Impera

XƏBƏR LENTİ
15:18Neft və Sənaye Universitetinin kafedrasının müdirinə İTTİHAM - VİDEO15:07ƏZİZ ƏZİZOV DƏYİŞİKLİKLƏRƏ BAŞLADI, ŞÖBƏ MÜDİRİNİN MÜAVİNİNİ VƏZİFƏSİNDƏN AZAD ETDİ15:04Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb15:00SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib12:12Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist on gündür aclıq aksiyası keçirir- VIDEO12:04Rus hərbiçilərdən yığılmış "ÇVK Vaqner"muzdlularının Suriyada vəhşilikləri haqda video meydana çıxdı - VİDEO11:56“Türk Hava Yolları”nın təyyarəsi Ukraynada qəzaya uğradı – VİDEO11:51Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?11:48Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI11:44Şirniyyat sexində iyrənc mənzərə - FOTO11:37Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi11:32Azərbaycanda sürücünün diri-diri yandığı dəhşətli hadisənin VİDEOSU YAYILDI09:28Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR09:23Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – FOTO22:04Xanım icra başçısı Ceyranbatanda görüş keçirdi - FOTO21:57Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq21:41"AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid Mahmudov21:23BNA-nın xərclədiyi 100 milyon hara gedib: Sistem nə vaxt diriləcək?21:19Yeni Ombudsman Səbinə Əliyeva olacaq!21:16Sulu qar yağacaq21:13Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq20:43Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb - FOTO19:03Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI19:01İlham Əliyev deputatı təltif etdi18:53Prezident Ədliyyə Nazirliyinin iki əməkdaşına ali rütbə verdi - SƏRƏNCAM18:47Prezidentin fərmanını kimlər icra etmir? – Maliyyə Nazirliyi, yoxsa yerli idarələr...18:41Tələbə qızlar "Suşi"dən zəhərlənibmiş...14:38İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı14:32Gənclər mentalitetdə nədən narazıdır? - VİDEO14:28Qırx milyonu neylədiniz ki, cənablar, liftimiz yenə işləmir? -«ŞÜKÜR» GETDİ, «XALİS» GƏLDİ .....14:23Nazirlik “Gilan Holding”i məhkəməyə verdi14:17İLHAM ƏLİYEV SUMQAYITDA ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT ETDİ14:14PREZİDENTİN ZAKİR FƏRƏCOVU TƏLTİF ETMƏMƏSİNİN PƏRDƏARXASI: İCRA BAŞÇISI YOLA SALINACAQ?13:55İcra başçılarımızın başına gələn qeyri-adi əhvalatlar...13:51“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla…” – VİDEO13:48Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb“11:13Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub11:07Elmira Süleymanova onu işdən çıxardı10:56SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq - VİDEO10:53“Ghosty” “Google Play store” və “App store”dan SİLİNDİ09:40Naxçıvanın Daxili İşlər naziri sələfinin qərarını ləğv etdi09:38"Biz heç kimdən qorxmuruq, çünki bizim Sahil Babayev kimi nazirimiz var..."09:34Beyləqanda Namiq Allahverdiyev adına 1 saylı məktəbin ərazisində tikilmiş obyektə pul alıb göz yumurlar – VİDEO09:28Ceyhun Bayramov belə kadrlarla işləyir...09:25Avropadan daha 1385 nəfər Azərbaycana deportasiya ediləcək - VİDEO21:44Binədəki 326 saylı orta məktəbin direktorundan şəhid ailəsinə hörmətsizlik…21:35Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO21:31Zahid Orucun rəhbərlik etdiyi Mərkəz Prezidentin fəaliyyəti barədə ictimai rəyi araşdırıb — VİDEO21:25İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi21:17Gəncənin təhsil şefi dövlətə qarşı21:10Azərbaycanlı aktyor “Çukur”da - VİDEO21:05Bakıda sevgilisi ilə birlikdə evdən qızıl oğurlayan qızın görüntüləri yayıldı - VİDEO20:52İsrail qırıcıları İran ordusunu BOMBALADI – VİDEO20:47Bakıda "gəlin maşını" belə YANDI - VİDEO20:41Şiraza PDM-lər yeridildi - VİDEO20:38İrandakı hadisələrin pərdəarxası: Şok detallar – VİDEO20:28Mehriban Əliyeva Rusiyaya rəsmi səfər edib - FOTO19:57Ağdamda dəhşət-Həkimin əli ilə dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi verilir - VİDEO19:00Oktyabr ayında İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞU18:27Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm - SƏRƏNCAM18:13İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI18:10Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi - SƏRƏNCAM18:07Prezident onlara fəxri adlar verdi - SİYAHI14:13FİZULİ MƏMMƏDOV AZƏRBAYCANDAN QOVULUB? – VİDEO13:31Sabahın havası: yağış, sulu qar, qar13:20“Müsavat”ın Almaniyaya “mühacir ixracı”: Yaxında on minlərlə azərbaycanlı Avropadan qovulacaq - VİDEO13:16Azərbaycan Dillər Universitetində yeni - TƏYİNAT13:12Nəsimidə intihara cəhd - “Aslan” MTK vətəndaşı aldadıb! - VİDEO13:04Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək13:01İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT12:59Prezident Masallının icra başçısını vəzifəsindən azad etdi10:59Vidadi İsayev hakimiyyətin Bərdədəki üz qarasına çevrilib10:55Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM10:49Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”09:13Bakının iki rayonunda qaz olmayacaq09:07Bakının İrəvana qarşı yəhudi “kartı” - düşmən təlaşda09:03Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu21:05Vilayət Eyvazov yeni rəisi şəxsi heyətə təqdim etdi21:01"Cavid Qurbanovu təyin edəndən sonra böyük irəliləyiş var" - VİDEO20:57Baş nazirdən yeni - TƏYİNAT20:53“SOCAR Georgia” gələn ay azərbaycanlıların sıx yaşadığı daha iki kəndə qaz verəcək20:50Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA20:47Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı14:18Bakıda yol qəzası törədərək avtomobilini aşıran sürücü hadisə yerindən uzaqlaşıb - VİDEO14:164 dəfə ona xəyanət edən arvadını bağışladı - VİDEO14:12Bakıda qalmaqal: Əyləncəyə milyonlar xərcləyən rəhbər... - VİDEO14:09Mübariz Mənsimov məhkəmə qərarını icra etmir14:08Bu ərazidə su olmayacaq14:07“XALIQ FAIQOĞLU”nun avtobusu sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO14:06Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər - VİDEO11:37Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi11:33İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında11:28İlham Əliyev “28 May”da ictimaiyyətlə görüşüb - VİDEO11:16Bakı sakinləri mobil operatorlardan niyə narazıdır? - VİDEO09:38Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - VİDEO09:31Deputatlar bu gün 21 məsələyə görə toplanır09:05Gədəbəyin icra başçısı kimdir08:58"Bizim borclarımızı ona görə ödəmirlər ki..." - VİDEOGİLEY08:53Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töhfəsindən danışdı08:50Novruz Məmmədov bu universitetə prorektor GƏTİRİLİR
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ermənistan səfirlərini İrəvana topladı - işğalçı Bakının qəfil hücumundan qorxur

28 avq 2019, 13:42   
Ermənistan səfirlərini İrəvana topladı - işğalçı Bakının qəfil hücumundan qorxur

Ermənistan Xarici İşlər Nazirliyində (XİN) qurumun mərkəzi aparatı və diplomatik korpusun rəhbərlərinin toplantısı keçirilib. İclasda çıxış edən XİN başçısı Zöhrab Mnatsakanyan ölkəsinin prioritet saydığı məsələlərdən danışıb, tapşırıqlar verib, mesajlarını çatdırıb

Maraqlısı budur ki, Mnatsakanyan həm narahatlığını büruzə verib, həm də təhdidlə danışıb. “Ermənistanın blokadası və Azərbaycana Qarabağ məsələsində dəstək verilməsi ölkəmizin təhlükəsizliyi üçün təhdid yaradır” - deyə, nazir bildirib. XİN başçısı əlavə edib ki, Türkiyənin Ermənistanla diplomatik münasibətlərin bərpasından imtinası, iqtisadi blokada, “erməni soyqırımı”nın inkarı, eləcə də Azərbaycana Qarabağ məsələsində dəstək Ermənistan üçün ciddi təhlükəsizlik təhdidi yaradır.
Diqqət çəkən həm də budur ki, Dağlıq Qarabağ danışıqlarının yenidən dalana dirəndiyi bir vaxtda Ermənistan müharibənin başlanmasına zəmin yaradacaq mövqe sərgiləyib. Zöhrab Mnatsakanyan “öz müqəddəratını təyin etmə” prinsipinin onlar üçün “qırmızı xətt” olduğunu deyib. (Publika.az) “Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır. Azərbaycan sülh istəyirsə, Qarabağın seçilmiş hakimiyyəti ilə danışıqlara getməlidir. Ermənistan Qarabağ sakinlərini təhlükə altına qoyacaq və ”öz müqəddəratını təyin etmə" prinsipini məhdudlaşdıracaq həll variantı ilə razılaşa bilmir", - deyə, nazir iddia edib. Mnatsakanyan yenidən baş nazir Nikol Paşinyanın “Qarabağ danışıqlarda tərəf olmalıdır” tezisini gündəmə gətirib və qeyd edib ki, bu, Ermənistanın əsas şərtidir.
Qeyd edək ki, Ermənistanın bu şərti liderlərin sonuncu Vyana görüşündə sıradan çıxarılmışdı, lakin görünür, işğalçı ölkə yenidən danışıqlar prosesini pozmaq niyyətindədir, hərçənd bu, müharibənin başlanması da demək olacaq.
“Yeni Müsavat” Ermənistan mətbuatına istinadən bildirir ki, İrəvanda keçirilən toplantının ənənəvi olduğu qeyd olunur. Əvvəlki illərdə də diplomatların Ermənistan paytaxtına çağırılması və müzakirələrin keçirilməsi baş verib. Lakin budəfəki toplantının keçirildiyi vaxt əvvəlkilərə bənzəmir. Belə ki, N.Paşinyanın Xankəndindəki “miatsum” bəyanatından sonra faktiki olaraq danışıqların üstündən xətt çəkilib. Əgər Paşinyan hakimiyyəti Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana “birləşdirildiyi”ni iddia edirsə, bundan sonra danışığın təbii olaraq heç bir mənası qalmır. Düzdür, bu bəyanatın ardınca Ermənistan XİN Paşinyanın fikirlərinin “təhrif” olunduğunu bildirdi. Lakin çox keçmədi ki, Zöhrab Mnatsakanyan Paşinyanın fikirləri ilə razılaşdığını söylədi. Elə onun diplomatlarla görüş zamanı “Artsax Ermənistanın ayrılmaz hissəsidir” söyləməsi İrəvanın “qırmızı xətti” keçdiyini bir daha təsdiqləyir. Ermənistan rəhbərliyi ərazilərinin 30 ilə yaxındır işğalda olmasına rəğmən, sülh danışıqlarına sadiq qalan Bakıya təşəkkür etmək əvəzinə, Azərbaycanı günahlandırmağa cəhd göstərir.
Amma diqqəti cəlb edən digər məqam da var. Ermənistan XİN başçısı Paşinyanın son bəyanatını təkzib edən mövqe sərgiləyib. Deyib ki, əgər Azərbaycan Qarabağ məsələsinin dinc tənzimlənməsində maraqlıdırsa, o halda Xankəndi ilə danışıqlarda maraqlı olmalıdır. Bu yanaşma avtomatik şəkildə Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatının üstündən xətt çəkir. Bununla erməni nazir Xankəndini özünün də digər məqamda qeyd etdiyi kimi, “Ermənistanın bir hissəsi” kimi deyil, “ayrıca subyekt” kimi təqdim etməyə çalışır. Beləliklə, ermənilər bilərəkdən və bilməyərəkdən ziddiyyətli mövqedən çıxış etməkdə davam edirlər. Bakı isə Ermənistanın hər iki iddiasını rədd edir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İrəvan vəziyyətdən çıxış yolu axtarır: “Hiss olunur ki, Ermənistan XİN ümummilli məsələlərdə çox fəaldır. Elə İrəvanda diplomatlarla keçirilən müzakirələr də bunu təsdiqləyir. Lakin indiki mərhələdə bir şey diqqət çəkir ki, XİN başçısının Paşinyanın ”miatsum" bəyanatına münasibəti bir az fərqlidir. Onun indiki çıxışı Paşinyanın Xankəndi bəyanatının tam şəkildə təkzibi və Ermənistanın əvvəlki mövqeyə qayıtması deməkdir. Fakt budur ki, Paşinyanın Xankəndi bəyanatından sonra danışıqlar üçün heç bir əsas qalmayıb, bunu dəfələrlə qeyd etmişik. İndi isə Ermənistan XİN rəhbərinin çıxışı fərqli durumun yaranmasına yönəlik cəhddir. Əvvəlki bəyanatın siyasi mahiyyətini inkar etmədən köhnə mövqeyə qayıdırlar". T.Zülfüqarov əmindir ki, Ermənistan XİN danışıqların imitasiyasına əsaslar yaratmağa çalışır: “Amma məsələ burasındadır ki, Paşinyanın bəyanatı qalır və o, təkzib olunmayıb. Azərbaycanın indiki halda danışıqlara qatılması rəsmi Bakının həmin bəyanatı təsdiqləməsi demək olardı. Deməli, Paşinyan Xankəndində dediklərini təkzib etməsə, danışıqlar masasına qayıtmağın mənası yoxdur. Bu halda Azərbaycanın danışıqlara qatılması ”miatsum" məsələsinin danışıqlarda mövzu kimi masaya çıxarılmasına imkan yarada bilər". Keçmiş nazir indiki durumda Bakının hücum diplomatiyasına üstünlük verməsini, Ermənistanın son bəyanatlarının qarşısında konkret tələblər səsləndirməsini vacib sayır: “Azərbaycanın tam ixtiyarı var ki, Naxçıvanla birbaşa əlaqənin qurulması üçün Mehri dəhlizi ilə bağlı məsələ qaldırsın. Bəyan olunmalıdır ki, biz bu dəhlizin Azərbaycana birləşdirmək istəyirik! Bunun üçün kifayət qədər əsaslar var. Çünki blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan əhalisi daimi yaşayır, onlarla əlaqə olduqca vacibdir”.
T.Zülfüqarov Ermənistan rəhbərliyinin son zamanlar intensiv Qarabağ müzakirələri aparmasını - Paşinyan sentyabr ayında müzakirələrin davamını ABŞ-da, Kaliforniya erməniləri ilə keçirəcəyini anons edib - səbəbsiz saymır: “Düzdür, İrəvan toplantısı hesabat xarakterli və ənənəvidir. Lakin unutmayaq ki, Ermənistan Rusiya prezidenti Vladimir Putinin səfərinə ciddi şəkildə hazırlaşır. Bu səfər oktyabrda olmalıdır. Putinin səfəri zamanı çoxtərəfli məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq. Ancaq eyni zamanda Putin-Paşinyan görüşündə Qarabağ məsələsi əsas müzakirə mövzularından biri olacaq. Odur ki, Paşinyan administrasiyası bu kimi müzakirələr keçirir. Onlar istəyirlər ki, köhnə tezislər üzərində Qarabağ məsələsinin müzakirəsi davam etdirilsin. Yəni demək istəyirlər ki, biz sülh prosesindən çıxmamışıq, baxmayaraq ki, Paşinyan radikal bəyanat verib”. Politoloq hesab edir ki, qərbyönümlü Paşinyanın radikal bəyanatlarının təkzibi ilə məşğul olan Mnatsakanyan faktiki olaraq Rusiya XİN başçısı Sergey Lavrovun ssenarisini icra edir: “Ona görə də indiki mərhələdə Azərbaycan danışıqlara qatılsa, danışıqların imitasiyası ilə Ermənistanın istəyinin reallaşmasına dəstək vermiş olacaq”.
Digər mühüm bir məqam. Cari ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının iclası keçiriləcək. Ermənistan və eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri çox arzu edirlər ki, Assambleya çərçivəsində Məmmədyarov- Mnatsakanyan görüşü baş tutsun. Mnatsakanyan çox arzu edir ki, sessiyada heç olmasa Məmmədyarovla “danışıqların davamını təsdiq etməkdən ötrü” şəkil çəkdirə bilsin. Vaşinqton danışıqlarından sonra İrəvanın destruktiv mövqe sərgiləməsi, davamlı təxribatlara əl atması danışıqları dalana dirəyib. Həmçinin cəbhə xəttində Ermənistanın təxribatçı davranışlarına tutarlı cavab verilib, məsələn, Qazax istiqamətində uğurlu hərbi əməliyyat baş tutub, bu da Ermənistanda ciddi təşviş doğurub. Eyni zamanda Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin intensiv hal alması, Türkiyənin Naxçıvanda hərbi baza quracağı ilə bağlı davamlı xəbərlər işğalçını bərk həyəcanlandırıb. Təkcə Azərbaycanda deyil, ölkə xaricində də bir sıra ekspertlər hesab edirlər ki, Paşinyan “miatsum” bəyanatı ilə savaşı tətikləmiş olub və Azərbaycan hər an hərbi əməliyyatlar qərarı verə bilər. Belə olan halda düşmən və onun havadarlarına gərginliyi səngitmək üçün tərəfləri bir araya gətirmək çox vacibdir. Bu mənada BMT Baş Assambleyası çərçivəsində iki nazirin görüşünün təşkili ilə bağlı prosesin getdiyi də şübhəsizdir. T.Zülfüqarov da bunu istisna etmir: “İndiki halda Ermənistan üçün növbəti Qarabağ görüşünün keçirilməsi taktiki baxımdan çox vacibdir. Bu, baş verməsə, deməli, Putinin İrəvana oktyabrda nəzərdə tutulan səfəri ermənilər üçün böhranlı olacaq. Ona görə də Lavrovun patronajlığı altında nazirlərin heç olmasa bir görüşünün keçirilməsi istiqamətində cəhdlər göstəriləcək. İndiki halda ermənilər bölünüb, Paşinyan bir xətti, Mnatsakanyan digər xətti aparır. Bu da ermənilərin, daha doğrusu, Lavrovun bicliyidir”.
Görünən budur ki, ermənilər olduqca həyəcanlıdır. Paşinyan uzun müddətdir ki, Putinin yolunu gözləyir. Rusiya prezidenti isə İrəvanda ondan təkcə başından böyük danışıb “Ermənistana birləşdirdiyi” Qarabağı soruşmayacaq...

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...