemlərlə üz-üzə - VİDEO22:43Seymur Həzi azadlığa buraxıldı22:41Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!" - VİDEO22:31Yollarda təhlükə – Sürücü dövlət nömrə nişanını palçıqla bağlayıb – VİDEO22:17Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”22:13Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi - VİDEO22:0973 yaşlı bu qadın İngiltərədən piyada Azərbaycana gəlir - VİDEO22:03Mehdi Cəbrayılov: “Zamin Qələndərovun DƏLƏDUZluğuna hüquq mühafizə orqanları niyə biganə yanaşır? – VİDEO MÜRACİƏT16:39TÜRKLƏR “GUCCİ”NİN ERMƏNİ MODELİNİ LAĞA QOYDU – VİDEO16:3716 dərəcə isti olacaq16:29Sabir Rüstəmxanlının qardaşı haqda həbs qərarı verildi16:12ADAU-DA DEKANLIQ QALMAQALI – İNAM KƏRİMOV BU BİABIRÇILIĞA NƏ DEYƏCƏK?16:08Yeni icra başçısı müavinini vəzifəsindən kənarlaşdırdı16:02Azərbaycanda iki tanınmış məmur quda oldu15:56ŞƏKİDƏ 2500 HEKTAR YAŞILLIQ ƏRAZİSİ MƏHV EDİLİB – VİDEO15:19“RELAX” İSTİRAHƏT MƏRKƏZİ DEPUTAT İQBAL MƏMMƏDOVDAN ALINDI – VDİEO15:17YARDIMLI MEŞƏSİNDƏN ŞİKAYƏT VAR – 500-DƏN ARTIQ AĞAC MƏHV EDİLİB15:07Ağdamın icra başçısı aprel qazisini incidir - VİDEO11:23Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü09:47Bu gündən məktəblilərin payız tətili başlayır09:42Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - VİDEO09:35170 min dolları mənimsəyən Hicran Huseynovanı bu dəfə kim qoruyacaq?09:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT09:24İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO22:00Aygün Kazımovanın yeni mahnısı plagiat çıxdı - VİDEO21:49Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i məğlub etdi - VİDEO21:34Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - VİDEO21:27Kütləvi sayğac dəyişdirilməsi dayandırılıb21:21Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş - FOTO21:14Alimlərdən şok açıqlama - VİDEO20:24İstirahət günlərində hava necə olacaq?20:18Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir18:11"Nərimanov icra hakimi beş minimi ödəməyib" - Könül Xasıyevaya18:05Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub18:00Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir17:52İlham Əliyev Xalq artistinə ev verdi17:48İlham Əliyev Sultan Dadaşovu təltif etdi17:46Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib11:31“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür”11:12Dini liderlər Bakıda - VİDEO11:09Oqtay Şirəliyev niyə istefa vermədi?11:04Baş həkimi Robert Əyyubovun adıyla aldadıb 100 min pul alıblar11:00Nazir yəqin burada baş verənlərdən xəbərsizdir...10:27Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEOREPORTAJ10:16ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO10:10Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... - VIDEO09:45Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu09:39Elmira Süleymanova istefa ərizəsi yazıb09:37Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları09:32Paytaxda yanğın olub - VİDEO08:54Vilayət Eyvazovdan İnterpolun Milli Mərkəzi Bürosu rəisi vəzifəsinə - TƏYİNAT08:45Mehriban Əliyevadan Dünya dini liderlərinin II Bakı Sammiti ilə bağlı paylaşım08:42Elmar Vəliyev türk iş adamına 770 MİN MANAT "ATIB"21:08“Ata ocağı" serialının aktrisası evlənir - FOTO20:54TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO19:07Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi18:51Deputat: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib18:42Qoşunlar yerdəyişmə tapşırıqlarını icra etdi - VİDEO18:32"Whatsapp" bu istifadəçiləri bloklayacaq18:24İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi18:19İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTO

28 fev 2017, 17:48   
Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTO


















Uzun müddətdir mediada haqqında tez-tez məlumatlar dərc olunan cinayətkar qrup zərərsizləşdirilib.

Redaksiyamız qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda sosial şəbəkələr üzərindən özlərinə qurban cəlb edib onu kafeyə çağıraraq orada külli miqdarda hesab ödəməyə məcbur edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.

Belə ki, vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib. R.Xəlilov bir neçə ay axtarışda olub və ötən ilin sentyabr ayında saxlanılıb, həmin zaman üzərindən soyuq silah olan bıçaq aşkar edilib. Digər şəxslər isə may ayında saxlanılıblar.


Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTO
















Dəstənin rəhbəri

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə Facebook və Odnoklassniki-də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub. Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu götürüblər. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil dəstə mütəmadi olaraq yerlərini dəyişib, eyni məkanda uzun müddət fəaliyyət göstərməyiblər. Belə ki, zərərçəkmişlər - Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Eldəniz Rüstəmov və Gürcüstan vətəndaşı 1982-ci il təvəllüdlü Əliş Rəhimlinin epizodu üzrə cinayət hadisəsi Ə.Cavad küçəsində yerləşən "Rublyovka" klubunda baş verib. E.Rüstəmovdan 50, Ə.Rəhimlidən 45 manat alıblar.


Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTO
















Dəstə üzvlərinin istifadə etdikləri bir çox məkanın adı belə olmayıb. Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Məmmədovdan 130 manat pulu hədə-qorxu gələrək və döyərək R.Zorge küçəsi 12c saylı ünvanda yerləşən kafedə alıblar. Digər cinayətlər isə Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.

E.Balakişiyev barmen kimi fəaliyyət göstərib, müştəri hesabı ödəmədikdən sonra digər dəstə üzvləri ilə birlikdə ondan pulun zorla alınmasında iştirak edib. Maraqlıdır ki, bütün müştərilərə təqdim edilən saxta hesab 153 manat olub.

Təqsirləndirilən şəxslərdən İ.Meybullayev, R.Rəhimov, E.Balakişiyev və A.Məmmədov Cinayət Məcəlləsinin 180.3.1-ci (soyğunçuluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə, A.Musayevə CM-nin 180.3.1 və 182.3.1-ci maddələri ilə, R.Xəlilov isə 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. R.Xəlilov bundan əvvəl Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunub.

Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTO
















Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla yanaşı, digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü", "Leyla" adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürülüb. Bununla bağlı da araşdırmalar davam etdirilir. G.Əsgərova istintaq zamanı şahid qismində dindirilərkən bütün cinayətləri etiraf edib. Digər təqsirləndirilənlər də özlərini qismən təqsirli bildiklərini deyiblər.
OXŞAR MÖVZULAR
loading...