Impera

XƏBƏR LENTİ
15:50Partiya sədri təhsil nazirinə müraciət edib - VİDEO15:41BDU-dan ölən tələbə ilə bağlı AÇIQLAMA15:36"Hazırkı hökumət biznesmenlərdən ibarət deyil" - Zahid Oruc - VİDEO15:31Əli Kərimlinin maliyyələşmə mexanizmi - VİDEO15:25Sabah da intensiv yağış yağacaq15:22Bakıda pul paylayan aparat: Bu tələyə düşənlər çoxdur15:18Neft və Sənaye Universitetinin kafedrasının müdirinə İTTİHAM - VİDEO15:07ƏZİZ ƏZİZOV DƏYİŞİKLİKLƏRƏ BAŞLADI, ŞÖBƏ MÜDİRİNİN MÜAVİNİNİ VƏZİFƏSİNDƏN AZAD ETDİ15:04Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb15:00SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib12:12Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist on gündür aclıq aksiyası keçirir- VIDEO12:04Rus hərbiçilərdən yığılmış "ÇVK Vaqner"muzdlularının Suriyada vəhşilikləri haqda video meydana çıxdı - VİDEO11:56“Türk Hava Yolları”nın təyyarəsi Ukraynada qəzaya uğradı – VİDEO11:51Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?11:48Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI11:44Şirniyyat sexində iyrənc mənzərə - FOTO11:37Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi11:32Azərbaycanda sürücünün diri-diri yandığı dəhşətli hadisənin VİDEOSU YAYILDI09:28Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR09:23Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – FOTO22:04Xanım icra başçısı Ceyranbatanda görüş keçirdi - FOTO21:57Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq21:41"AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid Mahmudov21:23BNA-nın xərclədiyi 100 milyon hara gedib: Sistem nə vaxt diriləcək?21:19Yeni Ombudsman Səbinə Əliyeva olacaq!21:16Sulu qar yağacaq21:13Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq20:43Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb - FOTO19:03Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI19:01İlham Əliyev deputatı təltif etdi18:53Prezident Ədliyyə Nazirliyinin iki əməkdaşına ali rütbə verdi - SƏRƏNCAM18:47Prezidentin fərmanını kimlər icra etmir? – Maliyyə Nazirliyi, yoxsa yerli idarələr...18:41Tələbə qızlar "Suşi"dən zəhərlənibmiş...14:38İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı14:32Gənclər mentalitetdə nədən narazıdır? - VİDEO14:28Qırx milyonu neylədiniz ki, cənablar, liftimiz yenə işləmir? -«ŞÜKÜR» GETDİ, «XALİS» GƏLDİ .....14:23Nazirlik “Gilan Holding”i məhkəməyə verdi14:17İLHAM ƏLİYEV SUMQAYITDA ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT ETDİ14:14PREZİDENTİN ZAKİR FƏRƏCOVU TƏLTİF ETMƏMƏSİNİN PƏRDƏARXASI: İCRA BAŞÇISI YOLA SALINACAQ?13:55İcra başçılarımızın başına gələn qeyri-adi əhvalatlar...13:51“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla…” – VİDEO13:48Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb“11:13Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub11:07Elmira Süleymanova onu işdən çıxardı10:56SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq - VİDEO10:53“Ghosty” “Google Play store” və “App store”dan SİLİNDİ09:40Naxçıvanın Daxili İşlər naziri sələfinin qərarını ləğv etdi09:38"Biz heç kimdən qorxmuruq, çünki bizim Sahil Babayev kimi nazirimiz var..."09:34Beyləqanda Namiq Allahverdiyev adına 1 saylı məktəbin ərazisində tikilmiş obyektə pul alıb göz yumurlar – VİDEO09:28Ceyhun Bayramov belə kadrlarla işləyir...09:25Avropadan daha 1385 nəfər Azərbaycana deportasiya ediləcək - VİDEO21:44Binədəki 326 saylı orta məktəbin direktorundan şəhid ailəsinə hörmətsizlik…21:35Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO21:31Zahid Orucun rəhbərlik etdiyi Mərkəz Prezidentin fəaliyyəti barədə ictimai rəyi araşdırıb — VİDEO21:25İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi21:17Gəncənin təhsil şefi dövlətə qarşı21:10Azərbaycanlı aktyor “Çukur”da - VİDEO21:05Bakıda sevgilisi ilə birlikdə evdən qızıl oğurlayan qızın görüntüləri yayıldı - VİDEO20:52İsrail qırıcıları İran ordusunu BOMBALADI – VİDEO20:47Bakıda "gəlin maşını" belə YANDI - VİDEO20:41Şiraza PDM-lər yeridildi - VİDEO20:38İrandakı hadisələrin pərdəarxası: Şok detallar – VİDEO20:28Mehriban Əliyeva Rusiyaya rəsmi səfər edib - FOTO19:57Ağdamda dəhşət-Həkimin əli ilə dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi verilir - VİDEO19:00Oktyabr ayında İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞU18:27Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm - SƏRƏNCAM18:13İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI18:10Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi - SƏRƏNCAM18:07Prezident onlara fəxri adlar verdi - SİYAHI14:13FİZULİ MƏMMƏDOV AZƏRBAYCANDAN QOVULUB? – VİDEO13:31Sabahın havası: yağış, sulu qar, qar13:20“Müsavat”ın Almaniyaya “mühacir ixracı”: Yaxında on minlərlə azərbaycanlı Avropadan qovulacaq - VİDEO13:16Azərbaycan Dillər Universitetində yeni - TƏYİNAT13:12Nəsimidə intihara cəhd - “Aslan” MTK vətəndaşı aldadıb! - VİDEO13:04Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək13:01İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT12:59Prezident Masallının icra başçısını vəzifəsindən azad etdi10:59Vidadi İsayev hakimiyyətin Bərdədəki üz qarasına çevrilib10:55Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM10:49Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”09:13Bakının iki rayonunda qaz olmayacaq09:07Bakının İrəvana qarşı yəhudi “kartı” - düşmən təlaşda09:03Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu21:05Vilayət Eyvazov yeni rəisi şəxsi heyətə təqdim etdi21:01"Cavid Qurbanovu təyin edəndən sonra böyük irəliləyiş var" - VİDEO20:57Baş nazirdən yeni - TƏYİNAT20:53“SOCAR Georgia” gələn ay azərbaycanlıların sıx yaşadığı daha iki kəndə qaz verəcək20:50Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA20:47Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı14:18Bakıda yol qəzası törədərək avtomobilini aşıran sürücü hadisə yerindən uzaqlaşıb - VİDEO14:164 dəfə ona xəyanət edən arvadını bağışladı - VİDEO14:12Bakıda qalmaqal: Əyləncəyə milyonlar xərcləyən rəhbər... - VİDEO14:09Mübariz Mənsimov məhkəmə qərarını icra etmir14:08Bu ərazidə su olmayacaq14:07“XALIQ FAIQOĞLU”nun avtobusu sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO14:06Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər - VİDEO11:37Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi11:33İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında11:28İlham Əliyev “28 May”da ictimaiyyətlə görüşüb - VİDEO11:16Bakı sakinləri mobil operatorlardan niyə narazıdır? - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

5 qadının müəmmalı ölümünün təfərrüatları

16 mar 2017, 09:18   
5 qadının müəmmalı ölümünün təfərrüatları













Tələbələrin və onların yaxın qohumlarının dəm qazından boğulduğu ehtimal edilsə də, digər versiyalar da araşdırılır; MİS rəisi: “Evə ilk biz girdik, qaz bağlı idi...”

İlaxır çərşənbə gecəsi Xırdalanda beş nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Belə ki, martın 15-i səhər saatlarında Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayə yaşayan ikisi tələbə olmaqla, beş nəfər qadının meyiti aşkar edilib. İlkin ehtimallara görə, onların dəm qazından zəhərləndiyi bildirilib. Lakin bu faktı təsdiqləməyənlər də var...

“Yeni Müsavat” qəzetinin reportyor qrupu Xırdalanda baş verən faciə ilə bağlı xəbərin alınca, qeyd olunan ünvana yollanıb və hadisənin təfərrüatlarını öyrənməyə çalışıb.

Hadisə yerinə çatdığımız zaman artıq dünyasını dəyişənlərin meyitləri mənzildən çıxarılmışdı. Öyrəndik ki, dəm qazından boğulduqları bildirilən şəxslər Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Turanə Vahid qızı Xanlayeva, 1999-cu il təvəllüdlü Lamiyə Vahid qızı Xanlayeva, 1993-cü il təvəllüdlü Aytən Elçin qızı Musayeva və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Mələk Mübariz qızı Abbasovadır. Lamiyə və Turanə Xanlayevalar bacı olublar.

Mələk Abbasova və Turanə Xanlayeva Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində oxuyublar.

Elə kollecin direktoru Rüxsarə Əliyeva da təlaş içərisində binanın qarşısında idi. R. Əliyeva ilə söhbətimiz zamanı o söylədi ki, Mələk Abbasova və Turanə Xanlayeva ikinci kurs tələbəsi olublar

Balakən rayonundan olan digər üç şəxs isə Turanə Xanlayevanın xalası və xalası qızları olub. Bildirildi ki, T. Xanlayevanın xalası Nübar Musayeva onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş...

Binanın qarşısında xeyli sayda insan toplaşsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən mənzilə daxil olmağa icazə vermədilər. Meyitlər içəridən çıxarıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qapını çöldən bağladılar..

Hadisədən bir neçə saat sonra mənzilə ilk girənlərdən olan Mənzil İstismar İdarəsinin sədri İmamverdi Sadıqov “Yeni Müsavat”a bildirdi ki, onlar içəri daxil olan zaman qaz xətti bağlı olub: “Hadisə baş verməzdən öncə qohumu qızlara zəng edib. Lakin onlara zəng çatmayıb. Qohumu bundan narahat olduğu üçün onları yoxlamağa gəlib. Ancaq qapının içəridən bağlı olması səbəbindən mənzilə daxil ola bilməyib. Daha sonra ev sahibi ilə əlaqə saxlayıb. Ev sahibi isə mənə zəng vurdu. Nəhayət, üçümüz də mənzilə daxil olmağa çalışdıq. Qapı bağlı olduğu üçün pəncərənin şüşəsini qırıb, içəri daxil olduq. Gördük ki, üç nəfər palazın üstünə yıxılıb, digərləri isə başqa otaqda idilər. Bunu görüncə qapını bağlayıb, heç kimi yaxına buraxmadım. Söylədim ki, polisə zəng edək, onlar gəlib araşdırsınlar. Belə də etdim. Biz orada olduğumuz zaman içəridən qaz qoxusu gəlmirdi. Həmçinin qaz xətti də bağlı idi. Bütün bunları rəhmətə gedənlərin qohumu da gördü ki, qaz yanmır və bağlıdır. Hazırda onların ölümünün səbəbini araşdırırlar”

Binada yaşayan digər qonşuların da fikirlərini aldıq. Öyrəndik ki, 6 saylı binanın istilik sistemi yoxdur. Qonşular söylədilər ki, binada istilik sistemi olmadığı üçün imkanı olanlar “kombi” qoyublar. Digərləri isə evlərini elektrik pilətələri ilə qızdırırlar. Təbii qazın verilişinə gəlincə, qonşular söylədilər ki, binada bununla bağlı heç bir problem yoxdur: “Qaz normal qaydada verilir. Heç bir problem yoxdur”.

Qonşular onu da dedilər ki, dünyasını dəyişən qızları yaxından tanımasalar da, sakit, ağıllı qızlar kimi xatırlayırlar.

Hadisə ilə bağlı “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə də əlaqə saxladıq.

İ.Kərbəlayev “Yeni Müsavat”a bildirdi ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hələ ki hadisənin dəm qazından baş verib-verməməsi dəqiq deyil: “Orada qazın verilişində heç bir problem yoxdur. Onların hansı səbəbdən dünyalarını dəyişməsi hələ dəqiq deyil. Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bu məlum olacaq. Binada sayğaclaşma işləri aparılıb, qazın da verilişində problem olmayıb”.

Hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, Abşeron Rayon Prokurorluğuna daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib:

“Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölmüşlər

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir"- deyə, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən bildirilib.
OXŞAR MÖVZULAR
loading...