Impera

XƏBƏR LENTİ
02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır

23 dek 2018, 20:18   
Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır
HAQQINDA:

İlham Heydər oğlu Əliyev 24 dekabr 1961, Bakıda anadan olub — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının sədridir (2005-ci ildən). İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul olaraq, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Ailəlidir. Üç övladı, dörd nəvəsi var.

Müstəqilliyimizin ilk illərində baş verən siyasi çalxalanmalar, siyasi hakimiyyətin əldən-ələ keçməsi, nizamsızlıq, səriştəsizlik, xaos, xalqın gözünü qorxutmuşdu. Siyasi çaxnaşmalar nəticəsində, unudulmuş Qarabağ savaşının nəticələri hələ aradan qalxmamış, xalq yenidən siyasi hakimiyyətin naşı əllərə düşəcəyindən qorxurdu. O vaxtlat xalqın böyük kişiyə Heydər Əliyevə inandı, dəstək verdi. Və ölkə bəlalardan qurtuldu, böyüməyə başladı...

Heydər Əliyevdən sonra İlham Əliyev də atası kimi, xalqın iradəsilə prezidentliyə namizəd olaraq xalqı növbəti nigarançılıqdan qurtardı. Böyük Heydər Əliyev məktəbi keçmiş bu gənc siyasətçi xalqın istədiyi bir və güvəndiyi yeganə namizəd idi. Çünki, o böyük siyasətin yazılmış və yazılmamış bütün qanunlarını, artıq öz atasından öyrənmişdi. Onun nəsihətlərini dinləyərək, bu yola çıxmağa hazır idi. Xalq, bu gənc liderə buna görə inandı və böyük üstünlüklə, 2003-cü ildə İlham Əliyev, demokratik yolla, prezidentlik postuna yüksəldi.
Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır
Uduzduğunu görən müxalif siyasi apponentlər, aranı qarışdırmağa çalışdılar. Amma, qətiyyətli bu gənc siyasətçi bu hadisələrin qarşısını xalqıyla bərabər olaraq aldı. Xalq, bu dəfə də, o naşı siyasətçilərin, naşı hərəkətlərinin şahidi oldu! – xarici qrantlarla milləti küçələrə çıxarmağa can atan, xalq adı altında övladlarna dəbdəbəli həyat yaşadan satqınları redd etdi İlham Əliyevə inanan onun yanıda olan qardaşları, bacıları, övladları...

Həmin müxalifət idi – müstəqilliyimizi istəməyən naqis insanları küçələrə çıxaraq, tərəfdarlarını, mağazaları və digər obyektləri dağıtmağa, maşınların şüşələrini onları qarət etməyə yönləndirilirdi. Avtobuslarda gedən dinc sakinlərin, qocaların, qadın və uşaqların avtobuslarda getməyinə mane olaraq, şəhərdə xaos yaradaraq, öz istəklərinə nail olmağa çalışırdılar. Amma, bilmirdilər ki, xalq onlara bir daha dəstək verməyəcək və inanmayayacaq. Çünki, 90 –cı illərdə bu xalq gördü bu hakimiyyət hərislərinin “kişi”liyini, “qeyrət”ini...
Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır
Onlar daha bilmirdilər ki, artıq, Azərbaycan, güclü bir dövlətə çevrilib, onun möhkəm iradəli rəhbəri var, o heç bir halda, dövlətin təhlükəsizliyinə ziyan gəlməsinə imkan verməz, bu naqislərə...

Beləliklə, 2003-cü ildə, gənc, enerjili bir siyasi lider, Azərbaycanı yeni epoxada, çoxsaylı qələbələrə aparacaq bir şəxsiyyət xalqın istəyi və iradəsi ilə gətrildi hakimiyyətə. Əlbəttə ki, hələ görüləcək işlər çox idi. Yeni dövrün iqtisadi, siyasi, administrativ islahatları aparılmalıydı. Avropa səviyyəsində qanun və idarəetmə qaydaları yaradılmalıydı. Bakını, yeni sivilizasiyasnın, ən gözəl və səliqəli şəhərlərindən birinə çevrilməliydi ki, Ümumdünya tədbirləri burada keçirilsin, yeni dövrün siyasətçiləri, biznesmenləri, diplomlar bu şəhərə, bu ölkəyə daha çox maraq duysunlar. Bu ölkə ilə, hər cür əlaqələrə inamla meydan versinlər. O belə də etdi. Ən sivil idarəetmə qaydaları hazırlandı. Yeni hüquqi dövlətin, yeni hüquq qanun-qaydaları, yüksək səviyyədə hazırlanaraq, həyata vəsiqə qazandı. Yeni neft, qaz müqavilələri, ən yüksək səviyyədə, onun başçılığı ilə imzalandı. Bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmağa başladı, gənc ölkəmizi, dövlətimizi Mədəniyyət və idman sahəsində də, dövlətimiz, ölkəmiz çoxsaylı qələbələrə imza atdı. Indi, Azərbaycanı ən sivil, ən mədəni, ən təhlükəsiz ölkə kimi dünyada tanımağa başlayıblar.
Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır
Azərbaycan elə geosiyasi məkandadır ki, balans siyasəti bir azacıq pozularsa, böyük, fəlakətli nəticələr verər. Bunu Heydər Əliyev məktəbi keçmiş, sevimli Prezidentimiz İlham Əliyev çox yaxşı bilir və həmişə çox uğurlu xarici siyasət apararaq, ölkəmizi təhlükələrdən, terrordan, çevriliş cəhdlərindən qoruya bilib həmişə! Kiçik bir dövlət olmağına baxmayaraq, indi, Azərbaycan Respublikası daha çox müstəqil bir dövlətə çevrilib bu şəxsiyyətin sayəsində. Beynəlxalq siyasi arenada, tam olaraq öz müstəqil niyyətini, hər an ortaya qoya bilir. Heç bir böyük dövlətin təkidinə boyun əymir. Bunun nəticəsidir ki, indi Amerika, Avropa, Asiya, Afrika ölkələri Azərbaycana bir müstəqil dövlət kimi hörmətlə yanaşır, onunla tərəfdaş olmağa çalışırlar...

Bir neçə kəlmədə ölkədə zaman-zaman baş vermiş olaylar haqqında danışmaq istəyirəm. Korrupsiyaya bulaşmış, harınlamış bir neçə nazirlər və yüksək vəzifə sahibləri, dəfələrlə ölkədə, siyasi qarma-qarışıqlıq yaratmaq istəyərək, öz gizlin məqsədlərinə çatmaq istəyirdilər. Ancaq bu qətiyyətli, hər zaman xalqın dəstəyini almış möhtərəm prezidentimiz, hər dəfə belə adamları ifşa edərək, onları öz layiqli cəzalarına çatdırdı. Hələ bu yaxın zamanlarda ən yüksək yerləri zəbt etmiş bu xəyanətkarlar, prezidentimizin sayıqlığı və möhkəm iradəsiylə mütəşəkkil bir qrup öz cəzalarına çatdırıldı. Və prezidentimiz bir daha sübut etdi ki, ölkənin taleyi ən etibarlı əldədir! Dünyada baş verən siyasi böhranlar iqtisadi böhranlar, İlham Əliyevin böyük idarəçiliyi ilə ölkəmizdən yan keçdirildi. Dövlətimizi çaxnaşma və hərbi münaqişələrdən uzaq tutaraq, xalqın rifah və asayişini təmin edərək, bügünki dünyanın böyük çaxnaşma və təlatümlərindən çox düzgün, unikal maliyyəvə iqtisadi islahatlar, ölkəmizi inkişafdan geri qalmağa imkan vermədi. Indi böyük beynəlxalq tədbirlər məkanına çevrilmiş Azərbaycan turizminin inkişafında da inqilabi bir dəyişilmələr dövrünə başlayıb. Artıq ölkəmiz və paytaxtımız turistlərin sevimli məkanına olub. Evrovision, Formula-1, Avropa Olimpiya yarışları, İslam ölkələri böyük idman yarışları (İslamiada) gözəl Bakımızda keçirilməklə bizi qürurlandırır.

Yeni biznesin ölkədə yaradılması istiqamətində ardıcıl və məqsədyönlü iqtisadi islahatlar, doğru hesablanmış maliyyət siyasəti, artıq kənd təsərrüfatımızı yeni pilləyə yüksəldib. Ölkənin yeni gömrük siyasəti də, dünyanın ən sivil qaydalarına uyğun qurulmuşdur. Bu səbəbdəndir ki, xarici iqtisadi əlaqələr ticarət uğurla yüksək mərhələyə keçmişdir.
Dünyada analoqu olmayan ASAN xidməti də İlham Əliyevin möhtəşəm siyasi fəaliyyətinin bir nəticəsidir. Belə ki, idarə və müəssisələrdə olan süründürməçilik və bürokratiya məhz prezidentin iradəsilə tam aradan qaldırılıb. 33 növ xidmətin bu orqanda yerinə yetirilməsi, çox böyük bir islahatdır. Dünyada, ən yeni bir idarəetmə metodudur. Neft fondunun doğri nizamlanması ölkə büdcəsində sosial xərclərin gün-gündən artırılması ən doğru bir idarəetmənin nəticəsidir. Təhsildə, Səhiyyədə, Administrativ idarəetmədə də yeni sivil bir mərhələ başlamışdır.
Sivilizasiyanın ən çox islahatçı demokrat prezidentinin ÖZƏL GÜNÜ - Fikrət Fərhadoğlu yazır
Bundan başqa İlham Əliyev məhz öz siyasi iradəsinin sayəsində Türkiyə, Amerka, Almaniya, Fransa, Pakistan, İsrail və digər böyük dövlətlərdə Azərbaycanı söz sahibinə çevirməyi bacaran, bu günkü dünyamızda ən çox islahatçı demokrat şəxsiyyətdir. Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının zirvə görüşündə iştirakı və Rusiyaya eləcədə dünya ölkələrinə bir çox səfərləri yorulmaz rəhbərin müqayisə olunmaz fəaliyyətidir. Bu gün hər bir ölkə vətəndaşı qətiyyətlə deyə bilir ki, İlham Əliyev – yeni sivilizasiyanın sivil prezidentidir. Azərbaycanlılar belə bir prezidentlə fəxr edir, qürur duyurlar...

Hörmətli Prezident,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Sizin bilavasitə rəhbərliyiniz ilə ölkənin ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər, dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsinin şahidiyik.Hörmətli Prezident fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, arzu edirəm. İnşahAllah Azərbaycan xalqı bundan sonrada Sizin rəhbərliyiniz altında azad,firavan və sülh içində yaşayacaq..!

Ölkən AZAD, məmləkətin BƏRƏKƏTli, dövlətin daha da güclü olsun VƏTƏNİM! İrəli ilhamlı gələcəyə, İlhamla Azərbaycan!!!
OXŞAR MÖVZULAR
loading...