Impera

XƏBƏR LENTİ
22:11İcra başçısı avtobus dayanacağını satıb? - FOTO22:07Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi22:04Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi – VİDEO22:01“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”21:57Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı21:52Erməni kriminal avtoritetin həbs olunma anlarının VİDEO-su yayıldı21:47“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR21:43“AXI SİZ KİMSİNİZ? BÜTÜN XƏSTƏXANALARDA PUL YIĞILIR!” – VİDEO18:45İstirahət gününün havası18:43Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda iştirak edir - FOTO - VİDEO18:31İlham Əliyev İƏT-in Baş katibini qəbul edib13:08Hərbi maşın qəzaya uğradı-11 yaralı13:06Təhsil nazirindən yeni - TƏYİNAT13:05Türkiyədə də YAP yaradıldı10:51Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır10:50Abutalıbovun Bakıdakı milyonluq mülkləri - bazar, çayxana, restoran... - SİYAHI10:39“Nazir deyib ki, hər adamı qəbuluma yazmayın...” - Qalmaqal10:30Azərbaycanda ölü biznesi, qəbirləri qazıb sümükləri çıxarırlar və... - VİDEO21:53Şamaxı rayon icra başçısı nazirin tapşırığını saymadı, vətəndaş aclıq aksiyasına başladı21:49İcra başçısı bütün tenderləri eyni adama verir - Səbəb?21:47“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV21:35Süpürgəçilər yüksək sürətli yolda qorxulu anlar yaşatdılar - VİDEO21:30“Baku Bus”ın avtobusunda tüstülənmə olub – VİDEO21:27Komitə sədri ilə nazir soydaşlarımızın probleminə biganə yanaşır21:25Əli Əhmədovun narazı olduğu bazar Abutalıbovundur21:22“Bu açıqlamadan sonra Səfər Mehdiyev istefaya göndəriliməli idi”21:20YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO21:14İstirahət günlərində hava necə olacaq?21:12Hava hücumundan müdafiə vasitələrinin döyüş atışları - VİDEO21:08Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - VİDEO21:01Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlununda biznes şəbəkəsi var .... - FOTO20:52Kişiləri hovuzda oynadan aşıqdan AÇIQLAMA: "Bəyin özü də suya girdi" - VİDEO20:50Gömrükçülər Rusiyadan gələn "Mercedes"də görün nələr aşkarladı - VİDEO20:28Azərbaycanlı müğənni qəza törətdi, bacısı öldü - VİDEO20:21Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi - VİDEO20:19Cavid Qurbanov keçmiş AMİP-çi ailəsi ilə qohum oldu - FOTO20:10"Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?" - VİDEOMÜSAHİBƏ20:07Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"20:03İlham Əliyev Zelenskini təbrik etdi11:30Vilayət Eyvazovdan polislərə tapşırıq verdi: "Nəzakətli olmaq lazımdır" - VİDEO10:53Şeyx yenə ehsan qadağasından danışdı, reaksiyalar gəldi10:50Bakıda “Range Rover” parka belə girdi - VİDEO10:23Alı Alıyev sakinlərlə görüşdü - FOTO10:12Bir milyarda yaxın pul Azərbaycandan necə çıxarılıb?10:08Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:03“Greenpeace” və “WWF” G7 sammitini boykot etdi10:01Zaxarovadan "Ləzginka" rəqsi - VİDEO09:54BU NAZİRİN OĞULLARI DA ABŞ-a KÖÇDÜ… – “Bunlar Azərbaycanın gələcəyindən narahatdırlar?” - FOTO09:48Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? – VİDEO22:28"Bəs niyə həkimlər xəstədən rüşvət alır..."22:22“Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı”22:18Eldar Həsənovun Türkiyədə spirtli işki biznesi – Faktlar21:58Zakir Zeynalov oğlunun cinayətini etiraf etdi21:54Mingəçevirdə şəhid adına hörmətsizlik: - VİDEO21:50Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - VİDEO21:43Bakıda ana və övladı "KamAz"ın altında qalmaqdan BELƏ XİLAS OLDU - VİDEO21:38Dərnəgül bazarı yanır - VİDEO21:34Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ - VİDEO21:32Uşağını balkona zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR- VİDEO21:30Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO19:39“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV19:11Qarabağ əlilindən ŞOK İDDİA: Tərtər Mərkəzi Xəstəxananın müavini Mətanət Hüseynzadə məndən 3600 manat rüşvət alıb(Səs yazısı)12:51Bu yay neçə nəfəri gün vurub?12:40Bakı Baş Gömrük idarəsində MEBEL MONOPOLİYASI - Sənan rəis Kənan Məmmədovla neçə ANLAŞDI12:26“İşsizin DOSTu” proqramı necə icra olunur11:51500 nəfər əlilə kiçik biznesini qurmaq imkanı yaradılır - FOTO11:38ƏBÜLFƏZ ELÇİBƏYSİZ 19 İL - ANIM10:16Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO10:11“Instagram”ın işində nasazlıq yaranıb10:08Bir evdən üç general... – Əli Nağıyev və qardaşları10:03Spiker körpəni əmziklə yedizdirdi - VİDEO10:01Xalik Məmmədov sosial narazılıq yaradır - Onun adı FETÖ siyahısından necə “silindi”?09:58Rusiyadakı şübhəli həbsin Eldar Mahmudovla nə əlaqəsi var?22:41Vilayət Eyvazovdan yeni təyinat22:38Xanhüseyn ƏLİYEV: "Gömrük Komitəsi qanunlara məhəl qoymur" - VİDEO22:36Milli Məclisin biznesmen deputatlarının – Qısa siyahısı20:15Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi20:11Prezident XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif etdi - SİYAHI20:07Şəhid pilotun anım mərasimi keçirildi - FOTO - VİDEO19:59Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...13:05Sabah hava necə olacaq?12:51İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış – onun çoxşaxəli biznesinin siyahısı yayıldı12:39Şokoladın içində narkotik keçirmək istədi - VİDEO12:14Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi12:11"Facebook"da yeni funksiya12:08Siraqəddin Cabbarov işini-gücünü buraxıb... -VİDEO11:44"Bizə gömrük işçiləri problemlər yaradırlar"11:03Azərbaycanda maye qaz bahalaşa bilər11:00Lənkəranda meşə belə yanır - VİDEO10:56Etibar Pirverdiyev işçilərin pulunu vermir10:42HACI QALİBİN SÖKDÜYÜ MÜLKLƏRƏ GÖRƏ DÖVLƏT QURUMLARI MƏHKƏMƏYƏ VERİLDİ10:35Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....10:25Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir10:22660 bal toplayan gənc universitetin Şəki filialını seçdi - VİDEO10:19Dünya bazarından 4 dəfə bahalı biletlər09:10Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var13:18Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir12:56Ermənilər Şuşadan Azərbaycanı aşağılayan yeni görüntülər yaydı — VİDEO12:51Müğənni Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı - ayağını masaj etdi... VƏ NƏLƏR -ŞOK VİDEO12:20Əli Həsənov: Radikal müxalifət terror faktlarını dəstəkləməklə nə demək istəyir?
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Talanan milyonlar və cəzasızlıq - Masallı icra hakimiyyətində milyonlar tenderlərlə necə ələ keçirilir (müdhiş faktlar)

08 avq 2019, 00:15   
Talanan milyonlar və cəzasızlıq - Masallı icra hakimiyyətində milyonlar tenderlərlə necə ələ keçirilir (müdhiş faktlar)Hər bir ölkənin iqtisadi qüdrəti onun regionlarının sosial-iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini əldə etdikdən, xüsusilə neft müqavilələrinin işə düşməsindən sonra başlanan iqtisadi yüksəliş dövründə regionların inkişafı barəsində bir neçə dövlət proqramı qəbul olunub. Ölkəmiz təbii ehtiyatlarla və əlverişli iqlimi ilə güclü iqtisadi potensiala malikdir. Artan iqtisadi gücün səmərəli istifadə edilməsi ilə büdcə gəlirlərinin neft asılılığından qurtarılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin prioritet sahələrindən biridir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu məqsədlə xüsusi proqramlar qəbul edilib. Lakin, regionlara rəhbərlik edən “balaca padşahların” yarıtmaz fəaliyyəti, korrupsiyalaşmış bir idarəetmə üsulu yaratması nəticəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq müşkülə dönüb. Çünki, etimad göstərilərək hər hansı bir rayonun idarəçiliyi tapşırılan məmur dərhal şəxsi maraqlarını ön plana çəkməklə fəaliyyətə başlayır. Nəticədə milyonlarla dövlət vəsaiti havaya sovrulur, yalançı raportlar, kosmetik işlər ön plana keçir.

Talanan milyonlar və cəzasızlıq...

Sosial-iqtisadi problemlər bataqlığında batan, işsizliyin, məmur özbaşınalıqlarının, korrupsiyanın tüğyan etdiyi “cənnətməkan” bölgələrimiz içərisində Masallının öz yeri, öz mövqeyi vardır. 2012-ci ildən rayona rəhbərlik edən Rafil Hüseynovun fəaliyyəti burada “silinməz izlər” buraxıb. Masallı ölkə rəhbərliyinə şikayətlər daxil olan bölgələr içərisində bəlkə də birincidir. Baxmayaraq ki, rayon rəhbərliyi tərəfindən bütün vasitələrlə bunun qarşısı alınır, amma insanlar artıq Rafil Hüseynov idarəetməsindən cana yığılıblar. Hətta icra başçısının qəbulundan sonra yaşanan hadisələr barəsində ölkə mediyasında kifayət qədər informasiyalara rast gəlmək olar. Belə qəbullardan sonra özünü yandırmaq, doğramaq istəyən vətəndaşların olması masallıların problemlərinə göstərilən “yüksək diqqət və qayğının” təzahürüdür. Hətta “Masallı həqiqətləri”nin kənara çıxmaması üçün yüksək vəzifəli məmurların yerlərdə təşkil olunan qəbullarına da yalnız “xüsusi imtiyazlı” şəxslər buraxılır.

Rayon sakinlərini narazı duruma salan isə burada illərdir ki, həllini gözləyən problemlərdir. Rayondaxili yollar olduqca bərbad durumdadır. Yağış, qar yağdığı zaman ucqar kəndlərə getmək müşkülə dönür. Rayon sakinləri belə havalarda hətta avtomobillərdən istifadə edə bilmirlər. Baxmayaraq ki, kəndlərə çəkilən yolların təmiri, yenidən qurulması sənədlərdə bir neçə dəfə baş tutub, əslində isə reallıq tamamilə başqadır. Xatırladaq ki, rayon

yollarının təmiri, yenidən çəkilməsi üçün 5 milyon manatdan çox vəsait sərf olunub. Ancaq bu pulların necə “yola verildiyini” görmək üçün sadəcə Masallı yollarında hərəkət etmək kifayətdir. Əslində bu vəsaitlə rayon yollarını tamamilə yenidən qurmaq mümkün idi. Ancaq Rafil Hüseynov Masallı yollarını yamamaqdan başqa heç bir iş görməyib.

Musakiçə-Lürən yolunun asfaltlaşdırılması üçün prezident tərəfindən ayrılmış vəsait isə rayon rəhbərliyi tərəfindən sözün əsl mənasında havaya sovrulub. Bu vəsaitə çəkilən yolun ömrü cəmisi bircə ay olub. Yenicə “çəkilən” yolun bircə aya dağılması səbəbindən onu sökməyə məcbur qalıblar. Milyonlarla vəsaitin talandığı 1700 metr yolu tamamilə dağıdaraq yenidən çəkməyə başlayıblar. Masallıları maraqlandıran odur ki, görəsən bu boyda talançılığa görə niyə kiməsə gözün üstə qaşın var deyən tapılmayıb?

Masallıda adi məişət qayğıları sakinlərin güzəranını ağırlaşdırır. İşıq, qaz problemi hələ də həll olunmayıb. Burada günlərlə işıq sönməsi adi həyat tərzidir.

Rayon tenderlərinin “ulduz qalibləri”

Rayonda ciddi işsizlik problemi hökm sürməsinə, kənd təsərrüfatının inkişafında süni maneələr yaradılmasına baxmayaraq, Rafil Hüseynov bütün gəlirli sahələri ələ keçirməyə müvəffəq olub. Masallıda icra başçısına bağlılığı heç kimdə şübhə doğurmayan obyektləri tanımayan yoxdur. Bu obyektlərin siyahısında mağazadan tutmuş zavoda qədər irili-xırdalı onlarla müəssisənin adı yer alır. Oncaqala kəndində yerləşən çörək zavodu, Təzə Alvadı kəndində yerləşən asfalt zavodu, beton-üzlük sexi, istirahət mərkəzləri, marketlər rayonun sosial iqtisadi “tərəqqisinin” bariz nümunələridir. Rayonda görülən bütün işlər məhz başçıya məxsus olan şirkətlər vasitəsilə həyata keçirilir. Çünki, bu şirkətlər tenderlərin qalibi olmaq üzrə çoxqatlı ölkə çempionlarıdır. Masallının inkişafı məqsədilə büdcədən ayrılan milyonlar isə məhz icra başçısı Rafil Hüseynova bağlılığı olan bir neçə şirkət tərəfindən “icra” olunur.

GUNinfo.az illərdir rayon tenderlərinin “ulduzu” olan şirkətlərdən daxil olan faktları təqdim edir:

Masallı rayon Köhnə Zuvand 120 şagird yerlik ümumi orta məktbə binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, müqavilə dəyəri 26 min manat);

-Masallı rayon Dəlləkoba kənd 140 şagird yerlik ümumi orta məktəb binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, 27 min manat);

- Masallı rayon Çayqıraq kənd 140 şagird yerlik ümumi orta məktəb binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, 27 min manat);

- Masallı rayon Şatıroba kənd 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satın alınması (Tikinti-Təchizat-dizayn MMC, 250 min manat)

-Masallı Qızılağac kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə bərk inventarların satın alınması (StarşKomşMex MMC, 5 min 574 manat);

-Masallı Kolatan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə bərk inventarların satın alınması ("Adil-Mübariz" TOM 20 min 930,84)

-Masallı Rayon İcra Hakimiyyəti Şərəfə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində təmir işlərinin satın alınması (12 saylı TT MMC, 11 min 150 manat)

-Masallı Uşaq İncəsənət Məktəi üçün yeni binanın tikintisi işlərinin satın alınması (BİK-TEXNİK MMC MMC 2 milyon manat);

-Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binanın təmiri işlərinin satın alınması (12 saylı TT MMC 9 min 800 manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Türkoba ərazi dairəsi üzrə icra nümayəndəliyi Binanın təmiri işlərinin satın alınması (12 saylı TT MMC 9 min 800 manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Xırmandalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyiinə bərk inventarların satın alınması("Star-CO" MMC 6 min 971manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə abadlıq üçün elektrik mallarının satın alınması (Mübariz-2013 MMC 25 min manat).


Faktlardan da göründüyü kimi, 12 tenderi cəmi 6 MMC "udub”. Verilən məlumatlara görə, adıçəkilən şirkətlərin hamısı bu və ya digər şəkildə Rafil Hüseynova məxsusdur və rayonda görülən bütün işlər, ayrılan vəsait məhz onların əli ilə “xırd” olunur.

Masallının aqrar sektoru necə məhv olunub?

Dövlət tərəfindən rayonda kənd təsərrüfatının inkişafı məqsədilə ayrılan subsidiyaların taleyi də qaranlıq olaraq qalır. Təkcə ötən il rayonda olan “subsidiya maxinasiyasının” məbləğinin bir neçə milyon manata yaxın olduğu bildirilir. 2014-cü ildə Masallı rayonunda subsidiya yardımına 7,7 min hektar əkin sahəsi yazdırılıb. Rayonda kənd təsərrüfatının inkişafını təmin etmək məqsədilə subsidiya yardımı üçün 1,5 milyon manatdan çox vəsait ayrılıb. Ayrılan subsidiya yardımının son hissəsi isə yanacaq üçün ayrılan vəsaitidir. Qeyd edək ki, 1 hektar torpaq sahəsinin becərilməsi və məhsulun toplanması üçün dövlət tərəfindən 40 manat yanacaq pulu hesablanıb.

Bildirilir ki, Masallı rayonunda ən çox subsidiya yardımını 13 kənd (Öncəqala 391 ha, Göyçəgöl 291 ha, Yeddioymaq 399 ha, Şərəfə 341 ha, Köhnə Alvadı 393 ha, Qarğalıq 659 ha, Xırmandalı 410 ha, Çaxırlı 713 ha, Təklə 885 ha, Həsənli 751 ha, Səmidxan 282 ha, Təzə Alvadı 281 ha, Ərkivan 395 ha) alıb. Bu torpaq sahələri ümumilikdə 6191 hektardır. Həmin kəndlərin adına yazılan torpaq sahələrinin yarı hissəsindən çoxu saxta əkin sahələridir. Məhz ayrılmış subsidiyaların təyinatı üzrə xərclənməməsi səbəbindən bu gün rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sektor tənəzzül təhlükəsi ilə üz-üzədir. Bu məqamda ölkə başçısının regionların sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə söylədiyi “subsidiyalar fermerlər üçün ayrılır, məmurlar üçün deyil” fikrini xatırlamamaq olmur. Yuxarıda dediyimiz rəqəmlərdən də aydın olur ki, rayon rəhbərliyi prezidentin göstərişlərinə hansı səviyyədə əməl edir.

Mənbə iddia edir ki, Masallıdan respublika rəhbərliyinə edilən şikayətlərin ardı-arası kəsilmir. Rayon məmur özbaşınalıqları səbəbindən olduqca həssas bir nöqtəyə çevrilib. Burada dəfələrlə baş verən etiraz aksiyaları bunu deməyə əsas verir. Əgər vaxtında tədbirlər görülməzsə, Masallıda növbəti Quba, İsmayıllı hadisələrinin baş verməsi qaçılmaz olacaq. Sakinlər onların problemlərinə biganəlik göstərən Rafil Hüseynova artıq etimad göstərmirlər. Qalır bu etimadsızlığın rəsmiləşdirilməsi.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq
GUNinfo.az
OXŞAR MÖVZULAR
loading...