Impera

XƏBƏR LENTİ
23:27Azərbaycanda Respublika Günü qeyd edilir23:20İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO23:16Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet23:13Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başladı23:11İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO11:21Nazir oğlunun toyunda erməni mahnısı sifariş edib, gəlini və qudaları ilə belə oynadı - VİDEO23:33AXCP Nəzarət Təftiş Komissiyasının üzvündən Əli Kərimliyə SON XƏBƏRDARLIQ20:13"Sədərək"dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA19:47SON DƏQİQƏ: Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxdu, 4-ü öldü - RƏSMİ19:37Azərbaycanda 40 vəzifəli şəxs işdən çıxarıldı19:28Mingəçevirdə kirvələr hakimiyyəti - Qanunlar ayaqlar altında - FOTO19:17Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi – ”Qozbeli qəbir düzəldər” – Araşdırma11:45Şuşanın "Şöhrət" ordenli icra başçısının fantastik sərvəti - SİYAHI09:54Azərbaycanda koronavirusun İKİNCİ DALĞAsı başlayıb? - Rəsmi AÇIQLAMA14:31Prezident nazir müavinini işdən çıxardı – SƏRƏNCAM14:20SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu(VİDEO)12:10SON DƏQİQƏ! Baş prokuror müavinləri Rüstəm Usubov və Namiq Əsgərov işdən çıxarıldı23:21SON DƏQIQƏ: Azərbaycanda koronavirusa tutulan 41 nəfərin vəziyyəti ağırlaşdı,41 nəfər də vəfat edib17:33Yardımlı İcra Hakimiyyəti TƏKZİB ETDİ13:55Röyanın biabırçı hərəkəti - Xalq artisti sinəsini açıb ... nümayiş etdirdi(VİDEO)23:59Laçın sakinindən şok tələb: İcra başçısı bu məmurlarla əlbirdir, DTX gəlsin(VİDEOMÜRACİƏT)13:00Prezident Administrasiyasında da işini itirənlər var - Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən çıxarıldı(SİYAHİ)11:29Füzuli bu gün - Foto00:22Bakıda iki oğlanın nişanı oldu: üzük taxıb... - BİABIRÇILIQ00:01SON DƏQİQƏ! Nazirlər Kabineti bu dəqiqələrdə məlumat yaydı — LƏĞV EDİLDİ23:07Əbülfəs Qarayev istefa verdi – yeni Mədəniyyət və Turizim naziri bu məşhur xanım KİMDR?12:05Əli Kərimlidən antiazərbaycan qüvvələrinə mühüm tapşırıq - Keçmiş cəhbəçidən ŞOK YAZI21:05SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var14:18İmişli rayonunun yeni icra başçısı bəlli oldu - SON DƏQİQƏ13:02Prezidentin istefaya göndərdiyi bu şəxsi Elçin Quliyev DSX-də müşavir təyin etdi - SON DƏQİQƏ10:54SON DƏQİQƏ! İşdən çıxarılan icra başçısının evində QƏTL - ÖZÜNÜ GÜLLƏLƏDİ01:01Məhşur müğənninin çılpaq fotoları yayıldı - lüm-lüt eyvana çıxıb... FOTOLAR18:48Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI18:43Vilayət Eyvazov məşhur generalı işdən çıxardı — FOTO15:12Əli Həsənovun “tələbə klubu” - Mediaya yardım adı altında mənimsənilən milyardlar( ŞOK FAKTLAR)14:57SON DƏQİQƏ: Fövqəladə Hallar nazirliyinin 15 əməkdaşında koronavirus aşkarlandı14:41Sabirabad Regional Mədəniyyət İdarəsinin müammalı TENDERLƏRİ - SİYAHI11:44XƏBƏRDAR OL! Koronavirusun İKİNCİ DALĞASI ÖLDÜRÜCÜ OLACAQ - Bu tarixdən başlayır...00:30Kamran Əliyev 5 rayonun prokurorunu və idarə rəisini təqaüdə göndərdi - SİYAHI18:06SON DƏQİQƏ! DTX-dən şok əməliyyat: General həbs olundu12:48Bu şəxslərə ŞAD XƏBƏR - İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI12:40Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”12:14Bərdənin icra başçısı Vidadi İsayevin gözqamaşdıran sərvəti - SİYAHI11:02İcra başçısının Yardımlıdan İngiltərəyə qədər uzanan SƏRVƏTİ - SİYAHI10:51TƏCİLİ! Azərbaycan Ordusu 4 gün sonra HƏRƏKƏTƏ KEÇİR - 10 min hərbçi, yüzlərlə texnika və...10:47Vilayət Eyvazov rəis müavinini işdən çıxardı - YENİ TƏYİNAT10:41Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi - son dəqiqə20:24SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var12:44Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü — ŞAD XƏBƏR11:58Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşüb - FOTO11:03Gilanın QANLI ZEYTUN BAĞI - (VİDEO)10:18Daha dəhşətli bəla gəlir, yüzmilyonlarla insan öləcək – Tixanski10:13Alı Alıyev aztəminatlı ailələrə ərzaq yardımı edib - Foto10:11Prezident nazir müavinini təqaüdə göndərdi11:09Füzuli RİH-dən aztəminatlı ailələrə ərzaq yardımı davam edir FOTO12:13SON DƏQİQƏ! Prezident İlham Əliyevdən mühüm sərəncam10:42Füzuli RİH-nin başçısı 1, 3, 4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib20:07Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı19:05“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"13:28Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri10:25Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ10:20Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”10:09İlk qurban Rusiya olacaq - Dəhşətli böhran gəlir...10:02Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir - DƏHŞƏTLİ NƏTİCƏLƏR!09:48Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib12:32Valideynlərin nəzərinə! Övladlarınıza da pul yardımı veriləcək - RƏSMİ11:47Vilayət Eyvazov polkovnik-leytenant Müslüm Quliyevi işdən çıxardı10:58"Azərişıq"dan əhaliyə mühüm məlumat - VİDEO10:55ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq - Nazir müavini AÇIQLADI(VİDEO)10:48Qalmaqallı "tikinti kralı"nın oğlu karantini belə pozdu - TƏFƏRRÜAT10:46SON DƏQİQƏ! Elman Rüstəmovla bağlı qərar verildi10:49Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - ARAŞDIRMA09:50İcazə alanlara VACİB XƏBƏR - yeni funksiyalar işə düşdü — VİDEO17:26İlham Əliyevdən mühüm SƏRƏNCAM16:57SON DƏQİQƏ! Azərbaycanda koronovirusa xeyli sayda yoluxan və ölən var16:46SON DƏQİQƏ! Sumqayıtda 190 manata görə etiraz aksiyası - VİDEO13:40Azərbaycanlı əsir qız Ermənistandan məktub yazdı - VİDEO11:29Vilayət Eyvazovdan yeni QƏRAR11:20DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO18:06SON DƏQİQƏ! General Akif Çovdarov azadlığa çıxdı - Prezident onu da əfv etdi16:22Nizami İcra başçısı oğlunun dəbdəbəli həyatı ilə bağlı ŞOK MƏLUMATLAR YAYILDI - VİDEO+FOTO13:36LERİK TƏHSİLİNDƏ BİABIRÇILIQ! 11 sinif şagirdi rus dili müəllimindən hamilə qaldı - (18+)13:27Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR13:22İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi12:50Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR12:47“Zakir Fərəcov iqtidarı belə biabır edir” - İş adamlarından Prezidentə müraciət12:30SON DƏQİQƏ! Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü — Azərbaycanda12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
BÜTÜN XƏBƏRLƏR

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

18 yaşlı qatil məmur oğlu S. Talıblı gənc həkimin qanını belə batırır - Gözü yaşlı anadan Birinci vitse-prezidentə müraciət

14 mar 2019, 13:13   
18 yaşlı qatil məmur oğlu S. Talıblı gənc həkimin qanını belə batırır - Gözü yaşlı anadan Birinci vitse-prezidentə müraciətBakıda 28 yaşlı həkimi öldürən 18 yaşlı Talıblı niyə azadlıqda gəzir?!...


Bakının mərkəzində avtomobillə piyada keçidində vurularaq öldürülən 28 yaşlı həkim, ölümündən cəmi 2 ay əvvəl ailə qurmuş mərhum Lalə Sadayzadənin anası Gülsüm İsmayılova fəryad edir. Müraciət edən gözüyaşlı ana deyir ki, övladının ölümünə bais olan 18 yaşlı sürücü hələ də həbs olunmayıb, azadlıqda gəzir. İstintaq isə bu işi düzgün araşdırmır, müəmmalı səbəblər göstərir.

Naşı və ya harın sürücülərin hər gün yollarda piyadaları vurub öldürdükləri Azərbaycanda növbəti belə faciə bu il yanvarın 18-də qeydə, Lalənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib.
Müdafiə Nazirliyinin, Milli Məclisin qarşısında kameralar işləmir?


"Müstəntiq bizə deyir ki, həmin ərazidəki müşahidə kameraları hadisəni qeydə almayıb. Mühüm dövlət strukturlarının - Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Milli Məclisin qarşında baş vermiş hadisənin kameralar tərəfindən qeydə alınmaması inandırıcı deyil, bu necə ola bilər axı? ”, - qəzada həyatını itirən gənc həkimin anası, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi 12, mənzil 1-də yaşayan Gülsüm İsmayılova danışır.


Cəbrayıl rayonundan olan məcburi köçkün İsmayılova övladını min-bir əziyyətlə böyüdüb. Lalə Azərbaycan Tibb Universitetini bitirib, öz bilik və bacarığı, zəhməti sayəsində oxuyub, Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsində həkim-kardioloq kimi işə qəbul olunub.

"Bir bilsəniz necə zəhmət çəkib, üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşıb. İş yerində hər kəs onun xətrini istəyirdi, həmkarları və xəstələri arasında böyük hörmət qazanmışdı. Ötən ilin noyabrın 24-də ailə həyatı qurmuşdu”- ana gözyaşları içində davam edir.
Mayor Abdullayev istintaq aparır və...



Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaqı Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Emil Abdullayev aparıb. Ana deyir ki, müstəntiq işi müəmmalı şəkildə düzgün araşdırmayıb, lazım olan şahid ifadələri alınmayıb, hadisənin obyektiv araşdırılması üçün digər sübutlar toplanmayıb.


"Məhz bu səbəbdən qızımı maşınla vurub öldürən şəxs bu günə kimi də həbs edilməyib, azadlıqda gəzir. Göz görə-görə cinayət cəzasız qalır”-İsmayılova deyir.

Gənc övladını faciəli şəkildə itirən ananın sözlərinə görə, işi aparan müstəntiq onlara deyib ki, həmin ərazidə müşahidə kameraları hadisəni qeydə almayıb, həmçinin sükan arxasında olan Sabir Talıblının avtomobili hansı sürətlə hərəkət etməsini müəyyənləşdirmək mümkün olmayıb. Bu isə inandırıcı deyil. Digər tərəfdən hadisə məhz piyada keçidində baş verib ki, bu da sürücünün yol hərəkəti qaydalarını açıq-aşkar pozduğunu göstərir.

Hadisəni törədən sürücü barədə isə bunlar məlumdur ki, Talıblı tələbədir. Atası bizneslə məşğuldur, anası isə Bakının hansısa rayonunda İcra Hakimiyyətində işləyir.


"Mazda”nın sürəti azı 120 km/saat olub!


"Həmin yolda sürət həddi 60 km/saatdır. İstintaq materiallarında da avtomobilin guya bu sürətlə hərəkət etdiyi göstərilir. Amma qızımı vuran avtomobil çox yüksək sürətlə hərəkət edib. Əynindəki gödəkçəsi cırıq-cırıq olub balamın, kəllə sümüyü sınıb. Lalənin iş yoldaşları, tibb personalı hamısı səsə gəliblər.

Hadisə yerinə çatanda avtomobilin vurduğu şəxsin Lalə olduğunu, keçindiyini görüblər. Deyilənə görə avtomobilin sürəti təqribən 120 km/saat olub. Çünki o cür sürətlə hərəkətdə olmasaydı biz Laləni itirməzdik. İş materiallarında isə avtomobilin Laləni vurarkən zərbənin təsiri nəticəsində onun hansı məsafəyə düşməsi barədə məlumat verilməyib. Lalənin düşdüyü məsafənin göstərilməməsi avtomobilin hansı sürətlə hərəkətdə olması barədə daha aydın təsəvvür yarada bilərdi”-İsmayılova deyir.


G.İsmayılova övladının ölümünə səbəb olmuş sürücü ilə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbir görülməsi üçün aidiyyatı üzrə müvafiq qurumlara müraciət edib.


"İnsan öldürüb, amma azadlıqda gəzir. Bu hansı ədalətə, qanuna sığır? "

"Baş prokurora müraciət etmişəm. Səbail Rayon Polis İdarəsində, Səbail və Bakı şəhər prokurorluğunda mənə məsələnin obyektiv araşdırılacağını deyib, təskinlik verdilər. Amma nəticə yoxdur. Hamıya bəllidir ki, bu cür qəza hadisələrində günahkar olanlar zərərçəkənləri pulla sakitləşdirməyə nail olur. Yaxud hadisəni hansısa harın məmurun, biznesmenin övladı törədirsə onlar cinayətlərini başqa yollarla ört-basdır edib azadlıqda gəzirlər, yaxud yüngül cəza alırlar. Bizim ailəyə də hadisəni törətmiş şəxsin ailəsi tərəfindən barışıq üçün xahişlər oldu. Övladını itirmiş ana kimi barışıq cəhdlərini qətiyyən qəbul etmirəm. Və tələb edirəm ki, Sabir Talıblı həbs olunsun. O, insan öldürüb, gənc həkimi, mütəxəssisi öldürüb. Bu cür adamın azadlıqda gəzməsi, yenə də heç nə olmamış kimi maşın sürməsi hansı ədalətə, qanuna sığır?”-İsmayılova bildirir.


Vəkil nə deyir...


Zərərçəkmişin nümayəndəsi vəkil Elçin Sadıqov da virtualaz.org-a işin obyektiv araşdırılmadığını, cinayət işinin birtərəfli, qərəzli aparıldığını bildirib: "Avtomobilin qəza anında hansı sürətlə hərəkətdə olduğu barədə fakt saxtalaşdırılıb. Zərərçəkmişin bədənindəki sümüklərin qırılması, avtomobilin yararsız vəziyyətə düşməsi onu deməyə əsas verir ki, sürət həddi 100 km/saat-dan yuxarı olub. Amma istintaq materiallarında sürət həddi 60 km/saat yazılıb. Əgər doğurdan da sürət həddi bu qədər aşağı olsaydı o zaman hadisənin qarşısını almaq mümkün olardı”.


Vəkil həmçinin bildirib ki, zərərçəkmişin müvafiq qurumları çoxsaylı şikayətlərinə baxmayaraq hadisəni törədən S.Talıblı bu günə kimi də həbs edilməyib, azadlıqdadır.


Mərhumun anası son çarə kimi Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
"Qoymayın qızımın qanını batırsınlar...”


G.İsmayılova deyir ki, iş materialları müstəntiq səviyyəsində elə tərtib edilib ki, cinayəti törətmiş şəxsin vəziyyəti yüngülləşdirilsin:”Ramil Usubova, Zakir Qaralova oxşar müraciətlər etmişəm. Lakin görürəm ki, rəhbərliyin məsələyə ədalətli yanaşılması barədə tapşırıqlara istintaq tərəfindən adekvat reaksiya göstərilimir. Çox xahiş edirəm bir ana kimi bizim dərdimizə şərik olasınız, köməklik göstərəsiniz. Övladımın qanını batırmağa qoymayasınız”.

Qeyd edək ki, bu gün Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə sözügedən cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Dövlət ittihamçısı prosesdə iştirak etmədiyinə görə, hazırlıq iclası martın 14-ə kimi təxirə salınıb.

Mövzunu diqqətdə saxlayacağıq.

İnarə Rafiqqızı (Virtualaz.org)
OXŞAR MÖVZULAR