Impera

XƏBƏR LENTİ
02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

16 saylı Texniki-Humanitar Liseydəki RƏHBƏR ÖZBAŞINALIĞI

09 okt 2019, 22:29   
16 saylı Texniki-Humanitar Liseydəki RƏHBƏR ÖZBAŞINALIĞI

Əsası 1924-cü ildə qoyulan, 1930-cu ildən məktəb kimi fəaliyyətə başlayan 16 saylı tam orta məktəbin adı, bütün dövrlərdə, paytaxt Bakının özünəməxsus ənənələri və uğurları ilə seçilən təhsil ocaqları sırasında çəkilib.

Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi-zadənin təhsil aldığı məktəb kimi daha çox tanınan bu təhsil ocağının pedaqoji kollektivi də, həmişə, tətbiqi riyaziyyatın və informatikanın inkişafına güclü təkan verib. 2000-ci ildə bu məktəbin bazasında yaradılan 16 saylı Texniki-Humanitar Liseyin adının qabaqcıl təhsil ocaqları sırasında çəkilməsi də, qürurverici olub. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirik ki, 2011-ci ildə əsaslı təmir olunaraq, maddi-texniki bazası günün tələbləri səviyyəsində qurulan bu lisey, 2012-ci ildə də, “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Respublika Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə liseyə təyin edilən müəllimlər arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərinin, tanınmış kitab və proqram müəlliflərinin, eləcə də lisey şagirdləri arasında hər il keçirilən müxtəlif müsabiqələrdə, beynəlxalq olimpiadalarda xüsusi fəallıq göstərənlərin, “Sabahın alimləri” layihəsində iştirak edib, uğurlu nəticələr qazananların, təhsilini qızıl medalla bitirib, qəbul imtahanlarındakı yüksək nəticələri ilə, ölkənin müxtəlif ali məktəblərinə girənlərin, həmin təhsil müəssisələrində də təhsillərini uğurla davam etdirənlərin, üstəlik, onların arasında Prezident təqaüdçüləri və dünyanın aparıcı universitetlərində təhsillərini uğurla davam etdirmək hüququ əldə edən lisey məzunlarının olmaları da, bu liseyin fəxr ediləsi göstəriciləridir. Göründüyü kimi, həmin məktəbin keçmişdən indiyədək ötürülən xoş təhsil ənənələri, indi bu liseyin adına qazanılan nailiyyətlərlə də, uğurla davam etdirilir. Bir sözlə, qazandığı saysız-hesabsız nailiyyətləri ilə ad çıxaran bu təhsil ocağı haqqında yaxşı yöndən nə qədər istəsən danışmaq olar. Lakin son vaxtlar liseydə yaranmış arzuolunmaz mühit onun qazandığı alqışalayiq həmin uğurlara da kölgə salır.
“Aynurə Hacıyeva Azərbaycan və rus bölmələrinin fəaliyyət göstərdiyi bizim liseyin direktoru vəzifəsinə gəldiyi andan fikri o olub ki, rus bölməsini bağlasın və bu təhsil ocağının bazasında özəl lisey yaratsın. Bu məqsədinə çatmaq üçün, o, hətta rus bölməsində oxuyan uşaqları sıxışdırmaqdan belə çəkinmir. Bu, burada dərs deyən bir çox müəllimlərlə və uşaqları burada təhsil alan valideynlərlə onun münasibətində getdikcə daha kəskin intriqaların yaranmasına səbəb olur. Bütün bunlara baxmayaraq, direktor, hətta az qalıb ki, liseydəki rus bölməsini tamamilə bağlasın. O, indinin özündə də, yalnız bu istəyini həyata keçirmək üçün çalışır. Təsəvvür edin, liseyin bu xanım rəhbəri gizli sövdələşmələrdən belə çəkinməyərək, rus bölməsindəki 9-cu sinif şagirdlərinin hamısını xeyli əvvəl 8 saylı orta ümumtəhsil məktəbinə keçirə də bilib…
…Bizim gündən-günə daha da artan etirazlarımız, ölkə başçısına çoxsaylı şikayətlərimiz, necə deyərlər, nəhayət öz bəhrəsini verdi — direktor rus bölməsini bərpa etmək məcburiyyətində qaldı! Amma bizdən bunun heyfini çıxmaq üçünsə, o, qəsdən, bir sinfə üç fəndən dərs deməyə qadir müəllimlərin gəlməsinə də imkan vermədi. Yəni, xeyli müddət liseydə əsas fənn hesab olunan fizika, kimya və informatikadan belə dərs deyən müəllim tapılmadı. Konkret desək, şagirdlərə bu dərslər keçilmədi. İndinin özündə belə, müəllim çatışmazlığı ucbatından, bizim liseydə informatika dərsi tədris olunmur. Uşaqlar ibtidai siniflərdən başlayaraq, necə deyərlər, zədəli təhsil almalarını indiyədək davam etdirirlər…
WhatsApp Image 2019-10-07 at 08.03.35.jpeg…Belə olmaz, axı! Paralel siniflərdə dərs deyən iki müəllimlə mübahisəsi yarandıqdan sonra, direktorun liseydəki rus bölməsinə belə bir aqressiv münasibət sərgiləməsi nə dərəcədə düzgün hesab edilməlidir?! Dövlət siyasətində multikultural və tolerant prinsiplərin əsas götürüldüyü bir ölkənin bir təhsil ocağının rəhbər şəxsinin rus bölməsindəki müəllimlərə və şagirdlərə belə bir münasibətinə nə ad vermək olar?! İbtidai sinifdə oxuyan uşaqların təhsil təməli, bəyəm, belə arzuolunmaz yöndən qoyulmalıdır?! Onların günahları nədir, burada şahidi olduqlarımız, həm də onlar üçün biabırçı hal deyilmi və bundan qurtulmaları tezliklə mümkün olacaqmı görəsən?! İndi, bizi, yalnız bu qəliz sualların cavabını tapmaq daha çox düşündürür.
Bu yerdə onu da deməyi vacib bilirik ki, bəzi valideynlər burada baş verənlərə dözməyib və artıq, uşaqlarını liseydən çıxarıblar. Siniflərdə isə, şagirdlərin mövcud sayı hədsiz dərəcədə azalıb. Özünüz deyin, özünəməxsus ənənələri və təhsil uğurları olan belə bir təhsil ocağına belə biabırçılıqdan doğan belə intriqalar yaraşırmı?!”, — 16 saylı Texniki-Humanitar Liseydə dərs deyən müəllimlərin və burada təhsil alan uşaqların valideynlərinin araz.az-a ünvanladıqları şikayət məktubu, buradakı hazırkı xoşagəlməz durumdan doğan və hədsiz narahatlığın ifadəsinə çevrilən bu sözlərlə başlayır.
Şikayətçilər məktublarına onu da əlavə ediblər ki, lisey direktoru Aynurə Hacıyeva uşaqların təhsil haqqını qoruyan dövlət qanunlarının tələblərinə məhəl qoymaq belə istəmir: “Bu qanunlarda əsas meyar kimi götürülən uşaq mənafelərinin üstünlüyü də, direktorun vecinə deyil. Halbuki bütün dövlət orqanlarının rəhbərləri öz fəaliyyətlərində uşaqların mənafelərini daim üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə görə, müvafiq orqanların rəhbərlərinin qəbul etdikləri qərarlar uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Rəhbər şəxslərin uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı qərar qəbul etmələri bağışlanmaz cinayət əməlidir. Bütün dediklərimizə baxmayaraq, intriqaçı direktor Aynurə Hacıyeva nə istəyir, onu da edir. Etdiyi bu özbaşınalıqlar isə, birbaşa, uşaqların hüquqlarının kobud şəkildə pozulmasına yönəlir. Direktorun birinci sinfə hazırlığa və şagirdlərin dərsdən sonrakı əlavə məşğələlərə icazə verməməsi, müəllimələrin uşaqları digər yöndən hazırlaşdırmasına qadağalar qoyması isə, başa düşülən deyil. Üstəlik, onun, paytaxtın mərkəzi Nəsimi rayonunda yerləşən belə bir liseydə boş vakansiya yeri açmaq istəməməsi, yeni müəllimlər işə qəbul etməməsi, günahsız şagirdləri bu sarıdan da təhcizatsız qoyması heç bir məntiqə sığmır.
Şəxsi ambisiyaları ucbatından, lisey rəhbəri burada təhsil alan uşaqları və onların valideynlərini niyə incitməli, dərs deyən müəllimlərə nədən maneələr yaradıb, onların normal işləmələrinə imkan verməməlidir?!.”.
Şikayət müəllifləri məktublarının sonunda, liseydə yaranan bu xoşagəlməz problemlə bağlı Respublika Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdikləri çoxsaylı şikayətlərinə indiyədək reaksiya verilmədiyindən təəssüfləndiklərini bildirirlər. Onu da qeyd edirlər ki, məcburiyyətdən, son ümid yeri olaraq, ölkə başçısına, eləcə də Birinci vitse-prezidentə kəskin şikayət xarakterli müraciət ünvanlayıb, uşaqlar və dillər arasında ayrı-seçkilik salmayacaq bir direktorla liseylərinin təmin edilməsini nəzarətə götürmələrini onlardan xahiş edəcəklər.(araz.az)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...