Impera

XƏBƏR LENTİ
00:02YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO23:56Binə qəsəbəsində sakinlərin yolu qanunsuz olaraq bağlanıb10:48Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu10:33Vilayət Eyvazovdan növbəti - TƏYİNAT10:25Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR15:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT15:22Dünyada polis icazəsiz aksiya keçirənləri belə cəzalandırır - VİDEOLAR15:10“Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət15:02Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Ərdoğandan hesabat tələb edir14:59“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb14:57Səfir Azərbaycanla bağlı Ukrayna telekanalına nə danışıb? - VİDEO13:39SON DƏQİQƏ: Səhiyyə naziri istefaya göndərildi? - Oqtay Şirəliyev İŞ OTAĞINI BOŞALTDI13:24Duman olacaq, külək əsəcək13:18Adam öldürən futbolçumuz Araz Abdullayev yenidən avtoşluq etdi - VİDEO12:28“Bizi təxribata çəkirlər” - “Arzu” Ticarət Mərkəzinin rəhbəri - VİDEO12:25ABŞ-da yaşayış evi qanla doldu – VİDEO12:16Elton Məmmədovun "avtoş" oğlu vətəndaşa necə "dəstək çıxır" ? – VİDEO10:53SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq10:45Bakıda kişi hamilə arvadını ütü ilə yandırdı - VİDEO10:35Samir Şərifovun adamı "casus" peşində...10:32Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”09:42Mehriban Əliyevadan Müstəqillik Günü təbriki09:26İlham Əliyev Xalq artistinə ev verdi09:21Azərbaycan Müstəqillik Gününü qeyd edir01:43Əli Kərimlinin məqsədi AÇIQLANDI - Səs yazısı YAYILDI - VİDEO20:53Əflatun Amaşovdan sensasion ETİRAF20:49“ARAZ” SUPERMARKETDƏ SATILAN XURMADAN QURD ÇIXDI20:42Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR20:34Cahandar Bayoğlu Türkiyə telekanalında Elçibəydən danışdı - VİDEO20:29“ Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI20:26“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” - VİDEO20:18Adil Vəliyevdən kütləvi narazılıq I Vitse Prezidentin nəzarətində20:14“Sən üzünü çox yaxşı göstərdin” – VİDEO20:11Azərbaycanda polis yanan maşını belə söndürdü - VİDEO20:09KABİNETİNİ CADU ETDİRƏN KEÇMİŞ “AZƏRİŞIQ” SƏDRİNİN DAHA BİR “SİRLİ” ƏMƏLİ – VİDEO20:03Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar19:37Taleh Qaraşov bağçadan haqq alır - VİDEO19:29Biznesmen məktəb direktoru19:23Tanınmış gəncdən Prezidentə müraciət: “Sizin gənclərlə bağlı verdiyiniz qərarlar sabotaj olunur”19:20Politoloq: “Xalqı qorxu və gərginlik içində saxlayanlar ... indi çıxış yolları axtarırlar”19:14Vilayət Eyvazov generalı İŞDƏN ÇIXARDI - FOTO19:10Azərbaycanda vəzifəli şəxs həbs olundu (RƏSMİ)19:08İlham Əliyev: Sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilsin19:06SON DƏQİQƏ: şiddətli döyüşlər gedir, çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı19:04DİN və Baş Prokurorluq Əli Kərimliyə sərt xəbərdarlıq etdi14:51Hava buludlu olacaq14:47SOCAR yeni istiqrazlar buraxacaq14:46Şəkidə yük avtomobili piyadanı vurdu - VİDEO12:14Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur12:08İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü12:04Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH11:583 GÜN ƏRZİNDƏ, ÜZDƏKİ BÜTÜN NÖV LƏKƏLƏRİ APARAN ƏN UCUZ VƏ ASAN MASKA!11:55Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi11:21Bu ərazilərdə qaz təchizatı dayandırılır11:20Şabranda nə baş verir?11:17Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi11:15Arzu Rəhimovun kadrının dəbdəbəli həyatı11:06AzTV-nin 2 milyonluq tenderi ləğv olunub?11:02Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – FOTO09:59“Hagibis” tufanından Yaponiyadakı azərbaycanlılardan xəsarət alan var? - VİDEO09:5713 saylı cəzaçəkmə müəssisəsində insanlıq dramı09:54Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” - FOTO21:08Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO21:04Prezident Mayıl Əhmədovu təltif etdi16:07Fuad Qəhrəmanlıya cinayət işi açıldı16:03İcra Hakimiyyətində yeni təyinatlar15:47"VAQİF ƏLİYEV VƏ QOHUMLARI" İŞİNDƏ ZƏRƏRÇƏKƏNLƏR PREZİDENTƏ VİDEOMÜRACİƏT EDİBLƏR15:44İnam Kərimov iki direktor təyin etdi15:41Hava yağmursuz olacaq11:36Vilayət Eyvazova ağır itki üz verdi11:26Prezidentin Zirvə Görüşündə Zəngəzur məsələsini qabartmasının səbəbi - ŞƏRH11:16Vilayət Eyvazov daha iki rəis təyin etdi10:35Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:33Maqsud Mahmudov haqda sensasion sənədlər yayıldı - Arvadının porno şəkillərini...10:29Bakıda oteldə dəhşət: 200 manat verdiyi qadın intim əlaqədən imtina etdi, sonra… – VİDEO02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Millətə baha dərman sırıyan monopolist deputat

07 okt 2019, 10:59   
Millətə baha dərman sırıyan monopolist deputat

Beynəlxalq statistik göstəricilərə görə, Azərbaycan dünyanın bahalı ölkələri cərgəsindədir.

Biz bu hesabata özünəməxsus düzəliş eləsək, vətəndaşları ən çox soyan ölkələr sırasında olduğumuzu əminliklə söyləyə bilərik. Axı hər yerdə insanlar vahiməli soyğunçuluqla qarşılaşır – restoranda, hoteldə, marketdə, ticarət mərkəzində və…aptekdə!
Əhalinin neçə faizinin xəstəlikdən əziyyət çəkdiyini demək çətindir. Amma sağlam insanın az olduğunu asanlıqla deyə bilərik.
Ölkədə şəkərli diabet, hepatit, onkoloji xəstəliklərdən tutmuş dəri-zöhrəvi, sinir, mədə, böyrək, zob və s. ağır və yüngül xəsətliklərdən müalicə alan milyonlarla azərbaycanlı var.
Azərbaycanda səhhətimizin hansı səviyyədə, əhalinin sağlamlığının nə dərəcədə olduğunu bilmək üçün “velosiped” kəşf etmək lazım deyil, apteklərin sayı, hər tin başında fəaliyyət göstərməsi faciəli nəticədir. Deməli, nəyə çox tələbat varsa, o da artır. Məsələn, Hollandiya ya da Avstriyada qəfil qızdırmanız qalxsa, şəhəri ələk-vələk edib güc-bəla aptek taparsınız. Axı insanlar sağlamdır, apteklərə çox müraciət eləmirlər. Bizdə isə gecə-gündüz bütün apteklərin kassalarında növbədir.
Ən dəhşətlisi isə restoranda, marketdə olduğu kimi aptekdə də bahalıq, soyğunçuluq, dərmanların “od” qiymətinə satılmasıdır.
Reportyor.info həftə sonu apardığı araşdırma zamanı müəyyən edib ki, bu bahalığın səbəbi illərdir “dərman mafiyası”nın öz gücünü saxlamasıdır. Məntiqlə ən ucuz elə dərman olmalıdır ki, təqaüdçü də, yoxsul da ölməmək üçün ala bilsin.
Azərbaycanın dərman bazarında isə əjdahanın neçə başı olduğunu deyə bilməsək də, başı var və bulağın qarşısını kəsərək su içməyə gələndən xırs-quldurbasan kimi xərac yığır. Yəni, dərman mafiozları apteklərdə ucuzlaşmaya imkan vermirlər və ağır sabit şəraiti saxlamaqda maraqlıdırlar.
Araşdırmalar göstərir ki. xüsusən “Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir. Əməkdaşlarımızın bir neçə aptekdə keçirdiyi sorğulardan çıxan nəticələr də belə deməyə əsas verir ki, “Avromed” baş inhisarçıdır.
Bəs, onlar buna necə müvəffəq olurlar? – araşdırma qrupumuzun qeydlərinə görə, aptek sahibləri “Avromed”lə işləməyə məcbur edilir. Bazarda olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət qalır.
Misal üçün, araşdırma zamanı müəyyən eləmişik ki, “Binə” deposu deyilən dərman məntəqəsi “Avromed” tərəfindən sıxışdırılır. Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir. Bu da bazarın hökrmanı olan “Avromed”in ürəyinə yatmır. Amma “Binə” deposu ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə dərman idxalçıları “zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.
“Azerimed” və “Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar. Hazırda “Avromed”lə yanaşı “Zeytun” da aptekləri dərmanla təmin edir. Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil. O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.
Sorğularımızın qənaətinə görə, əhali apteklərdə bahalıqdan çox şikayətçidir. Baş Nazir, Tarif Şurası və ümumən hökumət səviyyəsində qiymət siyasətinə heç bir müdaxilə yoxdur. Hökumət firmaları qiymətləri endirməyə çağırmalıdır, bazarda qiymətlərin tənzimlənməsi üçün siyasət həyata keçirməlidir.
Hətta 2015-ci ildə prezident İlham Əliyev dərmanların başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olduğunu açıqlamışdı.
Sitat: “Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar.
Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.
Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.

***

Araşdırma qrupunun qeydlərinə görə, prezidentin çıxışından 5 ilə yaxın vaxt keçir və dərman şirkətlərinin, əsasən də “Avromed”in məsuliyyətsizliyi davam edir.
Bu şirkətin səhmdarlarından biri deputat Cavanşir Feyziyevdir. Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra “Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb. Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır…
Şirkət haqqında şaiyələr yayılır ki, guya dərman bazarında öz yerini sürətlə itirir, regionlardakı filiallarıbağlanır, Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq şirkətlə əməkdaşlığı dayandırır. Hamısı manipulyasiyadır, diqqətdən yayındırmaq cəhdləridir.
Faktiki olaraq, “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır.
O, həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
C.Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş. Amma haşiyədən kənara çıxmayaq və qeyd etməliyik ki, dərman bazarında bahalıq ciddi narazılıq doğurmaqdadır.
Bu, İ.Əliyevin xəbərdarlıqlarına daban-dabana zidd getmək və öz maraqlarını diqtə etmək siyasətidir. C.Feyziyev və “Avromed” kimə arxayındır?
Onu da deməliyik ki, Azərbaycanda hələ də dövlət farmakopeyası, dərmanlarla bağlı dövlət reyestri yoxdur. İnsanlar bilmir ki, Azərbaycan ərazisində istifadəsi üçün icazə verilən dərman preparatlar hansılardır.
Preparat keyfiyyətsiz olanda firmadan nəsə tələb etmək üçün hüquqi əsas olmalıdır. Ölkənin dərman bazarında çox anormal vəziyyət hökm sürür. Hərdən dərmanın üstündə yazılmış istehsalçı ölkə düzgün göstərilmir.
Yoxlayanda bilinir ki, bu ölkədə heç bu dərmanın adını tanıyan yoxdur, amma Azərbaycanda bu dərman satılır. Məsələyə milli maraqlardan yanaşılmalıdır, korporativ maraqlarından yox.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...