Impera

XƏBƏR LENTİ
20:24İstirahət günlərində hava necə olacaq?20:18Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir18:11"Nərimanov icra hakimi beş minimi ödəməyib" - Könül Xasıyevaya18:05Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub18:00Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir17:52İlham Əliyev Xalq artistinə ev verdi17:48İlham Əliyev Sultan Dadaşovu təltif etdi17:46Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib11:31“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür”11:12Dini liderlər Bakıda - VİDEO11:09Oqtay Şirəliyev niyə istefa vermədi?11:04Baş həkimi Robert Əyyubovun adıyla aldadıb 100 min pul alıblar11:00Nazir yəqin burada baş verənlərdən xəbərsizdir...10:27Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEOREPORTAJ10:16ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO10:10Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... - VIDEO09:45Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu09:39Elmira Süleymanova istefa ərizəsi yazıb09:37Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları09:32Paytaxda yanğın olub - VİDEO08:54Vilayət Eyvazovdan İnterpolun Milli Mərkəzi Bürosu rəisi vəzifəsinə - TƏYİNAT08:45Mehriban Əliyevadan Dünya dini liderlərinin II Bakı Sammiti ilə bağlı paylaşım08:42Elmar Vəliyev türk iş adamına 770 MİN MANAT "ATIB"21:08“Ata ocağı" serialının aktrisası evlənir - FOTO20:54TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO19:07Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi18:51Deputat: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib18:42Qoşunlar yerdəyişmə tapşırıqlarını icra etdi - VİDEO18:32"Whatsapp" bu istifadəçiləri bloklayacaq18:24İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi18:19İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK13:03Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? - VİDEO12:59İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:52Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub11:48Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:42İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində11:38ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR11:32“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”11:27“Azərenerji” qışa tam hazırdır - VİDEO09:21“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı09:18İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?09:14ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb - VİDEO08:50Almaniyada saxlanılanlar arasında Əlövsət Əliyev də var21:55Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VIDEO21:43“Get, məşq et, Ramil” - VİDEO21:34Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb21:25Ağdaşın deputatı ilə bağlı şok iddialar...21:21İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları...21:02Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə20:15Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq...20:06Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ20:03Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”19:59Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı14:45Qüdrət Qurbanovun sertifikat biznesi14:41Azərbaycan bazarında paradoks: ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb14:36Bakı metrosunda qatarlar yenə gecikdi14:32Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO14:29Avtobusun qəza anı kameraya düşdü - VİDEO14:26İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO14:22Sabahın havası: yağış, duman, külək14:18Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?14:14Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi14:09İlham Əliyev görüşlər keçirdi - FOTO14:05Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi10:21Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid — VİDEO10:15Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - Foto10:02Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO09:56Hüquqşünas QHT sədri seçilib09:49Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? (VİDEO)09:39Cəlilabadda məmur övladının qudurğanlığı09:29Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:21LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı09:07“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb09:05Dünya varlıları banklara güvənmirlər09:01“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”09:01Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir”08:56Yusifovların maliyyə maxinasiyaları - İki nazirliyi çökdürəcək "GƏNCƏ ZƏLZƏLƏSİ"19:10Paytaxtda bəylə gəlin piketə düşdü - VİDEO18:43Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO18:39Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO18:31Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız18:24İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!18:20İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cənubi Qafqazın ən varlı deputatları ilə ən səfil uşaqlarının yaşadığı neft ölkəsi...

03 in 2019, 14:54   
Cənubi Qafqazın ən varlı deputatları ilə ən səfil uşaqlarının yaşadığı neft ölkəsi...

…Azərbaycanda indi nə “Uşaqlığın son gecəsi” filmindəki dövrdü, nə “Şərikli çörək”dəki tamarzı yaşayan uşaqların zəmanəsidir, nə “Bizim Cəbiş müəllim” kinosundakı səfalət, aclıq illəridir, nə də Hüqonun “Səfillər” romanındakı mənzərədir.

Amma uşaqların pulunu haram yolla yeyən “böyük”lərin sayəsində bugünkü Azərbaycan uşaqları Cənubi Qafqazda onlardan ən betəridir, ən kasıb gələcək hesab olunurlar.
Anaxeber.info xatırladır ki, uşaqların hüquqlarını müdafiə edən beynəlxalq “Save the Children” xeyriyyə təşkilatının illik hesabatı və qlobal indeksi də bu faktı təsdiqləyir.
Əfsus ki, bir erməni, bir gürcü uşağı azərbaycanlı balasından daha xoşbəxtdir, daha firavan yaşayır. 176 ölkədən ibarət bu indeks cədvəlində ölkələr uşaqların vəziyyətinə görə sıralanıb.
İndeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici 89-cu yerdə olan Azərbaycandadır. Gürcüstan 73-cü yeri tutur. Ermənistan 61-ci yerdədir.
Cədvəldə Azərbaycandan sonrakı yerlərdə yalnız iki keçmiş sovet respublikası var. Tacikistan 90, Qırğızıstan isə 94-cü pillədə qərarlaşıb.
Lakin üzülməyə dəyməz, C.Qafqazda ən varlı yaşayan indeksə görə azərbaycanlı məmurlar, deputatlar, nazirlərdirlər.
Çünku uşaq pulu verilməyən ölkədə övladlarımızın pulunu xımır-xımır mənimsəyən vəzifəlilər öz harın övladlarının gələcəyini təmin ediblər.
Onlardan kimisi “Galenvagen”lə adam öldürür, kimisi adam döyür, kimisi qudurğanlıq eləyir. Bu baxımdan da regionda analoqsuz və lider ölkəyik.
Yəni, uşaqlar deyəndə məmur balaları ilə uşaq pulundan məhrum edilmiş məzlum xalq arasında fərq qoyulmalıdır. Bizim deputatların, icra başçılarının, nazirlərin balaları regionda ən yaxşı yaşayışa malikdirlər.
Ona görə də “Save the Children” kimi qərəzli təşkilatların məmur övladlarının inkişafını gözü götürmür, belə hesabatlar yayırlar.
Nə olsun ki, Gürcüstan və Ermənistandan geridəyik, əsas uşaq pulunu bu xalqın uşaqlarına çox görən deputat Hadı Rəcəbli, Xocalıda uşaqlarımızı qıran düşmənin rəhbəri Paşinyanı snayperlə vurmaq fikrindən vaz keçən deputat Aydın Mirzəzadə, övladı DYP-də nömrə satan deputat İmamverdi İsmayılov və onlarla belə deputatlar C.Qafqazda ən gözəl həyatı yaşayırlar.
Regionda ən yüksək maaş da bizim deputatlardadır. Qarabağ qazisi qəpik- quruşa möhtac olan, şəhid övladı ehtiyaclar içində yaşayan, uşağına bir şokolad almağa imkanı olmayan minlərlə atanın yaşadığı neft ölkəsi Azərbaycanda hansısa “papanın gül balaları” yağ-bal içində, bahalı avtomobillərdə, lüks otellərdə, əsrarəngiz kurortlarda eyş-işrətlə məşğuldurlar.
Bu, hakimiyyətin uşaq siyasətdə qazandığı “uğur”un nəticələridir. Azərbaycanda məmur övladı avtoqəza törədib adam öldürə bilər, deputat qohumunun qoçuluq etmək hüququ var.
İsveçrədə xizək sürənlər, hava limanımızı ruslara verməyi təklif edənlər, uşaqları vəzifələrə, rəis, sədr postlarına gedən deputatlar bütün dünya hesabatlarında qabaqcıldırlar.
Çünki Gürcüstan və Ermənistandan fərqli olaraq, bu ölkədə yeni doğulan körpəyə 90 manat birdəfəlik pulu vermək üçün az qala Pentaqondan da sənəd tələb olunur, uşaq pulları mənimsənilir, büdcədən talasemiyalı, daunlu xəstə uşaqlara ayrılan vəsaitlər yeyilir, internatlar, kimsəsizlər evləri, uşaq sığınacaqları korrupsiya yuvalarıdır.
Bu ölkədə yekə-yekə kişilər uşaqlarımızın pulu hesabına varlanıblar, özlərinə alt paltarı alıblar, güzəran qurublar, məclislərdə sağlıqlar söyləyib şirə dönüblər.
Övladları Londonda, Karlovı-Varıda, Maldiv adalarında milyonlar xərcləyəndə uşağını məktəbə göndərmək üçün geyim ala bilməyən, balasına həftədə 1 dəfə ət yedirə bilməyən, ildə bir dəfə istirahətə aparmağa imkanı olmayan minlərlə aztəminatlı ailələr yaşayırlar.
Ona görə də Hadı Rəcəbli ömründə bir dəfə düz söz danışmışdı – milyonerin uşağına niyə dövlət uşaqpulu verməlidir?!
Axı siqaret satıb cavanları zəhərləyən deputat Rüfət Quliyev, dərman satıb oğluna milyonlar quran deputat Cavanşir Feyziyev, un satıb varlanan deputat Əsabil Qasımov, Tahir Süleymanov, maşın ehtiyat hissələri satan həmkarı Nəriman Əliyev, uşaq pulu düşməni, “Palıdlı sahil” padşhı Hadı Rəcəbli kimi millət vəkillərinin nə vecinədir ki, “Save the Children” təşkilatının hesabatında nələr yazılıb, biz C.Qafqazda hansı səviyyədəyik.
Məgər “1001 gecə” restoranında min bir cinayətlər olmuş dahi “yazıçı”, deputat, “az yeyin” deyən Hüseynbala Mirələmovu bu millətin övladları, şəhidin, qaçqının uşağı maraqlandırır?
Restoranları, tikintiləri, obyektləri olan Rafael Cəbrayılov, Əliağa Hüseynov, Malik Həsənov, Hacı Salayev, Elçin Quliyev, Rüstəm Xəlilov kimi deputatların bir dəfə parlamentdə ağzını açıb uşaqların müdafiəsi, qayğıları, sosial problemləri barədə çıxış etdiyini görmüsünüzmü?
Ümumiyyətlə, hökumətin uşaqların sosial təminatı ilə bağlı siyasətinə “2” qiyməti vermək lazımdır.
Azərbaycanda cins buzova görə fermerə doğulan uşağa verilən müavinətdən çox, yəni 100 manat verilir ki, bu, çox biabırçı bir haldır. Nazim Hikmət demişkən, gözəl günlər görəcəyik, cocuqlar, motorları mailiklərə sürəcəyik…(Anaxeber.info)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...