Impera

XƏBƏR LENTİ
00:02YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO23:56Binə qəsəbəsində sakinlərin yolu qanunsuz olaraq bağlanıb10:48Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu10:33Vilayət Eyvazovdan növbəti - TƏYİNAT10:25Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR15:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT15:22Dünyada polis icazəsiz aksiya keçirənləri belə cəzalandırır - VİDEOLAR15:10“Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət15:02Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Ərdoğandan hesabat tələb edir14:59“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb14:57Səfir Azərbaycanla bağlı Ukrayna telekanalına nə danışıb? - VİDEO13:39SON DƏQİQƏ: Səhiyyə naziri istefaya göndərildi? - Oqtay Şirəliyev İŞ OTAĞINI BOŞALTDI13:24Duman olacaq, külək əsəcək13:18Adam öldürən futbolçumuz Araz Abdullayev yenidən avtoşluq etdi - VİDEO12:28“Bizi təxribata çəkirlər” - “Arzu” Ticarət Mərkəzinin rəhbəri - VİDEO12:25ABŞ-da yaşayış evi qanla doldu – VİDEO12:16Elton Məmmədovun "avtoş" oğlu vətəndaşa necə "dəstək çıxır" ? – VİDEO10:53SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq10:45Bakıda kişi hamilə arvadını ütü ilə yandırdı - VİDEO10:35Samir Şərifovun adamı "casus" peşində...10:32Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”09:42Mehriban Əliyevadan Müstəqillik Günü təbriki09:26İlham Əliyev Xalq artistinə ev verdi09:21Azərbaycan Müstəqillik Gününü qeyd edir01:43Əli Kərimlinin məqsədi AÇIQLANDI - Səs yazısı YAYILDI - VİDEO20:53Əflatun Amaşovdan sensasion ETİRAF20:49“ARAZ” SUPERMARKETDƏ SATILAN XURMADAN QURD ÇIXDI20:42Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR20:34Cahandar Bayoğlu Türkiyə telekanalında Elçibəydən danışdı - VİDEO20:29“ Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI20:26“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” - VİDEO20:18Adil Vəliyevdən kütləvi narazılıq I Vitse Prezidentin nəzarətində20:14“Sən üzünü çox yaxşı göstərdin” – VİDEO20:11Azərbaycanda polis yanan maşını belə söndürdü - VİDEO20:09KABİNETİNİ CADU ETDİRƏN KEÇMİŞ “AZƏRİŞIQ” SƏDRİNİN DAHA BİR “SİRLİ” ƏMƏLİ – VİDEO20:03Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar19:37Taleh Qaraşov bağçadan haqq alır - VİDEO19:29Biznesmen məktəb direktoru19:23Tanınmış gəncdən Prezidentə müraciət: “Sizin gənclərlə bağlı verdiyiniz qərarlar sabotaj olunur”19:20Politoloq: “Xalqı qorxu və gərginlik içində saxlayanlar ... indi çıxış yolları axtarırlar”19:14Vilayət Eyvazov generalı İŞDƏN ÇIXARDI - FOTO19:10Azərbaycanda vəzifəli şəxs həbs olundu (RƏSMİ)19:08İlham Əliyev: Sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilsin19:06SON DƏQİQƏ: şiddətli döyüşlər gedir, çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı19:04DİN və Baş Prokurorluq Əli Kərimliyə sərt xəbərdarlıq etdi14:51Hava buludlu olacaq14:47SOCAR yeni istiqrazlar buraxacaq14:46Şəkidə yük avtomobili piyadanı vurdu - VİDEO12:14Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur12:08İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü12:04Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH11:583 GÜN ƏRZİNDƏ, ÜZDƏKİ BÜTÜN NÖV LƏKƏLƏRİ APARAN ƏN UCUZ VƏ ASAN MASKA!11:55Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi11:21Bu ərazilərdə qaz təchizatı dayandırılır11:20Şabranda nə baş verir?11:17Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi11:15Arzu Rəhimovun kadrının dəbdəbəli həyatı11:06AzTV-nin 2 milyonluq tenderi ləğv olunub?11:02Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – FOTO09:59“Hagibis” tufanından Yaponiyadakı azərbaycanlılardan xəsarət alan var? - VİDEO09:5713 saylı cəzaçəkmə müəssisəsində insanlıq dramı09:54Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” - FOTO21:08Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO21:04Prezident Mayıl Əhmədovu təltif etdi16:07Fuad Qəhrəmanlıya cinayət işi açıldı16:03İcra Hakimiyyətində yeni təyinatlar15:47"VAQİF ƏLİYEV VƏ QOHUMLARI" İŞİNDƏ ZƏRƏRÇƏKƏNLƏR PREZİDENTƏ VİDEOMÜRACİƏT EDİBLƏR15:44İnam Kərimov iki direktor təyin etdi15:41Hava yağmursuz olacaq11:36Vilayət Eyvazova ağır itki üz verdi11:26Prezidentin Zirvə Görüşündə Zəngəzur məsələsini qabartmasının səbəbi - ŞƏRH11:16Vilayət Eyvazov daha iki rəis təyin etdi10:35Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:33Maqsud Mahmudov haqda sensasion sənədlər yayıldı - Arvadının porno şəkillərini...10:29Bakıda oteldə dəhşət: 200 manat verdiyi qadın intim əlaqədən imtina etdi, sonra… – VİDEO02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

DEPUTAT ADİL ƏLİYEVİN ƏMLAK ÖZBAŞINALIĞINDAN PREZİDENTƏ ŞİKAYƏT

05 okt 2019, 21:01   
DEPUTAT ADİL ƏLİYEVİN ƏMLAK ÖZBAŞINALIĞINDAN PREZİDENTƏ ŞİKAYƏT

Şikayətçilər: «Cənab Prezident, Adil Əliyev deputat toxunulmazlığından sui-istifadə edərək özünün səs verdiyi və mülkiyyət və əmlak hüquqlarımızı təmin edən qanuları kobud surətdə pozmuşdur…»

Daha bir deputatın əmlak özbaşınalığı üzə çıxıb. Belə ki, «Təzadlar»a müraciət edən Bakı şəhər sakini Məmmədova Xəzəngül Xəlil qızı, Ağdamdan məcburi köçkünlər- Məhərrəm Əhmədov, Həmzə Əhmədov, Elxan, Elşad və Şadman Qafarovlar başlarına gətirilmiş müsibətlər barədə cənab Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mnhriban xanım Əliyevaya, eləcə də Baş Prokuror Zakir Qaralova, Azərbaycan ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlı müraciətlərini bizə təqdim etdilər. Şikayətçiləri dinlədikdən sonra təqdim etdikləri rəsmi sənədləri, məhkəmə qərarlarını təhlil etdik. Eləcə də foto və videokadrları, səs yazılarını dinlədik. Vətəndaşların Binəqədi Bələdiyyəsində, Bakı Apellyasiya və Ali məhkəmələrdə hansı saxta dəlillər və dırnaqarası sübutlarla konstitusion hüquqlarının necə və hansı ədalətsizliklər və özbaşınalıqlarla pozulmasını görəndə çox təəssüflər etdik. Çünki bütün bu özbaşınalıqların və qanun pozuntularının, vətəndaşların mülkiyyət-əmlak hüquqlarının ayaq altına atılmasının başında Ali Qanunverici orqanımızda əyləşən, qəbul olunan qanunlara imza atan, səs verən deputat Adil Əliyevdir. Biz bunu qeyd olunan sənədlərə, eləcə də rəsmi dövlət orqanlarının vətəndaşlara verilən rəsmi cavablarına, məhkəmə çıxışlarına və s. istinadla deyirik…
Beləliklə, şikayətçilərin cənab Prezident İlham Əliyevə müraciətini təqdim edirik (sənədlərə istinadlı araşdırma yazısı isə ardınca təqdim olunacaq):

Çox hörmətli cənab Prezident!

Sizin ölkəmizdə vətəndaş həmrəyliyi və milli barışıq, insan hüquq və azadlıqlarının, vətəndaşların əmlak və mülkiyyət hüquqlarının müdafiəsi sahəsində yürütdüyünüz siyasətə güvənərək aşağıdakı müraciəti qəbul etdik. Çünki Siz həmişə məmurların xalqın xidmətçisi olmasını demisiniz, bunu da bütün məmurlara tövsiyyə etmisiniz. Lakin bizim mülkiyyət hüquqlarımızı kobud surətdə pozan şəxsin məhz Milli Məclisin-Ali Qanunverici orqanın deputatı Adil Əliyevin olacağını ömrümüzdə təsəvvür etməz və ağlımıza belə gətirməzdik. O, özünün səs verdiyi və qəbul etdiyi qanunlara tüpürərək bizə qarşı olmazın haqsızlıq etmişdir və bunu sözlə ifadə edə bilmirik. Belə ki, 2007-ci ildə Binəqədi rayonu, 7-ci mkr. S.S.Axundov küçəsi Dəmirçi sexinin yanında yerləşən 1000 kv.m torpaq sahəsini vət. Nazif Məsimovdan 450.000 (dörd yüz əlli min) manat məbləğində pul ödəyərək almışam. Elə həmin gün Binəqədi rayon Bələdiyyəsinin sədri Natiq Məmmədov və heyət üzvlərinin iştirakı ilə sənədlər bələdiyyənin daimi mülkiyyətə malik olması, eləcə də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Məmmədova Xəzəngül Xəlil qızının adına rəsmiləşdirilmişdir. Eyni zamanda Dövlət rüsumunu da həmin gündə keçirtmişik. Qalan vətəndaşlar isə yazılı müqavilə və ərizələrlə ödənilən bütün məbləğlərə şərik olmuşdur.
2013-cü ilə kimi torpaq sahəsinə aid bütün rüsumları tərəfimizdən ödənilmişdir (qəbzlər təqdim olunur). Nəhayət, Sonra ölkə rəhbərinin bütün tikililər və torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı sərəncamından sonra sənədləri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının məktubu əsasında Dövlət Torpaq Komitəsinə təqdim etdik, yenə də rəsmi dövlət rüsumlarının hamısını ödədik ki, rəsmi olaraq torpaq şəhadətnaməsi alaq.
2013-cü ildə torpaq sahəmizə getdiyimiz zaman gördük ki, burada kimlərsə qazıntı, beton tökmə işləri aparır. Biz dərhal yığışıb ora getdik və yaxınlaşıb sənədlərimizi təqdim edib bu yerin bizə aid olduğunu bildirdik. Onlar sənədlərimizə baxdılar və heç nə demədilər. Bunula belə, biz onlardan hansı əsasla tikinti işlərinin aparılmasını, həmçinin həmin torpaq sahəsinə dair hansı sənədlərin olmasını onlardan tələb etdik. Lakin onlar heç bir sənəd təqdim edə bilməyərək, bu yerdə guya Mehriban xanım Əliyeva tərəfindən hansısa tikintinin aparıldığını bildirdilər. Adətən dövlət təyinatlı hansısa bir iş görüləndə vətəndaşlarla halallaşma olur, kompensasiya ödənilir. Araşdırdıq, məlum oldu ki, orada Mehriban xanıma aid heç bir tikinti getmir, bu cəfəngiyatdır, kimlərsə qanunsuz əməllərini Azərbaycanın 1-ci xanımının adı altında həyata keçirmək istəyir. Biz dərhal torpağımızın qanunsuz zəbt olunaraq tikinti aparılması ilə bağlı Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik. Məhkəmə dəfələrlə cavabdeh tərəfi məhkəməyə dəvət etsə də və onlardan qanunsuz zəbt olunaraq tikdikləri torpağa aid sənədləri təqdim etməyi tələb etsə də onlar məhkəməyə gəlmədilər. Maraqlıdır ki, məhkəmə vaxtı cavabdeh tərəf kimi millət vəkili Adil Əliyevin qaynanası Qətibə Abdullayeva iştirak edirdi. Artıq bizə hər şey aydın idi. Çünki Adil Əliyevin belə qanunsuz hərəkətlərdə adı dəfələrlə çəkilmişdi və qaynanasının adı keçirdi. Lakin 6 aydan çox müddətdə heç bir sənəd məhkəməyə onlar tərəfindən təqdim olunmadı. Sonda Binəqədi rayon Məhkəməsinin hakimi torpağın Məmmədova Xəzəngül Xəlil qızına aid olduğunu, həmçinin torpaq üzərində gedən qanunsuz tikililərin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxartdı.

Cənab Prezident!

Siz həmişə haqlının dayağı olmusunuz. Sizə güvənərək hüquqlarımızı qanuni şəkildə müdafiə etməyə başladıq. Məhkəmədə uduzan Millət Vəkili Adil Əliyev öz adamlarını (havadarlarını) bizim üstümüzə göndərdilər ki, 150.000 manat ödəyək, siz də həmin torpaq sahəsinə dair bütün sənədləri bizə verin və iddiadan əl çəkin. Əks halda o, guya bu pulu məhkəmə orqanlarına və digər orqanlara xərcləyib o sahəyə dair yeni sənəd çıxardacaq. Biz isə onlara bildirdik ki, Adil Əliyev qanunsuz və heç bir əxlaq normalarına sığmayan hərəkət etmişdir. Bir qadının əlindən öz statusundan istifadə edərək torpaq sahəsini alan millət vəkilini yalnız cinayətkar adlandırmaq olar. Biz millət vəkilini ona görə seçirik ki, o, bizim pozulan hüquqlarımızı müdafiə etsin. Biz onu seçmirik ki, gəlib bizim əlimizdən mülkiyyətimizi, torpaqlarımızı əlimizdən alsın. Biz belə millət vəkilini tanımırıq.
Sonda biz onlara bildirdik ki, bizim hüquqi dövlətimiz var, onun başında duran ölkə rəhbərimiz Prezidentimiz, cənab İlham Əliyevimiz var. Biz o torpaq sahəsini Adil Əliyevə vermirik və verməyəcəyimizi də onlara bildirdik. Bundan sonra Binəqədi rayon Bələdiyyəsində Məmmədova Xəzəngül Xəlil qızının adıma sənədləşdirilən torpaq sahəsinin heç bir əsas olmadan, heç bir qanun müstəvisinə sığmayan əsaslarla Binəqədi rayon Bələdiyyəsinin qərarını ləğv etdilər. Biz Binəqədi rayon Bələdiyyəsinə yaxınlaşdıq və Məmmədova Xəzəngül Xəlil qızının adıma olan rəsmiləşdirilmiş sənədlərin necə və hansı əsasla ləğv olduğunu soruşduq. Ləğvlə bağlı heç bir məhkəmə orqanlarında məhkəmə prosesi olmadan, Məmmədova Xəzəngül Xəlil qızının iştirakı olmadan qanunsuz şəkildə bələdiyyə qərarı necə ləğv olunmuşdur?. Millət vəkilinin göstərişi ilə bələdiyyə sədri qanunsuz idarə heyətinin iştirakı olmadan, məhkəmə olmadan, heç bir əsas olmadan bir kağız yazıb ki, guya bizim yerimiz dövlət mülkiyyətidir.
Bundan sonra biz Binəqədi rayon Bələdiyyəsinin qanunsuz və əsassız çıxartdığı ləğvlə bağlı sənədi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə verdik. Məhkəmənin sədri nümayəndəmizi qəbul etdi, dedi ki, Siz haqlısınız, tam qanunsuz və əsassız bir addım atılıb və s. Həmçinin dedi ki, bu yalnız və yalnız məhkəmə qaydasında müzakirə oluna bilər. Heç bir məhkəmə olmadan, heç bir əsas göstərilmədən sizin mülkiyyətinizdə olan sənəd ləğv edilə bilməz. Bu cəfəngiyatdır, biz bunun tədbirini görəcəyik. Dedi narahat olmayın.
Bir neçə gündən sonra bizi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin sədri Hüseynov Müseyib Abbas oğlu qəbul etdi və əlinin barmaq işarəsi ilə yuxarıya qaldıraraq dedi ki, yuxarıdan mənə zəng olunmuşdur ki, bu işdə biz istədiyimiz kimi qərar qəbul olunmalıdır. Biz sədrdən təəccüblə soruşduq ki, yuxarıdan kim yığıb sizi? Gördük ki, yığanlar onu çox qorxudublar. Biz ondan ədalətli qərar qəbul edilməsini xahiş etdik. Biz bilməzdik ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin sədri Hüseynov Müseyib Abbas oğlu adında şəxs bunların hamısından artıq cinayətkardır. Belə ki, qəbul etdiyi qərarda bildirir ki, bizim mülkiyyətimizdə olan torpaq sahəsi guya dövlət mülkiyyətidir və Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin inzibati binasının tikilməsi üçün ayrılmışdır.

"Burada Adil Əliyevin “Çıraq” Şadlıq Sarayı tikilib..."

Biz bir tərəfdən torpağımızın əlimizdən qanunsuz və cinayətkar yolla çıxması ilə bağlı kədərlənsək də, digər tərəfdən sevinirdik ki, bizim torpağımız dövlətə lazımdır. Allaha min şükür, korrupsiya və bu korrupsionerlərə qarşı mübarizə aparacaq Dövləti əhəmiyyəti kəsb edən bir qurumun inzibati binası bizim torpağımızda tikiləcək. Bu bizi çox sevindirirdi. Sən demə, millət vəkili Adil Əliyev o torpaq sahəsini bizim əlimizdən almaq üçün min bir cildə girib. Gah ölkədə çox böyük nüfuza malik ölkənin birinci xanımı, I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın adından sui-istifadə edir, gah da ölkənin aparıcı hüquq mühafizə orqanının Respublika Prokurorluğunun adından istifadə edərək tikintinin onlar tərəfindən aparıldığını bildirir. Belə ki, Adil Əliyev öz əməlləri ilə məhkəmə orqanlarına təsir edir və onları qərarlarında gülünc, qanunsuz və absurd qərarlar çıxartmağa məcbur edir. Özü də ki, Azərbaycan Respublikasının adından qərarlar çıxardılır. Bu ölkənin nüfuzuna birbaşa xələl gətirməkdən başqa bir şey deyil.
Biz o vaxt cənab Prezident, sizə və ölkənin birinci xanımı, I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək bildirirdik ki, belə millət vəkili bizə lazım deyil. Millət vəkili millətin qeydinə qalar, vətəndaşların problemlərinin həll olunmasında yaxından məşğul olar. Gəlib vətəndaşın haqq-halal torpağını min bir cildə girməklə, min bir yolla əlindən almaz. Bu millət vəkili deyil, bu cinayətkardır. Xalqın, millətin mülkünü talayandır. Dəfələrlə bildirmək istəyirik ki, ölkə başçımızın rayonlara, bölgələrə, regionlara səfərləri zamanı qarşısında duran başlıca vəzifəsi ölkə vətəndaşlarının problemlərinin həll olunması istiqamətində elə yerindəcə tapşırıqların verilməsindən ibarət olur. Belə olan halda ölkənin bir millət vəkili ölkə rəhbərimizdən örnək götürmək əvəzinə, öz maddi gəlir mənbəyi üçün mandat postundan istifadə edir. Ölkə rəhbəri dəfələrlə öz çıxışında bildirmişdir ki, toxunulmaz şəxs yoxdur. Məmur, millət vəkilləri, vətəndaşların hüquqlarını qanuni mənafelərini qorumalıdır.
Biz yuxarıda göstərdiyimiz xüsusatlarla bağlı Azərbaycan Respublikasının bütün instansiyalarına, bütün məhkəmə orqanlarına ardı-arası kəsilmədən şikayət ərizələri yazmışıq. Millət vəkili Adil Əliyev barəsində qanuni tədbir görülməsini və bizə məxsus torpaq sahəsini onun əlindən alıb qaytarılmasını xahiş etmişik.
Bütün instansiya orqanlarına, məhkəmələrə, hüquq mühafizə orqanlarına bir vətəndaş kimi sual vermək istəyirik:
1.Necə olur ki, özünün qəbul etdiyi qanuna görə zəbt etmə cinayət məsuliyyəti olduğu halda, vətəndaşın əmlakını zəbt edərək orada qayınanasının adına şadlıq evi tikən millət vəkili Adil Əliyevin əməlinə göz yumulur?
2.Necə olur ki, torpaq sahəsinin təyinatı vətəndaşlara nisbətdə yenidən dəyişir? Belə ki, bizə qalanda torpaq sahəsi dövlət mülkiyyəti olur, Adil Əliyevə qalanda şadlıq sarayı olur? Bu hansı qanundur, bu hansı münasibətdir?
3.Necə olur ki, məhkəmələr tərəfindən qəbul olunan qərarlarda bildirilir ki, həmin bizim adımıza rəsmiləşdirilmiş torpaq sahəsi dövlət mülkiyyətidir və orada Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin inzibati binasının tikilməsi nəzərdə tutulub? Axı bu cəfəngiyatdır. Burada Adil Əliyevin “Çıraq” Şadlıq Sarayı tikilib... Bəs necə olur ki, dövlət mülkiyyətində Adil Əliyev şəxsi şadlıq sarayı tikdirib? Bunu da bir tərəfə qoyaq. “Azərbaycan Respublikası adından” Azərbaycan məhkəmələri bu yerin dövlət mülkiyyətində olduğunu və orada dövlətin aparıcı orqanına aid bina inşa olunduğunu təsdiq edir. Bu necə məhkəmədir? Bu necə millət vəkilidir?
4.Bələdiyyə tərəfindən bizim adımıza rəsmiləşdirilmiş torpaq sahəsi ləğv edilib. Sual veririk: heç bir məhkəmə olmadan, iştirakımız olmadan torpağımızın ləğv səbəbi bizə bildirilmədən bizə məxsus torpaq sahəsi ləğv edilib. Bu hansı qanunda yazılıb ki, məhkəmə olmadan bələdiyyə tərəfindən bizə verilən torpaq sahəsinə dair sənədlər ləğv edilsin?
5.Bələdiyyəyə sual veririk: bəs o torpaq sahəsini bizə verəndə, külli miqdarda bizdən pul alanda, dövlətə rüsum ödəyəndə niyə onda bildirilmədi ki, bu torpaq sahəsi dövlət mülkiyyətidir? Deməli bunların hamısı yalandır! Bələdiyyə öz verdiyi sənədi ləğv etməyi birbaşa cinayət məsuliyyətidir. Nəyə görə onlar cinayət məsuliyyətinə cəlb olunmur? Birinci fərdi sahibkarlıqla məşğul olmaq üçün verdiyi sənədin daha sonra dövlətin mülkiyyəti olduğunu bildirir. Əgər dövlət mülkiyyətində idisə hansı əsaslarla mənə o yer satılırdı? Əgər dövlət mülkiyyətindədirsə, necə orada Adil Əliyev şəxsi “Çıraq” şadlıq evi tikdirir? Bunların hamısı dövlətin imicinə xələl gətirən qurumlar və deputatlardır.
Cənab Prezident!
Biz Sizə güvənirik və inanırıq qanunsuz əməllərlə məşğul olan bu məmurlar ciddi cəzalandırılmalıdır və bizim pozulmuş hüquqlarımız bərpa edilməlidir.
Biz Sizdən bu qurumlar barəsində, xüsusən də millət vəkili Adil Əliyev barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Və mülkümüzün deputat Adil Əliyevdən azad edilərək bizə qaytarılmasını xahiş edirəm.
Redaksiyadan: təqdim edilən sənədlərin tam şərhi növbəti yazıda olacaq.
Deputat Adil Əliyevin də əsaslandırıcı mövqeyi olarsa, dərc etməyə hazırıq. Lakin redaksiyamızda olan şikayətçilərin təqdim etdikləri sənədlər və ərizədə qoyulan suallar ortada böyük bir qanunsuzluğun baş verdiyini təsdiqləyir.
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...