Impera

XƏBƏR LENTİ
15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK13:03Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? - VİDEO12:59İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:52Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub11:48Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:42İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində11:38ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR11:32“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”11:27“Azərenerji” qışa tam hazırdır - VİDEO09:21“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı09:18İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?09:14ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb - VİDEO08:50Almaniyada saxlanılanlar arasında Əlövsət Əliyev də var21:55Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VIDEO21:43“Get, məşq et, Ramil” - VİDEO21:34Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb21:25Ağdaşın deputatı ilə bağlı şok iddialar...21:21İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları...21:02Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə20:15Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq...20:06Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ20:03Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”19:59Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı14:45Qüdrət Qurbanovun sertifikat biznesi14:41Azərbaycan bazarında paradoks: ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb14:36Bakı metrosunda qatarlar yenə gecikdi14:32Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO14:29Avtobusun qəza anı kameraya düşdü - VİDEO14:26İsrail ərazisi raketlərdən atəşə tutulub - VİDEO14:22Sabahın havası: yağış, duman, külək14:18Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?14:14Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılmasına kömək etdi14:09İlham Əliyev görüşlər keçirdi - FOTO14:05Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi10:21Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid — VİDEO10:15Çörəyin içindən çıxan sancaq qida borusuna ilişdi - Foto10:02Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO09:56Hüquqşünas QHT sədri seçilib09:49Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? (VİDEO)09:39Cəlilabadda məmur övladının qudurğanlığı09:29Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:21LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı09:07“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb09:05Dünya varlıları banklara güvənmirlər09:01“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”09:01Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir”08:56Yusifovların maliyyə maxinasiyaları - İki nazirliyi çökdürəcək "GƏNCƏ ZƏLZƏLƏSİ"19:10Paytaxtda bəylə gəlin piketə düşdü - VİDEO18:43Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO18:39Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO18:31Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız18:24İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!18:20İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır18:16Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - FOTO13:33Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI13:27“Google” gizli layihə həyata keçirəcək - İDDİA13:23Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək13:18Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ...13:08“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər13:02GƏNCƏ SƏHİYYƏSİNDƏ İLGİNC ÖZBAŞINALIQ – VİDEO12:58Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM12:54İlham Əliyev yeni icra başçısı təyin etdi12:51Nazir parlamentin iclasında əhalini sevindirəcək proqnozlar səsləndirdi12:48Mikayıl Cabbarov: Yeni inkişaf drayverləri işə salınmalıdır10:48Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq10:43Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ10:36İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO10:29Nazarbayev Putinlə Zelenskini görüşdürür10:26İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO10:23Banqladeşdə dəhşətli qəza: qatarların toqquşması kütləvi insan tələfatı ilə sonuclandı – VİDEO10:15Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO10:11Zaqatala sakinindən iddia : "Bələdiyyə sədri 55 min dollarımı mənimsəyib" - VİDEO10:07Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO08:47Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi08:44Azərbaycanda Konstitusiya Günüdür08:41İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir08:36Şirvanda həbs edilmiş sahibkar yeni PA rəhbərinə üz tutdu:“Sədaqət Qəhrəmanova və qohumları…” – VİDEO08:32Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır?09:31Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağından niyə imtina edildi?09:01Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik08:54Füzulidə Dövlət Bayrağı günü qeyd olundu20:41"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur"20:36Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO14:23İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?- FOTOLAR

22 apr 2019, 16:14   
Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?- FOTOLAR

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə etmişik. Daha konkret desək, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları AFN-in redaksiyasında mövcuddur. Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur.

Söhbət hansı mülk və torpaqlardan gedir? əvvəli BURADA

Yazımızın əvvəlində də qeyd edildiyi kimi, F.Ələkbərovun varidatı haqda redaksiyamıza ciddi faktlar məlumdur. Birinci yazı dərc edildikdən sonra sabiq nazirə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacağın bağlanması haqda məlumat vermişdik. AFN-in araşdırmasının davamında aydın olur ki, əslində bağlanmalı olan obyektlərin sayı daha çoxdur. Çünki F.Ələkbərova məxsus şirkətlərdə ciddi qanun pozuntularına yol verilir. Mövzuya keçməzdən öncə onu qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan - UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir.
1998-ci ildə təsis olunan BMW-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi “İmprotex Motors” şirkəti artıq 20 ildən artıqdır ki, böyük sayda BMW maşın və ehtiyat hissələrinin satışını təmin edir. Lakin bu satışlar nəticəsində həyata keçirilən maliyyə əməliyyatlarında bir sıra qeyri-şəffaf proseslər diqqəti cəlb edir. Belə ki, AFN-in araşdırması zamanı külli miqdarda vergidən yayınma hallarına yol verildiyi aydın olub. Son illərdə vergi siyasətində aparılan islahatlar “İmprotex” Şirkətlər Qrupunu məcbur edib ki, maliyyə fəaliyyətində kosmetik də olsa bəzi dəyişikliklər etsin. Təbii ki, yaranmış vəziyyət heç də şirkətə sərf etmir və əlavə qazanc üçün yollar axtarılır. Axtarış uzun sürmür. “Bacarıqlı” işlətməçilər bəyan olunmayan gəlirin daha da artırılması məqsədilə BMW şirkətindən xəbərsiz, tam qanunsuz – baş importyor müqaviləsinə zidd olaraq maşın və ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olmağa başlayırlar. Beləliklə, yalnız Azərbaycanda satışına icazə verilən maşın və ehtiyat hissələri ölkədən çox-çox uzaqlarda Çin, İran və bəzi Avropa ölkələrində guya Azərbaycana idxal olunma adı altında qanunsuz şəkildə satılır. İl ərzində Azərbaycanda 120-150 ədə BMW satıldığı halda, adları qeyd edilən ölkələrdə orta hesabla ildə 500-1000 ədəd arasında müxtəlif BMW modeli olan nəqliyyat vasitələri “xırıd edilir”. Azərbaycanda pərakəndə satışda maksimal olaraq ildə 120-150 ədəd maşın satan “İmprotex Motors”un bundan 3-4 dəfə artıq sayda maşının xaricdə satması və əldə olunan gəlirlərin rəsmən bəyan edilməyərək ofşor ölkələrdəki (əsasən BƏƏ) bank hesablarına köçürülməsi ciddi suallar ortaya çıxarır.
Diqqətli oxucu bilməmiş olmaz ki, son illərdə Azərbaycanda BMW maşınlarının ciddi surətdə azaldığı müşahidə olunur. Bunun əsas səbəbi isə F.Ələkbərovun “BMW Bank”dan “Improtex” şirkətləri vasitəsi ilə külli miqdarda kredit götürməsi və bu kredit vəsaitlərindən təyinatına uyğun istifadə etməməsidir. Belə ki, əldə etdiyimiz məlumata görə, F.Ələkbərovun “BMW Bank”a təxminən 8 milyon avro kredit borcu var. Bankdan götürülən kredit məbləğlərinə BMW markalı avtomaşınlar alınaraq Azərbaycana gətirilməli olduğu halda, bu pul vəsaiti “Improtex” Şirkətlər Qrupunun digər fəaliyyət istiqamətlərinə (zavodun tikintisi, şirkətlər qrupuna daxil olan cəmiyyətlərin “PaşaBank” və Beynəlxalq Banka olan kredit borclarının ödənilməsi və s.) yönəldilib və F.Ələkbərovun şəxsi ehtiyaclarına xərclənib. Başqa sözlə, F.Ələkbərov ona məxsus şirkətlərin “PaşaBank” və Azərbaycan Beynəlxalq Bankına olan borclarını Almaniyanın “BMW Bank”ından alınmış kredit vəsaiti hesabına ödəyib. Məhz bu cür qanunsuz əməliyyatların nəticəsi olaraq BMW avtosalonunda daima avtomaşın çatışmazlığı mövcuddur və müştəri avtomaşın almaq istədiyi təqdirdə maşının dəyərinin yarısı alınaraq, yalnız 3 aydan sonra avtomaşının gətirilməsi mümkün olur. Bu hallar həm də BMW avtoservisinin fəaliyyətinə də ciddi şəkildə təsir göstərir. Belə ki, ehtiyat hissələri və avtoservisdə göstərilən xidmətlərin qiyməti real dəyərlərindən qat-qat artıq olmaqla lazımi keyfiyyətə də cavab vermir. Bununla da F.Ələkbərov BMW kimi nəhəng bir konsernin nüfuzunu Azərbaycanda heçə endirir desək, yanılmarıq.
Ölkə bazarında bu və digər səbəblərdən satışın aşağı olması F.Ələkbərovu məcbur edib ki, xaricdə importyorluq sazişinə zidd olaraq satışlar həyata keçirsin. Bu isə istər BMW kimi nüfuzlu bir şirkətdə, istərsə də bu şirkətin digər portnyorlarında təbii ki, ölkəmizə qarşı mənfi fikir formalaşmasına səbəb olacaq addımdır. BMW şirkəti rəhbərliyinin hələlik baş verənlərdən bixəbər olması ölkəmiz üçün avantaj hesab edilə bilər.
Qeyd edək ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Çinə qarşı tətbiq olunan məlum ticarət sanksiyaları nəticəsində ABŞ-da istehsal olunan bəzi BMW modellərinin Çinə ixracında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq isə F.Ələkbərovun daha bir qanunsuz “obyekti” gəlirdən məhrum olub deyə bilərik.
Eyni vəziyyət “İmprotex Trucks&Buses” şirkətində də mövcuddur. Artıq 15 ilə yaxındır ki, dünyanın ən iri yük maşınları istehsalçısı olan Almaniyanın MAN şirkətinin maraqlarını Azərbaycanda “İmprotex Trucks&Buses” şirkəti təmsil edir. Bu şirkət MAN ilə imzaladığı importyor sazişinə zidd olaraq Avropada tam gizli və qanunsuz şəkildə artıq bir neçə ildir ki, ehtiyat hissələrinin satışı ilə məşğuldur.
Burada da mallar üzrə maliyyə dövriyyəsi və əldə olunan gəlir tam şəkildə xaricdə yerləşən “İMEX Treydinq” şirkəti vasitəsilə aparılır və təbii ki, ölkəmizdə bəyan olunmur.
Son illərdə böyük çətinliklər və əziyyətlə beynəlxalq biznes aləmində Azərbaycanın müsbət imicinin gücləndirilməsində prezident İlham Əliyevin gördüyü böyük işlər fonunda F.Ələkbərovun dünyanın ən iri avtomobil istehsalçısı olan şirkətə qarşi törətdiyi bu əməllər ifşa olunarsa, necə qiymətləndirilər?! Belə hallar ümumilikdə ölkəmizin biznes mühitinə, müsbət biznes imicinə böyük xələl gətirir və ümid edirik ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər.

Araşdırmalarımız davam edir.

(AFN.AZ)

Güninfo.az


Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?- FOTOLAR



Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?- FOTOLAR



Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?- FOTOLAR



Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?- FOTOLAR

OXŞAR MÖVZULAR
loading...