Impera

XƏBƏR LENTİ
16:59Deputatlığa namizəd Əsmər Əliyeva şəhid ailələri ilə görüşdü - FOTO - VİDEO16:53Əsmər Əliyeva şəhidləri yad edib, ailələrinə başsağlığı verdi - FOTO16:48Deputatlığa namizəd Əsmər Əliyeva Qarabağ əlilləri, veteranları ilə görüşüb - FOTO - VİDEO16:43Kamaləddin Qafarov Məstəliyevlər ailəsinin qonağı olub16:20Azərbaycanda 19 dərəcə şaxta olub - FAKTİKİ HAVA16:17Şagirdlərin tətil günləri başladı16:14Şəkər zavodunun fəaliyyəti niyə dalana dirənib?16:08İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib16:05İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi haqqında tapşırıq verdi10:12Dünyanı fəlakət gözləyir - VİDEO10:09İcra başçısının növbəti səyyar qəbulu Əhmədbəyli kəndində olub - FOTO10:02Hərbçinin papağı yerə düşdü, Putin ona yaxınlaşdı və... – VİDEO09:56Mətbuat Şurasının “qara siyahı“sı ləğv olundu09:52Yağan qar xəstəxananın damını çökdürdü - VİDEO09:38Ərdoğan Merkeli belə sevindirdi - VİDEO09:02Şəmkirin başçısının məzlumlar üzərində qurduğu səltənət: Orucov ailəsi bu qışı sağ çıxmayacaq…08:57Şəhid oğlundan seçicilərlə görüşə gələn deputata etiraz - VİDEO08:54Bu dəqiqələrdə Türkyədə güclü zəlzələ:ölənlərin sayı 19, yaralananların sayı isə 782-ə çatıb - VİDEO08:50Rusiyadakı səfirliyimizdən şikayətlər bitmir - Nə baş verir? – ŞOK VİDEO17:55Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev17:45Şirvan camaatı yekdinliklə deputatlığa namizəd Əsmər Əliyevanı dəstəklədi - SORĞU15:03Qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA14:55​17 il sonra ana olan qadın: “Övladıma həkimin adını qoydum” - VİDEO14:43Gəncə Körpələr Evində biabırçılıq - Uşaqları bir-birinə bağladılar - VİDEO14:39Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - SƏS YAZISI14:33Vilayət Eyvazovdan yeni TƏYİNAT14:29"Azərenerji" ASC-nin prezidenti II qrup əlilə “buynuz göstərib”14:14Prezident Davosda görüş keçirdi11:47"Bu, niyə çıxıb getmir, qolundakı saatı satsa..." - Jurnalistlər İmamverdi İsmayılovu "topa tutdular"11:38Kamaləddin Qafarov rayonun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb08:51Milyonlara başa gələn və işə düşməmiş çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir08:49Onlar Fəzail Ağamalıya dəstək verdi – VİDEO08:41Saatlıda biabırçı seçki mənzərəsi08:37Xanım namizəd seçiciləri ilə görüşdü18:26İlham Əliyev görüş keçirdi18:21İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? - TƏHLİL18:17Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi başlayır18:13İlham Əliyev akademiki təltif etdi11:03Qaçqın statusu alanlara “Yol sənədi” VERİLƏCƏK10:5972 yaşlı milyonçu Əmiraslanov yenə necə deputat olur?10:56Lerikdə İqbal Məmmədova etirazlar – VİDEO10:52Fəzail Ağamalının seçicilərlə növbəti görüşü Yenikənd və Həsənli inzbati ərazilərində keçirildi - VİDEO10:38Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...10:21Şirvanda Əsmər Əliyeva “rüzgar“ı - Sabiq generalın qızı haqqında ilginc məlumatlar10:15İslahatlara müqavimət göstərən deputat: İmamverdi İsmayılov10:09Mingəçevir icra hakimiyyətindən şəhidlərə HÖRMƏTSİZLİK - FOTO09:23Ukrayna prezidenti Davosda Rövnəq Abdullayevlə görüşüb09:17Bu ərazidə qaz olmayacaq09:13“Prezidentlə görüşüb, razılığını almışam” – Azər Kərimli Qax idmançıları ilə görüşdə ölkə rəhbərliyinin adını hallandırıb09:11Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında şok iddia09:03Qarın ağrısına görə həkimə getdi, görün həkim ona nə dedi... - VİDEO08:54Kirayə mənzillər belə olacaq - VİDEO08:51Sərnişin təyyarəsinin içərisi bir anda tüstü ilə doldu - VİDEO08:43Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır- VİDEO08:39Namizədin posterini qoparan bələdiyyə sədri danışdı: “MONTAJDIR... amma ” - VİDEO08:34Prezident Mixail Qusmanı təbrik etdi22:28Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTO19:21Vilayət Eyvazov generalları topladı - FOTO18:49Ən iddialı namizədlərdən biri Elmir Qurbanov18:45İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO18:37Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub18:32İlham Əliyev regionda sabitlik və təhlükəsizliyin təminatını vacib hesab edir18:28Prezident: Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır18:22İlham Əliyev Putinlə görüşünü anons etdi18:20İlham Əliyev görüş keçirdi18:17İlham Əliyev Polşa Prezidenti ilə görüşdü18:09İlham Əliyev Monqolustan Prezidenti ilə danışıqlarda23:10Dilindən tələyə düşən “lal deputat”ın mandat iddiası22:58Sabiq nazir Səlim Müslümovun oğlunun FOTOLARI YAYILDI22:52Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb - FOTO - VİDEO22:44Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb19:46Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşüb19:28Seçiciləri 15 ilin spikerini tanımır – VİDEOFAKT19:23Qarabağ Qazilərindən Fəzail Ağamalıya dəstək - VİDEO19:20Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi19:05Hadi Rəcəbli fəhlə işlədiyi zavodu məscidə çevirib - VİDEO18:29İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşüb13:51Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir13:40Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" - VİDEO13:33Əfqanıstan İqtisadiyyat naziri: Əfqanıstan İqtisadiyyat naziri: "Lapis-Lazuli” layihəsinin üzərində işlər uğurla davam etdirilir" - VİDEO12:53Deputatlığa namizəd YAP-dan və deputatdan şikayətləndi12:48Rasim Balayev tanınmış həkim namizədlə bağlı çağırış etdi - VİDEO12:45Sabahın havası: Duman, külək12:42Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət - VİDEO12:39"Bazar Store"da biabırçı hadisə... - Satılan lokumdan qurd çıxdı - VİDEO12:36Mikayıl Cabbarov gənclərə səsləndi - VİDEO12:33Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı12:31Həftərin bu qərarı neft bazarında qiymətləri artırdı12:15İlham Əliyev İsveçrədə görüş keçirdi12:07Azərbaycan Prezidenti Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək11:04Prezidentin nazirlərlə birgə telefonla elçilik etməsi görüntüləri yayıldı - VİDEO10:54Polisləri daşıyan vertolyot yük maşını ilə toqquşdu - VİDEO10:50“Azərişıq” ASC şəffavlaşdırma istiqamətində nələr edib? - VİDEO10:45İcra başçısı maaşı ilə necə milyonçu olmaq olar?10:35Əbülfəs Qarayevin də yola salınacağı deyilir...10:29Saatlıda sakinləri zorla deputatla görüşməyə aparırlar10:22Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir...10:16Bu ərazidə işıq olmayacaq10:13Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”09:12DSMF-nin pensiya özbaşınalğı...
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezident işarə etdi: daha hansı başçılar həbs ediləcək? - Kiminsə postunda yeni olması QARANTİYA DEYİL...

20 dek 2019, 13:13   
Prezident işarə etdi: daha hansı başçılar həbs ediləcək? - Kiminsə postunda yeni olması QARANTİYA DEYİL...

Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi cəmiyyətdə böyük rezonans doğursa da, əslində, bu proses gözlənilən idi.

Axar.az xəbər verir ki, prezident bu prosesi yeni icra başçılarını şəxsən qəbul edəndə artıq elan etmişdi.
O vurğulamışdı ki, icra başçıları vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səy göstərməlidirlər: “Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək”.
Prezidentin ötəngünkü həbslərlə paralel keçirdiyi müşavirdə vurğuladığı xüsusi bir məqam da diqqət çəkib: “Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar”.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin həbsi ilə bağlı yayılan rəsmi açıqlama da Prezidentin dediyi fikrin necə dəqiq və sərrast olduğunu göstərir:
“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.
Prezidentin dünənki müşavirədə icra başçıları ilə bağlı səsləndirdiyi bir fikir xüsusilə diqqəti cəlb edir: “Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq”. Bu o deməkdir ki, icra başçıları ilə bağlı başladılan proses bununla bitməyəcək və vəzifə səlahiyyətlərindən sui-istifadə edən daha bir neçə şəxsin məsuliyyətə cəlb olunacağı istisna deyil.
Bütün bu proseslərin içində bir önəmli məqam da maraq doğurur: Prezident İlham Əliyev çıxışlarında heç bir sözü təsadüfən demir və səsləndirdiyi fikirlər ən qısa müddətdə öz təsdiqini tapır.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 31 oktyabr tarixində vəzifədən azad edilib.
Cəmi 50 gün əvvəl vəzifəsindən azad edilməsinə və hətta ordenlə təltif edilməsinə rəğmən, Q.Səmədovun həbsi sübut etdi ki, heç nə və heç kim müstəsna hüquqlara malik deyil, heç kəs vəzifəsinin onu qoruyacağını və ya vəzifədən azad olunmaqla məsuliyyətdən yaxa qurtacağını düşünməməlidir.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...