Səhiyyə Nazirliyinin qərarı ölkədə COVİD-19 xəstələrinin sayını artıra bilər - AÇIQLAMA
Tarix: 29-06-2020, 13:19 | Bölmə: Gündəm / Cəmiyyət

Səhiyyə Nazirliyinin qərarı ölkədə COVİD-19 xəstələrinin sayını artıra bilər - AÇIQLAMAİyul ayının 1-dən etibarən səhhətində narahatlıq hiss edən və yüksək qızdırması olan vətəndaşlar yaşadığı ərazi üzrə müəyyən edilmiş poliknikalara yaxınlaşaraq COVİD 19 testi verə biləcək, xəstəliyə ehtiyac olmadığı təqdirdə də onların müalicələri həmin poliklinikaların həkimləri tərəfindən aparılacaq, bunu Anews.az-a 20 nömrəli poliklinikanın adının anonim saxlanılmasını istəyən həkimi bildirib.

"Artıq poliklinikamızda filtrasiya otağı yaradılıb. Həmin otaqda 4 həkim işləyəcək. Bu otaqlar Səhiyyə Nazirliyinin sərəncamı ilə açılır və COVİD-19- yoluxmuş xəstələr üçün nəzərdə tutulur. Bundan sonra qızdırması olan xəstələrdən evdə yaxma götürülməyəcək. Onlar poliklinikaya gələcək və burada analiz verəcəklər. Onların gələcək müalicəsi də bizim həkimlər tərəfindən aparılacaq. Bu barədə qərar keçən həftə Həkimlərin təkmilləşdirmə institutunda poliklinikaların baş həkimləri ilə keçirilən toplantıda səsləndirilib" , - deyə həkim bildirdi.

Bakının Yasamal rayonunun 39,19 və 3 sayl, Binəqədi rayonun 25 saylı, Nəsimi rayonunun isə 20 saylı poliklinikalarından bizə belə bir filtrasiya otaqlarının açılması faktını təsdiqlədilər.

20 nömrəli poliknikadan anews.az-a verilən açıqlamada bildirildi ki, artıq poliknikada qərargah yaradılıb. Qızdırması və şikayəti olan xəstələrə baxılacaq. Məsləhət olduğu halda COVİD 19 analizi götürüləcək. Bunun üçün xəstə özü poliknikaya yaxınlaşmalıdır.

Həmsohbətimiz olan həkim həmçinin söylədi ki, bu qərar rayonda xəstələrin sayının artmasına səbəb olacaq. "Belə ki, hər bir xəstə poliklinikaya gələrkən ictimai nəqliyyatdan istifadə edəcək, poliklinikada olarkən digər xəstələrlə təmasda olacaq və bu istər istəməz xəstəliyin artmasına gətirib çıxardacaq. Bu səhv qərardır. Buna yol vermək olmaz. Hər bir poliklinikanın nəzdində avtomobil var. Hansını ki, baş həkimlər öz məqsədləri üçün istifadə edir. Yaxşı olar ki, həkimlərə bu avtomobillər ayrılsın və onlar xəstələrin evlərinə getsinlər", - deyə o, vurğuladı.

Həkimin dediyinə görə, 20 nömrəli poliklinikada 35 həkim işləyir. Müalicənin onlardan yalnız dördünün boynuna qoyulması düzgün deyil. " Elə çıxır ki, digər həkimlər istirahət edəcək və bütün iş yalnız yalnız 4 həkimin üstündə qalacaq. Bu özü də ədalətsizlikdir", - deyə həkim bildirdi.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Azərbaycanda ambulator xidmət düzgün təşkil olunmayıb və çoxsaylı yalnışlıqlardan biri də bu qərarın olmasıdır.

"Səhiyyə Nazirliyi ilə TƏBİB arasında bu cür bölgü aparmaq düzgün deyil. Bununla bir qurum məşğul olmalıdır. Hansı ki, tam məsuliyyətlə cavab verməlidir. Eyni proseslə ayri-ayrı qurum məşğul ola bilməz. Ambulator xəstə istənilən halda potensial stesionar xəstədir. İstənilən vaxt ağırlaşıb stasionara köçürülə bilər", - bildirdi Adil Qeybiulla.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyiniə müraciət etdik və bəlli oldu ki, poliklinikaları öz balansına alan nazirliyin filtrasiya kabinetlərinin açılmasından heç xəbəri yoxdur. Belə ki, nazirliyin sözçüsü Elvin Hacıyevl bildirdi ki, poliknikada xəstələrə nəzarət edilməsi səhiyyə nazirliyinin tabeliyində olan məsələ deyil.

"Poliknikada xəstələrə nəzarət edilməsi səhiyyə nazirliyinin tabeliyində olan məsələdir. Bu qərarın təsdiqlənməsi onlara aid deyil. Bu birbaşa TƏBİB-in səlahiyyətində olan məsələdir", - deyə Hacıyev söylədi.

Xatırladaq ki, ötən həftə verilən göstərişə görə, bundan sonra koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək. Bu xəbərin bütün media qurumlarında yer aldığı təqdirdə Səhiyyə Nazirliyi sözçüsünün bundan xəbərsiz olması idqqət çəkir.

Bakının Yasamal rayonu ərazisində fəaliyyə göstərən 39 saylı poliklinikasında COVİD-19 xəstələri üçün açılan filtrasiya kabinetinin fotosunu diqqətinizə təqdim edirik:

Səhiyyə Nazirliyinin qərarı ölkədə COVİD-19 xəstələrinin sayını artıra bilər - AÇIQLAMA
Gülnar Nazimqızı

GUNinfo.az




942 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər