Impera

XƏBƏR LENTİ
10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO14:15Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər13:47Sabahın havası: 18 dərəcə isti olacaq13:33Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - VİDEO13:14Koronavirusdan sonra AB-ni nə gözləyir? – ŞƏRH
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ZİYANIN ZİYANINI DÖVLƏT ÜSTƏLƏNİR...

30 iy 2019, 12:44   
ZİYANIN ZİYANINI DÖVLƏT ÜSTƏLƏNİR...

Bakı-Quba magistral yolu təmir olunur. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhəri istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təmir işləri ilə bağlı xüsusi vəsait ayrılmayıb: “Yolların saxlanılması üçün dövlət büdcəsindən AAYDA-ya ayrılan vəsait hesabına bu yolun təmir-bərpa işləri həyata keçirilir. Sürücülərin müraciəti və vətəndaşların narahatlığından sonra biz bu istiqamətdə işlərə başladıq və agentlik olaraq buna biganə qala bilmərik. Orada vəziyyət həqiqətən də acınacaqlıdır. Təmir işləri davam edir, bir ərazidə bitdikdən sonra digər əraziyə keçirik. O baxımdan bu işlərin nə zaman bitəcəyi məlum deyil. Çalışacağıq ki, yoldakı problem minimuma endirilsin. Lakin ümumilikdə hazırda aparılan işlər problemin həlli ilə bağlı çıxış yolu deyil. Bu yol əsaslı şəkildə yenidən qurulmalıdır. Hazırda aparılan işlər, sadəcə, təmir-bərpa işləridir”.
Yolda problemin yaranma səbəblərinə gəlincə, A.Nəcəfli etiraf etdi ki, tikinti zamanı konstruktiv səhvlər də olub: “Yol əsasən Gəndob istiqamətindən Bakı istiqamətində gələn hissədə dağılıb. Bu da normadan artıq yüklənmiş ağır yük maşınlarının hərəkəti səbəbindən baş verib. O istiqamətdən gələn yük maşınları yoldakı ümumi nəqliyyat vasitələrinin 63 faizini əhatə edir. Bu, çox böyük rəqəmdir. Xüsusən də Quba , Xaçmaz və Qusarda çay yataqlarında çınqıl karxanaları var. Tikinti materialları oradan daşınır. Bunun da təsiri olub və yoldakı problem daha da artıb”.
Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır.
Xatırladaq ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı tikinti layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 600 milyon manata yaxın vəsait xərclənmişdi. Lakin son 10 ildə, demək olar ki, hər il bu yolun təmirə ehtiyacı yaranıb və mütəmadi bərpa işləri aparılıb. Halbuki keçmiş nazir Ziya Məmmədov 2009-cu ildə bu yolun istismar müddətinin 30 illik nəzərdə tutulduğunu bildirmişdi.
Bəs, görəsən, yolun keyfiyyətsiz çəkilməsinə və baş verən yeyintiyə görə araşdırma aparılarsa, hüquqi məsuliyyət, cəza və həbslər ola bilərmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Bakı-Quba yolunun çəkilməsinə çox böyük məbləğdə vəsait xərclənib: “O yolu beton yolu adı ilə çəkdilər, sonradan məlum oldu ki, çox keyfiyyətsizdir. Həmin yolun qorunub saxlanılmasında da problemlər oldu. Çünki əks istiqamətdə, yəni Qubadan Bakıya ağır tonnajlı avtomobillər hərəkət edirdi. Bu da yolda problemlərin daha da artmasına səbəb oldu. Bu yolun hansı səbəbdən bu qədər keyfiyyətsiz olması araşdırılmalıdır. Biz də Milli Məclisdə bu məsələyə toxunmuşuq, müzakirələrimiz olub. Gec-tez bu yola sərf edilən vəsaitin haraya və necə xərclənməsi, yolun niyə belə istifadəyə yararsız halda təhvil verilməsi mütəmadi olaraq araşdırma obyekti olacaq, məsuliyyət müəyyən ediləcək. Yol çox biabırçı vəziyyətdədir. Qubadan Bakıya gələn istənilən maşın daha sonra təmirə getməlidir. Bu yola hazırda Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edir, təmir işləri aparılır. Ancaq yolun çəkilməsi zamanı xərclənən vəsaitin də haraya xərclənməsi araşdırılmalıdır, məsuliyyət və cəza mütləq olmalıdır”.
Əkrəm Həsənov: “Əgər cinayət işi qaldırılsa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”
Hüquqşünas Əkrəm Həsənov isə vurğuladı ki, məsuliyyət mütləq olmalıdır: “Ancaq belə cinayət işlərinin başlanmasını ya həmin yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı orqan məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxladıqdan sonra, bu faktları müəyyən etdikdən sonra Baş Prokurorluğa müraciət etməlidir. Və ya vətəndaşlar özləri bu prosesə müdaxilə etməli, özləri bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. İctimaiyyət nümayəndələri də, həmin dövlət qurumunun tabe olduğu quruma müraciət edib bu işin acımasını tələb edə bilər. Sadəcə, Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi qaldırılsa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”.
Ekspert bu cür hallarda mənimsəmə faktlarının araşdırılması və ictimai nəzarətin təmin olunması məqsədilə elektron dövlət büdcəsinin yaradılmasını təklif etdi: “Mən dəfələrlə belə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır”.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...