Impera

XƏBƏR LENTİ
10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO12:24“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - VİDEO12:16“Novruz Məmmədov" Dadaşlinskidən iş istəyib - VİDEO12:14Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO12:10Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO12:07"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"12:04Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində...12:02Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar – VİDEO11:58Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı11:55Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq11:53SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək11:51İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTO11:45“Qobu Park-2” yaşayış kompleksinin açılışı olub - FOTO11:41Naxçıvanlı iş adamı Moskvada baltalandı - VİDEO11:10"Sən bu cəmiyyətə nə vermisən ki, yaltaqlanmaqdan başqa" - PARTİYA SƏDRİNDƏN SƏRT SÖZLƏR/VİDEO11:07Emmanuel Makron İlham Əliyevdən dəstək istədi11:05“Bizim günahımız nədir?” – Tolikdən Kəmaləddin Heydərova MÜRACİƏT11:01Qaradağ rayonunda Müdafiə Nazirliyinə məxsus tikilini kimlər sökür? - VİDEO22:25ABŞ ŞOKDA: Pakistan, Macarıstan, İspaniya, Qatar və Rusiya - “Barış Pınarı” əməliyyatlarında Türkiyəni dəstəklədi22:02DİQQƏT: Qarabağda müharibə yenidən başlayır21:58Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO21:53Terrorçular Türkiyəni raket və top atəşinə tutdu - 6 ölü, 70 yaralı
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət… – Araşdırma - VİDEO

16 sen 2019, 15:18   
Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət… – Araşdırma - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyirdi ki, 1 manat da rüşvət alsam həbsxanada oturmağa hazıram. Gömrük sədri onu da bildirirdi ki, ölkədə monopoliya yoxdur.

“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”. Bu da Səfər Mehdiyevin səs-küylü, iddialı və pafoslu bəyanatlarından biri idi. Amma nə oldu? Məşhur “Yol əhvalatı” filmində deyildiyi kimi, “Paşa vurub maşını sındırdı”.
Onun DGK-nə sədr təyinatı ilə nə sistematik, nə prinspial olaraq heç nə dəyişmədi. S.Mehdiyev ciddi kadr islahatları aparmadı, rüşvətə bulaşmış məmurlar işlərinə davam elədilər, gömrük məntəqələrində yenə basabas, süründürməçilik, sahibkarların incidilməsi halları yaşanır.
Biz nə Gürcüstan, nə Türkiyə, nə İranı qabaqlaya bilirik. Vətəndaşlar hər səfərində Səfər Mehdiyevin gömrüyü ilə qonşu ölkələrin gömrüklərinin fərqinə şahid olurlar, tükü tükdən ayırd edə bilirlər.
Fərq isə göz qabağındadır: gömrükdə rüşvətxorluq, sıxlıq, əsassız yerə çantaların boşaldılması, bir blok artıq siqaretə və ya 3 litr yağa görə vətəndaş incidilir, insanlar vətəninə gələndə nifrət etməyə başlayırlar.
Bu, həm də gömrüyün imicini zədələyir, gömrük əməkdaşını gözdən salır, xırdaçılığa getməklə kiçik məsələ şişirdilir, nəticə etibarı ilə DGK-nin reputasiyasına xələl gəlir.
Axı prezidentin S.Mehdiyevi təyin etməsində məqsədi Aydın Əliyevdən qalan problemlərin, neqativ halların aradan qalxmasına nail olmaq idi.
Hətta bloqqer, iş adamı Maqsud Mahmudov da video müsahibəsində qeyd edir ki, əvvəlki vəziyyətə şükür etmək lazımdır.

Onun sözlərinə görə, gömrüyün kuratoru olmuş, sabiq DGK sədri, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərova qurban olmalıyıq, çünki nazirin vaxtında gömrük bu qədər “bezpredel”, intizamsız, bazar olmamışdı.
Bu mənada S.Mehdiyevin ilk günlərdə verdiyi açıqlamaların zaman keçdikcə blefə çevrildiyi təəssuratı yaranmağa başlayır. Elə bir sahibkar və ya vətəndaş olmayıb ki, gömrükdə hansısa irəliləyiş olduğunu təsdiqləsin.

İndi isə faktlara nəzər salaq:

2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.
Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib.
Görəsən Maliyyə nəzarət palatası adıçıkilən idarənin 16 günlük deyil 16 aylıq sənədlərini yoxlasaydı nə qədər maliyə pozuntusu və büdcədən kənar xərcləmələr aşkarlanardı?
Cəmi 16 günə 2 milyondan artıq maliyyə pozuntusu aşkarlanan idarənini rəisinin təqdimatını Prezident İlham Əliyevin qarşısına kim qoyub?
15 manat rüşvət aldığına görə gömrük müfəttişini işdən azad edib sənədlərini prokurorluq orqanlarına göndərən Səfər Mehdiyev ictimaiyyətin gözünə külmü üfürürdü ya bu kül İsmayıl Hüseynovun təqdimatını cənab Prezident İlham Əliyevə edəndə öz gözünə üfürülmüşdü?
O zaman Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində nələrin olduğunu hörmətli Səfər Mehdiyev bilmirdimi? Və ümumiyyətlə hələ birinci müavin işlədiyi dövrdə DGK-nın bütün maliyyə sektoru Səfər müəllimə tabe deyildimi? – suallar açıq qalır…

Növbəti fakta diqqət edək:

Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma bir yox, düz üç 70% əlavə edilir.
Təxminən 10 min azn dəyərində olan, xaricdən alınaraq ölkəyə gətirilən avtomobilə 70% əlavə etdikdə təxminən 15 min manat edir. Hətta bu məbləği insaf müstəvisindən çıxmaqla 100%-lə rəsmiləşdirsən belə rəqəm 20 min manat olur.
Yeni rəhbər təyinatından sonra isə məbləğ yuxarıda göstərilən təxmini 10 min manat olduğu halda Avtonəqliyyat Baş Gömrük idarəsində son rəqəm 25 min manat “müəyyən” edilir. Etiraz edənlərə isə idarənin girişindəki elanı göstərirlər.
“Vətəndaşların nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir. tel:100”.
Avtonəqliyyat Baş Gömrük idarəsinin Ələmşahı, pardon, qiymət müəyyənedicisi isə Rövşən adlı şəxsdir. El arasında ona “Kalkluyator Rövşən” deyirlər. Həzrəti Həsən müəllimin də başı sıxışan, nəfəsi daralan kimi “ya Rövşən” deyib, lələyi yandırır.
Belə ki, əlində kalkluyator otağa daxil oln Rövşən müəllim avtomobil sahibinə qanunların deyil, məhz özünün müəyyən etdiyi rəqəmi deyir. Yəni 25 min manatla bağlı heç nə dəyişmir.

S.Mehdiyev dövrünə aid əlavə faktlara da göz ataq:

Türk iş adamı prezident İlham Əliyevə müraciətdə yazırlar ki, ölkə rəhbərinin imzaladığı fərmana əsasən sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz və ya öz firmaları adına ödəməli idi.
Yəni bununla karqo sisteminin ləğv olunması nəzərdə tutulurdu. Hətta buna görə gömrük məmurları dəyişdirildiyi məktubda qeyd edilir:
“Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?
Eyni firmadan mal alan sahibkar öz adına malı gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə isə ucuz başa gəlir.
Bunun səbəbi ondadır ki, sahibkar məhsulu öz və ya firması adına gətirdikdə rəsmi faktura ilə gətirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişdirərək gətirir.
Bununla da bazarda haqsız rəqabət yaranır. Bunun səbəbi isə rəsmi şəkildə malı idxal edən sahibkar, karqo ilə malı idxal edən sahibkardan baha satdığı üçün haqsız rəqabət yaranmış olur.
Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək ölkəyə idxal edirlər. Hətta onlar malın gömrük fakturasını dəyişdirməklə yanaşı malın gömrük kodlarını da dəyişirlər.
“Biz Türk iş adamları olarak bu saxta faturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən yorulduq. Nəyə görə, bizi karqoların qucağına atdılar?”
Bu, faktların bir hissəsi idi və vəziyyətin dramatikliyini ifadə edirdi. Baxmayaraq ki, büdcəyə Gömrük Komitəsindən 1 milyard manat əlavə vəsaitin daxil olması yeni sədrin adına müsbət hal kimi yazılır. Amma problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, gömrükdəki problemlər digər sahələrə də mənfi təsir göstərir.
Məsələn, gömrükdə yaranan problemlər ölkə iqtisadiyyatının inkişafını əngəlləməklə yanaşı, vətəndaşlarda kəskin narazılıq yaradır.
Ən başlıcası, idxalda süni problemlər yaratmaqla iqtisadiyyatda durğunluğa, bəzi hallarda isə geriləməyə səbəb olur. Bunun qarşısını almaq üçün isə ciddi islahatlara ehtiyac var. Araşdırmalar davam edir.(7news.az)

Güninfo.az


OXŞAR MÖVZULAR
loading...