Impera

XƏBƏR LENTİ
18:36Nazir şəhid övladlarının əllərindən öpdü - VİDEO18:19"Oksigen"də əməliyyat olundu, sonu faciə ilə bitdi18:10Sabah qar yağacaq18:05MSK növbədənkənar parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiqlədi - FOTO17:59Azərbaycanda "İvanovka malları" fırıldağı...17:53Abbas Səhhətin nəvəsi kirayədə yaşayır - VİDEO17:50Qaşıq, çəngəl, bıçaq dəstində narkotik keçirmək istədi - VİDEO17:44“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA11:52Deputat Mikayıl Cabbarovun Ermənistan rəsmisinə cavabını yüksək qiymətləndirdi11:12Bu gün MSK-nın iclası keçiriləcək11:07Füzuli icra başçısından ağacəkmə kampaniyasına qeyri-ciddi yanaşma:“Nəsimi“yə musiqi sədaları altında ağac əkdirdi10:49Füzuli rayonunun məktəbəqədər müəsissələrində saxta diplomlular10:42Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA09:47Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub09:42Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - VİDEO09:39Bazarda dözülməz şərait: - ucuz mallar bahalı dərmanlara çevrilir09:31Yevda Abramov vəfat etdi09:28Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO15:50Mehriban Əliyevanın təşəbbüsünə Füzulililər böyük coşqu ilə qoşulublar - FOTOLAR12:48Nigeriyada neft kəməri partladı - VİDEO12:44SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib12:39Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”12:14Azərbaycanlı müğənninin 3 ailə üzvü qəzada öldü - VİDEO12:10Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - VİDEO12:05İlham Əliyev və Mehriban Əliyeva ağac əkdilər12:02Vüsal Novruzovla bağlı cinayət işinə xitam verilib?11:56Əli Əhmədov: Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik11:52Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək11:44İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda11:39PREZİDENTDƏN SEÇKİ MESAJI: "Biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik" - FOTO09:01Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Aşağı Yağlıvənd kəndində olub - FOTOLAR22:13Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq22:09"Sevgililərinin villasına keyfiyyətli, yollara isə keyfiyyətsiz boya vururlar" - VİDEO22:01Nazir polkovniki vəzifəsindən azad etdi21:52Prezident Şamaxı rayonuna səfər edib21:48İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib - FOTO21:40Ölkə başçısı Şamaxıda zəlzələdən zərər görmüş ailələr üçün yeni tikilmiş bina ilə tanış olub - FOTO21:35İlham Əliyev “Bakutel-2019” sərgisində “Rossiya-24” telekanalına müsahibə verib16:23Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM16:18“AAAF Park”da sakinlər etiraz aksiyasi keçirdi – VİDEO16:09Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı - VİDEO16:05"Parlamentdə bitərəf deputatlar olmamalıdır" - Qüdrət Həsənquliyev - VİDEO16:01İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi15:42Duman olacaq, qərb küləyi əsəcək15:40Vilayət Eyvazov onu əvvəlki vəzifəsinə qaytardı15:35Bakıda tikinti şirkətləri “cib ekspertləri”ni hər havaya oynadır - Hacı Əbdüldən onlara TÖVBƏ ÇAĞIRIŞI15:28Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO15:25Türkiyə XİN rəhbərindən Qarabağ açıqlaması10:55Bakıda "Siqaret çəkən kolbasa"lar satılır10:46Bayram Səfərov Mirzələr qış yatağını necə abadlaşdıracaq?10:39AZAL-ın inhisarı: Baha bilet, sərnişinsiz təyyarələr və... - NARAZILIQ10:30Gədəbəyin icra başçısı kimdir10:16Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İDDİA10:11İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal09:54Sumqayıt-Bakı qatarı ləğv edildi, sıxlıq yarandı09:50Mədət Quliyev generala vəzifə verdi21:22Nəsiminin icra başçısı da vəzifəsindən alınacaq21:11Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…19:14Kim Çen-In ağ atla çəkdirdiyi şəkilin mənasını AÇIQLADI - VIDEO18:44İlham Əliyev: Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar18:40Hacıbala Abutalıbov Bakını, oğulları isə İstanbul və Londonu sevir18:30Misir Mərdanov da deputat olmaq istəyir18:28GDU-da rektorun rüşvət piramidası18:23Kəmaləddin Heydərov üçün gerisayım başladı18:17Cavid Qurbanov necə “ən fəal” deputat oldu?17:59Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə - VİDEO17:40Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO17:36Hava buludlu olacaq17:27Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniri17:21DMX rəisi əcnəbilərlə işləyən Komissiyanın fəaliyyət qaydalarını dəyişdi16:48“Mənzil bazarında kəskin qiymət artımı gözlənilir” - Ekspert səbəbləri açıqladı - VİDEO16:33İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular - FOTO16:18Prezident türkiyəli naziri qəbul etdi16:10Milli Məclis növbədənkənar seçkilərə qədər fəaliyyət göstərəcək15:57Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ15:30Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub15:27İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO15:21Prezident yeni icra başçısı təyin etdi15:18İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT10:29“Əli Əliyevin qohumu şirkətimin sənədlərini oğurlayıb məni şantaj etdi, 1 milyon dollar istədi...”10:23Prezident Elmar Vəliyevin Tərtərdəki adamı ilə işləyəcəkmi? - VİDEO09:40Vilayət Eyvazov yeni rəis təyin etdi09:34Zakir Həsənov cəbhə xəttində - VİDEO20:42Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO20:35Goranboyda nə işlər çevrilir?..20:26İş adamlarını aldadıb pullarını necə talayırlar?20:22Uşaq bağçalarından pul toplayır - 270 min manatlıq maşında gəzir20:14Hadisə yerində dayanıb sığortanı və yol polisini gözləmək vacibdirmi? - VİDEO20:05Qaxdakı bu məscid uçub-dağılır - FOTO - VİDEO19:52Putinin gizli qatarı ilk dəfə görüntüləndi - VİDEO19:29Ermənilər AzTV-nin işçilərinə hücum çəkdi - VİDEO19:23Milli Məclis icbari tibbi sığorta ilə bağlı sənədə “nöqtə” qoydu19:20Sabah hava necə olacaq?19:15Nazir idarə rəisini işdən çıxardı19:08Milli Məclis deputatlarının xarici səfərləri ləğv edildi19:05Ermənistanın rəsmi nümayəndələri Bakıya gəlir19:03“Gözü yol çəkən” sənədlər: ümid VI çağırışadır - SİYAHI18:51Prezident Administrasiyasında daha bir - TƏYİNAT18:48Prezident beynəlxalq sərgi iştirakçılarına məktub ünvanladı18:42İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul etdi - FOTO
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

13 noy 2019, 21:02   
Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə

"Ölkələr orduların silahları ilə deyil, vətəndaşlarının mədələri ilə fəth edilir”. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Fransanın ən böyük fatehlərindən olan Napolyon Bonapartın bu sözləri müasir dünyamızın ən böyük strateqlərindən sayılan Henri Kissenger tərəfindən də təsdiqlənmişdir. 1973-cü ildən 1977-ci ilə qədər Amerikanın Dövlət Departamentinin sədri vəzifəsini icra edən Kissinger həmin dövrlərdə ölkəsinin hərb siyasətində qida təhlükəsizliyinin mühüm yer tutduğunu bu sözlərlə etiraf edirdi: “Aqrar sektor Kənd Təsərrüfatı nazirinə həvalə edilməyəcək qədər ciddi işdir. Qida təhlükəsizliyi çantamızdakı əsas silahlardan biridir”.

Təsadüfi deyil ki, Kissingerin ABŞ administrasiyasının fikir babası olduğu çağlarda SSRİ-nin tənəzzülə uğramasının və ardından çökməsinin əsas səbəblərindən biri də ərzaq çatışmazlığı ilə bağlı idi. Hələ Leonid İliç Brejnevin zamanında qəbul edilmiş Ərzaq Proqramının öz məqsədlərinə çata bilməməsi SSRİ-nin dağılmasını zəruri hala gətirmişdi. ABŞ atom bombası ilə məhv edə bilməyəcəyini anladığı SSRİ-ni çörəklə imtahana çəkərək diz çökdürmüşdü. Yəqin ki, o dövlərdə çörək sıralarına dayananlar, əti, yağı talonla alanlar bu iddiaya haqq qazandırarlar.
Qida silahı təkcə Kissingerin kəşf etdiyi mübarizə metodu da deyil. Tarix boyu bir çox siyasi xadimlərin, padşahların, kralların, müxalif liderlərin ərzaq zəhərlənməsi ilə sıradan çıxarıldığını nəzərə alsaq, bu silah qədim dövrlərdən bəri bilinir. Maraqlıdır ki, keçmişdə yalnız hansısa fərdi hədəfə alan qida terroru müasir çağımızda daha geniş toplumları, xalqları da sıradan çıxaran silah kimi istifadə edilir. Heç uzağa getməyək, 2 il öncə Türkiyə ordusunda kütləvi qida zəhərlənməsi yaşanır və rəsmi Ankara bu hadisələrdə FETÖ izi axtarırdı. Yaxud 2015-ci ilin Ramazan ayında İraqın Mosul şəhərində 145 İŞİD üzvünün iftarda zəhərlənərək ölməsi və bunun “yerli xalqın qisası” kimi qiymətləndirilməsi qida terrorunun nə dərəcədə təsirli silah olduğunu bir daha təsdiqləyir.
Sirr deyil ki, Azərbaycan da 4 tərəfdən düşmən əhatəsindədir. Bəzi qonşularımızla torpaq üstündə, bəziləri ilə də geopolitik oriyantasiya baxımından ziddiyyətdəyik. Ölkəmizin üz-üzə qaldığı bu potensial təhlükə hökumət qurumlarımızı bu məsələyə ciddi diqqət ayırmağa vadar etməlidir, edir də. Ölkə başçısı İlham Əliyevin bir neçə il əvvəl Qida təhlükəsizliyi proqramı fikrini ortaya atmasına və bu proqramın əsas hədəflərini “tarladan-süfrəyə 100% özümüzü təmin edəcək yerli qaynaqlar” şəkildə müəyyənləşdirməsinə də məhz bu aspektdən yanaşılmalıdır.
Ovqat.com-un əldə etdiyi məlumatlar Prezidentin ortaya qoyduğu bu prinsiplərə yetərli səviyyədə diqqət yetirilməlidiyini göstərir.
Məlumata görə, Azərbaycan xalqının yaxşı tanıdığı, adını dəfələrlə eşitdiyi türkiyəli erməni əsilli iş adamları Karin Oksayan, Anahit Bozacıyan, Antranik Raffi Bozacıyan və Arto Sevan Oksayan qardaş ölkənin ən iri quşçuluq təsərrüfatlarının biri ilə ortaqlıq müqavilələri bağlayıb və Azərbaycana quş əti və yumurta ixracına başlamaq xəyalına düşüb. “Mudurnu Piliç”in 50% səhmlərinə sahib olan bu erməni iş adamlarının ölkəmizdəki bəzi broyler şirkətləri ilə də artıq razılığa gəldiyi barədə dəqiqi məlumatlar əldə etmişik. Həmin broyler şirkətlərinin adı bizə məlum olsa da, tərəflər arasında bağlanmış rəsmi sənədləri əldə edə bilmədiyimizdən onların adını hələ ki açıqlamırıq. Sadəcə onu dövlət qurumlarının və broyler təşkilatlarının nəzərinə çatdırırıq ki, “Mudurnu Piliç”-in keçmişi o qədər də parlaq deyil.
Bildirilir ki, 1967-ci ildə Türkiyənin sabiq millət vəkili Tevfik Türesin tərəfindən qurulan və ölkənin ilk broyler təsərrüfatlarından sayılan” Mudurnu Piliç” 2001-ci ilə qədər illik toyuq istehsalını 27 milyona qədər çatdıra bilmişdi. O vaxt həmin fabrikada çalışan işçilərin sayı 2.200 nəfərə qədər yüksəlmişdi. Türkiyə iqtisadiyyatını dərindən sarsıdan 2001-ci il böhranında iflas edən şirkəti indiyədək ayağa qaldırmaq mümkün olmayıb. Hər iki ildən bir əl dəyişən təsərrüfata sahib çıxmaq istəyənlər arasında müəmmalı adamların da adı hallanır.
Türkiyənin “Hürriyyət” qəzetinin 2016-cı ildə dərc etdiyi xəbərlərə görə, 2003-cü ildə “Mudurnu Piliç” 51 faizi Gobal ASC-yə satılmışdı. Global ASC-nın ortaqlarından biri isə ABŞ-ın xəfiyə xidməti CIA-nin keçmiş prezidenti Ceyms Uulsey idi.
Kissingerin yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlasaq, “Mudurnu Piliç”-in erməni iş adamlarının nəzarətinə keçməmişdən əvvəl də təhlükəli məqsədlərə qulluq etməsi versiyası ortaya çıxır. Zira bu həmin Ceyms Uulseydir ki, ABŞ-ın başqa dövlətlərdə inqilabi dəyişiklikləri dəstəklədiyini rəsmən etiraf etmiş və buna qazandırmışdı. Ötən il ABŞ televiziyalarından birinin (“Fox”) canlı yayımına qoşulan keçmiş baş xəfiyəçi (bu arada “keçmiş xəfiyəçi olmur” həqiqətini də yada salmaqda fayda var) hazırladıqları təxribat planlarının “xoş məqsədə – kommunist rejimlərini aradan qaldırmağa xidmət etdiyini” bildirmişdi. Bu etirafdan da göründüyü kimi, ötən ilə qədər öz düşüncəsini dəyişməyən qocaman baş çekistin sahibkarı olduğu broylerin şirkətinin təyinatı şübhə doğurmaya bilməz.
Məlumata görə, Ceyms Uulseyin belə ayağa qaldıra bilmədiyi şirkət 2 il sonra – 2005-ci ildə Türkiyənin keçmiş avtomobil sənaye şirkəti “Doğuş Holdung”-in sahibi İlhan Çetinkayaya, 2007-ci ildə “Pak Piliç”-ə satılır. “Pak Piliç”-ın 50% səhmi isə qeyd etdiyimiz kimi, Bozacıyan və Oksayan kimi erməni iş adamlarına aiddir.
Sözsüz ki, bir çoxlarımız Türkiyə ermənilərinin yaxşı erməni olduğunu düşünüb “burda nə var ki”, deyə bilərik. Fəqət dəfələrlə müxtəlif adlar altında Azərbaycan bazarına girmək istəyən bütün Türkiyə şirkətlərinin altından mütləq Bozacıyan və Oksayan erməni ailəsinin çıxması şübhələri artırmaya bilməz.
Sual oluna bilər: Dəfələrlə xalq diplomatiyasi tərəfindən “Persona de Grata” elan olunub ölkəmizdən qovulan bu ermənilər Azərbaycanda nə axtarırlar? Pulmu? Deyəsən, yox. Çünki Azərbaycan broyler müəssisələrinin bəzilərinin bildirdiyinə görə, erməni sərmayəli həmin Türk şirkətləri istehsal etdiyi malları bəzən maya dəyərindən belə aşağı qiymətə satırlar. Bizim broyler müəssisələri də çox vaxt bu aldadıcı təklüflərə şirnikləşib onlarla biznes əlaqələri yaradırlar.
Fikrimizcə, bu siyasətin arxasında ən yaxşı ehtimalla dempinq siyasətinin dayana bilər. Əks halda istehsal olunan məhsulun maya dəyərindən aşağı satılmasını başqa iqtisadi amillərlə əsaslandırmaq mümkün deyil. Digər versiya isə potensial qida terroru təxribatı ehtimalıdır ki, biz bunu iqtisadi yox, hərbi-təhlükəsizlik amilinə aid edirik. Çünki Kissingerin də dediyi kimi, “aqrar sektor təkcə Kənd Təsərrüfatı Nazirliyinin məşğul olduğu sahə deyil”, həm də hərbi təhülkəsizlik orqanlarının bioloji silah bazalarıdır.
İqtisadçı ekspert Elçin Qurbanov da bizim bu narahatlığımızı bölüşür. Onun da fikrincə, xarici bir şirkətin Azərbaycan bazarında yürütdüyü dempinq siyasəti ən yaxşı halda yerli təsərrüfatları batırmağa xidmət edə bilər: “Bu isə Azərbaycan qanunvericiliyinə görə, qadağandır. Çünki dempinq siyasətlərinin son məqsədi istehlak bazarını özündən asılı vəziyyətə salmaqdır. Hətta onların ölkəmizə ucuz qiymətinə təmiz qida idxal etməsi belə, təhülkəni nəinki azaltmır, əksinə artırır. Bu siyasət elə bir həddə çata bilər ki, Azərbaycanın qida sektoru tamamilə xarici monopoliya altına alına bilər. Xüsusilə bu şirkətin səhmdarları düşmən milləti təmsil edirsə, dövlət qurumları daha ehtiyatlı olmalıdırlar. Çünki Azərbaycanın ərzaq bazası ölkəmizə qarşı kin-küdurət duyan qüvvələrə həvalə olunmamalıdır”.
"Pak Piliç”-in erməni əsilli iş adamlarına aid olduğunu təsdiqləyən rəsmi sənədləri təqdim edirik:(ovqat.com)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...