Impera

XƏBƏR LENTİ
02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bar qızlarını döydü, şirkət rəhbərlərini... - Bakıda ağlasığmaz dələduzluq

29 mar 2017, 10:29   
Bar qızlarını döydü, şirkət rəhbərlərini... - Bakıda ağlasığmaz dələduzluq















Dələduzluq və xuliqanlıqda ittiham olunan Biləsuvar şəhər sakini, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevin və onunla birlikdə mühakimə olunan Şamil Taralovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbuhi Əliyev “Merac Holdinq” MMC-in idarə heyətinin sədri vəzifəsində, daha sonra isə “Antinari” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktor-marketinq meneceri vəzifəsində işləyib. Anket məlumatlarına görə, o, ali təhsilli olub və əvvəllər məhkum olunmayıb.

Səbuhi Əliyev əsasən gecə klublarının qarşısına gələrək, ora gələn gənc qızlara qarşı xuliqanlıq hərəkətləri edib. Səbuhi Əliyev həbs olunandan sonra onun çoxsaylı dələduzluq cinayətləri üzə çıxıb.

Cinsi əlaqədə olmaq istəyi

Belə ki, Səbuhi Əliyev Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında yerləşən “Tvilight” klubuna gəlib. Orada digər vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub.

O, Rəhimə Əliyevanın (ad və soyad şərti verilib - red.) yanına gələrək onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Amma Rəhimə Əliyeva onun cinsi əlaqədə olmaq təklifini rədd edib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı o, təpiklə gənc qızı vurub.

Daha sonra Səbuhi Əliyev həmin gecə klubunda əylənməyə gələn Samirə Babayeva və onun bacısı Vəfa Babayevaya (hər iki bacının adı və soyadı şərti verilib – red.) qarşı xuliqanlıq edib.

O, Samirə Babayeva və onun bacısına yaxınlaşıb, onlarla cinsi əlaqədə olmaq üçün birlikdə evə getmələrini təklif edib. Amma hər iki bacı onun təklifi ilə razılaşmayıb. Bu zaman əsəbləşən Səbuhi Əliyev hər iki bacını döyərək, onlara xəsarət yetirib.

MMC rəhbərinə qarşı 3 min manatlıq dələduzluq

Bundan sonra onun çoxsaylı dələduzluq cinayətləri üzə çıxıb. O, 2012-ci ilin may ayının ortalarında özünü iş adamlarına Türkiyə Respublikasının vətəndaşı Əmrə Ünlü Miyar oğlu kimi təqdim edib. O, Sumqayıt şəhər sakini Tehran Rüstəmov ilə yaxın münasibətlər yaradıb.

Səbuhi Əliyev guya özünün yüksək rəhbər vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, onların yanında nüfuzlu şəxs kimi tanındığını iddia edib. O, Bakı şəhəri ərazisində “Bayraq meydanı”nın yaxınlığında 4 ədəd 5 mərtəbəli binanın söküntü işlərinin tenderdə qalib kimi “Murad” Tikinti Təmir Müəssisəsinin xeyrinə həll olunmasını və qeyd edilən işlərin həmin şirkətə tapşırılmasını təmin edəcəyini yalandan vəd verib. Tehran Rüstəmovu aldadaraq, onun 3000 manatını ələ keçirib.

12 min manatlıq cinayət

Bundan əlavə, Səbuhi Əliyev özünü vəzifəli şəxslərin qohumu kimi təqdim edərək daha bir dələduzluq cinayətinə imza atıb. O, Bakı şəhəri, Q.Quluyev küçəsi 41 ünvanında yerləşən ofisdə, Bakı şəhəri ərazisində tikintisi nəzərdə tutulan 1, eləcə də Sumqayıt şəhəri ərazisində təmiri nəzərdə tutulan 1 məktəbdə görüləcək işlərin tenderdə “Nicat” və “Xalid” MMC-nin qalib gələcəyini, işin həmin şirkətlərə tapşırılacağını təmin edəcəyini iş icraçısı Pərviz Məmmədova yalandan vəd edib. O, Pərviz Məmmədovu aldadaraq, Türkiyə Respublikası vətəndaşları - Müzəffər Şahin və Çelebi Mustafanın vasitəsi ilə hissə-hissə olmaqla, ümumilikdə 12858 manatını alıb.

Həmçinin, Səbuhi Əliyev Cəlilabad rayonu ərazisində tikintisi nəzərdə tutulan orta məktəbdə görüləcək işlərin tenderdə Məhəmməd Ağayevin icraçı direktoru olduğu “Cəlilabad su tikinti” MMC-nin xeyrinə udulucağını və işin həmin cəmiyyətə tapşırılıcağını təmin edəcəyini yalandan vəd verib. O, Məhəmməd Ağayevdən Müzəffər Şahin və Çelebi Mustafanın vasitəsi ilə cəmi 4500 manat alaraq dələduzluq edib.

Bundan başqa, Səbuhi Əliyev “Maks-inşaat” MMC-nin rəhbəri Qərib Balakişiyevdən 33 min manat, “Kapital” MMC-nin baş mühəndisi olan Ramiz Hüseynovdan 14 min 200 manat alaraq dələduzluq edib. O, daha sonra bir neçə şəxsi nazirliklərdə işə düzəldəcəyini vəd edib və onların xeyli miqdarda pullarını ələ keçirib. Bütün bu dələduzluq əməllərində ona Şamil Taralov köməklik edib.

Səbuhi Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə, Şamil Taralov isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Şamil Taralov da şərti cəzaya məhkum edilib.

Hökmdən narazı qalan Səbuhi Əliyev apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Səbuhi Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Bundan sonra o, Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Səbuhi Əliyevin kasasiya şikayəti təmin edilməyib.
OXŞAR MÖVZULAR
loading...