Impera

XƏBƏR LENTİ
10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO12:24“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - VİDEO12:16“Novruz Məmmədov" Dadaşlinskidən iş istəyib - VİDEO12:14Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO12:10Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO12:07"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"12:04Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində...12:02Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar – VİDEO11:58Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı11:55Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq11:53SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək11:51İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTO11:45“Qobu Park-2” yaşayış kompleksinin açılışı olub - FOTO11:41Naxçıvanlı iş adamı Moskvada baltalandı - VİDEO11:10"Sən bu cəmiyyətə nə vermisən ki, yaltaqlanmaqdan başqa" - PARTİYA SƏDRİNDƏN SƏRT SÖZLƏR/VİDEO11:07Emmanuel Makron İlham Əliyevdən dəstək istədi11:05“Bizim günahımız nədir?” – Tolikdən Kəmaləddin Heydərova MÜRACİƏT11:01Qaradağ rayonunda Müdafiə Nazirliyinə məxsus tikilini kimlər sökür? - VİDEO22:25ABŞ ŞOKDA: Pakistan, Macarıstan, İspaniya, Qatar və Rusiya - “Barış Pınarı” əməliyyatlarında Türkiyəni dəstəklədi22:02DİQQƏT: Qarabağda müharibə yenidən başlayır
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.

13 sen 2019, 16:59   
İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.

Mehriban Əliyevanın qəbuluna getdi, işdən qovuldu(?)

Yenixeber.org: Redaksiyamıza Sumqayıt şəhər sakini Bayramova Aytəkin Mail qızının cənab Prezidentə ünvalamış olduğu müraciətin surəti daxil olub. Müəllif müraciətində işlədiyi 4№-li körpələr evi-uşaq bağçasından əsassız olaraq qovulmasından, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tərəfindən qarşılaşdığı haqsızlıqlardan, ailəsinin acınacaqlı durumundan və s. bəhs edir. Aktuallığını nəzərə alıb müraciəti müəyyən ixtisarla dərc edirik:

“Cənab Prezident!

Məni əsassız səbəbdən 3 aydır ki, işlədiyim 4№-li körpələr evi-uşaq bağçasından azad ediblər. Dayə köməkçisi işləyirdim. Ali təhsilliyəm, əmək haqqım da 94 AZN (doxsan dörd manat) idi.
Atasız övlad böyüdürəm. Təkəm, bir xəstə atam var. Özü də onkoloji xəstədir, əmək qabiliyyətini itirib. Ailəni tək mən dolandırırdım. Bu səbəbdən də tərbiyəçi keçmək üçün dəfələrlə baxça müdirinə, icra hakimiyyətinin I müavini Teymur Səmədova müraciət etdim. Məndən külli miqdarda-7 min AZN (yeddi min manat) tələb etdilər. Mən isə Sizə və hörmətli xanım Mehriban Əliyevaya məktubla müraciətlər etdim. Lakin müraciətlərim icra hakimiyyətinə göndərildiyi üçün Teymur müəllim məni həmişə işdən çıxarmaqla hədələyirdi. Mən may ayının 29-da Mehriban xanım Əliyevanın qəbuluna getdim. İyun ayının 18-də mənim qolumdan tutub məcburən işdən çıxardılar. Yeni gələn müdir dedi ki, mən Teymur Səmədovun bacısı qızıyam, mənə bata bilməzsən. İstəsən Prezidentin evinə get, şikayət elə, xeyri yoxdur. Otaqdakı əşyaları sındırdılar, mənə məxsus olan əşyaların hamısı yararsız vəziyyətə düşdü. Bağçaların böyüyü, metodist Aynur Şirinova, təsərrüfat müdiri Nərgiz Bayramova və müdirə Gülnar Əliyeva birləşərək məni döydülər. Əşyalarımı götürməyə gedəndə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş plakatda isə ünvanıma nalayiq ifadələr yazılmışdı. Adı isə Nərgiz qeyd olunmuşdu. Kollektivlə yaxşı davrandığım halda hamısına məcburi imzalatdıraraq məni istəmədiklərini qeyd etmişdilər. Mən sonuncu dəfə iyün ayın 4-ü o bağçaya getdim. Müdir məndən 7 min AZN (yeddi min manat) tələb etdi. Sonra dedi ki, 5 min AZN (beş min manat) ver, səni yenidən işinə bərpa edim. Bu barədə Baş Proküurorluğa müraciət etsəm də, heç bir nəticəsi olmadı. Teymur Səmədovun qəbuluna 3 aydır ki, gedib-gəlirəm. Məni görən kimi qəbulu yarımçıq qoyub gedir. Deyir ki, bir də bura gəlsən, səni aradan götüzdürəcəyəm. Xarici pasport düzəlt, rəd dol Azərbaycandan. Burada sənə iş yoxdur.
Onu da qeyd edim ki, məni 70-ci maddə ilə işdən qovub. Məşğulluq mərkəzinə iş üçün müraciət etsəm də orada mənə dedilər ki, Teymur müəllim tapşırıb ki, sənə iş verməyək. Uşağa verilən ünvanlı sosial yardımın vaxtı fevral ayında bitir. Oranın müdiri məni çağırıb dedi ki, bundan sonra bura gəlmə, sənə verilən sosial müavinət fevral ayında bitəcək. Səmədov Teymur tapşırıq verib ki, ünvanlı sosial yardımını da kəsək. İşləməyən vətəndaşa sosial müavinət düşmür. Övladımın 9 yaşı var, kirayədə qalıram. Atam yataq xəstəsidir. Təkbaşıma necə yaşayıram, onu Allah bilir. Övladıma məktəb ləvazimatları ala bilmirəm. Quru çörəyə möhtacam. Teymur müəllim mənə deyir ki, get oğurluq elə, kafedə işlə, nə edirsən, et, mənə maraqlı deyil. Uşağına atalıq etməliyəm? O maddə ilə səni heç kim işə götürməyəcək. Mən başa düşə bilmirəm ki, Mehriban xanımın qəbuluna getmək cinayətmi sayılır? O səbəbdən işdən azad olmaq məntiqə sığmır. Uşaq xəstəxanasına uşağın müalicəsi üçün getdim. Baş həkim mənə dedi ki, Teymur müəllim tapşırıb ki, sənə heç bir güzəşt olmayacaq. Xəstəxana pulludur. Hansı müəssisəyə, idarəyə gedirəmsə, qadağalarla qayıdıram. İncəsənət məktəbinə gedirəm, eyni sözü eşidirəm. Hal-hazırda mənim yerimə heç kim götürülməyib. Mənim maaşım da müdirin adına yazılıb. Bunu mənə metodist Aynur Şirinova dedi.

Cənab Prezident!

Kasıb, çarəsiz, fağır vətəndaşa məmur tərəfindən olunan zülümlərə dözə bilmirəm. Uşağımı uşaq evinə verib, özümü isə intihar edəcəyəm. Bu məsləhəti mənə Teymur Səmədov verib. Hətta deyib ki, gəl icra hakimiyyətinin həyətində özünü as. Onsuz Allah da göydən yerə ensə, yenə sənə iş verməyəcəm. Mən isə 3 aydır ki, həqiqətən işləmirəm. Övladım da xəstəlik tapıb. Onun da üzünə baxa bilmirəm.

Ölkə başçısı olaraq Sizdən imdad diləyirəm".

Biz məlum qayda və prinsiplərə uyğun olaraq müraciətdə yer alan ittihamlarla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən də mövqe öyrəndik. İcra Hakimiyyətindən səslənən ittihamları təkzib etdilər: "Məlumat üçün bildiririk ki, Bayramova Aytəkin Mail qızı 02.05.2017-ci il tarixdən 19.06.2019-cu il tarixədək 4 saylı körpələr evi – uşaq bağçasında dəyişəyə baxan vəzifəsində işləyib. İşlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirməyib, müntəzəm olaraq nizam-intizam qaydalarını pozub, iş yerindəki qayda - qanunlara riayət etməyib. Qeyd olunan səbəbləri əsas tutaraq Aytəkin Bayramovaya xəbərdarlıq, 03.05.2019-cu ildə tarixdə töhmət, 11.06.2019-cu ildə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib. Lakin Aytəkin Bayramova, barəsində görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxartmayıb, əmək intizamını pozmaqla müəssisənin normal iş prosesinə mənfi təsir göstərib.
Qeyd olunanlar nəzərə alınaraq 19.06.2019-cu il tarixdə işdən azad edilib. Dəfələrlə şəhər icra hakimiyyətinin nümayəndələri onunla söhbətlər aparıb, şəhərin bütün sakinlərinə olduğu kimi, Aytəkin Bayramovaya da diqqət və qayğı ilə yanaşılıb, ailə vəziyyətini nəzərə alaraq ona daha yüksək əmək haqqı olan iş təklif olunub. Lakin o öz izahatında həmin işlərdən imtina edib".
Redaksiyadan: Yazı dərcə hazırlanarkən Aytəkin Bayramova bu cavabda yer alan iddialarla razılaşmadığını bildirdi: "Əvvəla mənə xəbərdarlıq olmayıb və dəfələrlə töhmət verilməyib, ikincisi də mənə heç bir iş təklif olunmur. Əksinə, mən iş üçün yalvarıram, məni Teymur müəllim qovur".

P.S. Onu da əlavə edək ki, Aytəkin Bayramova Teymur Səmədovla olan dialoqlarının audio yazısını da redaksiyamıza təqdim edib. Hələlik onu ictimailəşdirməyi uyğun bilmirik.
OXŞAR MÖVZULAR
loading...