Impera

XƏBƏR LENTİ
22:11İcra başçısı avtobus dayanacağını satıb? - FOTO22:07Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi22:04Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi – VİDEO22:01“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”21:57Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı21:52Erməni kriminal avtoritetin həbs olunma anlarının VİDEO-su yayıldı21:47“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR21:43“AXI SİZ KİMSİNİZ? BÜTÜN XƏSTƏXANALARDA PUL YIĞILIR!” – VİDEO18:45İstirahət gününün havası18:43Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda iştirak edir - FOTO - VİDEO18:31İlham Əliyev İƏT-in Baş katibini qəbul edib13:08Hərbi maşın qəzaya uğradı-11 yaralı13:06Təhsil nazirindən yeni - TƏYİNAT13:05Türkiyədə də YAP yaradıldı10:51Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır10:50Abutalıbovun Bakıdakı milyonluq mülkləri - bazar, çayxana, restoran... - SİYAHI10:39“Nazir deyib ki, hər adamı qəbuluma yazmayın...” - Qalmaqal10:30Azərbaycanda ölü biznesi, qəbirləri qazıb sümükləri çıxarırlar və... - VİDEO21:53Şamaxı rayon icra başçısı nazirin tapşırığını saymadı, vətəndaş aclıq aksiyasına başladı21:49İcra başçısı bütün tenderləri eyni adama verir - Səbəb?21:47“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV21:35Süpürgəçilər yüksək sürətli yolda qorxulu anlar yaşatdılar - VİDEO21:30“Baku Bus”ın avtobusunda tüstülənmə olub – VİDEO21:27Komitə sədri ilə nazir soydaşlarımızın probleminə biganə yanaşır21:25Əli Əhmədovun narazı olduğu bazar Abutalıbovundur21:22“Bu açıqlamadan sonra Səfər Mehdiyev istefaya göndəriliməli idi”21:20YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO21:14İstirahət günlərində hava necə olacaq?21:12Hava hücumundan müdafiə vasitələrinin döyüş atışları - VİDEO21:08Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - VİDEO21:01Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlununda biznes şəbəkəsi var .... - FOTO20:52Kişiləri hovuzda oynadan aşıqdan AÇIQLAMA: "Bəyin özü də suya girdi" - VİDEO20:50Gömrükçülər Rusiyadan gələn "Mercedes"də görün nələr aşkarladı - VİDEO20:28Azərbaycanlı müğənni qəza törətdi, bacısı öldü - VİDEO20:21Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi - VİDEO20:19Cavid Qurbanov keçmiş AMİP-çi ailəsi ilə qohum oldu - FOTO20:10"Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?" - VİDEOMÜSAHİBƏ20:07Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"20:03İlham Əliyev Zelenskini təbrik etdi11:30Vilayət Eyvazovdan polislərə tapşırıq verdi: "Nəzakətli olmaq lazımdır" - VİDEO10:53Şeyx yenə ehsan qadağasından danışdı, reaksiyalar gəldi10:50Bakıda “Range Rover” parka belə girdi - VİDEO10:23Alı Alıyev sakinlərlə görüşdü - FOTO10:12Bir milyarda yaxın pul Azərbaycandan necə çıxarılıb?10:08Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:03“Greenpeace” və “WWF” G7 sammitini boykot etdi10:01Zaxarovadan "Ləzginka" rəqsi - VİDEO09:54BU NAZİRİN OĞULLARI DA ABŞ-a KÖÇDÜ… – “Bunlar Azərbaycanın gələcəyindən narahatdırlar?” - FOTO09:48Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? – VİDEO22:28"Bəs niyə həkimlər xəstədən rüşvət alır..."22:22“Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı”22:18Eldar Həsənovun Türkiyədə spirtli işki biznesi – Faktlar21:58Zakir Zeynalov oğlunun cinayətini etiraf etdi21:54Mingəçevirdə şəhid adına hörmətsizlik: - VİDEO21:50Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - VİDEO21:43Bakıda ana və övladı "KamAz"ın altında qalmaqdan BELƏ XİLAS OLDU - VİDEO21:38Dərnəgül bazarı yanır - VİDEO21:34Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ - VİDEO21:32Uşağını balkona zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR- VİDEO21:30Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO19:39“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV19:11Qarabağ əlilindən ŞOK İDDİA: Tərtər Mərkəzi Xəstəxananın müavini Mətanət Hüseynzadə məndən 3600 manat rüşvət alıb(Səs yazısı)12:51Bu yay neçə nəfəri gün vurub?12:40Bakı Baş Gömrük idarəsində MEBEL MONOPOLİYASI - Sənan rəis Kənan Məmmədovla neçə ANLAŞDI12:26“İşsizin DOSTu” proqramı necə icra olunur11:51500 nəfər əlilə kiçik biznesini qurmaq imkanı yaradılır - FOTO11:38ƏBÜLFƏZ ELÇİBƏYSİZ 19 İL - ANIM10:16Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO10:11“Instagram”ın işində nasazlıq yaranıb10:08Bir evdən üç general... – Əli Nağıyev və qardaşları10:03Spiker körpəni əmziklə yedizdirdi - VİDEO10:01Xalik Məmmədov sosial narazılıq yaradır - Onun adı FETÖ siyahısından necə “silindi”?09:58Rusiyadakı şübhəli həbsin Eldar Mahmudovla nə əlaqəsi var?22:41Vilayət Eyvazovdan yeni təyinat22:38Xanhüseyn ƏLİYEV: "Gömrük Komitəsi qanunlara məhəl qoymur" - VİDEO22:36Milli Məclisin biznesmen deputatlarının – Qısa siyahısı20:15Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi20:11Prezident XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif etdi - SİYAHI20:07Şəhid pilotun anım mərasimi keçirildi - FOTO - VİDEO19:59Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...13:05Sabah hava necə olacaq?12:51İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış – onun çoxşaxəli biznesinin siyahısı yayıldı12:39Şokoladın içində narkotik keçirmək istədi - VİDEO12:14Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi12:11"Facebook"da yeni funksiya12:08Siraqəddin Cabbarov işini-gücünü buraxıb... -VİDEO11:44"Bizə gömrük işçiləri problemlər yaradırlar"11:03Azərbaycanda maye qaz bahalaşa bilər11:00Lənkəranda meşə belə yanır - VİDEO10:56Etibar Pirverdiyev işçilərin pulunu vermir10:42HACI QALİBİN SÖKDÜYÜ MÜLKLƏRƏ GÖRƏ DÖVLƏT QURUMLARI MƏHKƏMƏYƏ VERİLDİ10:35Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....10:25Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir10:22660 bal toplayan gənc universitetin Şəki filialını seçdi - VİDEO10:19Dünya bazarından 4 dəfə bahalı biletlər09:10Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var13:18Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir12:56Ermənilər Şuşadan Azərbaycanı aşağılayan yeni görüntülər yaydı — VİDEO12:51Müğənni Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı - ayağını masaj etdi... VƏ NƏLƏR -ŞOK VİDEO12:20Əli Həsənov: Radikal müxalifət terror faktlarını dəstəkləməklə nə demək istəyir?
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Generalın ailəsi eyni binadan 12 mənzil aldı, digərləri aldadıldı

07 avq 2019, 17:46   
Generalın ailəsi eyni binadan 12 mənzil aldı, digərləri aldadıldı

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin misli görünməmiş dələduzluqla üz-üzə qaldıqlarını deyirlər. Onlar aldıqları evin pulunu əvvəlcədən ödəsələr də indiyə qədər mənzillərinə köçə bilmirlər.

Virtualaz.org-a istinadən xəbər verir ki, söhbət “İdeal V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. O binadan ki, şirkətin təsisçisi və direktoru əlbir olaraq eyni mənzilləri bir neçə nəfərə satıblar. Törətdikləri dələduzluq əməllərinə görə cəzasız qalmayıblar, sakinləri aldatmaq özlərinə də baha başa gəlib.
Belə ki, mənzil sahiblərinin müxtəlif qurumlara haqlı şikayətlərindən sonra nəhayət şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov barəsində cinayət işi başlanılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılıb. İstintaq zamanı “İdeal V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun adıçəkilən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindın istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yaşayış binasındakı mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib.
Hər ikisi dələduzluq və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə İsa Məmmədov 11 il, Çingiz Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hazırda iş Ali Məhkəmədədir.
Sakinlərin dediklərinə görə, 2017-ci ilin fevralında “İdeal V” MMC tərəfindən mənzillərin təhvil-təslim aktı olub və açarlar onlara verilib. Amma təhvil-təslim aktı elə kağızda da qalıb. Binanın giriş qapısı onların üzünə bağlanıb, sakinlər şəxsi mənzillərinə buraxılmayıb. Yeni tikilidə elektrik xəttləri çəkilməyib, istismara verilməyib. Bu səbəbdən də sakinlər təmir işlərinə başlaya bilməyiblər. Şirkət rəhbərliyi onlara öz mənzillərində təmir aparmağa imkan verməyib.
Bütün bunlar azmış kimi üstəlik mənzillərin çoxunun ayrı-ayrı şəxslərə satılması da məlum olub, bir mənzilin iki-üç sahibi ortaya çıxıb.
Şirkətin təsisçisi və direktorunun həbsindən sonra isə bina sakinləri tərəfindən “Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər öz şəxsi vəsaitləri hesabına elektrik və su xətti çəkiblər, sayğaclar quraşdırıblar, yarımçıq binanın təmirini başa çatdırıblar.
“Mən 210 kvadratmetrlik mənzil almışdım. 231 min manat pul ödəmişdim. Pulu şirkətin təsisiçisinə - İsaya vermişdim. Müqavilə də bağlamışdıq. Ev hazır olsa da, heç kimi binaya buraxmırdılar. Şirkət tərəfindən bir mənzili bir neçə nəfərə satılmışdı deyə iyirmiyə yaxın sakin Korrupsiya İdarəsinə şikayət etdi. Sakinlərin şikayətindən sonra Çingizi də, İsanı da tutdular. Həmin vaxt, yəni şirkətdə problem yarananda mənə məxsus mənzil heç kimə satılmamışdı”- sakinlərdən biri deyir.
Şikayətçilərin bir qismi deyir ki, həmin ərəfədə bəzi şəxslərə məxsus mənzil şirkət tərəfindən başqasına satılmasa da, hazırda sözügedən binadan 12 mənzilə sahib olduğunu iddia edən iki qadın “peyda” olub. Həmin qadınlar binadakı 12 mənzillə bağlı mülkiyyət hüquqlarının tanınması iddiası ilə məhkəməyə müraciət ediblər.
Sakinlər deyir ki, onların mənzillərinə iddialı olan bu qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva saxta müqavilələrlə bu binada üç mərtəbəyə məxsus 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, bu mənzillərdə artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır.
Maraqldır, Korrupsiya İdarəsində aparılan istintaq araşdırması zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilərkən bu qadınların heç biri onlara məxsus müqavilə ilə üzə çıxmayıb və sakinlərdən heç kim onları tanımır, binanın heç bir yığıncağında, “Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasında iştirak etməyiblər:” Guya 2007-ci ildən bu binadan mənzil alıblar. Bəs 2019-cu ilə qədər, bu 12 il ərzində harada idilər? Korrupsiyada istintaq aparılan zaman, məhkəmə araşdırmaları vaxtı da onları “gördüm deyən” olmayıb. Əgər doğurdan belə idisə bu neçə ildə bu qadınlar niyə ortaya çıxmırdılar? Ən maraqlısı isə odur ki, Azərbaycan qanunvericiliyinin maaşlarına müvafiq bu iki qadın 3 mərtəbədən ibarət 12 mənzili hansı pulla əldə edib?”
Mənzil sahibləri deyir ki, adları çəkilən şəxslərin belə bir sənədi necə, hansı yolla ələ keçirmələri də müəmmalıdır: “Əslində onlar həmin binadan ev almayıblar. İstintaq zamanı da müəyyən edilib ki, adları çəkilən şəxslər bir manat pul ödəməyiblər. Belə bir sənədi necə, hansı yolla ələ keçirdikləri müəmmalıdır. İsanın şəriki Rauf Kərimovla (iş adamı R.Kərimov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.) Ə.Hüseynovun kürəkəni Elçin qohum idilər. İki dələduzun düzüb-qoşduğu düsturdu, gəlib bizim başımızda çatlayır. Bunların da arxasında Əliağa Hüseynov dayanır. Korrupsiyada Rauf Kərimovla Elçin üzləşdirilib. Rauf deyib ki, Elçin mənə bir manat pul verməyib. Elçin də təsdiq edib”.
Sakinlər öz növbələrində qeyd ediblər ki, Nəsimi rayon məhkəməsinin qərar qəbul etməmişdən öncə “İdeal V” MMC ilə bağlı aparılan cinayət işləri ilə tanış olmalı və iddianı rədd etməli idi...

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...