Impera

XƏBƏR LENTİ
12:16Conun əlindən yeyilən bir qab xörək: Yaxud, “payıza qalanlar” haqda ballada... – EMİL MƏMMƏDOV YAZIR11:31“Böyük yeddilik” İranla bağlı qərar verdi11:29Azərbaycanlı bloqer Rusiyada saxlanıldı22:07Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi22:04Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi – VİDEO22:01“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”21:57Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı21:52Erməni kriminal avtoritetin həbs olunma anlarının VİDEO-su yayıldı21:47“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR21:43“AXI SİZ KİMSİNİZ? BÜTÜN XƏSTƏXANALARDA PUL YIĞILIR!” – VİDEO18:45İstirahət gününün havası18:43Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda iştirak edir - FOTO - VİDEO18:31İlham Əliyev İƏT-in Baş katibini qəbul edib13:08Hərbi maşın qəzaya uğradı-11 yaralı13:06Təhsil nazirindən yeni - TƏYİNAT13:05Türkiyədə də YAP yaradıldı10:51Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır10:50Abutalıbovun Bakıdakı milyonluq mülkləri - bazar, çayxana, restoran... - SİYAHI10:39“Nazir deyib ki, hər adamı qəbuluma yazmayın...” - Qalmaqal10:30Azərbaycanda ölü biznesi, qəbirləri qazıb sümükləri çıxarırlar və... - VİDEO21:53Şamaxı rayon icra başçısı nazirin tapşırığını saymadı, vətəndaş aclıq aksiyasına başladı21:49İcra başçısı bütün tenderləri eyni adama verir - Səbəb?21:47“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV21:35Süpürgəçilər yüksək sürətli yolda qorxulu anlar yaşatdılar - VİDEO21:30“Baku Bus”ın avtobusunda tüstülənmə olub – VİDEO21:27Komitə sədri ilə nazir soydaşlarımızın probleminə biganə yanaşır21:25Əli Əhmədovun narazı olduğu bazar Abutalıbovundur21:22“Bu açıqlamadan sonra Səfər Mehdiyev istefaya göndəriliməli idi”21:20YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO21:14İstirahət günlərində hava necə olacaq?21:12Hava hücumundan müdafiə vasitələrinin döyüş atışları - VİDEO21:08Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - VİDEO21:01Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlununda biznes şəbəkəsi var .... - FOTO20:52Kişiləri hovuzda oynadan aşıqdan AÇIQLAMA: "Bəyin özü də suya girdi" - VİDEO20:50Gömrükçülər Rusiyadan gələn "Mercedes"də görün nələr aşkarladı - VİDEO20:28Azərbaycanlı müğənni qəza törətdi, bacısı öldü - VİDEO20:21Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi - VİDEO20:19Cavid Qurbanov keçmiş AMİP-çi ailəsi ilə qohum oldu - FOTO20:10"Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?" - VİDEOMÜSAHİBƏ20:07Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"20:03İlham Əliyev Zelenskini təbrik etdi11:30Vilayət Eyvazovdan polislərə tapşırıq verdi: "Nəzakətli olmaq lazımdır" - VİDEO10:53Şeyx yenə ehsan qadağasından danışdı, reaksiyalar gəldi10:50Bakıda “Range Rover” parka belə girdi - VİDEO10:23Alı Alıyev sakinlərlə görüşdü - FOTO10:12Bir milyarda yaxın pul Azərbaycandan necə çıxarılıb?10:08Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:03“Greenpeace” və “WWF” G7 sammitini boykot etdi10:01Zaxarovadan "Ləzginka" rəqsi - VİDEO09:54BU NAZİRİN OĞULLARI DA ABŞ-a KÖÇDÜ… – “Bunlar Azərbaycanın gələcəyindən narahatdırlar?” - FOTO09:48Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? – VİDEO22:28"Bəs niyə həkimlər xəstədən rüşvət alır..."22:22“Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı”22:18Eldar Həsənovun Türkiyədə spirtli işki biznesi – Faktlar21:58Zakir Zeynalov oğlunun cinayətini etiraf etdi21:54Mingəçevirdə şəhid adına hörmətsizlik: - VİDEO21:50Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - VİDEO21:43Bakıda ana və övladı "KamAz"ın altında qalmaqdan BELƏ XİLAS OLDU - VİDEO21:38Dərnəgül bazarı yanır - VİDEO21:34Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ - VİDEO21:32Uşağını balkona zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR- VİDEO21:30Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO19:39“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV19:11Qarabağ əlilindən ŞOK İDDİA: Tərtər Mərkəzi Xəstəxananın müavini Mətanət Hüseynzadə məndən 3600 manat rüşvət alıb(Səs yazısı)12:51Bu yay neçə nəfəri gün vurub?12:40Bakı Baş Gömrük idarəsində MEBEL MONOPOLİYASI - Sənan rəis Kənan Məmmədovla neçə ANLAŞDI12:26“İşsizin DOSTu” proqramı necə icra olunur11:51500 nəfər əlilə kiçik biznesini qurmaq imkanı yaradılır - FOTO11:38ƏBÜLFƏZ ELÇİBƏYSİZ 19 İL - ANIM10:16Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO10:11“Instagram”ın işində nasazlıq yaranıb10:08Bir evdən üç general... – Əli Nağıyev və qardaşları10:03Spiker körpəni əmziklə yedizdirdi - VİDEO10:01Xalik Məmmədov sosial narazılıq yaradır - Onun adı FETÖ siyahısından necə “silindi”?09:58Rusiyadakı şübhəli həbsin Eldar Mahmudovla nə əlaqəsi var?22:41Vilayət Eyvazovdan yeni təyinat22:38Xanhüseyn ƏLİYEV: "Gömrük Komitəsi qanunlara məhəl qoymur" - VİDEO22:36Milli Məclisin biznesmen deputatlarının – Qısa siyahısı20:15Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi20:11Prezident XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif etdi - SİYAHI20:07Şəhid pilotun anım mərasimi keçirildi - FOTO - VİDEO19:59Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...13:05Sabah hava necə olacaq?12:51İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış – onun çoxşaxəli biznesinin siyahısı yayıldı12:39Şokoladın içində narkotik keçirmək istədi - VİDEO12:14Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi12:11"Facebook"da yeni funksiya12:08Siraqəddin Cabbarov işini-gücünü buraxıb... -VİDEO11:44"Bizə gömrük işçiləri problemlər yaradırlar"11:03Azərbaycanda maye qaz bahalaşa bilər11:00Lənkəranda meşə belə yanır - VİDEO10:56Etibar Pirverdiyev işçilərin pulunu vermir10:42HACI QALİBİN SÖKDÜYÜ MÜLKLƏRƏ GÖRƏ DÖVLƏT QURUMLARI MƏHKƏMƏYƏ VERİLDİ10:35Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....10:25Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir10:22660 bal toplayan gənc universitetin Şəki filialını seçdi - VİDEO10:19Dünya bazarından 4 dəfə bahalı biletlər09:10Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var13:18Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir12:56Ermənilər Şuşadan Azərbaycanı aşağılayan yeni görüntülər yaydı — VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Vaqif Əliyev və oğlunun həbsi tələb olunur – Prokurorluğa müraciət edildi

09 avq 2019, 11:13   
Vaqif Əliyev və oğlunun həbsi tələb olunur – Prokurorluğa müraciət edildi

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və oğlu Orxan Əliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilir. Bu barədə AFN-ə V.Əliyevin yaxın qohumunun fırıldaqlarından zərərçəkən bir qrup şəxs məlumat verib.

Xatırladaq ki, bir neçə gün öncə AFN-də həmin məsələ ilə bağlı geniş yazı dərc edilib (https://afn.az/bildiris/81436-vaqif-eliyevin-qohumlarinin-tender-talani-.html). Yazıda bildirilir ki, V.Əliyevin baldızı oğlu, “Azfen” şirkətində vəzifədə işləyən Nicat Qarayev bir qrup şəxsə 4,1 milyon manat pul “atıb”. Onlardan “iş görüb pul qazanıb qazancı bölmək” adı ilə vəsaiti alan N.Qarayev sonradan bildirib ki, xalasının oğlu Orxan Əliyev (SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin oğlu-red.) pulun qaytarılmasına mane olur. Beləliklə də zərərçəkənlərin 4,1 milyon manatı aylardır qaytarılmır. Onu da qeyd edək ki, yazı AFN-də dərc edildikdən sonra bir neçə gün əvvəl xaricə gedən N.Qarayev ölkəyə gələrək prokurorluq orqanlarına, daha konkret isə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təslim olub. Buna qədər isə zərərçəkənlər V.Əliyevlə əlaqə saxlayaraq pullarını istəyəndən sonra idarə rəisinin oğlu adıçəkilən quruma müraciət edərək ailələrinin adının fırıldaq əməlində hallanmasından narahatlığını bildirib. Bu barədə yazı dərc edildikdən sonra V.Əliyev özü açıqlama vermişdi. Zərərçəkənlərin AFN-ə verdikləri məlumata görə, N.Qarayev həmin müraciət əsasında saxlanmayıb, özü könüllü təslim olub.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gedən şikayətçilər isə N.Qarayevin həbsi ilə kifayətlənmədiklərini bildiriblər: “Müstəntiq izahat aldı. Bildirdik ki, Nicat Qarayev bu əməlləri özbaşına törətməyib. “Azfen”də çox adam çalışır, Nicatdan da qat-qat yüksək vəzifə tutanlar var. Niyə onlar belə işlər görə bilmirdilər? Nicatın himayəçisi Vaqif Əliyevdir. O və xanımı, Nicatın xalası ona şərait yaradırdılar ki, şirkətdə iş görüb pul qazansın. Sadəcə Nicat özlərinin arasında bəzi qaydaları pozduğuna görə onu zərbə altında qoydular. Əvvəlcə Nicatı ölkədən çıxartdılar, görəndə ki, biz pulumuzu tələb edirik, gedib haqqında şikayət etdilər, sonra da çox güman ki, öz aralarında razılaşaraq könüllü təslim olmasını təşkil etdilər. Bir müddətdən sonra Nicatın azadlığa çıxacağı da şübhəsizdir. Ona görə də biz tələb edirik ki, Vaqif Əliyev və oğlu Orxan Əliyev də cinayət məsuliyyətinə cəlb edilsinlər, həbs olunsunlar. Çünki Nicat bütün proseslərdə onların adından iştirak və hərəkət edib. Və onlar da bundan xəbərdar olublar”.
Sonuncu fikirlərini sübut etmək üçün əllərində sübutlar olduğunu deyən şikayətçilərin sözlərinə görə, həmin sübutları da istintaq orqanına təqdim ediblər: “Vaqif Əliyevin özünün səs yazısı var, etiraf edib ki, Nicat Qarayev ötən il də kiminsə pulunu mənimsəyib, eyni problem yaranıb. Sadəcə həmin vaxt məbləğ az olub, səhv etmiriksə 500 min manatdan gedib söhbət. Ona görə məsələnin üstünü ört-basdır ediblər. Biz də sual edirik: niyə həmin vaxtı Nicat Qarayev haqqında ölçü götürülmədi? Necə oldu ki, “Azfen”in rəhbərliyi Nicatı işdən çıxartmadı? Niyə Vaqif Əliyev onda narahat olub hüquq-mühafizə orqanlarına müraciət etmədi? Niyə yenə Nicatın əlində o imkanlar qaldı ki, bizim 4,1 milyon manatımızı yedi?”
Şikayətçilər sözügedən vəsaitləri N.Qarayevə verərkən kifayət qədər araşdırma apardıqlarını da deyirlər. Onlar əmin olublar ki, bu işlərdə V.Əliyevin ailə üzvlərinin iştirakı və marağı var: “Vaqif Əliyevin xanımı, Nicat Qarayevin xalası ona müxtəlif adamlarla külli miqdarda pul göndərirdi. İstintaq obyektiv aparılsa həmin adamlar da cəlb edilərək ifadə verəcəklər. Pulların kim vasitəsilə, hansı formada göndərilməsi də bizə məlumdur. Ola bilmzə ki, bütün bunlardan Vaqif Əliyevin, oğlu Orxan Əliyevin xəbəri olmasın. Biz əmin olduğumuz üçün tələb edirik ki, onlar da cəlb olunsunlar. Nicat açıqca deyirdi ki, Vaqif Əliyev xalasının əridir, onun şirkətləri var, o şirkətlər vasitəsilə “Azfen”ə mal verir 70-80 faiz qazanc götürür. Biz o vaxt maraqlandıq ki, Vaqif Əliyevin özünün pulu yoxdurmu bu işi görməyə? Nicat dedi ki, xalam ordakı şirkətlərin biri ilə “işləyib” pul qazanmağa şərait yaradıb mənə. Nicat özü də “Azfen”də Təchizat İdarəsində işlədiyi üçün bu işlərə rahat girişirdi. Yəni ki, ona şərait yaradılmışdı orda. Bizi Nicatla tanış edən dostumuz da deyirdi ki, neçə ildir bu proses var, əvvəllər kiçik summalarla işləsə də, sonradan Nicata böyük imkanlar yaradılıb, vəsaitlər böyüyüb. Sonradan xalası oğlu Orxan Nicatın prosesə kənar adamlar cəlb etdiyini öyrənib və ona görə də pulların verilməsinə problem yaradıb, onu işdən çıxartdırıb. Həmin vaxt Nicat bizimlə görüşdü dedi ki, Orxan uşaqdı, səhv edir, Vaqif Əliyev burda yoxdu, gəlsin atam gedib danışacaq, həll edəcək. Amma məsələ gəlib bu həddə çıxdı. Bizim pullarımız Vaqif Əliyevdədir, biz ondan tələb edirik vəsaitimizin qaytarılmasını”.
Şikayətçilər V.Əliyevin məsələdən agah olması, pullarının N.Qarayevə verilməsi ilə bağlı əllərində olan bütün dəlil-sübutları prokurorluğa təqdim etdiklərini bildirdilər. Həmin dəlil-sübutların arasında V.Əliyevin səs yazısı, videogörüntü və s. var.
Bütün qeyd edilənlərlə bağlı V.Əliyevin mövqeyini almaq üçün özü ilə əlaqə saxladıq. “Mənim telefonumu sizə kim verib? Nömrəmi hardan almısız?” deyə bizə irad bildirsə də, sonradan suallarımızı cavablamağa razı oldu. Şikayətçilərə bir ay əvvəldən hüquq-mühafizə orqanlarına gedib müraciət etmələrini məsləhət gördüyünü deyən V.Əliyev N.Qarayevin ötən il də eyni əməli törətməsindən xəbərsiz olduğunu bildirdi: “Mənim səs yazımı özümdən icazəsiz yazmaq isə cinayət əməlidir”.
Onu da qeyd edək ki, V.Əliyev ondan mövqe almaq üçün zəng edən müxbirimizi təhqir etdi. Öncə danışığın qeydə alınıb-alınmadığını soruşdu. Bunun üçün icazə almadığımız üçün səs yazısının aparılmadığını bildirdik. Bundan sonra danışıq zamanı şikayətçilərin “reket” mətbuata müraciət etmələrini tənqid edən idarə rəisinin diqqətinə AFN-in reket olmadığını çatdırsaq da, o vətəndaş şikayətini işıqlandırmaqla bizim şərəfsizlik etdiyimizi bildirdi. Üstəlik, saytımızın baş redaktorunun ünvanına böhtan dolu fikirlər səsləndirən V.Əliyev görünür, özünü təmizə çıxarmağa belə çalışır. İdarə rəisi bizimlə bağlı haqqında yazı yazdığımız üçün prokurorluğa şikayət etdiyini də dedi. Səs yazısının aparılmadığına əmin olduqdan sonra təhqirə yol verən V.Əliyev görünür ölkə qanunlarını və texnologiyanın imkanlarını bilmir. İdarə rəisinin xəbəri yoxdur ki, telefon danışıqları çıxarıla və məhkəmə predmeti ola bilər.
Olduqca kobud və etik normaları aşan ifadələr işlədən V.Əliyevin təmsil etdiyi vəzifəyə layiq şəxsi keyfiyyətlərə malik olmadığını artıq əminliklə qeyd edə bilərik. SOCAR beynəlxalq səviyyəli bir şirkətdir və onun mühüm idarəsinə rəhbərlik edən şəxsin ünvanına tənqid yazan KİV-i, ondan mövqe öyrənmək üçün zəng edən jurnalisti təhqir etməsi yolverilməzdir. Məsələ ilə bağlı SOCAR rəhbərliyinə müraciət olunacaq və ümid edirik ki, hörmətli Rövnəq Abdullayev lazımi ölçü götürəcək.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...